Pharmed
NATRIYA XLORID 0,9% 400ML SISTEM (UKR) (24)
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“_____”____________ 2021-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
NATRİUM XLORİD infuziya üçün məhlul
SODIUM CHLORIDE
Beynəlxalq patentləşdirilməmiş adı: Sodium chloride
Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 9,0 mq natrium xlorid vardır.
Köməkçi maddələr: inyeksiya üçün su.
Nəzəri osmolyarlığı 308 mosmol/l.
1 litr preparatın ion tərkibi – Na+ – 154 mmol, Cl– – 154 mmol.
Təsviri
Şəffaf, rəngsiz mayedir.
Farmakoerapevtik qrupu
Qanəvəzedici və perfuzion məhlullar. Elektrolit məhlulları.
ATC kodu: В05ХА03.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
0,9%-li natrium xlorid məhlulu insan orqanizmində su-duz balansını normalaşdırır və
dehidratasiya nəticəsində və ya geniş sahəli yanıqlar və zədələnmələr ocaqlarında, qarın boşluğu
orqanları üzərində aparılan əməliyyatlar və peritonit zamanı hüceyrədənkənar mayenin
toplanması nəticəsində inkişaf edən maye çatışmazlığını aradan qaldırır.
0,9%-li natrium xlorid məhlulu toxuma perfuziyasını yaxşılaşdırır, massiv qanaxmalar zamanı və
şokun ağır formalarında hemotransfuziya tədbirlərinin effektivliyini yüksəldir.
Bundan əlavə, maye həcminin qısamüddətli artırılması, qanda toksik məhsulların
konsentrasiyasının aşağı düşməsi və diurezin aktivləşdirilməsi nəticəsində dezintoksikasiyaedici
effekt meydana çıxır.
Farmakokinetikası
Qan-damar sistemindən sürətlə xaric olunur. Damar mənfəzində preparat qısa müddət ərzində
saxlanılır və sonra interstisial və hüceyrədaxili sektora keçir. Orqanizmə yeridildikdən 1 saat
sonra, istifadə edilən məhlulun damarlarda yalnız yarısı qalır. Duzlar və maye böyrəklər vasitəsi
ilə cox sürətlə xaric olunur və bununla diurezi gücləndirirlər.
İstifadəsinə göstərişlər
Orqanizmdə maye çatışmazlığını tamamlamaq üçün, intensiv terapiya tədbirləri ilə kompleks
şəkildə və digər bir-biri ilə uyğun dərman preparatlarının həlledicisi kimi istifadə olunur.
Yaraların, burun boşluğunun yuyulması üçün yerli və eləcədə, kateterlərin və transfuziya üçün
sistemlərin yuyulması üçün istifadə oluna bilər.
Əks göstərişlər
Hiperhidratasiya, hiperxloremiya, hipernatriemiya, xlorid asidoz, ağciyər ödeminin inkişaf etmə
təhlükəsi ilə əlaqəli vəziyyətlər.
Preparatı, oftalmoloji əməliyyatlar zamanı gözləri yumaq üçün istifadə etmək olmaz.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatı uzun müddət ərzində, xüsusilə, böyük həcmlərdə istifadə etdikdə, qan plazmasında və
sidikdə elektrolitlərin səviyyəsinə və eləcədə, diurezə nəzarət etmək lazımdır.
Böyrəklərin ifrazedici funksiyasının pozulmasından və dekompensasiya olunmuş ürək
qüsurlarından əziyyət çəkən pasiyentlərdə və eləcədə, qaraciyər sirrozundan əziyyət çəkən
pasiyentlərdə ödemli-assit sindromu inkişaf etdiyi halda preparatı ehtiyatla istifadə etmək
lazımdır.
Kortikosteroidlərlə və ya kortikotropinlə eyni zamanda istifadə etdikdə, qanda elektrolitlərin
səviyyələrini daimi nəzarət altında saxlamaq tələb olunur.
Şok vəziyyətlərində və qan itkisi baş verdiyi hallarda, 0,9%-li natrium xlorid məhlulu ilə eyni
zamanda hemotransfuziyanı, plazma və plazmaəvəzedici məhlulların köçürülməsini həyata
keçirmək olar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər dərman preparatlarının əksəriyyəti ilə birlikdə istifadəsi uyğundur və bu
səbəbdən, həlledici kimi natrium xloridlə uyğun olmayan preparatlar istisna olmaqla, müxtəlif
dərman preparatlarının həll edilməsi üçün göstərilən preparatı istifadə etmək olar.
Uyuşmazlığı
Müəyyən edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Göstərişlərə müvafiq istifadə etmək olar.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Heç bir təsiri yoxdur.
İstifadə qaydası və dozası
Preparat vena daxilinə, rektal yolla və xaricə istifadə etmək üçün nəzərdə tutulmuşdur.
Vena daxilinə məhlulu damcı üsulu ilə sutkada 3 litrə qədər və daha cox həcmdə, klinik
vəziyyətdən və maye itkisi səviyyəsindən asılı olaraq, 4-10 ml/kq/saatda sürətlə təyin etmək
lazımdır. Preparatı peroral yolla istifadə etmək olar. Məhlulu 75-100 ml dozada imalə şəklində
təyin etmək olar. Yaraların və selikli qişaların yuyulması üçün istifadə edilir.
Pediatriyada istifadəsi
Uşaqlara şokla əlaqəli dehidratasiya zamanı (laborator göstəriciləri müəyyən etmədən) preparatı
20-30 ml/kq bədən kütləsinə dozada istifadə etmək lazımdır. Gələcəkdə, laborator
göstəricilərdən asılı olaraq, dozalanma rejimini dəyişmək olar. Preparatın ümumi sutkalıq dozası
su-elektrolit balansından asılıdır.
Əlavə təsirləri
Dərman preparatını düzgün istifadə etdikdə, əlavə təsirlər müşahidə olunmur. Massiv infuziyalar
həyata keçirildikdə, xlorid asidozun inkişaf etməsi mümkündür.
Doza həddinin aşılması
Doza həddinin aşılması xlorid asidozun inkişaf etməsinə, orqanizmdən kaliumun xaric
olunmasına, hiperhidratasiyanın və hipervolemiyanın baş verməsinə gətirib çıxara bilər və bunun
nəticəsində ürək çatışmazlığı inkişaf edə bilər. Qeyd olunan vəziyyətlərin simptomları meydana
çıxdığı halda, pasiyentin vəziyyətini qiymətləndirmək və müvafiq tədbirlər görmək lazımdır.
Buraxılış forması
200 ml və ya 400 ml flakonlarda. 100 ml, 200 ml, 250 ml, 400 ml, 500 ml və 1000 ml polimer
konteynerlərdə.
Saxlanma şəraiti
25°C-dən yuxarı olmayan, orijinal qablaşmada, temperaturda və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Yuriya-Farm” MMC.
Ünvan
Ukrayna, 18030, Çerkassk vilayəti, Çerkassı şəh., Kobzarskaya küç., 108.
Tel.: +38 (044) 281-01-01.
Qeydiyyat vəsiqəsinin sahibi
“Yuriya-Farm” MMC.
Ünvan
Ukrayna, 03680, Kiyev şəh., N. Amosov küç., 10.