Pharmed
NATRIYA XLORID 0,9% 250ML SISTEM (POLIFARMA)
POLİFLEKS 0,9% İZOTONİK NATRİUM XLORİD infuziya üçün məhlul
POLIFLEKS 0,9% ISOTONIK SODIUM CHLORIDE
Beynəlxalq patentləşdirilməmiş adı: Sodium chloride
NATRIUM XLORİD Tərkibi
Təsiredici maddə: 1 litr məhlulun tərkibində 9 q natrium xlorid vardır.
Köməkçi maddə: inyeksiya üçün su.
Təsviri
Natrium xlorid infuziyası şəffaf, rəngsiz məhluldur.
Farmakoterapevtik qrupu
Duz məhlulları.
ATC kodu:B05CB01.
Farmakoloji xüsusiyyətləri
Polifleks – venadaxili infuziya üçün 0,9%-li izotonik natrium xlorid məhlulu natrium xloridin
suda rəngsiz, şəffaf məhluludur. Məhlul germetik, elastik və eyni zamanda plastik qablarda
saxlanır.
İstifadəsinə göstərişlər
Natrium xlorid (duz) orqanizmin hüceyrə və toxumalarının içərisi və xaricində maye balansını
korreksiya etməyə köməklik edir. Natrium xlorid infuziyası dehidratasiya olunmuş toxumalara
suyun əlavə olunması üçün və normal duz balansını saxlamaqda köməklik etmək üçün istifadə
olunur.
Natrium xlorid infuziyası ayrılıqda, yaxud digər dərman preparatlarının həlli üçün istifadə
oluna bilər.
Natrium xlorid infuziyası Sizə xəstəxanada həkim və ya tibb bacısı tərəfindən yeridilə bilər.
NATRIUM XLORİD Əks göstərişlər
Əgər Sizdə aşağıda qeyd olunan hallar varsa, Sizə Natrium xlorid infuziya məhlulu yeridilməməlidir.
• Əgər Sizdə Natrium xloridə, yaxud onun hər hansı inqrediyentinə qarşı allergiya varsa.
Əgər Sizdə aşağıda qeyd olunan hallar varsa, xüsusi yardım tələb oluna bilər.
• Ürək çatışmazlığı, kardio-pulmonar xəstəliklər, böyrək problemləri, yüksək qan təzyiqi;
• Qaraciyər xəstəlikləri, yaxud ödem (şiş) olduğu halda;
• Zərdabda natriumun səviyyəsi yüksəkdirsə ("hipernatriemiya");
• Hamiləlik preeklampsiyası varsa;
• Natrium ləngiməsinə səbəb ola bilən dərman preparatlarının qəbulu zamanı;
• Çox cavan, yaxud çox yaşlısınızsa;
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər Siz hər hansı dərman preparatını hal-hazırda qəbul edirsinizsə, yaxud bu yaxınlarda
qəbul etmisinizsə (reseptsiz qəbul edilən dərman preparatları da dazil olmaqla), zəhmət
olmasa, bu haqda həkiminizi məlumatlandırın.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər Siz hamiləsinizsə, yaxud Siz hamilə olduğunuzu düşünürsinizsə və yaxud körpənizi
əmizdirirsinizsə, bu haqda həkimə deməyiniz məsləhətdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Natrium xlorid Sizin sürücülük və mexanizmləri idarəetmək bacarıqlarınıza heç bir təsir
göstərmir.
NATRIUM XLORİD İstifadə qaydası və dozası
Natrium xlorid infuziyası Sizə xəstəxanada yeridilməlidir.
Siz məhlulu vena daxilinə (adətən, qolda) infuziya şəklində həkim və ya tibb bacısı tərəfindən
qəbul etməlisiniz. İnfuziyanın miqdarı və tezliyi Sizin tələbatınızdan asılıdır. Qəbul etməyiniz
üçün düzgün həcmi həkiminiz qərarlaşdıracaq.
Simptomlarınızın yüngülləşdirilməsi ilə müalicəyə olan cavab reaksiyanızı, qanın və sidiyin
laborator analizlərini yoxlamaqla Sizin həkiminiz müəyyən edəcək.
Əlavə təsirləri
Hər bir adamda olmasa da, digər dərman preparatlarında rast gəldiyimiz kimi, Natrium xlorid
infuziyasında da əlavə təsirlər baş verə bilər.
Əgir Siz əlavə təsirlər olduğunu görsəniz dərhal infuziya dayandırılmalıdır.
Əgər infuziya uzun müddətə təyin olunubsa, o zaman Siz aşağıdakılarla qarşılaşa bilərsiniz:
• təyin olunan nahiyədə qıcıqlanma, şişmə, qızarma və ağrı.
Qanınizda bəzi disbalansların olması mümkündür. Siz aşağıdakıları qeyd edə bilərsiniz:
• Şişkinlik, xüsusilə də ayaqlarda.
• Yorğunluq, zəiflik, başgicəllənmə hissi, baş ağrısı və ya görmə problemləri.
• Ürəyin ləng, yaxud tez-tez döyünməsi.
• Ürəkbulanma və mədə nahiyəsində diskomfort, iştahanın itməsi.
• Mürgüləmə, energi azlığı hissi.
• Əzələlərdə qıcolma və ya diskomfort, çaşqınlıq və ya dezorientasiya.
• Susuzluq, ağızda quruluq, tünd rəngli sidik.
Əgər preparatın əlavə təsirləri ciddi şəkil alarsa, yaxud Siz bu məlumat vərəqində
göstərilməmiş hər hansı əlavə təsirlə üzləşsəniz, həkiminizə bu haqda məlumat verin.
Doza həddinin aşılması
Həkiminiz, yaxud tibb bacısı müalicəyə Sizin cavab reaksiyanızı yoxladığı təqdirdə həddən
çox məhlulun yeridilməsi ehtimalı yoxdur. Həddən çox Natrium xlorid məhlulunun infuziyası
qanda Natriumun miqdarının artmasına və bunun nəticəsində orqanizmin bəzi üzvlərinin
dehidratasiyasına, eləcə də Kalium itkisinə aparıb çıxara bilər. Əgər Siz təyin olunmuş məhlulun həcmi ilə, yaxud effektləri ilə əlaqəli narahatsınızsa, o zaman həkiminiz və ya tibb
bacısı ilə əlaqə saxlayın.
Əgər Siz bu preparatın istifadəsi ilə əlaqəli əlavə suallara maliksinizsə, o zaman həkiminiz və
ya tibb bacısından bu haqda soruşun.
Buraxılış forması
50 ml, 100 ml, 150 ml, 250 ml, 500 ml, 1000 ml və ya 3000 ml infuziya üçün məhlul,
PVX/PP torbada. Torbalar müvafiq sayda içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır Dondurmaq olmaz.
Dərman preparatları məişət tullantıları, yaxud çirkab suları ilə birgə atılmamalıdır. Bu
preparatı həkim, yaxud tibb bacısı tullayacaq. Bu tədbirlər ətraf mühiti mühafizə etmək üçün
köməklik edəcək.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Məhlul şəffaf və konteyner zədələnməmişsə, preparatı istifadə etmək olar. Xarici örtük
qatından azad edilən kimi istifadə olunmalıdır. Ancaq birdəfəlik istifadə üçündür. Məhlulun
istifadə edilməmiş hissəsi atılmalıdır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Polifarma İlaç Sanayi ve Ticaret A.Ş., Turkey.
Vakıflar OSB Mah. Sanayi Cad. No:22/1 Ergene/Tekirdağ/Turkey.