Pharmed

Natriya bikarbonat sodium 8,4 % 100 ml məhlul

NATRİUM BİKARBONAT MƏHLULU 8,4% infuziya üçün məhlul
SODIUM BICARBONATE SOLUTION 8,4% 

 


Beynəlxalq patentləşdirilməmiş adı: Sodium bicarbonate
 

Tərkibi

Təsiredici maddə: 1 litr infuziya məhlulunun tərkibində 84 q natrium hidrogenkarbonat vardır.
 (Na+ - 1 mmol/ml; HCO - 1 mmol/ml).
Köməkçi maddələr: natrium edetat, inyeksiya üçün su.
Məhlulun pH səviyyəsi: 7,0-8,5
Nəzəri osmolyarlığı: 2000mosm/l

 

Farmakoterapevtik qrupu

Qələvi-turşu balansını normallaşdıran antasid təsirli preparat.

 

İstifadəsinə göstərişlər

Natrium bikarbonat infuziyası uşaqlarda və böyüklərdə aşağıdakı göstərişlərdə təyin olunur:
-Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində ürək tutması (miokard infarktı) ilə 
əlaqəli metabolik asidoz.
-Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində hiperkalemiya ilə əlaqəli ürək 
tutması(miokard infarktı),
-Əvvəlcədən mövcud olan metabolik asidoz ilə həyati təhlükəli hiperkalemiya,
-Trisiklik antidepressantların doza həddinin aşılması,
Natrium bikarbonat yalnız ürək masajı, ventilyasiya, adrenalin və antiaritmik maddələr kimi 
digər reanimasiya tədbirlərinə cəhd edildikdən sonra istifadə olunmalıdır.
Yenidoğulmuşlarda natrium bikarbonat aşağıdakı hallarda təyin olunur:
-Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində ürək tutması ilə əlaqəli metabolik 
asidoz,
-Əvvəlcədən mövcud olan metabolik asidoz xəstələrində hiperkalemiya ilə əlaqəli ürək tutması

-Əvvəlcədən mövcud olan metabolik asidoz ilə həyati təhlükəli hiperkalemiya

 

Əks göstərişlər

-Aktiv maddəyə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq,
-Natrium qəbulunun məhdudlaşdırıldığı hallar ( məs., böyrək çatışmazlığı, hipertoniya, ödem, 
ürək çatışmazlığı),
- Hipoventilyasiyalı xəstələr (asidozun pisləşməsi riski),
- Metabolik və ya tənəffüs alkalozu,
- Anamnezində sidik axarı daşları olan xəstələr,
- Birlikdə mövcud olan kalium və ya xlorid tükənməsi, hipokalsemiya və hipernatremiya olan 
xəstələr.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Natrium bikarbonat 8,4% məhlulu təyin edən zaman risk/fayda 
nisbətini qiymətləndirmək lazımdır.

 

Pediatriyada istifadəsi

Yeni doğulmuşlarda və 14 yaşa qədər uşaqlarda istifadə olunur.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tətbiq olunmur; bu məhlul yalnız fövqəladə hallarda istifadə üçün nəzərdə tutulmuşdur.

 

İstifadə qaydası və dozası

Dozalanma turşu-qələvi pozulma dərəcəsindən asılıdır və mütəmadi olaraq yoxlanılmalıdır.
Böyüklərdə
Adi doza 1mmol / kq (1ml / kg 8,4%-li natrium bikarbonat məhlulu ) ilə başladılır və ardınca 10 
dəq intervallarla 0,5mmol / kg (0,5ml / kg 8,4%-li natrium bikarbonat məhlulu ) tətbiq olunur.
Uşaqlarda
Adi doza 1mmol / kq (1 ml / kq 8,4%-li natrium bikarbonat məhlulu) yavaş venadaxili inyeksiya 
ilə yeridilir. Erkən doğulmuş körpələrdə və yenidoğulmuşlarda natrium bikarbonatın 8,4%-li 
məhlulu 5%-li dekstroza ilə 1:1 nisbətində seyrəltilməlidir.
Yaşlılarda
Yalnız venaxili tətbiq olunmalıdır.

 

Buraxılış forması

100 ml və ya 200 ml məhlul, flakonda. 20 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya 
qablaşdırılır.

 

Saxlanma şəraiti

25 C-dən yüksək olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

DELTAMEDICA GmbH
Ernst-Wagner-Weg 1-5
D-72766 Retlingen.