Pharmed
NASTOYKA TRIKARDIN 50ML DAMLA
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“____ ”____________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
TRİKARDİN ÜRƏK DAMCISI daxilə qəbul olunan damcı
TRICARDIN HEART DROPS
TRIKARDIN Tərkibi
Təsiredici maddə: 1 ml preparatın tərkibində 0,34 ml pişikotu tinkturası (tinctura Valerianae)
(1:5) (ekstragent – 70 %-li etanol), 0,33 ml yemişan tinkturası (tinctura
Сrataegi) (1:10) (ekstragent – 70 %-li etanol), 0,33 ml şirquyruğu tinkturası
(tinctura Leonuri) (1:5) (ekstragent – 70 %-li etanol) vardır.
Təsviri
Sarımtıl-qəhvəyidən qəhvəyi-qonura qədər rəngli, pişikotu qoxulu mayedir. Saxlanma
müddətində çöküntünün əmələ gəlməsi mümkündür.
Farmakoterapevtik qrupu
Müxtəlif kombinəolunmuş kardioloji preparatlar.
ATC kodu: C01E X.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Trikardin kardioloji və sedativ preparatdır. “Trikardin ürək damcısı” preparatının müalicəvi təsiri
pişikotu kökünün və kökümsovunun, yemişan meyvələrinin, şirquyruğu otunun tərkibində olan
bioloji aktiv maddələr kompleksinin təsiri ilə əlaqədardır.
Yemişan meyvələrinin tərkibində olan bioloji aktiv maddələr (flavonoidlər, xolin, asetilxolin,
aşı maddələri, fitosterinlər) hipotenziv, kardioprotektor, spazmolitik xassələrə malikdir; tac
damarlarda və beyin damarlarında qan dövranını gücləndirir, miokardın ürək qlikozidlərinin
təsirinə qarşı həssaslığını yüksəldir, ürək əzələsinin yığılma qabiliyyətini bir qədər gücləndirirlər
və bununla yanaşı, onun oyanıqlığını aşağı salırlar.
Pişikotu kökünün və kökümsovununn tərkibində olan bioloji aktiv maddələr (borneolun və
izovalerian turşusunun mürəkkəb efiri, borneol, izovalerian turşusu, alkaloidlər, aşı maddələr,
saxaridlər) mərkəzi sinir sisteminin (MSS-in) oyanıqlığını aşağı salırlar, həddindən artıq psixi
gərginlik və əqli yorğunluq zamanı gərginliyi və əsəbiliyi aşağı salırlar, sedativ, yuxugətirici,
spazmolitik xüsusiyyətlər nümayiş etdirirlər, MMS-ə tormozlayıcı təsir göstərən digər dərman
preparatlarının, xüsusilə, sedativ və yuxugətirici preparatların, trankvilizatorların təsirini
gücləndirirlər. Bundan əlavə, pişikotunun tərkibində olan bioloji aktiv maddələr ödqovucu təsir
nümayiş etdirirlər, ürək ritmini ləngidirlər, ürəyin koronar damarlarını genişləndirirlər, mədənin
selikli qişasının sekretor aktivliyini gücləndirirlər.
Şirquyruğu otunun tərkibində olan bioloji aktiv maddələr (efir yağı, saponinlər, aşı maddələr,
alkaloidlər) mərkəzi sinir sistemində oyanma proseslərini aşağı salırlar, arterial təzyiqin
normalaşmasına və fizioloji yuxunun baş verməsinə səbəb olurlar, və həmçinin, digər sedativ və yuxugətirici preparatların effektlərini gücləndirirlər.
Farmakokinetikası
Öyrənilməyib.
İstifadəsinə göstərişlər
Ürək-damar sisteminin fəaliyyətinin funksional pozğunluqları (neyrosirkulyator distoniya,
vegetonevroz), sinir gərginliyi baş verdikdə və yuxusuzluq zamanı sakitləşdirici preparat kimi.
Əks göstərişlər
Anamnezdə alkoqolizm; tərkibində alkoqol olan digər preparatların eyni zamanda istifadəsi;
mədə və onikibarmaq bağırsağın xora xəstəliyi; qaraciyər sirrozu; hamiləlik və ya laktasiya
dövrü; depressiya və mərkəzi sinir sistemin tormozlanması ilə müşayiət olunan digər
pozğunluqlar; şiddətli arterial hipotenziya və bradikardiya; preparatın tərkibində olan hər hansı
komponentə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
“Trikardin ürək damcısı” preparatından istifadə müddətində alkoqol tərkibli içkilərin
istifadəsindən çəkinmək lazımdır. Qida komponentləri ilə qarşılıqlı təsirdən qaçınmaq məqsədi
ilə, preparatı yemək zamanı qəbul etmək tövsiyə olunmur.
Preparatın tərkibində etanol vardır! Uzun müddət ərzində istifadə etmək tövsiyə olunmur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparat trankvilizatorların, neyroleptiklərin, yuxugətiricilərin, sedativ preparatların,
analgetiklərin, spazmolitiklərin, ürək dərmanlarının və hipotenziv preparatların təsirini
gücləndirə bilər; həmçinin, alkoqolun təsirini gücləndirir.
Neqativ komplekslərin əmələ gəlmə ehtimalını nəzərə alaraq, preparatı, alkaloid tərkibli duzlarla
birlikdə istifadə etmək tövsiyə olunmur.
Preparatın III sinif aritmiyaəleyhinə preparatlarla və həmçinin sizapridlə birlikdə istifadəsi
tövsiyə olunmur.
Preparat, ürək qlikozidlərinin effektlərini gücləndirir.
Digər dərman preparatlarının eyni zamanda istifadəsi barədə həkimi məlumatlandırmaq lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparatdan istifadə etdikdə, nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri
idarə etməkdən çəkinmək lazımdır.
TRIKARDIN İstifadə qaydası və dozası
Böyüklərə “Trikardin ürək damcısı” preparatını sutkada 3 dəfə yeməkdən əvvəl 20-30 damcı
daxilə təyin etmək lazımdır.
12 yaşdan yuxarı uşaqlara preparatı, həyatlarının hər 1 ilinə 1 damcı hesabı ilə, sutkada 3 dəfə
yeməkdən əvvəl təyin etmək lazımdır.
Müalicə kursunun davametmə müddəti, patoloji prosesin xüsusiyyətini və ağırlıq dərəcəsini,
xəstəliyin gedişinin xüsusiyyətlərini, preparata qarşı tolerantlığı və əldə olunan müalicə
effektinin stabilliyini nəzərə alaraq, hər bir pasiyent üçün fərdi qaydada müəyyən olunur.
Uşaqlar
12 yaşa qədər uşaqlara təyin etmək olmaz.
Əlavə təsirləri
Ürək-damar sistemində baş verən pozğunluqlar: hipotenziya, ürək ritminin əhəmiyyətli dərəcədə ləngiməsi.
Sinir sistemində baş verən pozğunluqlar: depressiya, emosional reaksiyaların tormozlanması,
başgicəllənmə, yuxuya meyillilik.
Həzm sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qarın nahiyəsində spastik ağrılar.
Allergik reaksiyalar: qızarma, səpgilər, qaşınma, dəri ödemi.
Ümumi pozğunluqlar: yorğunluq hissi, əqli və fiziki iş qabiliyyətinin aşağı düşməsi.
Hər hansı arzuolunmayan reaksiyalar meydana çıxdığı halda, həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması
Tövsiyə olunan dozaları əhəmiyyətli dərəcədə aşdıqda, aşağıdakı simptomlar müşahidə oluna
bilər – baş ağrısı, başgicəllənmə, yuxuya meyillilik, bradikardiya, arterial təzyiqin aşağı düşməsi,
ümumi zəiflik, qarın nahiyəsində ağrı, ürəkbulanma, eşitmə və görmə itiliyinin aşağı düşməsi,
ürək çırpınması hissi, psixi oyanıqlıq, hiperhəssaslıq təzahürləri; bu hallar meydana çıxdıqda,
preparatın istifadəsinin dayandırılması və simptomatik müalicənin aparılması tələb olunur.
Buraxılış forması
50 ml, şüşə və ya plastik flakonda. 1 falokon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan
yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Ərizəçi
“Ternofarm” MMC, Ukrayna.
Ünvan
Ukrayna, 46010, Ternopol şəh., Fabriçnaya küç., 4.
Tel.:/Faks: (0352) 521-444, www.ternopharm.com.ua