Pharmed
NASTOYKA PUSTURNIK 200MG 25ML DAMLA
YEMİŞAN TİNKTURASI
Beynəlxalq patentləşdirilməmiş adı: Crataegus fruit
YEMİŞAN TİNKTURASI tərkibi
Təsiredici maddə: 1 flakonda 25 ml və ya 100 ml xırdalanmış yemişan meyvələrinin (Crataegi fructus) tinkturası (1:10) (ekstragent – 70%-li etanol) vardır.
Farmakoterapevtik qrupu: Kardiologiyada istifadə olunan preparatlar.
ATC kodu: С01ЕВ04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Yemişan meyvələrinin tərkibinə daxil olan bioloji aktiv maddələr (flavonoidlər, xolin, asetilxolin, aşı maddələr, fitosterinlər, triterpen turşuları) koronar damarlarda və baş beyin damarlarında qan dövranını gücləndirirlər, miokardın ürək qlikozidlərinə qarşı həssaslığını yüksəldirlər və onun oyanıqlığını aşağı salırlar ki, bu da ürək əzələsinin yığılma qabiliyyətinin müəyyən qədər güclənməsinə gətirib çıxarır.
Farmakokinetikası: Daxilə istifadə edildikdə, preparat yaxşı sorulur. Effekti 30 dəqiqədən – 1 saatdan sonra meydana çıxır.
İstifadəsinə göstərişlər: Ürək-damar sisteminin fəaliyyətinin funksional pozğunluqları (neyro-sirkulyator distoniya) zamanı və həmçinin, ürək ritmi pozğunluqlarının yüngül formalarında (səyrici aritmiya, paroksizmal taxikardiya) köməkçi dərman vasitəsi kimi istifadə olunur.
YEMİŞAN TİNKTURASI əks göstərişlər
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq. Ağır dərəcəli arterial hipotenziya və bradikardiya. Uşaqlar. 12 yaşa qədər uşaqlarda preparatın istifadəsi əks göstərişdir. Xüsusi göstərişlər və ehtiyat tədbirləri Qida komponentləri ilə qarşılıqlı təsirin qarşısını almaq məqsədi ilə, preparatı yemək zamanı istifadə etmək tövsiyə olunmur. Dərman preparatı, göstərişlərə müvafiq istifadə üçün təsdiq olunmuş, bitki mənşəli ənənəvi dərman vasitəsidir. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Preparat, ürək qlikozidlərinin və aritmiyaəleyhinə dərman preparatlarının effektlərini gücləndirir. Mənfi komplekslərin əmələ gəlməsi ehtimalını nəzərə alaraq, preparatı alkaloid duzları ilə birlikdə istifadə etmək tövsiyə olunmur. Preparatı, sizapridlə birlikdə istifadə etmək olmaz. Yemişan tinkturası yuxugətirici, sedativ və hipotenziv dərman preparatlarının təsirini gücləndirə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri Preparatın istifadəsi ilə aparılan müalicə müddətində nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
YEMİŞAN TİNKTURASI istifadə qaydası və dozası
Preparatı yeməkdən əvvəl qəbul etmək lazımdır. Stabil terapevtik effekt əldə edilənə qədər, tinkturanı böyüklərə – sutkada 3 dəfə 20 damcı, 12 yaşdan yuxarı uşaqlara – sutkada 3 dəfə, həyatlarının hər 1 ilinə 1 damcı hesabı ilə istifadə etmək tövsiyə olunur. Müalicənin davametmə müddəti həkim tərəfindən fərdi qaydada müəyyən olunur. Dərman preparatının istifadə müddətində xəstəliyin simptomları aradan qalxmadıqda və ya dərman preparatının tibbi istifadəsi üzrə təlimatda qeyd olunmayan əlavə reaksiyalar müşahidə olunduğu hallarda, istifadəçi həkimlə məsləhətləşməlidir.
YEMİŞAN TİNKTURASI əlavə təsirləri
Sinir sistemində baş verən pozğunluqlar: yuxuya meyillilik. Ürək-damar sistemində baş verən pozğunluqlar: ürək ritminin ləngiməsi. İmmun sistemdə baş verən pozğunluqlar: preparatın komponentlərinə qarşı fərdi yüksək həssaslıq qeyd olunduqda, allergik reaksiyalar (o cümlədən hiperemiya, səpgilər, qaşınma, dəri ödemi) meydana çıxa bilərlər.
Doza həddinin aşılması:
Simptomları: arterial təzyiqin aşağı düşməsi, yuxuya meyillilik, bradikardiya. Müalicəsi: preparatın istifadəsinin dayandırılması. Simptomatik terapiyanın təyin olunması.
Aptekdən buraxılma şərti:
Reseptsiz buraxılır.