Pharmed
NASTOYKA PUSTURNIK 200MG 25ML DAMLA
DAMOTU TİNKTURASI
LEONURI TINCTURA
Tərkibi
Təsiredici maddə: 1 flakonda 25 ml damotu tinkturası (tinctura herbae Leonuri) (1:5)
(ekstragent: 70%-li etanol) vardır.
Təsviri
Yaşılımtıl qonur rəngli, zəif ətir qoxulu mayedir. Saxlanma dövründə çöküntünün yaranması
mümkündür.
Farmakoterapevtik qrupu
Yuxugətirici və sedativ vasitə.
ATC kodu: N05CM.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Təsir xarakterinə görə damotu tinkturası pişikotu preparatlarına bənzərdir. Sakitləşdirici
effekti tormozlanma prosesinin güclənməsinə və ya mərkəzi sinir sistemində oyanma
proseslərinin zəifləməsi hesabına baş verir. Yuxugətirici təsir göstərmir, lakin fizioloji
yuxunun gəlməsini yüngülləşdirir və onu dərinləşdirir. Vərdişolma, psixi asılılıq yaratmır.
Farmakokinetikası
Öyrənilməyib.
İstifadəsinə göstərişlər
Ürək-damar sisteminin fəaliyyətinin funksional pozulmaları (hipertonik tip üzrə
neyrosirkulyator distoniya), arterial hipertenziyanın ilkin mərhələsi, eləcə də, yüksəlmiş
emosional oyanıqlıq, qıcıqlanma, yuxunun pozulmasının yüngül formaları.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın tərkibində etanol vardır. Preparatı uzun müddət istifadə etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Damotu tinkturası sedativ, yuxugətirici, analgetik, antihipertenziv preparatların və ürək
qlikozidlərinin effektini, eləcə də, alkoqolun təsirini gücləndirə bilər.
İstənilən digər dərman vasitələrilə eyni vaxtda qəbulu zamanı həkimə məlumat vermək
lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın tərkibində etanol olduğu üçün tinkturanı hamiləlik və laktasiya dövründə
istifadə etmək olmaz.
Pediatriyada istifadəsi
Preparatın tərkibinə etanol daxil olduğu üçün onun 12 yaşa qədər uşaqlarda istifadəsi
məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Damotu tinkturasının qəbulu zamanı nəqliyyat vasitəsini və digər potensial təhlükəli
mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
İstifadə qaydası və dozası
Damotu tinkturası yeməkdən sonra daxilə qəbul edilir.
Həkim digər müalicə sxemi təyin etmədikdə, böyüklərə gündə 3-4 dəfə 30-50- damcı stabil
müalicəvi effekt əldə edilənə qədər istifadə etmək məsləhət görülür, 12 yaşdan yuxarı
uşaqlara hər yaşa 1 damcı hesabı ilə sutkada 3-4 dəfə təyin edilir.
Müalicə kursu hər bir pasiyentə patoloji prosesin xarakterindən, ağırlıq dərəcəsindən,
xəstəliyin gedişinin xüsusiyyətindən, preparata qarşı dözümlüyündən və əldə edilən
müalicəvi effektin stabilliyindən asılı olaraq fərdi müəyyən edilir.
Əlavə təsirləri
Yüksək həssaslıq zamanı yerli allergik reaksiyaların (o cümlədən, dərinin qızarması və
ödem, səpgi, qaşınma), eləcə də, başgicəllənmə, yuxululuq, yorğunluq hissi, əqli və fiziki iş
qabiliyyətinin azalması mümkündür.
Doza həddinin aşılması
Məsləhət görülən doza həddi aşıldıqda, başgicəllənmə, yuxululuq, arterial təzyiqin enməsi
müşahidə edilə bilər. Doza həddinin aşılması halında preparatın qəbulunu dayandırmaq və
dərhal simptomatik tədbirlər və dəstəkləyici terapiya (pasiyentin klinik vəziyyətinə uyğun
olaraq) tətbiq etmək lazımdır.
Preparata qarşı yüksək həssaslığın inkişafı mümkündür.
Buraxılış forması
25 ml məhlul, damcıladıcısı olan şüşə flakonda.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan
yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Ərizəçi
“Ternofarm” MMC.
Ünvan
Ukrayna, Ternopol ş., Fabriçnaya k., 4.
Tel.:/Faks: +38 (0352) 521-444.
www.ternopharm.com.ua