Pharmed
NASTOYKA PROPOLIS 100MG 25ML
PROPOLİS TİNKTURASI
Beynəlxalq patentləşdirilməmiş adı: Propolis tincture
PROPOLİS TİNKTURASI Tərkibi
Təsiredici maddə: 1 flakonun içərisində 25 ml propolis tinkturası (propolisi tinctura) (1:10)
(ekstragent – 80 %-li etanol) vardır.
Köməkçi maddələr: ekstragentdən əlavə köməkçi maddə mövcud deyil.
Farmakoterapevtik qrupu
Yaraların və xoralı zədələnmələrin müalicəsi üçün istifadə olunan preparatlar. Yaraların
sağalmasına səbəb olan preparatlar.
ATC kodu: D03AX.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Propolis (arı yapışqanı) – arıların həyat fəaliyyətinin məhsuludur, tərkibində bir sıra biogen
maddələr – efir yağları, qətran qarışıqları, mum, flavonoidlər, flavonlar, darçın turşusunun
törəmələri vardır. Mikrob əleyhinə və iltihab əleyhinə aktivlik nümayiş etdirir, regenerasiya
(zədələnmiş toxumaların bərpa olunması) proseslərini sürətləndirir.
Farmakokinetikası:
Öyrənilməmişdir.
İstifadəsinə göstərişlər
Mikrotravmalar, dəri və selikli qişalar üzərində səthi zədələnmələr, otit, faringit, tonzillit,
haymorit, parodontit.
Əks göstərişlər
Propolisə qarşı yüksək həssaslıq və ya fərdi dözümsüzlük, xüsusilə, qaraciyər və ya böyrək
xəstəlikləri qeyd olunan pasiyentlərdə, ekzema, allergik reaksiyalar (xüsusilə, arıçılıq
məhsullarına qarşı reaksiyalar), dərinin və selikli qişaların zədələnmiş sahələrindən qanaxma.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Preparatın istifadəsi müddətində ağırlaşmaların meydana çıxması ehtimal edilir və bu səbəbdən,
pasiyentlər ağırlaşmaların inkişaf etməsi barədə məlumatlandırılmalıdırlar. Propolisə qarşı
dözümsüzlük simptomları preparatın istifadəsindən dərhal sonra və ya bir neçə saat və hətta bir
neçə sutka sonra meydana çıxa bilər. Bəzi pasiyentlərdə onlar yalnız təkrar müalicə kursu
müddətində inkişaf edir.
Pediatriyada istifadəsi:
Preparat 3 yaşdan yuxarı uşaqlarda istifadə edilə bilər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın digər antiseptik preparatlarla və ya arıçılıq məhsulları ilə eyni zamanda istifadəsi
tövsiyə olunmur. Hər hansı digər dərman preparatları ilə eyni zamanda istifadəsi üçün zərurət
yarandığı halda, həkimlə məsləhətləşmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və ya laktasiya dövründə göstərilən dərman preparatının istifadəsi tövsiyə olunmur.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Heç bir təsir göstərmir.
PROPOLİS TİNKTURASI İstifadə qaydası və dozası
Propolis tinkturası böyüklərdə və 3 yaşdan yuxarı uşaqlarda applikasiyalar şəklində, yaxalayıcı
və yuyucu məhlullar şəklində və eləcə də, inhalyasiyalar şəklində yerli istifadə üçün nəzərdə
tutulmuşdur.
Mikrotravmalar və dərinin irinli zədələnmələri qeyd olunduğu hallarda, propolis tinkturası
sutkada 1-3 dəfə zədələnmiş nahiyəyə tampon vasitəsi ilə çəkilə bilər.
Xarici irinli otitin müalicəsi müddətində xarici qulaq yuyulduqdan sonra qulağa propolis
tinkturası ilə isladılmış tampon (sutkada 2-3 dəfə 1-2 dəqiqəlik) yeridilməlidir və ya sutkada 3-4
dəfə 1-2 damcı propolis tinkturası damızdırılmalıdır.
Xroniki tonzillit və faringit zamanı selikli qişalara preparat 8-15 gün müddətində sutkada 1-2
dəfə çəkilməlidir. Bundan əlavə, tonzillit zamanı propolis tinkturası 1:20-yə nisbətində spirtlisulu inhalyasion məhlulun hazırlanması üçün istifadə edilə bilər. İnhalyasiya sutkada 1-2 dəfə
həyata keçirilməlidir, müalicə kursu 7-10 gün davam etdirilməlidir.
Xroniki haymorit zamanı haymor boşluqları 2 həftə müddətində sutkada 2 dəfə propolis
tinkturasından və 0,9%-li natrium xlorid məhlulundan (1:10-na nisbətində) hazırlanmış məhlul
ilə yuyulmalıdır.
Parodontoz zamanı propolis tinkturası turundalarda 5 dəqiqə müddətində parodontal ciblərə
yeridilməlidir.
Səthi eroziyalar və ağız boşluğu selikli qişasının zədələnmələri zamanı 15 ml propolis tinkturası
1/2 stəkan ilıq suda həll edilərək hazırlanmış yaxalayıcı məhlul şəklində 3-4 gün müddətində
sutkada 4-5 dəfə istifadə edilməlidir. Müalicə kursunun davametmə müddəti həkim tərəfindən
fərdi qaydada müəyyən edilir.
Əlavə təsirləri
Adətən istifadə edilən terapevtik dozalarda preparat toksik deyildir və pasiyentlər tərəfindən
yaxşı keçirilir. Əlavə reaksiyalar nadir hallarda inkişaf edir.
Ehtimal edilən əlavə reaksiyalara aşağıda göstərilənlər aiddir:
Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: övrə, dəri üzərində yerli qaşınma, yerli
ödem, dərinin qızarması, suluqların əmələ gəlməsi, vezikulyar səpgilər, dəridə, xüsusilə, əllərin
üzərində və preparatla kontaktda olan bədənin digər nahiyələrində quruluq və çatların əmələ
gəlməsi.
Mərkəzi sinir sistemində baş verən pozğunluqlar: başgicəllənmə.
İmmun sistemdə baş verən pozğunluqlar: allergik reaksiyalar, o cümlədən, allergik dermatit,
hiperemiya, dəri üzərində qaşınma, səpgilər, larinqospazm, təngnəfəslik, Kvinke ödemi, bədən
temperaturunun yüksəlməsi.
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: ürəkbulanma.
Tənəffüs sistemi orqanlarında baş verən pozğunluqlar: təngnəfəslik.
Dil üzərində yanğı hissi, ağızda quruluq şəklində meydana çıxan yerli reaksiyalar inkişaf edə
bilər.
İstənilən arzuolunmayan reaksiyalar meydana çıxdığı halda, preparatın istifadəsi
dayandırılmalıdır və mütləq həkimə müraciət edilməlidir.
Doza həddinin aşılması
Simptomları: iştahanın itməsi, orqanizmin ümumi tonusunun zəifləməsi, əzginlik, dəri üzərində
səpgilərin meydana çıxması.
Müalicəsi: antihistamin dərman preparatları ilə müalicə təyin edilməlidir.
Buraxılış forması
25 ml tinktura, damcısalan-flakonda.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.