Pharmed
NASTOYKA MYATI PERECNOY 50MG 25ML 1085
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
İSTİOTLU NANƏ CÖVHƏRİ tinktura (cövhər)
PEPPERMINT TINCTURE
Tərkibi
Təsiredici maddə: 1000 ml məhlulun tərkibində 50 q istiotlu nanə yarpaqlarının tinkturası.
Köməkçi maddələr: mentol tərkibli istiotlu nanə yağı 50%, etanol (etil spirti) 90%.
Təsviri
İyli, yaşıl rəngli şəffaf mayedir.
Farmakoterapevtik qrupu
Bitki mənşəli spazmolitik vasitə.
ATC-kodu: A03
Farmakoloji xüsusiyyətləri
Mədə-bağırsaq traktına yüngül spazmolitik təsir və yüngül sedativ təsir göstərir.
İstifadəsinə göstərişlər
Ürəkbulanma, qusma, mədə-bağırsaq traktının saya əzələlərinin spazmları zamanı simptomatik
vasitə kimi istifadə edilir.
Əks göstərişlər
Dərman vasitəsinin komponentlərinə qarşı yüksək həssaslıq.18 yaşa qədər uşaqlar.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərman vasitəsinin qəbulu fonunda simptomlar saxlandıqda həkimə müraciət etmək lazımdır.
Dərman vasitəsinin maksimal birdəfəlik dozasında 0,25q mütləq spirt var, maksimal gündəlik
dozada - 0,9 q mütləq spirt.
Dərman vasitəsinin istifadəsi dövründə yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb
olunan potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olduqda ehtiyatlı olmaq lazımdır.
Ehtiyatla
Qaraciyər xəstəlikləri, alkoqolizm, kəllə-beyin travması, baş beyin xəstəlikləri.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri məlum deyil. Homeopatik dərman vasitələrinin
effektivliyini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın tərkibində etil spirti var. Hamiləlik və laktasiya dövründə istifadəsi məsləhət görül-
mür.
İstifadə qaydası və dozası
Böyüklərdə daxilə bir qəbula 10-15 damcı qəbul edirlər (simptomlar itənə qədər, lakin gündə 3-4
dəfədən çox olmayaraq).Qəbul müddəti 1-2 həftədir.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür.
Doza həddinin aşılması
İndiyə qədər doza həddinin aşılması halları qeyd edilməmişdir.
Buraxılış forması
25 ml tinktura, narıncı rəngli şüşə flakonda və ya narıncı şüşə damcıtökəni olan flakonda. 1
flakon, içlik vərəqə ilə birlikdə karton qrup qablaşdırılır.
Saxlanma şəraiti
15-25°C temperaturda, qaranlıqda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehlakçı
“Yaroslavl Əczaçılıq Fabriki” QSC.
Rusiya Federasiyası 150030, Yaroslavl şəh., 1-ci Putevaya küç., 5.
Tel.:/Faks (4852) 44-38-56.