Pharmed

NASTOYKA BOYARISNIK 100MG 25ML

TƏSDİQ EDİLMİŞDİR 
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “___”__________ 2019-cu il
 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
YEMİŞAN TİNKTURASI
TINCTURA CRATAEGI
Tərkibi
Təsiredici maddə: 1 flakonda 25 ml yemişan meyvələrinin (Crataegi fructus) (1:10) 
 (ekstragent 70%-li etanol) tinkturası vardır. 
Köməkçi maddələr: ekstragentdən başqa maddə yoxdur.
Təsviri
Qırmızımtıl-qəhvəyi rəngli mayedir. Saxlanma prosesində çöküntünün yaranması mümkündür.
Farmakoterapevtik qrupu
Kardiologiyada istifadə edilən vasitələr.
ATC kodu: C01EB04.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Yemişan meyvələrinin tərkibində olan bioloji aktiv maddələr (flavonoidlər, xolin, asetilxolin, aşı
maddələri, fitosterinlər, triterpen turşuları) koronar damarlarda və baş beyin damarlarında qan
dövranını gücləndirir, miokardın ürək qlikozidlərinə qarşı həssaslığını artırır və onun oyanıqlığını
azaldır ki, bu da, ürək əzələsinin yığılmasının güclənməsinə səbəb olur.
Farmakokinetikası
Preparat daxilə qəbul zamanı yaxşı sorulur. Effekt 30 dəqiqədən -1 saatdan sonra baş verir.
İstifadəsinə göstərişlər
Ürək-damar sisteminin fəaliyyətinin funksional pozulmaları (neyrosikrulyator distoniya), eləcə
də, ürək ritminin pozulmasının (səyrici aritmiya, paroksizmal taxikardiya) yüngül formalarında
köməkçi dərman vasitəsi kimi təyin edilir.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Təzahürlü arterial hipotenziya və
bradikardiya.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qida komponentləri ilə qarşılıqlı təsirin qarşısını almaq məqsədilə, preparatı yemək zamanı qəbul
etmək olmaz.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 
Preparat, ürək qlikozidlərinin, yuxugətiricilərin, sedativlərin, hipotenziv vasitələrin təsirini
gücləndirə bilər. Mənfi komplekslərin yaranması ilə əlaqədar olaraq, alkaloid duzları ilə eyni
vaxtda istifadəsi məsləhət görülmür. Preparatı sizaprid ilə eyni vaxtda istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatın tərkibinə etanol daxil olduğu üçün tinkturanı hamilə qadınlarda və laktasiya dövründə
istifadə etmək məsləhət görülmür.
Pediatriyada istifadəsi
Preparatın tərkibinə etanol olduğu üçün 12 yaşa qədər uşaqlarda istifadə etmək məsləhət
görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək
lazımdır.
İstifadə qaydası və dozası
Yeməkdən əvvəl daxilə qəbul edilir.
Tinktura böyüklərə 20 damcı, 12 yaşdan yuxarı uşaqlara hər yaşa 1 damcı hesabı ilə gündə 3 
dəfə stabil müalicəvi effekt alınana qədər təyin edilir (arterial təzyiqin normallaşması, 
ürəkdöyünmənin azalması). 
Əlavə təsirləri
Nadir hallarda yuxululuq, ürək təzyiqinin əhəmiyyətli dərəcədə ləngiməsi, allergik reaksiyalar (o
cümlədən, hiperemiya, səpgi, qaşınma, dərinin ödemi) müşahidə edilir.
Doza həddinin aşılması
Doza həddinin əhəmiyyətli dərəcədə pozulması zamanı yuxululuğun, bradikardiyanın, arterial
təzyiqin enməsinin yaranması mümkündür ki, bunlar da, preparatın qəbulunun dayandırılmasını
və simptomatik terapiyanın aparılmasını tələb edir.
Buraxılış forması
25 ml məhlul, damcıladıcısı olan flakonda.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə 
saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Ərizəçi
“Ternofarm” MMC, Ukrayna
Ünvan
Ukrayna, Ternopol ş., Fabriçnaya k., 4.