Pharmed
NAFTIZIN 0,05% 10ML BURUN DAMLASI (RUS)
NAFTİZİN, 0,05%; 0,1% burun damcısı
NAFTİZİN tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 0,5 mq nafazolin nitrat vardır.
İstifadəsinə göstərişlər
Kəskin rinitlər. Allergik rinitlər. Rinoskopiyanı asanlaşdırmaq məqsədilə. Burundan qanaxmanı dayandırmaq üçün.
Əks göstərişlər
Hiperhəssaslıq, arterial hipertenziya, kəskin ateroskleroz, tireotoksi koz, 1 yaşa qədər uşaqlar (0,05 %-li məhlul üçün), xroniki rinit, atrofik rinit, gözün ağır xəstəliyi, bağlıbucaqlı qlaukoma, şəkərli diabet, taxikardiya, monoaminooksidazanın inhibitorl arının yanaşı istifadəsi və onların istifadəsi bitdikdən sonra 14 günə qədər olan dövr, 18 yaşa qədər uşaqlar və yeniyetmələr (0,1%-li məhlul üçün).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparat yalnız ana üçün gözlənilən faydanın döl üçün potensial riskdən üstün olduğu hallarda tətbiq oluna bilər. Həkimlə məsləhətləşmək mütləqdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat nəqliyyat vasitələrini və yuksək diqqət və sürətli psixomotor reaksiya tələb edən digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
NAFTİZİN istifadə qaydası və dozası
Dərman vasitəsi intranazal olaraq tətbiq edilir. Kəskin və allergik rinitlər zamanı böyüklərdə hər burun boşluğuna gündə 3 -4 dəfə 1 -3 damcı 0,05 - 0,1%-li məhlul damızdırılır. Uşaqlara 0,05%-li sulu məhlul (və ya 0,025% -li məhlul, 0,05% -li məhlulu distillə suyunda həll etməklə) təyin edilir: 1-6 yaş uşaqlara 1 -2 damcı, 6 -18 yaşlılara gündə 1 -3 dəfə 2 damcı. Rinoskopiya zamanı səthi anesteziyanın müddətinin uzadılması məqsədilə 1 ml həcmdə anestetikə 2 -4 damcı 0,1%-li nafazolin məhlulu istifadə edilir.
Burundan qanaxmalar zamanı 0,05%-li naftizin məhlulunda nəmləşdirilmiş tamponlar burun boşluğuna yerləşdirilir.