Pharmed

NAFTALAN 700MG 25GR MELHEM

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 _____________ E.M.Ağayev
 
 “_____”____________ 2021-ci il

 


 Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)


NAFTALAN MƏLHƏMİ xaricə istifadə üçün məlhəm
NAPHTHALAN OINTMENT


Beynəlxalq patentləşdirilməmiş adı: Naphthalan petroleum


Tərkibi
Təsiredici maddələr: 100 q məlhəmin tərkibində 70 q, 1 tubda (25q) 17,5 q rafinəolunmuş naftalan 
 nefti vardır.
Köməkçi maddələr: parafin, emulqator, aerosil.


Təsviri
Yaşıl flüoressensiyaedici, qara rəngli, özünəməxsus iyli, zəif turş reaksiyalı qatı şərbətəoxşar 
mayedir.
Farmakoterapevtik qrupu
Xroniki və iltihabi xəstəliklərin müalicəsində xaricə istifadə üçün vasitə.


ATC kodu: D03AX03.


Farmakaloji xüsusiyyətləri
Rafinə olunmuş naftalan nefti karbohidrogenlərdən və qətranlardan ibarət mürəkkəb qarışıqdır. 
Naftalan nefti dəriyə və selikli qişaya yumşaldıcı, hopdurucu, dezinfeksiyaedici və bir qədər 
ağrıkəsici təsir göstərir, həmçinin orqanizmə reflektor yolla ümumi təsir göstərə bilir. 


İstifadəsinə göstərişlər
Xaricə dərinin müxtəlif xəstəliklərində istifadə edilir: ekzema, neyrodermitlər, furunkulyoz, qızılyel 
iltihabı və oynaqların və əzələlərin digər iltihabi xəstəlikləri, artritlər, osteoartritlər, mialgiya və s. 
Nevralgiya, nevrit, radikulit, pleksit, yanıqlar, yaralar, yataq yaraları və s.


Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Müxtəlif etiologiyalı, aydın nəzərəçarpan 
anemiyalar, qanaxmaya meyillilik, qan xəstəlikləri, bəd-xöşxassəli şişlər, kəskin oynaq xəstəlikləri, 
kəskin ginekoloji xəstəliklər, MSS-in üzvi xəstəlikləri, istənilən orqanın vərəm xəstəliyi, III dərəcəli 
hipertoniya, qan dövranının II və III dərəcəli pozulması, stenokardiya tutmaları ilə müşahidə olunan 
II və III dərəcəli xroniki koronar çatışmazlıq, səyrici aritmiya və paroksizmal taxikardiya, 
anamnezdə miokard infarktının və ya epilepsiyanın olması, aydın nəzərəçarpan böyrək çatışmazlığı, 
kəskin nefrit və nefrozlar, müxtəlif etiologiyalı qaraciyər çatışmazlığı, zöhrəvi xəstəliklər, psixi 
xəstəliklər, hamiləlik və laktasiya dövrü. 


Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

İstifadə qaydası dozası
Gündə 1-2 dəfə dərinin zədələnmiş nahiyəsinə nazik təbəqə şəklində sürtülür.
Əlavə təsirləri
Allergik reaksiyalar və preparatın dəriyə sürtüldüyü yerdə yanğı hissi, uzunmüddətli istifadəsi 
zamanı dəridə quruluq hissi və follikulit mümkündür. Uzunmuddətli istifadə zamanı məlhəm 
dərinin xarici təsirlərə qarşı həssaslığını və müxtəlif vasitələr üçün keçiriciliyini artıta bilər ki, bu da 
digər xaricə istifadə edilən vasitələr ilə birgə təyini zamanı nəzərə alınmalıdır.


Buraxılış forması
25 q məlhəm, alüminium tubda. 1 tub, içlik vərəqə ilə birgə karton qututya qablaşdırılır. 


Saxlanma şəraiti
10-15°C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdlr.


Yararlılıq müddəti
6 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 


Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.


İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Azərfarm Ltd.
Azərbaycan Respublikası, Bakı ş., Bünyadov küç., 14.