Pharmed
MULTIVITA N5 FLK
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“___”__________ 2019-cu il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MULTİVİTA inyeksiya məhlulu hazırlamaq üçün liofilizat
MULTIVITA
Tərkibi
Təsiredici maddə: 1 flakonda 3300 BV A vitamini (retinol
palmitat 1,815 mq), 200 BV erqokalsiferol, 10 mq tokoferol asetat, 100 mq
askorbin turşusu, 3,81 mq tiamin hidroxlorid (3 mq tiaminə ekvivalntdir),
3,60 mq riboflavin natrium fosfat, 4,86 mq piridoksin hidroxlorid (4 mq
piridoksinə ekvivalentdir), 40 mq nikotinamid, 15 mq dekspantenol, 60 µq
biotin, 400 µq fol turşusu, 5 µq sianokobalamin vardır.
Köməkçi maddələr:D-mannitol, polisorbat 20, polisorbat 80, natrium hidroksid.
Təsviri
Sarı rəngli liofilizəolunmuş tozdur.
Farmakoterapevtik qrupu
Vitaminlər. Polivitaminlər.
ATC kodu: A11BA.
Farmakoloji xüsusiyyətləri
Farmakokinetikası
Preparatın təsiri onun komponentlərinin ümumi təsirinə əsaslandığı üçün kinetik müşahidələrin
aparılması mümkün deyil. Bütün komponentlər birlikdə markerlərin və biotədqiqatların köməyi
ilə izlənə bilməz.
Farmakodinamikası
Askorbin turşusu vitamin C çatışmazlığını tamamlayır, metabolik, antioksidant təsir göstərir,
oksidləşmə-reduksiya proseslərini nizamlayır. Bir çox biokimyəvi reaksiyalarda hidrogen
daşınmasını nizamlayır, trikarbon turşuları siklində qlükozanın istifadəsini yaxşılaşdırır,
toxumaların bərpasında və tetrahidrofol turşusunun əmələ gəlməsində, steroid hormonların,
kollagenin sintezində iştirak edir. Hüceyrəarası maddənin kolloid vəziyyətini və kapilyarların
normal keçiriciliyini saxlayır, proteolitik fermentləri aktivləşdirir, xolesterinin, piqmentlərin
mübadiləsində iştirak edir, qaraciyərdə qlikogenin toplanmasına kömək edir, immunoloji
reaksiyaları nizamlayır (anticisimlərin, komplementin C3-komponentini, interferonun sintezini
aktivləşdirir), faqositoza kömək edir, infeksiyalara qarşı orqanizmin müqavimətini artırır. İltihab
əleyhinə, antiallergik təsir göstərir.
Vitamin A oksidləşmə-reduksiya proseslərini aktivləşdirir, purin və pirimidin əsaslarının sintezini
stimulə edir, adenozinfosfor turşusunun sintezi üçün əlverişli şərait yaradaraq metabolizmin
enerji təminatında iştirak edir. Qığırdaq və sümük toxumasında zülal sintezini artırır,
epitelizasiyanı stimulə edir, hüceyrələrin səthi membranlarının qlikoproteidlərinin biosintezini
nizamlayır, anticisimlərin əmələ gəlməsini gücləndirir, faqositozu nizamlayır, fotoresepsiyaya
təsir göstərir.
Erqokalsiferol vitamin D çatışmazlığını tamamlayır, fosfor-kalsium mübadiləsini nizamlayır.
Erqokalsiferolun aktiv metabolitləri hüjeyrə membranından asan keçərək zülal sintezinə təkan
verir, kalsiumun qana keçməsini asanlaşdırır. Qığırdaq hüceyrələrinin sümükdə inkişafını,
kalsiumun plazmadan tutub saxlanılmasını və onun fosfatlar şəklində sümüklərdə toplanmasını
normallaşdırır, böyrəklərdə kalsiumun, natriumun, fosfatların, aminturşuların normal
reabsorbsiyası üçün lazmi şərait yaradır.
Tiamin hidroxlorid vitamin B1 vitamini çatışmazlığını tamamlayır, antioksidant,
qanqlioblokadaedici, immunostimuləedici təsir göstərir. Çox sayda dekarboksilazların
kofermenti olan tiaminpirofosfat əmələ gətirərək fosforlaşır, piruvatın, alfa-ketoqlutaratın
metabolizmində iştirak edir və karbon, zülal, yağ mübadiləsində həmçinin sinapslarda sinir
oyanmasının ötürülməsi proseslərində əsas rol oynayır. Hüceyrə membranlarını peroksidləşmə
məhsullarının toksik təsirindən qoruyur.
Riboflavin natrium fosfat (Vitamin B6) metabolik təsir göstərir; flavinproteinlərin koenzimini-
suksiatdehidrogenaza, sitoxromreduktaza, diaforaza, amin turşularının oksidazaları və s. kimi
fermentlərin komponentləri olan flavinadeninmononukleotid və flavinadenindinukleotid əmələ
gətirərək ATF ilə qarşılıqlı təsirdə olur. Oksidləşmə-reduksiya proseslərini tənzimləyərək H+
ötürülməsində, toxuma tənəffüsündə, karbohidrat, zulal, piy mübadiləsində, gözün normal görmə
funksiyasının saxlanılmasında, Hb və eritropoetin sintezində iştirak edir. Riboflavinlə aktivləşən
piridoksalkinaza piridoksini (vitamin B6) aktiv forma olan piridoksal fosfata çevirir, triptofanın
niasinə çevrilməsinə, eritrositlərin bütövlüyünün saxlanılmasına kömək edir. Qlütationreduktaza
ksantinoksidazanın tərkibinə daxildir. Normal bağırsaq mikroflorası tərəfindən sintez olunur və
özü onun saxlanılması üçün vacibdir.
Piridoksin hidroxlorid (Vitamin B6) maddələr mübadiləsində əsas rol oynayır: mərkəzi və
periferik sinir sisteminin normal fəaliyyətində zəruridir. Piridoksin fosforlaşmış amin turşuları
qeyri oksidləşdirici mübadiləsinə təsir göstərən böyük miqdar fermentlərin koenzimidir (
həmçinin dekarboksilləşmə, transaminləşmə proseslərinə). Piridosid triptofan, metionin, sistein,
qlutamin və digər amin turşuları mübadiləsində iştirak edir və həmçinin histamin mübadiləsində
əhəmiyyətli rol oynayir. Piridoksin lipid mübadiləsinin normallaşdırılmasına kömək edir.
Vitamin B6 (piridoksin, piridoksal, piridoksamin) orqanizmi qanda qlükozanın səviyyəsinin
kəskin dəyişməsindən qoruyaraq (böyrəküstü vəzdən adrenalin atılır və şəkərin miqdarı qanda
kəskin dəyişir) qlükozanın hüceyrədə effektiv istifadəsinə kömək edir.
Nikotinamid PP vitamini çatışmazlığını tamamlayır. Nikotin adenin dinukleotid (NAD) və
nikotin adenin dinukleotid fosfat (NADF) sintezini stimulə edir, mübadilənin bir çox növlərinin
normal gedişini təmin etməklə protonları çoxsaylı oksidləşmə-reduksiya reaksiyalarına ötürür.
Deksapantenol pantoten turşusunun çatışmazlığını tamamlayır, iltihabəleyhinə təsir göstərir,
regenerasiya proseslərini, bağırsaq peristaltikasını stimulə edir. Orqanizmdə koferment A
sintezinin substrat stimulyatoru olan aktiv metabolit-pantoten turşusu əmələ gətirir, bütün
metabolik proseslərdə iştirak edir, kortikosteroidlərin əmələ gəlməsini, xolinin asetilləşməsini
təmin edir, bağırsağın normal sekretor və kinetik funksiyasını saxlayır.
Tokoferol asetat antioksidant təsir göstərir, hem-in və zülalların sintezində, toxuma tənəffüsündə,
metabolizmin digər vacib proseslərində iştirak edir, eritrositlərin hemolizinin qarşısını alır,
kapilyarların yüksək keçiriciliyinə mane olur.
Biotin (vitamin H, vitamin B7) B qrupunun həll olan vitaminidir. Orqanizmdə biotin
karbohidrat, zülal, piy mübadiləsində əhəmiyyətli rol oynayır, normal boy və hüceyrələrin
inkişafinda həyati vacib hesab edilir, orqanizmə düşdükdə biotin karboksilazanın koenzimi
vəzifəsini yerinə yetirir. İnsulinəbənzər təsir göstərir və qlükoneogenez prosesində iştirak edir
(qlükoneogenaza sintezində iştirak edir), bunun da nəticəsində qlükozanın qanda miqdarının
stabilləşməsinə kömək edir, sinir sisteminin funksiyasını yaxşılaşdırır. Biotin B qrupunun digər
vitaminlərinin: fol turşusu, pantoten turşusu, sianokobalaminin sinergistidir. Biotinin purin
nukleotidlərin sintezində iştirakı haqqında məlumat vardır. Biotin həmçinin zülal-kollagen
sintezində iştirak edən kükürdün mənbəyidir və beləliklə də dərinin və onun törəmələrinin
(tük, dırnaq) strukturuna müsbət təsir göstərir. Bağırsağın biomikroflorası tərəfindən sintez
olunur.
Fol turşusu - fol turşusu çatışmazlığını tamamlayır, homopoetik təsir göstərir. Orqanizmdə
meqaloblastların yetişməsi və onların normoblastlara transformasiyası üçün lazım olan
tetrahidrofol turşusuna çevrilir, purinlərin, pirimidinlərin mübadiləsində, nuklein turşularının
sintezində, aminturşuların metabolizmində əsas rol oynayır.
Sianokobalamin eritropoetik, metabolik təsir göstərir. Karbon, zülal, yağ mübadiləsində iştirak
edir. Regenqerasiyanı artırır, qanyaranmanı, qaraciyərin və sinir sisteminin funksiyasını stimulə
edir. Qanın laxtalanma sistemini aktivləşdirir, xolesterinin qanda miqdarını azaldır. Orqanizmdə
dezoksiribozanın, dezoksiribonuklein turşusunun, kreatinin, metioninin əmələ gəlməsi üçün
lazım olan, bir çox fermentlərin tərkibinə daxil olan kobomamid-kofaktoruna çevrilir.
İstifadəsinə göstərişlər
• Hipovitaminozların profilaktikası. Vitaminlərə tələbatın artdığı vəziyyətlər (cərrahiyyə
əməliyyatından sonra vitamin çatışmazlığı halları, müxtəlif dərəcəli yanıqlar, sınıqlar,
infeksion xəstəliklər o cümlədən parenteral qidalanma).
Əks göstərişlər
• hamiləlik və laktasiya dövrü
• preparatın komponentlərinə yüksək həssaslıq
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Təyin olunan sutkalıq dozanı keçmək məsləhət görülmür. Uzun müddətli müalicə zamanı A, D
vitaminlərinin kumulyasiyasının və toksik effektlərin qarşısını almaq məqsədilə laborator
göstəricilərə nəzarət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Diakarbla, tiazid diuretikləri ilə, tetrasiklin hidroxloridlə uyuşmur. Preparatın effektivliyi
kalsium duzları ilə qarşılıqlı təsir zamanı aşağı düşür. Preparatın bəzi komponentləri K vitamini
ilə qarşılıqlı təsirə girir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparatdan istifadə zamanı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri
idərə etmək mümkündür.
İstifadə qaydası və dozası
Böyüklər üçün: Məsləhət görülən doza-sutkada 5 ml. Preparat yalnız venadaxili istifadə olunur.
Hazırlanma qaydası: şpris vasitəsilə 5 ml inyeksiya üçün su, 5%-li qlükoza məhlulu və ya 0,9%-
li natrium xlorid məhlulu flakona yeridilir. Toz tam həll olanadək ehtiyatla qarışdırılır. Alınan
məhlul sarı-narıncı rəngdə olur. Preparat şpris və ya 5%li qlükoza, ya da natrium xlorid
məhlulunda olan infuziya ilə damcı üsulu ilə yavaş-yavaş gündə 1 dəfə venadaxili yeridilir.
Müalicənin müddəti müalicə həkimi tərəfindən müəyyən edilir.
Əlavə təsirləri
Allergik reaksiyalar
Doza həddinin aşılması
Simptomları: hipervitaminozun özünü göstərməsi: başağrısı, başgicəllənmə, yaddaşın pozulması,
görmə qabiliyyətinin pozğunluğu, qıcolmalar, qusma, diareya, orqanizmin susuzlaşması, allergik
reaksiyalar
Buraxılış forması
İnnyeksiya məhlulunun hazırlanması üçün toz. 713,78 mq 5 ml-lik ağzı flip-off (əlavə edilmiş
plastmass qapaqlı alüminium əsas) tipli rezin tıxacla bağlanmış tünd rəngli şüşə flakonda. 5 və
ya 10 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Dae Han New Pharm Co., Ltd, Cənubi Koreya Respublikası.