Pharmed
MULIMEN S 50ML DAMLA
MULİMEN S, oral damcı
MULİMEN S tərkibi
Təsiredici maddələr: 100 q məhlulun tərkibində vardır: Vitex agnus-castus D3 11,11q; Cimicifuga racemosa D4 11,11 q; Ambra grisea D4 11,11 q; Hypericum perforatum D3 11,11 q; Sepia officinalis D8 11,11 q; Calcium carbonicum Hahnemanni D8 11,11 q; Kalium carbonicum D4 11,11q; Gelsemium sempervirens D4 11,11q.
İstifadəsinə göstərişlər
Spastik parametropatiya, menstrual pozulmalar, depressiya.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). Yaşı 12 -dən az olan uşaqlara verilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunmuş maddələrin homeopatik həll edilmiş məhlullarının hamiləlik və laktasiya müddətində toksiki olmaları məlum deyil. Bütün dərman vasitələri kimi, hamiləlik və laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya tibbi mütəxəssislə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə heç bir təsir bildirilməmişdir və homeopatik durulaşdırılmalar səbəbilə heç bir təsiri gözlənilmir.
MULİMEN S istifadə qaydası və dozası
Gündə 4-5 dəfə yeməkdən əvvəl az miqdar su ilə 15-20 damcı qəbul etmək tövsiyə olunur. Kəskin hallarda 2-3 saat ərzində hər 30 dəqiqədən bir 10 damcı.