Pharmed

MUKALTIN 0,05GR N10 TB (UKR)

MUKALTİN, tabletlər

MUKALTİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində quru maddə hesabı ilə 50 mq mukaltin vardır.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının qatı və özlü bronxial ifrazatın yaranması və/və ya onun xaric olmasının pozulması ilə müşayiət olunan kəskin və xroniki xəstəlikləri zamanı öskürək: bronxit, pnevmoniya, bronxoektaziya xəstəliyi, bronxial astma.

Əks göstərişlər

Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadə təcrübəsi yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat avtonəqliyyat idarə etmək və digər təhlükəli mexanizmlərlə işləmək qabiliyyətinə təsir etmir.

MUKALTİN istifadə qaydası və dozası

Tabletlər çeynəmədən, xeyli miqdar su ilə qəbul edilir. Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara yeməkdən əvvəl sutkada 4 dəfə 2 tablet təyin edilir. Uşaqlar üçün doza yaşdan asılı olaraq təyin edilir: 1-3 yaşlı uşaqlara sutkada 3 dəfə 1 tablet, 3-12 yaşlı uşaqlara sutkada 4 dəfə 1 tablet. Uşaqlarda istifadəsi zamanı preparatı 1/3 stəkan isti suda həll edib, istəyə görə şəkər və ya meyvə şərbəti əlavə etmək olar.

Müalicə kursu xəstəliyin formasından asılı olaraq 7 gündən 1-2 aya qədərdir.