Pharmed
Mufleksin4 mq N20 kapsul
MUFLEKSİN 4 mq kapsullar
MUFLEKSIN
Beynəlxalq patentləşdirilməmiş adı: Thiocolchicoside
Tərkibi
Təsiredici maddər: 1 kapsulda 4 mq tiokolxikozid vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, maqnezium stearat, təmizlənmiş su,
jelatin, natrium laurilsulfat.
Farmakoterapevtik qrupu
Mərkəzi təsirli miorelaksant.
İstifadəsinə göstərişlər
MUFLEKSİN böyüklərdə və 16 yaşdan yuxarı yetişkinlərdə ani meydana gələn onurğa mənşəli
ağrılı əzələ spazmalarının simptomatik müalicəsində istifadə olunur.
Əks göstərişlər
Tiokolxikozidə yaxud kolxikozidə qarşı yüksək həssaslıq, miasteniya, əzələ zəifliyi (hipotonusu),
yüngül iflic. 16 yaşa qədər uşaqlar. Hamiləlik. Laktasiya dövrü.
Hamilə olmaq ehtimalı olan və kontraseptivlərdən istifadə etməyən qadınlara əks göstərişdir.
Antikoaqulyantların istifadəsi və qanaxmalara meyillik zamanı preparatın əzələdaxili istifadəsi
məsləhət görülmür.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C-dir.
Hamiləlik dövründə əks göstərişdir.
Tiokolxikozid ana südündə aşkar olunur. Laktasiya dövründə preparat əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizimlərə idarəetmə qabiliyyətinə təsiri
Preparatın qəbulu zamanı nəqliyyat vasitələrinin və potensial təhlükəli mexanizimlərin idərə olunması
zamanı diqqətli olmaq lazımdır.
İstifadə qaydası və dozası
MUFLEKSİN kapsul kəskin əzələ spazmlarında gündə iki dəfə 1-2 kapsul yeməkdən sonra 1 stəkan su
ilə daxilə qəbul edilir. Müalicə müddəti 5-7 gün təşkil edir.
Fizioterapevtik prosedurlar ilə yanaşı istifadə zamanı arzuolunan miorelaksant effekti əldə etmək üçün
preparat prosedurdan 1-2 saat əvvəl istifadə olunmalıdır.
• Preparatdan istifadə fonunda diareya (ishal) yaranarsa, dozanı gündə 1 kapsula qədər azaltmaq
lazımdır.
• 16 yaşa gədər uşaqlarda istifadəsi haqqında məlumat yoxdur.
Buraxılış forması
MUFLEKSİN kapsul 4 mq
10 kapsul, blisterdə. 2 blister (20 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə, öz qutusunda
saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resepti əsasında buraxılır.
İstehsalçı
BİLİM PHARMACEUTICALS.
Gebze Organize Sanayi Bolgesi 1900 Sokak, No:1904 41480.
Gebze Kocaeli/Turkey.
Qeydiyyatın vəsiqəsinin sahibi
BİLİM PHARMACEUTICALS.
Bilim Plaza, Kaptanpasa Mah. Zincirlikuyu Cad.No:184, 34440.
Beyoglu-Istanbul Turkey.
www.bilimpharma.com