Pharmed
Mufleksin 2mg 2 ml N6 ampul
MUFLEKSİN 4 mq/2 ml əzələdaxili inyeksiya üçün məhlul
MUFLEKSIN
Beynəlxalq patentləşdirilmiş adı : Thiocolchicoside
Tərkibi
Təsiredici maddər: 2 ml (1 ampul) məhlulun tərkibində 4 mq tiokolxikozid vardır.
Köməkçi maddələr: natrium xlorid, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Mərkəzi təsirli miorelaksant.
İstifadəsinə göstərişlər
MUFLEKSİN böyüklərdə və 16 yaşdan yuxarı yetişkinlərdə ani meydana gələn onurğa mənşəli
ağrılı əzələ spazmalarının müalicəsində əlavə olaraq istifadə olunur.
Əks göstərişlər
Tiokolxikozidə yaxud kolxikozidə qarşı yüksək həssaslıq, əzələ zəifliyi, miasteniya, yüngül iflic. 16
yaşa gədər uşaqlar.
Antikoaqulyantların istifadəsi və qanaxmalara meyillik zamanı preparatın əzələdaxili istifadəsi
məsləhət görülmür.
Hamiləlik və laktasiya dövrü
Hamilə olmaq ehtimalınız varsa
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik kateqoriyası C-dir.
Hamiləlik dövründə istifadə olunmur.
Tiokolxikozid ana südündə aşkar olunur. Laktasiya dövründə preparat əks göstərişdir.
İstifadə qaydası və dozası
MUFLEKSİN ampul skelet əzələ spazmları və ağrıları zamanı 4 mq dozada gündə 2 dəfə 3-5 gün
müddətində əzələdaxili istifadə olunur. MUFLEKSİN ampulun 3-5 gün ərzində istifadəsi məsləhət
görülür. Əgər müalicənin davam edilməsinə ehtiyac olarsa preparatın peroral qəbulu məsləhət
görülür.
Fizioterapevtik prosedurlar ilə yanaşı istifadə zamanı arzuolunan miorelaksant effekti əldə etmək
üçün preparat prosedurdan 1-2 saat əvvəl istifadə olunmalıdır.
• Preparatdan istifadə fonunda diareya (ishal) yaranarsa, dozanı gündə 1 kapsula qədər
azaltmaq lazımdır.
• 16 yaşa gədər uşaqlarda istifadəsi haqqında məlumat yoxdur.
Buraxılış forması
2 ml məhlul, ampulda. 6 ampul, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Digər buraxılış formaları
MUFLEKSİN kapsul 4 mq
10 kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
MUFLEKSİN kapsul 8 mq
10 kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən yüksək olmayan temperaturda, orijinal qutusunda , quru, qaranlıq və uşaqların əli
çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
İdol İlaç Dolum Sanayii ve Ticaret A.Ş.
Davutpaşa Cad.Celalbey Sok.
No.20 34020 Topkapı, İstanbul/Turkiyə.
Qeydiyyatın sahibi
BİLİM PHARMACEUTİCALS.
Bilim Plaza, Kaptanpasa Mah.
Zincirlikuyu Cad. №: 184.34440
Beyoglu-İstanbul Turkey.
www.bilimpharma.com