Pharmed

MOVALIS 15MG 1,5ML N3 AMP

TƏSDİQ EDİLMİŞDİR 
 Azərbaycan Respublikası
 Səhiyyə Nazirliyi
 Farmakoloji və Farmakopeya
 Ekspert Şurasının sədri
 
 _____________ E.M.Ağayev
 “___” __________2017-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
MOVALİS® inyeksiya üçün məhlul
MOVALIS®
Beynəlxalq patentləşdirilməmiş adı: Meloxicam
Tərkibi
Təsiredici maddə: 1 ampulda 15 mq Meloksikam vardır.
Köməkçi maddələr: meqlumin, qlikofurol, poloksamer 188, natrium xlorid, qlisin, natrium 
 hidroksid, inyeksiya üçün su.
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
MOVALİS® - enol turşusu qrupuna aid olan qeyri-steroid iltihabəleyhinə preparatdır (QSİƏP), 
heyvanlarda iltihabəleyhinə, analgetik (ağrıkəsici) və antipiretik (qızdırmasalıcı) təsir 
göstərmişdir. Meloksikam bütün iltihab modelləri üzərində güclü iltihabəleyhinə təsir 
göstərmişdir. Yuxarıdakı effektlərin ümumi mexanizmi meloksikamın iltihab mediatorları kimi 
məlum olan prostaqlandinlərin biosintezini inhibə etməsi ilə əlaqədardır.
Siçovullarda adyuvant artrit modeli üzərində xora əmələ gətirici doza ilə iltihabəleyhinə effektiv 
dozanın müqayisəsi standart QSİƏP-dən daha artıq müalicəvi genişliyə malik olduğunu təsdiq 
etmişdir. İn vivo, meloksikam, mədənin selikli qişası və ya böyrəklərə nisbtən , iltihab ocağında 
prostaqlandinlərin biosintezini daha güclü surətdə tormozlayır.
Bu fərqlər preparatın SOG-1-ə nisbətən SOG-2-yə seçici inhibəedici təsir göstərməsi ilə
əlaqədardır və onu göstərir ki, SOG-2-nin inhibə olunması QSİƏP-in müalicəvi effektinin
(təsirinin) meydana çıxmasına, SOG-1-in inhibə olunması isə mədədə və böyrəklərdə əlavə
təsirlərin meydana çıxmasına səbəb olur.
Meloksikamın SOG-2-yə münasibətdə selektiv təsiri hər iki halda, həm in vitro, həm də ex vivo
bir sıra test sistemlərində təsdiq edilmişdir. İnsanda qanın ümumi analizində meloksikam in vitro
SOG-2-ni selektiv olaraq inhibə etmişdir. Müəyyən edilmişdir ki, meloksikam (7,5 və 15 mq)
dozada,qanın laxtalanması prosesində iştirak edən tromboksanın sintezinə təsiri ilə müqayisədə, 
lipopolisaxaridlər tərəfindən stimulə olunan prostoqlandin E2-nin sintezinə (hasilatına) daha 
güclü inhibə edici təsir göstərərək, ex vivo SOG-2-yə qarşı güclü ibhibəedici təsir nümayiş 
etdirmişdir. Bu təsirlər dozadanasılı xarakter daşımışdır. Baxmayaraq ki, indometasin, 
diklofenak, ibuprofen və naproksen əhəmiyyətli dərəcədə trombositlərin aqreqasiyasını inhibə
edir və qanaxma vaxtını uzadır, meloksikam tövsiyə olunan dozalarda istifadə zamanı ex vivo nə
trombositlərin aqreqasiyasına, nə də qanaxma vaxtına təsir göstərməmişdir.
Klinik sınaqlarda mədə-bağırsaq sistemi tərəfindən 7,5 mq və 15 mq meloksikamın qəbulu ilə
bağlı müşahidə olunan bütün əlavə təsirlərin, əsasən dispepsiya, qusma, ürəkbulanma və qarında

ağrı kimi əlavə təsirlərin QSİƏP-lə müqayisədə daha az tezlikdə baş verməsi barədə məlumat 
verilmişdir. Mədə-bağırsaq traktının yuxarı şöbələrinin meloksikamla assosiasiya olunmuş 
perforasiyası, xoraları və qanaxmaları barədə məlumat verilmişdir, bunlar zəif və dozadan asılı
olmuşdur .
Meloksikamla digər QSİƏP-lər arasında mədə-bağırsaq traktının yuxarı şöbələrinin klinik 
əhəmiyyətli perforasiyası, obstruksiyası və qanaxmalarının başvermə tezliklərinin statistik 
əhəmiyyətli fərqini müəyyən etmək üçün heç bir adekvat tədqiqatlar aparılmamışdır. Hər gün 
meloksikam qəbul edən osteoartroz, revmatoid artrit və ankilozlaşdırıcı spondilitdən əziyyət 
çəkən pasiyentlərin iştirakı ilə 35 klinik sınağın ümumiləşdirilmiş analizi aparılmışdır. Bu 
tədqiqatlarda meloksikamın təsiri 3 həftədən bir ilə qədər dəyişmişdir (pasiyentlərin əksəriyyəti 
bir aylıq tədqiqatlara daxil edilmişdir). Demək olar ki, anamnezində mədə-bağırsaq 
perforasiyası, xorası və ya qanaxması olan bütün pasiyentlər sınaqlarda iştirak etmişdir.
Mədə-bağırsaq traktının yuxarı şöbələrinin klinik əhəmiyyətli perforasiyası, obstruksiyası və
qanaxması (POQ) sərbəst plasebo tədqiqatlarından sonra retrospektiv olaraq 
qiymətləndirilmişdir. 

[Yalnız BŞ və Rusiya üçün]
Yuvenil revmatoid oliqoartritin və yaxud poliartritin əlamətlərinin və simptomlarının 
müalicəsində MOVALİS® -in effektivliyi 2 yaş və daha böyük yaşlı uşaqların iştirakı ilə iki 
parallel qrupda aparılan 12-həftə davam edən ikili kor, aktiv kontrollu tədqiqatda öyrənilmişdir.
Hər iki müşahidə üç qola ayrılmışdır: naproksen və iki doza meloksikam. Hər iki müşahidədə, 
meloksikamın başlanğıc dozası 0,125 mq/kq/sut (maksimal doza 7,5 mq) və yaxud 0,25 
mq/kq/sut (maksimal doza 15 mq), və naproksenin başlanğıc dozası 10 mq/kq/sut təşkil etmişdir.
Müşahidələrin birində bu dozalanma bütün 12 həftə boyu davam etmişdir, halbuki, digər 
müşahidədə 4 həftədən sonra meloksikamın sutkalıq dozasını tədricən 0,25 mq/kq/sut titrlənməsi 
ilə maksimal olaraq 22,5 mq və naproksenin sutkalıq dozasını tədricən 0,375 mq/kq/sut 
titrlənməsi ilə maksimal olaraq 15 mg/kg/sut çatdırılmışdır.
Preparatın effektivliyinin analizi ACR Pediatric 30 kriteriləri əsasında, və valideyinlər və
müşahidəçilər tərəfindən işlək və hərəkəti məhdud olan oynaqların sayı və eritrositlərin çökmə
sürətinin qiymətləndiriməsi əsasında müəyyən olunmuşdur. Hər iki müşahidə zamanı hər üç
qrupda müşahidə olunanların sayı eyni olmuşdur və qruplarda meloksikamın istifadə dozasında 
fərq müəyyən edilməmişdir .
Farmakokinetikası
Sorulması
Əzələdaxili istifadə
Əzələdaxili istifadədən sonra Meloksikam tamamilə absorbsiya olunur. Daxilə istifadə ilə
müqayisədə mütləq biomənimsənilməsi 100% təşkil edir.

Bu səbəbdən inyeksiya formasında peroral qəbul formasına keçirilmə zamanı doza seçiminin 
edilməsi tələb olunmur . 15 mq dozada inyeksiya zamanı 1.6 - 1.8 μg/mL təşkil edən pik plazma 
konsentrasiyası təxminən 1-6 saat müddətində əldə olunur .
7,5mq-dan 15 mq qədər müalicəvi dozalar arasında xətti asılılıq mövcuddur (7,5mq-15 mq
müalicəvi dozada meloksikam xətti farmakokinetik xüsusiyyətə malikdir).
Paylanması
Meloksikam plazma proteinləri, əsasən albuminləri ilə yüksək dərəcədə (99%) birləşir.
Meloksikam sinovial mayeyə penetrasiya edir (keçir), sinovial mayedəki konsentrasiyası 
plazmadakı konsentrasiyanın 50 %-ini təşkil edir. Əzələ daxili və yaxud vena daxili 
yeridilmədən sonra paylanma həcmi aşağı olur, orta hesabla 11L təşkil edir, fərdlərarası fərq 7 -
20% təşkil edir. Meloksikamın 7,5-15 mq dozada təkrar peroral qəbul edilməsi zamanı paylanma 
həcmi, variasiya əmsalı 11-32% arası dəyişilməklə, orta hesabla 16 L təşkil edir .
Biotransformasiyası (Metabolizmi)
Meloksikam qaraciyərdə əhəmiyyətli dərəcədə metabolizmə uğrayır.
Meloksikam sidikdə müəyyən olunan 4 müxtəlif farmakoloji qeyri-aktiv törəmələrin əmələ
gəlməsi ilə tam metabolizmə uğrayır.
Əsas metabolit 5`-karboksimeloksikam (dozanın 60 %-i) aralıq metabolit 5`-hidroksimetil-
meloksikamın oksidləşməsi nəticəsində əmələ gəlir, hansı ki, həmçinin ekskresiyaya uğrayır, 
lakin az miqdarda (dozanın 9 %-i təşkil edir) [108,134,136-140]. İn vitro tədqiqatlar göstərir ki, 
bu metabolik çevrilmədə CYP2C9 isofermenti mühüm rol oynayır, CYP3A4 isofermenti əlavə
əhəmiyyət kəsb edir.
Pasiyentlərdə çox güman ki, individual olaraq aktivliyi dəyişən peroksidaza, digər iki 
metabolitin əmələ gəlməsində (preparatın dozasından asılı olaraq müvafiq 16% və 4% təşkil 
edir) iştirak edir .
Xaric olması
Meloksikam əsasən metabolit şəklində eyni dərəcədə nəcis və sidik vasitəsilə xaric olur. Nəcislə
dəyişilməmiş formada gündəlik dozanın 5 %-i xaric olur, sidikdə isə preparatın dəyişilməmiş 
hissəsinin miqdar baxımından yalnız izləri aşkar edilir. Daxilə qəbul olunduqda, əzələ daxili və
vena daxili yeridildikdən sonra orta yarım parçalanma T1/2 müddəti (dövrü) 13 - 25 saat arası 
dəyişir. Birdəfəlik dozada daxilə qəbul olunduqda, əzələ daxili və vena daxili yeridildikdə
ümumi plazma klirensi orta hesabla 7-12 ml/dəq. təşkil etmişdir.
Xüsusi qrup pasiyentlərdə istifadəsi
Qaraciyər/böyrək çatışmazlığı
Qaraciyərin funksional çatışmazlığı, həmçinin yüngül və orta dərəcəli böyrək çatışmazlığının 
olması meloksikamın farmakokinetikasına əhəmiyyətli təsir etmir. Orta dərəcəli böyrək 
çatışmazlığı olan xəstələrdə preparatın ümumi klirensinin əhəmiyyətli dərəcədə yüksəlməsi 
müşahidə olunmuşdur. Ağır (terminal) dərəcəli böyrək çatışmazlığı olan pasiyentərdə
proteinlərlə birləşmənin azalması müşahidə olunmuşdur. Ağır (terminal) dərəcəli böyrək 
çatışmazlığının olması zamanı paylanma həcminin yüksəlməsi sərbəst meloksikamın 
konsentrasiyasının artmasına səbəb ola bilər.
Yaşlı pasiyetlər
Yaşlı kişilərdə farmakokinetik parametrlər cavanlarda müşahidə edilən parametrlərə bənzər 
olmuşdur. Yaşlı qadınlarda AUC göstəricisi daha yüksək və yarım xaric olma dövrü cavanlarla 
müqayisədə daha uzun müddətli olmuşdur. Yaşlı xəstələrdə stabil farmakokinetika vəziyyətində
plazma klirensinin orta göstəricisi cavanlarla müqayisədə az aşağı olmuşdur.
Uşaqlarda istifadəsi
36 uşağın iştirakı ilə aparılan tədqiqatlarda preparatın peroral qəbul edilən suspenziya 
formasının istifadəsi ilə dozasının 0,25 mq/kq hesablanması ilə 18 sayda uşaqda preparatın 
farmakokinetik xüsusiyyətləri öyrənilmişdir [26]. Müxtəlif yaşlı uşaqlarda (2-6 yaş, n = 7 və 7-
14 yaş, n = 11) göstəricilərin müayisəsi zamanı az yaşlı uşaqlarda maksimal plazma 
konsentrasiyasının azalması tendensiyası Cmax (-34%) və AUC0-∞ (-28%), lakin preparatın 
klirensi (bədən kütləsi düzəlişi ilə) bu qrup uşaqlarda daha yüksək olmuşdur. Plazmada 
meloksikamın konsentrasiyası böyük yaşlı uşaqlarda və böyüklərdə bənzər olmuşdur. Hər iki yaş 
qrupunda meloksikamın yarım xaric olma dövrü bəzər olmuşdur (13 saat təşkil etmişdir), və
böyüklərə nisbətən daha qısa olmuşdur (15-20 saat təşkil etmişdir).

Preparatın toksikoloji cəhətdən qiymətləndirilməsi
Geniş toksikoloji araşdırmalar proqramı əsasında meloksikamın münasib təhlükəsizlik profili 
müəyyən olunmuşdur.
Daxilə istifadə olunan LD50 (letal doza) dişi siçovullara təxminən 98 mq/kq, kiçik donuzlara
>800 mq qədər təşkil etmişdir. Venadaxili yeridilən doza siçovullarda təxminən 52 mq/kq, kiçik 
donuzlarda 100 - 200 mq/kq qədər təşkil etmişdir. Toksik təsirin əsas əlamətlərinə hərəki 
funksiyanın zəifləməsi, anemiya və sianozun olması aiddir. Ölümlə nəticələnən halların əsas 
səbəbi perforasiya və peritonitlə nəticələnən mədə xorası olmuşdur.
Siçovullar və kiçik donuzlar üzərində digər QSİƏP təkrar dozanın istifadəsi ilə aparılan 
toksikliyin müəyyən edilməsi zamanı (xroniki toksiklik tədqiqatları) mədə-bağırsaq xorası və
eroziyası, sürəkli müşahidələrdə isə böyrək ləyənciklərinin papilyar nekroz tipində
zədələnməsini aşkar edilmişdir. Mədə-bağırsaq tərəfindən müşahidə olunan arzuolunmaz təsirlər 
daxilə qəbul edilən doza siçovullarda 1 mq/kq və daha yüksək, kiçik donuzlarda 3 1 mq/kq və
daha yüksək təşkil etmişdir. Siçovullara 0.4 mq/kq və kiçik donuzlara 9 mq/kq və daha yüksək 
dozada vena daxili yeridilmədən sonra mədə-bağırsaq tərəfindən zədələnmələr müşahidə
olunmuşdur. Böyrək ləyənciklərinin papilyar nekroz tipində zədələnməsi yalnız siçovullarda 
meloksikamın 0.6 mq/kq və yaxud daha yüksək dozada təsiri nəticəsində baş vermişdir.
Reproduktiv funksiyaya toksiki təsiri araşdırmaları zamanı 4 mq/kq dozada siçovullarda və 80 
mq/kq dozada dovşanlarda istifadəsi zamanı teratogen təsir müşahidə olunmamışdır. 
Siçovullarda 1 mq/kq və yaxud daha yüksək dozada daxilə istifadə zamanı ovulyasiyanın 
zəifləməsi, implantasiyanın qarşısının alınması, və embriotoksik effektlər müəyyən edilmişdir.
İstifadə edilən dozalar insanlarda (75 kq cəkidə) istifadə edilən 7,5-15 mq doza həddindən 5 -10 
dəfə artıq olmuşdur. Bütün prostoqlandin inhibitorlarının istifadəsi fonunda hamiləliyin son 
dövründə fetotoksik təsir aşkar edilmişdir. Klinikaya qədər tədqiqatlarda dişi siçovulların 
südündə meloksikam aşkar edilmişdir.
Eyms testində və məməlilər hüceyrələri (V79/HPRT geni) üzərində aparılan gen mutasiyası 
testlərində meloksikamın mutagen aktivliyi (təsiri) aşkar edilməmişdir, insan periferik qan 
limfositlərində aparılan xromoson aberrasiyası testin və siçanların sümük iliyinin mikronüvə testi 
nəticəsinə əsasən klastogen təsiri aşkar edilməmişdir. Siçovullar və siçanlar üzərində aparılan 
kanserogen təsirin müəyyən olunması araşdırmalarında siçovullarda 0.8 mq/kq və siçanlarda 8 
mq/kq dozada istifadə zamanı kanserogen potensial müəyyən edilməmişdir. Bu tədqiqatlarda 
meloksikam xondroneytral təsir göstərmişdir, məsələn, uzun müddətli təsiri zamanı oynaq 
qığırdağına zədələyici təsir etməmişdir.
Siçanlar və suitilərdə meloksikam immunogen təsir göstərməmişdir. Bir neçə klinik sınaqlar 
nəticəsində daha əvvəl olan digər QSİƏP-lə müqayisədə meloksikamın fototoksik təsirinin daha 
az olması müəyyən edilmişdir, lakin bu cəhət piroksikam və tenoksikamda da eyni zamanda 
müşahidə edilmişdir.
Yerli təsirin öyrənilməsi araşdırmalarında meloksikam qəbul qaydasınadan asılı olmayaraq 
venadaxili, əzələdaxili, rektal, dəri sətinə və okulyar istifadə zamanı yaxşı keçirilmişdir.
İstifadəsinə göstərişlər
- Ağrı ilə müşayiət olunan osteoartritin (artroz, oynaqların degenerativ xəstəliklərinin) 
- Revmatoid artritin 
- Ankilozlaşdırıcı spondilitin ilkin dövründə ağrı sindromunun müalicəsində və qısa-
müddətli simptomatik müalicəsində istifadə olunur.
Əks göstərişlər
- Meloksikama və yaxud dərman vasitəsinin hər hansı bir köməkçi maddəsinə qarşı məlum 
yüksək həssaslıq reaksiyaları.
- Anamnezdə asetilsalisil turşusunun və yaxud digər qeyri-steroid iltihab əleyhinə dərman 
vasitələrinin istifadəsindən sonra bronxial astma əlamətlərinin, burun polipləri, 
angionevrotik ödem və yaxud örə xəstəliyinin inkişaf etməsi.
- Aorto-koronar şuntlama əməliyyatı (CABG) keçirmiş xəstələrdə perioperasion ağrıların 
müalicəsi.
- Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi/perforasiyasının kəskinləşmə dövrü və
yaxud yaxın zamanda kecirilməsi.

Kron xəstəliyinin və yaxud xoralı kolitin kəskinləşmə dövrü.
- Ağır qaraciyər çatışmazlığı.
- Hemodializ olmayan ağır böyrək çatışmazlığı.
- Kəskin mədə-bağırsaq qanaxmaları, yaxınlarda keçirilmiş serebrovaskulyar qanaxmalar 
və yaxud müəyyən edilmiş qanın laxtalanma sistemi xəstəlikləri.
- Ağır, nəzarət olunmayan ürək çatışmazlığı.
- Hamiləlik və laktasiya dövrü.
Aşağıda qeyd edilmiş vəziyyətlərdə inyeksiya üçün məhlulun istifadəsi əlavə olaraq əks 
göstərişdir
- Əzələdaxili hematomanın yaranmasını nəzərə alaraq, antikoaqulyantlarla müalicə alan 
pasiyentlər.
- Uşaqlar və 18 yaşa çatmamış yeniyetmələr.
Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri
Xəstələrin anamnezində əvvəllər də mədə-bağırsaq traktı tərəfindən bu kimi ağırlaşmaların 
epizodlarının olması, yaxud bu əlamətlərin olmaması fonunda, digər QSİƏP təsiri nəticəsində
olduğu kimi, müalicə müddətində hər (istənilən) vaxt mədə-bağırsaq qanaxması, xora 
xəstəliyi/perforasiyasının kəskinləşməsi simptomları müşahidə oluna bilər. Yaşlı xəstələrdə bu 
ağırlaşmaların daha ağır gedişli olması qeyd olunur.
Anamnezində mədə-bağırsaq xəstəlikləri olan pasiyentlərdə ehtiyatla istifadə edilməlidir. Mədə-
bağırsaq xəstəlikləri simptomları müşahidə olunan pasiyentlər müntəzəm olaraq nəzarət etmək 
lazımdır. Mədə-bağırsaq xorası və yaxud mədə-bağırsaq qanaxması baş verdikdə MOVALİS®-
in istifadəsi dayandırılmalıdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Digər prostaqlandin sintaza inhibitorları (PSI), qlükokortikoidlər və salisilatlar 
(asesilsalisil turshusu) daxil olmaqla: eyni vaxtda istifadəsi zamanı sinergik təsir 
nəticəsində MBT-da xoranın və mədə-bağırsaq qanaxmasının inkişaf etmə riski yüksəlir, 
və birgə istifadəsi tövsiyə edilmir. Meloksikamın digər QSİƏP-lə birgə istifadəsi tövsiyə
edilmir.
Sağlam könüllülərdə meloksikamın asesilsalisil tirşusu ilə (1 q. gündə 3 dəfə) birgə
istifadəsi zamanı meloksikamın AUC-un (10%) və Cmax (24%) göstəricilərin artması ilə
müşahidə edilmişdir. Bu qarşılıqlı təsirin klinik əhəmiyyəti məlum deyil .
- Oral antikoaqulyantların, sistemli istifadə edilə heparin, trombolitik vasitələr: qanaxma 
riskini artırır. Əgər bu vasitələrin eyni zamanda istifadəsindən imtina edilməsi mümkün 
deyilsə, bu zaman antikoaqulyantların təsirlərinin dəqiq nəzarət altında saxlanılması tələb 
olunur. (inyeksiya üçün məhlula aid məlumat üçün: Əks göstərişlər bölməsinə bax.)
- Antiaqreqantlar və serotoninin geriyə tutulması inhibitoları: aqreqasiyanı inhibə edərək, 
qanaxma riskinin yüksəlməsinə səbəb olur.
- Litium preparatları: böyrəklərin litiumun sekresiyasını azaltması təsiri hesabına, QSİƏP-
lar litiumun plazmadakı konsentrasiyasını artırır, bu da toksiki əlamətlərlə nəticələnə
bilər. QSİƏP-ın litium preparatları ilə eyni zamanda təyini tövsiyə edilmir. Əgər bu cür 
kombinasiyanın təyini tələb olunarsa, bu zaman litiumin plazma konsentrasiyası 
müalicənin əvvəli, dozanın seçimi zamanı və meloksikamın qəbulunu dayandırarkən 
litiumun plazma konsentrasiyasına nazatət edilməlidir.
- Metotreksat: QSİƏP-lar metotreksatın kanalcıq sekresiyasını azalda bilər, nəticədə 
metotreksatın plazma konsentrasiyası yüksələ bilər. Bu səbəbdən metotreksatı yüksək 
dozada qəbul edən xəstələrdə (həftə 15 mq-dan artıq dozada) QSİƏP təyini tövsiyə
edilmir. QSİƏP-ın metotreksatla qarşılıqlı təsiri riski həmçinin metotreksatın kiçik 
dozada qəbulu zamanı müəyyən edilə bilər, xüsusilə, böyrəklərin funksional pozğunluğu 
olan pasiyentlərdə. Combinasiya ilə müalicənin edilməsi zərurəti yaranarsa, bu zaman 
qan formulasına və böyrəklərin funksiyasına nəzarət edilməsi tələb olunur. QSİƏP və
metotreksat eyni zamanda 3 gün ərzində ehtiyatla təyin edilməlidir, çünki bu zaman 
metotreksatın plazma konsentrasiyası arta bilər və bu toksiki effektlərlə nəticələnə bilər.

Meloksikamın metotreksat ilə eyni zamanda istifadəsi metotreksatın həftədə 15 mq 
dozasının farmakokinetikasına təsir etməmişdir, lakin nəzərə almaq lazımdır ki, 
metotreksatın QSİƏP-la eyni zamanda təyini metotreksatın hematoloji toksikliyini artırır.
- Kontrasepsiya: əvvəllər QSİƏP-in uşaqlıq daxili vasitələrin effektivliyin azaltması barədə
məlumatlar verilmişdir, lakin, bu müşahidələr sonrakı təsdiqini tələb edir.
- Sidikqovucu vasitələr (diuretiklər): QSİƏP ilə müalicə zamanı dehidratasiya 
(susuzlaşma) vəziyyətində olan xəstələrdə kəskin böyrək çatışmazlığının inkişaf etmə
riski artır. MOVALİS® və diuretiklər qəbul edən xəstələrdə müalicəyə başlamazdan əvvəl 
adekvat (uyğun olan) hidratasiyanın keçirilməsi və böyrək funksiyasının nəzarətdə
saxlanılması tələb olunur.
- Antihipertenziv vasitələr (məsələn, beta-blokatorlar, ACF-inhibitorlar, vasodilatorlar, 
diuretiklər): vazodilatasiya xüsusiyyətinə malik olan prostoqlandinləri inhibə etməsi ilə
əlaqədar olaraq, antihipertenziv vasitələrin effektivliyini azaldır.
- QSİƏP angiotenzinII reseptorlarının antaqonistləri ilə birgə təyini (AÇF inhibitorları 
kimi)qlomerulyar filtrasiyanın azalması effektini artırır. Böyrək funksiyasının 
çatışmazlığı olan pasiyentlərdə bu kəskin böyrək çatışmazlığının inkşaf etməsi ilə
nəticələnə bilər.
- Meloksikam mədə-bağırsaq traktında xolestiramin ilə birləşərək onun daha tez xaric 
olmasına səbəb olur.
- QSİƏP böyrək prostaqlandinlərinə təsir edərək siklosporinin neftotoksik təsirini 
gücləndirə bilər. Kombinə olunmuş müalicə zamanı böyrək funksiyasına nəzarət edilməsi 
tələb olunur.
- Pemetrksed: meloksikamla yanaşı pemetreksedin istifadəsi üçün kreatinin klirensi 45-dən 
79 ml/dəq-dək olan pasiyentlərdə pemetreksedin qəbulundan 5 gün əvvəl, qəbul edilən 
gün və 2 gün sonra meloksikamın istifadəsini dayandırılması tələb olunur. Əgər 
meloksikamla pemetreksedin kombinasiyasının təyin edilməsi zəruridirsə, bu halda 
pasiyentlər miyelosupressiya və mədə-bağırsaq tərəfindən əlavə təsirlərin yaranması 
hallarına diqqət yetirməlidirlər. Kreatinin klirensi 45-dən aşağı olan pasiyentlərdə
meloksikamın pemetreksed ilə kombinasiyasının təyin edilməsi tövsiyə edilmir.
Meloksikam orqanizmdən əsasən qaraciyər metabolizmi yolu ilə xaric edilir, qaraciyəydə
metabolizmə məruz qalan preparatın təxminən 2/3 hissəsi sitoxrom P450 izoferment sistemi 
vasitəsi ilə parçalanır (metabolizmin əsas yolunu CYP2C9 və əlavə yolunu CYP3A4 təşkil edir), 
təxminən 1/3 hissəsi digər sistemlər vasitəsi ilə metabolizmə uğrayır, məsələn peroksid 
oksidləşməsi yolu ilə. Meloksikamla birgə CYP 2C9 və/və yaxud CYP 3A4 sitoxromlarını 
inhibə etmə qabiliyyətinə malik olan və bu fermentlərin iştirakı ilə metabolizmə uğrayan dərman 
vasitələri ilə istifadə edildikdə farmakokinetik qarşılıqlı təsiri nəzərə almaq lazımdır.
Perolral antidiabetik preparatlar (sulfonil-sidik cövhəri qrupuna aid 
olan antidiabetik peroral preparatlar, nateqlinid) kimi CYP 2C9 vasitəsi ilə metabolizmə uğrayan 
preparatlarla qarşılıqlı təsiri gözləniləndir, bu qarşılıqlı təsir nəticəsində bu preparatların plazma 
səviyyəsi yüksələ bilər. Meloksikamla birgə sulfonilsidik cövhəri qrupuna aid 
olan antidiabetik peroral preparatlar və yaxud nateqlinid preparatlarının qəbulu zamanı 
hipoglikemiyanın müəyyən edilməsinə diqqət yetirmək lazımdır.
Meloksikamın antasidlərlə, simetidin, diqoksin və furosemid ilə birgə qəbul edilməsi zamanı
nəzərə çarpan farmakokinetik qarşılıqlı təsirlər aşkar edilməmişdir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
MOVALİS®-in hamiləlik zamanı istifadəsi əks göstərişdir.
Prostoqlandinlərin sintezinin ləngiməsi hamiləliyə və dölün inkifına məfi təsir göstərə bilər.
epidemioloji tədqiqatların məlumatlarına əsasən hamiləliyin erkən mərhələlərində
prostaqlandinlərin sintezinin inhibitorlarının qəbulundan sonra düşüklərin və ürək qüsurlarının, 
qastroşizisin inkişaf etmə riski yüksəlir. Ürək-damar sistemi qüsurlarının mütləq nisbi 
göstəricisi 1%-dən 1,5%-dək yüksəlmişdir. Risk preparatın dozasından və müalicə müddətindən 
asılı olaraq yüksəlir. Klinikaya qədər tədqiqatlar nəticəsində prostoqlandinlərin sintezinin 
inhibitorlarının qəbulu zamanı pre və post implantasion itkilərin və embrio-fetal ölüm 
təhlükəsinin artması aşkar edilmişdir. Əlavə olaraq, müxtəlif qüsurların, ürək-damar qüsurları

daxil olmaqla, inkişaf etmə hallarının artması, klinikayaqədər tədqiqatlara əsasən, prostaqlan-
dinlərin sintezinin inhibitorlarının orqanogenetik dövürdə qəbulu zamanı baş vermişdir.
Hamiləliyin III trimestində hər hansı bir prostoqlandinlərin sintezinin inhibitorlarının qəbulu 
zamanı dölün inkişafına aşağıda qeyd edilən təsir güstərə bilər:
- Kardio-pulmonar təsir (arterial axacağən vaxtından əvvəl bağlanması və ağciyər 
hipertenziyası)
- Böyrək disfunksiyası, gələcəkdə böyrək çatışmazlığının inkişafına səbəb olan amniotik 
mayenin miqdarının azalması
Hamiləliyin sonunda, doğuş zamanı :
- Anada qanaxma müddətinin artması, antiaqreqant təsiri hətta çox aşağı dozada inkişaf 
edə bilər
- Uşaqlığın yığılma qabiliyyəti zəifləyə, və bunun nəticəsi kimi doğuş müddəti uzana bilər.
Siklooksigenaza/prostoqlandinlərin sintezinin inhibə edən digər preparatlar kimi meloksikamın 
qəbulu fertilliyə təsir göstərə bilər, bu səbəbdən də hamiləliyi planlaşdıran qadınlara bu dərman 
vasitəsinin qəbul edilməsi tövsiyə edilmir. Meloksikam ovulyasiya müddətini uzada 
(ləngiməsinə səbəb ola) bilər. Bu səbəbə görə, qadınlarda mayalanma qabiliyyətinin pozulması 
zamanı və yaxud sonsuzluq səbəbindən müayinə olunduqda meloksikamın istifadəsinin 
dayandırılması haqqında məsələni nəzərdən keçirmək lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparatın avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri etməsinə dair müşahi-
dələr aparılmamışdır. Lakin görmə pozğunluqları, o cümlədən qeyri aydın görmə, başgicəllənmə, 
yuxululuq, mərkəzi sinir sistemi tərəfindən yaranmış pozğunluqlar səbəbindən inkişaf etmiş 
başgicəllənmə kimi əlavə təsirlərin baş verməsi haqda xəstələrə məlumat verilməlidir.
Avtomobilləri idarə edən zaman və mexanizmlərlə işləyərkən ehtiyatlı olmaq lazımdır. Yuxarıda 
qeyd edilən vəziyyətlərdən əziyyət çəkən pasiyentlər avtomobillərin və mexanizmlərin idarə
edilməsi kimi potensial təhlükəli fəaliyyətlə məşğul olmaqdan çəkinməlidirlər.
İstifadə qaydası və dozası 
İnyeksiya üçün məhlul
MOVALİS® inyeksiya üçün məhlul əzələ daxili dərin yeridilir və yalnız ilk bir necə gün 
müddətində istifadə edilə bilər. Müalicədən asılı olaraq, gələcəkdə (bundan sonra) daxilə qəbul 
edilən dərman formaları (tablet və kapsullar) istifadə edilə bilər.
MOVALİS® inyeksiya üçün məhlul venadaxili istifadə edilə bilməz.
Mümkün olan uyuşmazlığı nəzərə alaraq, MOVALİS® inyeksiya üçün məhlulu digər dərman 
vasitələri ilə bir şprisdə qarışdırmaq olmaz.
Əlavə təsirlərin inkişaf riski dozanın miqdarından və istifadə müddətindən asılı olduğundan 
preparat mümkün qədər qısa müddətdə və aşağı effektiv gündəlik dozada istifadə olunmalıdır
MOVALİS®-in ümumi gündəlik dozada gündə bir dəfə qəbul edilir.
Tövsiyə olunan maksimal gündəlik doza 15 mq təşkil edir 
Ağrı ilə müşayiət olunan osteoartrit
Sutkalıq doza 7,5 mq/sut təşkil edir. Tələb olunarsa doza 15 mq/sut-dək artırıla bilər.
Revmatoid artrit
Sutkalıq doza 15 mq/sut təşkil edir . Müalicəvi tələblərə əsasən, doza 7,5 mq/sut-dək azaldıla 
bilər.
Ankilozlaşdırıcı spondilit
Sutkalıq doza 15 mq/sut təşkil edir. Müalicəvi tələblərə əsasən, doza 7,5 mq/sut-dək azaldıla 
bilər.
(Yalnız Birləşmiş Ştatlar və Rusiya üçün)
Yuvenil Revmatoid artrit
0,125 mq/kq/sut, maksimal gündəlik doza 7,5 mq təşkil edir [16,17].
Bədən çəkisi Oral suspenziyanın sutkalıq dozası Meloksikamın sutkalıq dozası
12 kq 1,0 ml 1,5 mq
24 kq 2,0 ml 3,0 mq

36 kq 3,0 ml 4,5 mq
48 kq 4,0 ml 6,0 mq
≥60 kq 5,0 ml 7,5 mq
Xüsusi qrup pasiyentlər
Anamnezində mədə-bağırsaq xəstəlikləri və yaxud ürək-damar xəstəlikləri baxımından yüksək 
risk qrupuna daxil olan xəstələrdə əlavə təsirlərin baş verməsi riskinin yüksək olması 
səbəbindən, bu xəstələrdə müalicənin 7,5 mq dozada başlanması tələb olunur. (bax.bölmə Xüsusi 
xəbərdarlıqlar və “Ehtiyat tədbirləri”).
Yüngül və yaxud orta dərəcəli böyrək funksiyasının pozğunluqları olan pasiyentlərdə (kreatinin 
klirensi ≥25 ml/dəq olan pasiyentlərdə) doza dəyişikliklərinin edilməsi tələb olunmur.
Dializ olunmayan ağır dərəcəli böyrək funksiyasının pozğunluqları olan pasiyentlərdə
MOVALİS®-in istifadəsi əks göstərişdir (bax: “Əks göstərişlər”). Hemodializ olunan çox ağır 
(terminal) dərəcəli böyrək funksiyasının pozğunluqları olan pasiyentlərdə sutkalıq doza 7,5 
mq/sut –dan artıq olmamalıdır.
Pediatriyada istifadəsi
(Yalnız Birləşmiş Ştatlar və Rusiya üçün)
2 yaş və daha böyük yaşlı pediatrik xəstələrdə yuvenil revmatoid artritin müalicəsi zamanı 
dozanın 0,125 mq/kq/sut-dan artıq yüksəldilməsi tövsiyə edilmir, maksimal sutkalıq doza 7,5 
mq/sut qədər olması tələb olunur.
12-18 yaşlı yeniyetmələrdə tövsiyə edilən maksimal sutkalıq doza 0,25 mq/kq və 15 mq-dan 
artıq olmamalıdır.
12 yaşdan aşağə uşaqlara MOVALİS® tablet və kapsulların istifadəsi əks göstərişdir, çünki bu 
qrup pasiyentlərdə bu dərman formalarının dozalara bölünməsi mümkün (əlverişli) deyil (bax: 
“Əks göstərişlər”).
MOVALİS® inyeksiya üçün məhlulun uşaqlarda və yeniyetmələrdə istifadəsi müəyyən 
edilməmişdir, bu səbəbdən uşaqlarda və yeniyetmələrdə istifadəsi əks göstərişdir (bax: “Əks 
göstərişlər”).
Əlavə təsirləri
MOVALİS®-in istifadəsi zamanı ehtimal edilən əlavə təsirlər aşağıda göstərilmişdir.
[MOVALİS®-in geniş istifadəsi zamanı mümkün kimi qeyd olunan aşkar edilən arzuolunmaz 
əlavə təsirlər aşağıda qeyd edilmiş referent nömrə ilə nişanlanmışdır].
Qan və limfa sistemində yaranan pozğunluqlar
Qan formulunun dəyişməsi (o çümlədən leykositar formulun dəyişməsi),leykopeniya, 
trombositopeniya, anemiya. Sitopeniyanın inkişaf etməsi üçün səbəb olan amillərə həmçinin eyni 
zamanda mümkün miyelotoksik təsirə malik olan preparatların, məsələn, metotreksatın, 
istifadəsi ola bilər.
İmmun sistemdə baş verən pozğunluqlar
Anafilaktik reaksiyalar, anafilaktoid reaksiyalar və digər dərhal tipli allergik hiperhəssaslıq 
reaksiyaları.
Psixiatrik pozğunluqlar
Fikir dağınıqlığı, dezorientasiya (orientasiyanın pozulması), əhval-ruhiyyənin pozulması
Sinir sistemində baş verən pozğunluqlar
Başgicəllənmə, yuxululuq, baş ağrısı 
Görmə orqanı tərəfindən yaranmış pozğunluqlar
Görmə pozğunluğu, o cümlədən, qeyri-aydın görmə, konyunktivit
Eşitmə və labirint pozğunluqları
Başgicəllənmə, qulaqda küy
Ürək pozğunluqları
Palpitasiya (ürəkdöyünmələr)
Damar pozğunluqları
Arterial təzyiqinin yüksəlməsi, istibasmalar.
Respirator sistem, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar
Aspirin və ya digər QSİƏP qəbul etdikdən sonra yaranan astma
Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar

Mədə bağırsaq perforasiyası, gizli və aşkar mədə-bağırsaq qanaxmaları, qastro-duodenal xora, 
kolit, qastrit, ezofaqit, stomatit, abdominal (qarın nahiyəsində) ağrı, dispepsiya, ishal, 
ürəkbulanma, qusma, qəbizlik, köpmə (meteorizm), qəyirmə. Mədə-bağırsaq qanaxmaları, xora 
və yaxud perforasiya letal nəticələnə bilər.
Hepatobiliar pozğunluqlar
Hepatit, qaraciyərin funksional göstəricilərinin müvəqqəti (bərpa olunan) dəyişiklikləri (o 
çümlədən, transaminazaların və yaxud bilirubin)
Dəri və dərialtı toxumada baş verən pozğunluqlar
Toksik epidermal nekloliz, Stivens-Conson sindromu, anqioödem, bullyoz dermatit, multiformalı 
eritema, səpgi, övrə, fotosensibilizasiya reaksiyaları, qaşınma
Böyrək və sidik yollarında baş verən pozğunluqlar
Kəskin böyrək çatışmazlığı, böyrək funksional göstəricilərinin dəyişiklikləri (qan zərdabında 
kreatininin və/və yaxud sidik cövhərinin səviyyəsinin yüksəlməsi)
QSİƏP qəbulu sidik ifrazının çətinləşməsi, o cümlədən kəskin sidik ləngiməsi ilə müşahidə
oluna bilər.
Reproduktiv sistemdə və döş vəzilərində baş verən pozğunluqlar
Qadınlarda sonsuzluq, ovulyasiyanın ləngiməsi
Preparatın istifadəsi qaydası ilə bağlı ümumi vəziyyətdə olan pozğunluqlar
Ödem 
İnyeksiya üçün məhlulun istifadəsi zamanı müşahidə olunan arzuolunmaz təsirlər əlavə
olaraq aşağıda qeyd edilmişdir
İmmun sistemdə baş verən pozğunluqlar
Anafilaktik şok
Preparatın istifadəsi qaydası ilə bağlı ümumi vəziyyətdə olan pozğunluqlar
İnyeksiya sahəsində ağrı və şişkinlik
Doza həddinin aşılması
Xüsusi antidotun məlum olmaması səbəbindən, doza həddinin aşılması zamanı ümumi
simptomatik tədbirlərin görülməsi tələb olunur. Klinik müşahidələr zamanı meloksikamın 
xolestiramin vasitəsi ilə sürətlə xaric olması göstərilmişdir.
Buraxılış forması
1,5 ml inyeksiya üçün məhlul , ampullarda. 3ampul içlik vərəqə ilə birlikdə kаrton qutuya 
qablaşdırırlır.
Saxlanma şəraiti
300
C-dən yuxarı olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə
saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
“Beringer İngelheim Espana” S.A.,İspaniya.
Qeydiyyat vasiqəsinin sahibi
“Beringer İngelheim İnterneyşnl GmbH” Almaniya.