Pharmed

MONOOX 1,5MG 0,5ML N20 FLK

MONOOKS, göz damcısı

MONOOKS tərkibi

Təsiredici maddə: 0,5 ml məhlulun tərkibində 1,5 mq ofloksasin vardır.

İstifadəsinə göstərişlər

Gözün ön seqmentinin ofloksasinə həssas patogen mikroorqanizmlər tərəfindən törədilmiş infeksiyaları: - xroniki konyunktivit - keratit - buynuz qişanın xoraları.

Əks göstərişlər

- Ofloksasinə və preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq - xroniki qeyri-bakterial konyunktivit - hamiləlik, laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Heyvanlar üzərində aparılan tədqiqatlarda teratogen təsir müşahidə olunmasa da, hamilə qadınlarda ofloksasinin sistem istifadəsi haqda kifayət qədər kliniki məlumatlar olmadığı nəzərə alınmalıdır. Əvvəllər xinolonlarla müalicə alan uşaqlarda oynaq zədələnməsi haqda məlumatlar olsa da, bətndaxili inkişaf dövründə ikincili artropatiya halları haqda bu günəcən məlumat yoxdur. Hamiləlik dövründə istifadəsi əks göstərişdir. Laktasiya dövrü Ftorxinolonların ana südünə nüfuz etmə ehtimalı vardır, bu da müvafiq olaraq südəmər yenidoğulmuş üçün risk təşkil etdiyindən laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Damcını istifadə etdikdən sonra müvəqqəti olaraq görmə itiliyinin pisləşməsi müşahidə olunduğu üçün avtomobil və təhlükəli mexanizmləri idarə edən zaman bunu nəzərə almaq lazımdır.

MONOOKS istifadə qaydası və dozası

Adi doza: gündə 4 dəfə 2 damcı zədələnmiş gözə və ya hər iki gözə damızdırılır. Müalicə müddəti 15 gündən çox olarsa, həkimin təkrar müayinəsi və oftalmoloqun rəyi tələb olunur.