Pharmed
MONCEV 5MG+10 MG N30 TAB
MONSEV, 5 mq/10 mq örtüklü tabletlər
MONSEV tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq levosetirizin dihidroxlorid və 10 mq montelukast natrium vardır.
İstifadəsinə göstərişlər
Allergik rinit və allergik rinitlə əlaqədar olan astma xəstəliklərinin müalicəsində istifadə olunur. 15 yaşdan yuxarı uşaqlarda və böyüklərdə antihistaminlərə rezistent xroniki idiopatik övrənin kombinəedilmiş müalicəsində göstərişdir.
Əks göstərişlər
Monsevin tərkibindəki hər hansı bir komponentə və ya piperazin törəmələri olan kimyəvi maddələrə qarşı yüksək həssaslıq, kreatinin klirensinin 10 ml/ dəq-dən aşağı olması, ciddi böyrək çatışmazlığı, ciddi qaraciyər çatışmazlığı, laktasiya dövrü, bəzi şəkər törəmələrinə qarşı dözümsüzlük.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Monsevin hamiləlik zamanı istifadəsi ilə bağlı kifayət qədər məlumat mövcud deyil. Levosetirizin və ya montelukastın ana südü ilə ifraz olub olmamağı haqqında kifayət qədərdə məlumat mövcud deyil. Monsev laktasiya dövründə istifadə edilməməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Tövsiyə olunan dozada Levosetirizinin istifadəsinin əqli fəaliyyəti, aktivliyi və ya sürücülük qabiliyyətini pozduğu haqqında dəqiq tədqiqat aparılmamışdır.
MONSEV istifadə qaydası və dozası
Monsev müəyyən miqdarda su ilə birlikdə və bölünmədən qəbul edilməlidir. Monsev acqarına və ya toxqarnına qəbul edilə bilər. Böyüklər 1 tablet Monsev gündə bir dəfə. Yaşlılar Dozanın korreksiyası tələb oluna bilər.
Xroniki böyrək çatışmazlığı olan xəstələrdə qəbul sayını böyrəklərin funksiyasına müvafiq olaraq fərdi şəkildə müəyyən etmək lazımdır. Normal:Kreatinin klirensi (ml/dəq) ≥ 80 gündə bir dəfə 1 tablet, Orta: Kreatinin klirensi (ml/dəq) ≥ 30-50 hər iki gündən bir dəfə. Qaraciyər çatışmazlığı Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı zamanı dozanın korreksiyasına ehtiyac yoxdur. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi barədə məlumat yoxdur.