Pharmed

MOKSOGAMMA 0,4MG N30 TB (GER)

MOKSOQAMMA 

Beynəlxalq patentləşdirilməmiş adı: Moxonidine

 

MOKSOQAMMA Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,2 mq, 0,3 mq və ya 0,4 mq moksonidin vardır.
Köməkçi maddələr: laktoza monohidrat, povidon K-25, krospovidon, maqnezium stearat.
Örtük: opadri Y-1-7000: hipromelloza, makroqol-400, titan dioksid (E171);
 qırmızı dəmir oksidi (E172).
 

Farmakoterapevtik qrupu

Antihipertenzivlər, mərkəzi təsirli antiadrenergik maddələr, imidazolin reseptor aqonistləri.

ATC kodu: C02AC05.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Fərqli heyvan modelləri moksonidinin güclü bir antihipertenziv maddə olduğunu göstərmişdir.
Mövcud eksperimental məlumatlar moksonidinin antihipertenziv təsirinin mərkəzi sinir sistemi
(MSS) olduğunu sübut edir. Beyin kötüyündə moksonidinin I1-imidazolin reseptorlarına seçici
təsir etdiyi göstərilmişdir. Bu imidazolinə həssas reseptorlar periferik simpatik sinir sisteminin
mərkəzi nəzarəti üçün vacib bir sahə olan rostral ventrolateral beyin maddəsində cəmlənir.
I1-imidazolin reseptorları ilə bu qarşılıqlı əlaqənin xalis təsiri simpatik sinir aktivliyinin azalması
ilə nəticələnir (ürək, splanxnik və böyrək simpatik sinirləri üçün göstərilmişdir).
İnsanlarda moksonidin ilə müalicə sistem damar müqavimətinin azalmasına və bu səbəbdən qan
təzyiqinin azalmasına səbəb olur.
Essensial hipertenziyanın müalicəsi zamanı moksonidinin ölümə və ürək-damar xəstəliklərinə
səbəb olduğu hal-hazırda bilinmir.
Moksonidin, I1-imidazolin reseptorları ilə müqayisədə mərkəzi α2-adrenoreseptorlara yalnız aşağı
yaxınlıq nümayiş etdirməklə mövcud digər mərkəzi təsirli antihipertenzivlərdən fərqlənir.
α2- Adrenoreseptorlar, mərkəzi təsirli antihipertenzivlərin yuxululuq və ağızda quruluq kimi ən
çox rast gəlinən əlavə təsirlərinin səbəb olduğu molekulyar hədəf olduğu ehtimal olunur.
İmidazolin reseptorlarına yüksək selektivlik səbəbindən yuxululuq və ağızda quruluq kimi
α2- reseptorları ilə qarşılıqlı təsir nəticəsində yaranan əlavə təsirlər (mərkəzi təsirli
antihipertenzivlərin ən çox rast gəlinən əlavə təsirləri) əhəmiyyətli dərəcədə azalır.
Dərc olunmuş məlumatlar göstərir ki, qan təzyiqinin müalicəsi zamanı angiotenzin II antaqonisti
(AIIA) və moksonidinin eyni vaxtda qəbul edən sol mədəciyin hipertrofiyası (SMH) olan
hipertenziyalı pasiyentlərdə tiazid və kalsium kanallarının blokatorları qəbul edən pasiyentlərlə
müqaisədə SMH azalmasında daha yaxşı nəticə əldə olunmuşdur.
İki aylıq klinik tədqiqatda, moksonidin, artıq çəkili və orta dərəcəli hipertenziyası olan insulinə
davamlı pasiyentlərin insulinə həssaslıq indeksini plasebo ilə müqayisədə 21% yaxşılaşdırmışdır.
Farmakokinetikası:
Absorbsiyası:
Moksonidin peroral qəbul edildikdən sonra yuxarı mədə-bağırsaq traktından sürətlə və demək olar
ki, tamamilə sorulur. İlk keçid effekti yoxdur və biomənimsənilməsi 88%-dir. Qida qəbulu
moksonidinin farmakokinetikasına təsir etmir.
PaylanmasıL
Moksonidinin maksimal plazma səviyyəsi tabletin qəbulundan 30-180 dəqiqə sonra əldə olunur.
Moxonidinin yalnız 7,2%-i, in vitro testlərə görə insan plazma proteinlərinə (Vdss=1,8±0,4 l/kq)
bağlıdır.
Biotransformasiyası:
Moksonidin, əsasən 4,5-dehidromoksonidinə və imidazolin halqasının açılması ilə quanidinin
törəməsinə 10-20% metabolizə olunur. 4,5-dehidromoksonidinin hipotenziv təsiri yalnız 1/10,
quanidin törəməsinin təsiri moksonidinin təsirinin 1/100-dən azdır.
Xaric olması:
Moksonidin və onun metabolitləri demək olar ki, tamamilə böyrəklər vasitəsilə xaric olunur.
Qəbuldan sonrakı ilk 24 saat ərzində dozanın 90%-dən çoxu böyrəklər vasitəsilə, yalnız təxminən
1%-i nəcis ilə xaric olunur. Dəyişilməmiş moksonidinin kumulyativ böyrək ifrazı təxminən 50-
75%-dir.
Moksonidinin plazmadan orta yarımxaricolma dövrü 2,2-2,3 saat, böyrəkdən yarımxaricolma
dövrü isə 2,6-2,8 saatdır.
Böyrək vasitəsi ilə xaricolmasına baxmayaraq, nə preparatın təkrar qəbulu, nə də böyrək
funksiyasının pozğunluğu moksonidinin kumulyasiyasına getirməmişdir.
Hipertenziyalı pasiyentlərdə farmakokinetikası
Hipertenziyalı pasiyentlərdə sağlam şəxslərlə müqayisədə müvafiq farmakokinetik dəyişiklik
müşahidə edilməmişdir.
Yaşlılarda farmakokinetikası:
Moksonidinin sağlam yaşlılarda və böyüklərdə farmakokinetik xüsusiyyətləri arasındakı kiçik
fərqlərin, klinik baxımdan əhəmiyyətli olması ehtimalı yoxdur. Moksonidin kumulyasiya olmadığı
üçün, böyrək funksiyası normal olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.
Pediatrik pasiyentlərdə farmakokinetikası:
Pediatrik pasiyentlərdə farmakokinetikaya dair tədqiqatlar aparılmamışdır.
Böyrək çatışmazlığı zamanı farmakokinetikası:
Moksonidinin xaricolması kreatinin klirensi ilə əhəmiyyətli dərəcədə bağlıdır. Böyrək çatışmazlığı
olan pasiyentlərdə doza fərdi ehtiyaclara uyğunlaşdırılmalıdır.
Böyrək funksiyasının orta dərəcəli pozğunluğu (YFS 30 – 60 ml/dəq) zamanı AUC 85% artır və
klirens 52% azalır. Hipertoniya və normal böyrək funksiyası olan pasiyentlərlə müqayisədə sabit
plazma konsentrasiyası və terminal yarımxaricolma dövrü müvafiq olaraq təxminən 2 və 1,5 dəfə
artır (YFS> 90 ml/dəq). Moksonidinin maksimal plazma konsentrasiyası yalnız 1,5-2 dəfə artır.
Böyrək funksiyasının ağır dərəcəli pozğunluğu olan pasiyentlərdə (YFS <30 ml) sabit plazma
konsentrasiyası və terminal yarımxaricolma dövrü təxminən 3 dəfə yüksəkdir. Bu pasiyentlərdə
təkrar dozalardan sonra gözlənilməz kumulyasiya müşahidə edilməmişdir.
Hemodializdə və böyrək çatışmazlığının son mərhələsində olan pasiyentlərdə (YFS <10 ml/dəq)
normal böyrək funksiyası olan hipertenziyalı pasiyentlərə nisbətən AUC və terminal
yarımxaricolma dövrü müvafiq olaraq 6 və 4 dəfə artır.
Moksonidin hemodializlə az miqdarda xaric olunur.
Klinikayaqədərki təhlükəsizlik məlumatları:
Klinikaya qədər olan məlumatlar, təhlükəsizlik farmakologiyası, təkrarlanan doza toksikliyi,
genotoksikliyi və kanserogen potensialına dair tədqiqatlara əsaslanaraq insanlar üçün xüsusi bir
təhlükə aşkar etməmişdir.
52 həftəlik siçovulların (0,12-4 mq/kq dozada) və itlərin (0,04-0,4 mq/kq dozalarda) davamlı
peroral müalicəsi moksonidinin yalnız ən yüksək dozalarda əhəmiyyətli təsirlərini aşkar etmişdir.
Yüksək dozalar qəbul edən siçovullarda elektrolit balansının az miqdarda pozğunluqları (qanda
natrium və kaliumun azalması, sidik cövhəri və kreatininin artması) və yalnız yüksək dozalar qəbul
edən itlərdə qusma və artmış tüpürcək ifrazı aşkar edilmişdir. Bundan əlavə, hər iki halda qaraciyər
çəkisinin cüzi artması aşkar edilmişdir.
Heyvanlar üzərində aparılan tədqiqatlar embriona və dölə yalnız ana üçün zəhərli dozalarda
toksiklik göstərmişdir.
Reproduktiv toksiklik tədqiqatları fertillik və teratogenik potensialına təsirini göstərməmişdir.
Siçovullarda 3 mq/kq/gün-dən yuxarı dozalarda və dovşanlarda 0,7 mq/kq/gün-dən yuxarı
dozalarda embriotoksik təsirlər müşahidə edilmişdir.
Siçovullarda peri- və postnatal tədqiqatda 1 mq/kq/gün-dən yuxarı dozalarda inkişafa və nəslinə
təsir göstərilmişdir.
3,6 mq/kq/günə qədər dozada siçovullarda və 7,5 mq/kq/günə qədər dozada siçanlarda aparılan
kanserogenlik tədqiqatlarında moksonidinin kanserogen riskinə dair heç bir sübut əldə
edilməmişdir.

 

İstifadəsinə göstərişlər

Yüngül və orta dərəcəli essensial və ya birincili hipertenziya.

 

Əks göstərişlər

− Təsiredici maddəyə və ya “Tərkibi” bölməsində sadalanan köməkçi maddələrə qarşı
hiperhəssaslıq;
− Sinus düyününün zəifliyi sindromu və ya sinoatrial blokada;
− 2-ci və ya 3-cü dərəcəli atrioventrikulyar blokada;
− Bradikardiya (istirahətdə ürək vurğularının tezliyi 50 vurğu/dəq aşağı);
− Ağır ürək çatışmazlığı.
− ağır böyrək disfunksiyası (YFS <30 ml/dəq, plazma kreatinin konsentrasiyası> 160 µmol/l).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Moksonidin ilə müalicə alan pasiyentlərdə marketinqdən sonrakı dövrdə müxtəlif dərəcəli AV
blokada halları bildirilmişdir. Bu hesabatlara əsasən moksonidinin atrioventrikulyar keçiriciliyin
ləngiməsinə səbəb olması tamamilə istisna edilə bilməz. Bu səbəbdən, AV blokadanın inkişafına
meyilli olan pasiyentlərdə müalicə zamanı ehtiyatlı olmaq tövsiyə olunur. Moksonidin 1-ci
dərəcəli AV blokada olan pasiyentlərdə istifadə edildikdə, bradikardiyadan çəkinmək üçün xüsusi
ehtiyatlı olmaq lazımdır. Moksonidin daha yüksək dərəcəli AV blokada zamanı istifadə
edilməməlidir.
Ağır koronar arteriya xəstəliyi və ya qeyri-sabit stenokardiya xəstəliyi olan pasiyentlərdə məhdud
təcrübə olduğu üçün, bu pasiyent populyasiyasında moksonidin xüsusi ehtiyatla istifadə
edilməlidir.
Moksonidin əsasən böyrəklər vasitəsi ilə xaric olunur, bu səbəbdən böyrək çatışmazlığı olan
pasiyentlərdə ehtiyatla təyin olunmalıdır. Bu pasiyentlərdə, xüsusilə müalicənin başlanğıcında
dozanın diqqətlə titrlənməsi tövsiyə olunur. Orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə
(YFS 30 ml/dəq-dən çox, lakin 60 ml/dəq-dən aşağı) preparatın başlanğıc gündəlik dozası 0,2 mq
olmalı və gündəlik dozası 0,4 mq-a qədər artırıla bilər;
Monoksidin β-adrenoblokatorla birlikdə istifadə olunduqda və hər iki müalicənin dayandırılması
lazımdırsa, əvvəlcə β-adrenoblokatorun qəbulu, bir neçə gündən sonra moksonidinin qəbulu
dayandırılmalıdır.
İndiyə qədər moksonidin ilə müalicənin dayandırılmasından sonra qan təzyiqinə geridönən təsir
müşahidə edilməmişdir. Bununla birlikdə, moksonidin ilə müalicənin kəskin dayandırılması
tövsiyə edilmir və doza iki həftə ərzində tədricən azaldılmalıdır.
Orta dərəcəli ürək çatışmazlığı olan xəstələrdə təhlükəsizliyi dəstəkləyən klinik məlumatların
olmaması səbəbindən bu cür xəstələrdə preparat ehtiyatla istifadə edilməlidir.
Yaşlılar qan təzyiqini aşağı salan preparatların ürək-damar təsirlərinə daha həssas ola bilərlər. Bu
səbəbdən müalicə ən aşağı doza ilə başlamalı və bu reaksiyaların səbəb ola biləcəyi ciddi
nəticələrin qarşısını almaq üçün doza ehtiyatla artırılmalıdır.
Qalaktozaya qarşı dözümsüzlük, ümumi laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza
malabsorbsiyası ilə əlaqəli nadir irsi problemləri olan pasiyentlər bu preparatı qəbul
etməməlidirlər.
Təhlükəsizlik və effektivliyə dair məlumatların olmaması səbəbindən preparat 18 yaşdan kiçik
uşaqlarda və yeniyetmələrdə istifadə edilməməlidir.

 

Digər dərman maddələri ilə qarşılıqlı təsiri

Digər antihipertenziv maddələrin eyni vaxtda qəbulu moksonidinin hipotenziv təsirini artırır.
Trisiklik antidepressantlar mərkəzi təsirli antihipertenziv maddələrin effektivliyini azalda
bildiyindən, trisiklik antidepressantların moksonidin ilə eyni vaxtda istifadəsi tövsiyə edilmir.
Moksonidin, trisiklik antidepressantların (eyni zaman təyin edilməməlidir), trankvilizatorların,
alkoqolun, sedativlərin və yuxugətiricilərin sedativ təsirini gücləndirə bilər.
Moksonidin, lorazepam qəbul edən şəxslərdə koqnitiv funksiyaların pozğunluğunu orta dərəcədə
artırır. Moksonidin eyni vaxtda təyin edildikdə benzodiazepinlərin sedativ təsirini artıra bilər.
Moksonidin kanalcıq ekskresiyası nəticəsində xaric olunur. Kanalcıq vasitəsi ilə xaric olunan digər
maddələrlə qarşılıqlı təsir istisna edilə bilməz. Bununla birlikdə, diqoksin və hidroxlorotiazid ilə
aparılan tədqiqatlarda qarşılıqlı təsirə dair heç bir sübut tapılmamışdır. Qlibenklamidin peroral
biomənimsənilməsi 11% azalmışdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik:
Hamilələrdə moksonidinin istifadəsinə dair məlumat yoxdur və ya məhduddur.
Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksiklik göstərmişdir. İnsanlar üçün
potensial risk məlum deyil. Moksonidin hamiləlik dövründə klinik zərurət olmadıqda istifadə
edilməməlidir.
Laktasiya:
Moksonidin və metabolitləri ana südü ilə xaric olur və bu səbəbdən laktasiya zamanı istifadə
edilməməlidir. Moksonidin ilə müalicə zəruri hesab edildikdə, ana südü ilə qidalandırma
dayandırılmalıdır.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirləri
barədə heç bir tədqiqat aparılmamışdır.
Hipertenziyanın bu preparatla müalicəsi mütəmadi tibbi nəzarət tələb edir. Fərdi baş verən fərqli
reaksiyalar (məsələn, başgicəllənmə, yuxululuq) səbəbindən, psixomotor reaksiya əhəmiyyətli
dərəcədə dəyişə bilər və nəticədə, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri
idarəetmə qabiliyyəti pozula bilər. Bu, xüsusən müalicənin başlanğıcı, dozanın artırılması və
preparatın dəyişdirilməsi və preparatın alkoqolla birlikdə istifadəsi hallarına aiddir.

 

MOKSOQAMMA İstifadə qaydası və dozası

Böyüklər:
Moksonidinin dozaası fərdi olaraq titrlənməlidir. Moksonidinin gündəlik terapevtik dozası 0,2-
0,4 mq təşkil edir.
Əksər hallarda Moksoqammanın başlanğıc dozası gündə 0,2 mq təşkil edir və bir dəfəyə səhər
qəbul edilir. Qənaətbəxş cavab əldə olunmadıqda, doza ən tezi üç həftədən sonra 0,4 mq-a qədər
artırıla bilər: səhər 2 tablet və ya gündəlik 2 dozaya bölünmüş (1 tablet səhər və 1 tablet axşam)
Moksoqamma tableti təyin edilir. Daha üç həftəlik müalicədən sonra reaksiya hələ də qənaətbəxş
olmadıqda, doza bölünmüş şəkildə (səhər və axşam) maksimal 0,6 mq-a qədər artırıla bilər.
Daha yüksək gündəlik doza göstərildikdə dozlanmanı asanlaşdırmaq üçün Moksoqamma 0,3 mq
tabletləri və Moksoqamma 0,4 mq tabletləri mövcuddur.
Moksonidinin birdəfəlik 0,4 mq və gündəlik 0,6 mq dozası aşılmamalıdır.
Böyrək çatışmazlığı:
Orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlərdə (YFS 30 ml/dəq-dən çox, lakin 60 ml/dəqdən aşağı), moksonidinin birdəfəlik dozası 0,2 mq-dan, gündəlik dozası isə 0,4 mq-dan çox
olmamalıdır.
Qaraciyər çatışmazlığı:
Qaraciyər funksiyasının pozğunluğu olan pasiyentlərə dair heç bir tədqiqat aparılmamışdır.
Moksonidin qaraciyərdə geniş metabolizm olunmadığından, onun farmakokinetikasına
əhəmiyyətli təsir gözlənilmir, bu səbəbdən yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığı olan
pasiyentlərə böyüklər üçün təyin olunan dozalar tövsiyə olunur.
Uşaqlar:
18 yaşdan aşağı uşaqlarda və yeniyetmələrdə moksonidinin istifadəsinin təhlükəsizliyi və
effektivliyinə dair məlumatlarının olmadığından, bu populyasiyada istifadəsi tövsiyə olunmur.
İstifadə qaydası:
Tabletlər kifayət qədər maye ilə qəbul edilməlidir. Tabletlər qida qəbulundan asılı olmayaraq
qəbul edilə bilər.
Müalicə müddəti məhdud deyil.
Məhdud sayda olan tədqiqatlarda moksonidinin kəskin şəkildə dayandırılmasından sonra qan
təzyiqinə geridönən təsiri görülməsə də, bütün antihipertenziv dərman maddələrində olduğu kimi,
moksonidinlə müalicənin kəskin dayandırılması tövsiyə olunmur. Moksonidin 2 həftə ərzində
tədricən dayandırılmalıdır.

 

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı parametrlərlə təyin edilir: çox tez-tez (≥ 1/10); tez-tez (≥ 1/100 -
<1/10); bəzən (≥1/1000 - <1/100); nadir hallarda (≥1/10000 - <1/1000); çox nadir hallarda
(< 1/10000); məlum deyil (əldə olan məlumatlar görə tezliyi qiymətləndirmək mümkün deyil).
Moksonidin qəbul edən pasiyentlərdə, ən tez-tez müşahidə olunan əlavə effektlər: ağızda quruluq,
başgicəllənmə, asteniya və yuxuya meyillilik. Müalicəyə başladıqdan bir neçə həftə sonra, bu
simptomlar adətən azalır.
Orqan sistemlərinə görə əlavə effektlər (886 pasiyentin iştirakı ilə plasebo-nəzarətli klinik
tədqiqatların gedişində müşahidə edilən əlavə effektlərin tezliyi aşağıda göstərilir):

Psixi pozğunluqlar :Yuxusuzluq Əsəbilik

Sinir sistemində baş verən pozğunluqlar: Baş ağrısı*, başgicəllənmə, vertiqo, yuxuya meyillilik ,Sinkop* (bayılma)

Eşitmə orqanında və labirintdə baş verən pozğunluqlar: Qulaqda küyün olması (tinnitus)

Ürək pozğunluqları :Bradikardiya

Damarlarda baş verən pozğunluqlar: Hipotenziya* (o cümlədən ortostatik hipotenziya)

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: Ağızda quruluq İshal, ürəkbulanma, qusma, dispepsiya

Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: Səpgilər, qaşınma Angionevrotik ödem

Əzələ, sümük və birləşdirici toxumalarda baş verən pozğunluqlar: Bel nahiyəsində ağrı ,Boyun nahiyəsində ağrı

Ümumi pozğunluqlar və preparatın yeridilməsinə qarşı reaksiyalar: Asteniya Ödem
* Plasebo qəbul edən qrupla müqayisədə, tezliyin artması müşahidə edilməmişdir.
 

Doza həddinin aşılması

Doza həddinin aşılması simptomları
Bildirilən bir neçə doza həddinin aşılması hallarında, ölümlə nəticələnməyən 19,6 mq dozada
qəbul edilmişdir. Simptom və əlamətlərə aşağıdakılar aiddir: baş ağrısı, sedativ effekt, yuxuya
meyillilik, hipotenziya, başgicəllənmə, asteniya, bradikardiya, ağızda quruluq, qusma, yorğunluq
və qarının yuxarı nahiyəsində ağrı. Ağır doza həddinin aşılması halında xüsusilə şüur və tənəffüs
pozğunluqları səbəbindən, pasiyentə ciddi nəzarət etmək tövsiyə olunur.
Səhvən naməlum miqdarda moksonidin (14 mq ehtimal olunur) qəbul edən 2 yaşlı uşaqda, doza
həddinin aşılması zamanı aşağıdakı simptomlar yaranmışdır: yuxululuq, güclü hipotenziya, mioz
və təngnəfəslik. Mədənin yuyulması, qlükozanın infuziyası, ağciyərlərin süni ventilyasiyası və
işlədici maddələrlə simptomların 11 saat ərzində tam aradan qaldırılması ilə nəticələnmişdir.
Heyvanlar üzərində aparılan bir neçə doza həddinin aşılması tədqiqatına əsasən ortostatik
pozğunluq, qan təzyiqinin paradoksal artması, taxikardiya və hiperqlikemiya da baş verə bilər.
Doza həddinin aşılmasının müalicəsi:
Xüsusi bir antidotu bilinmir. Hipotenziya zamanı maye və dofaminin təyini kimi qan dövranının
dəstəklənməsi təyin edilə bilər. Bradikardiya atropinlə müalicə edilə bilər. α-Reseptor
antaqonistləri moksonidinin doza həddinin aşılmasının paradoksal hipertenziv təsirlərini azalda və
ya ləğv edə bilər.

 

Buraxılış forması

0,2 mq, 0,3 mq və ya 0,4 mq-lıq örtüklü tabletlər.
10 örtüklü tablet, PVX və alüminium folqadan hazırlanmış blisterdə. 3, 5 və ya 10 blister, içlik
vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.