Grindex

MILDRONAT 500MG N60 CAP

MİLDRONAT® kapsullar
MILDRONAT®

 


Beynəlxalq patentləşdirilməmiş adı: Meldonium

 

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 250 mq və ya 500 mq meldonium dihidrat vardır.
Köməkçi maddələr:qurudulmuş kartof nişastası, hidratlaşdırılmış silisium dioksid (Siloid 244 FP), 
 kalsium stearat.
Kapsul (qapaq və gövdə):titan dioksid (E 171), jelatin.

 

Farmakoterapevtik qrupu

Ürək xəstəliklərinin müalicəsi üçün digər preparatlar.

 

İstifadəsinə gostərişlər

Aşağıdaki hallarda kompleks müalicənin tərkibində:
− ürək və qan-damar sisteminin xəstəlikləri: stabil gərginlik stenokardiyası, xroniki ürək 
çatışmazlığı (NYHA-nın I-III funksional sinfi), kardiomiopatiya, ürəyin və qan-damar 
sisteminin fəaliyyətinin funksional pozuntusu;
− beyin qan dövranının kəskin və xronik işemik pozuntuları;
− iş qabiliyyətinin azalması, fiziki və psixoemosional gərginlik;
− beyin qan dövranının pozulmasından, beyin travmasından və ensefalitdən sonrakı bərpa dövrü.

 

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşıyüksək həssaslıq;
- ağır böyrək və/və ya qaraciyər çatışmazlığı (istifadənin təhlükəsizliyi barədə kifayət qədər 
məlumat yoxdur).
- hamiləlik və laktasiya dövrü.
- 18 yaşa qədər uşaqlar (istifadəsinin təhlükəsizliyi tədqiq edilməmişdir).
Pasiyentdə yuxarıda sadalanan xəstəliklər və ya hallar qeyd edildikdə, bu barədə həkimə məlumat 
vermək lazımdır.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik
Hamiləliyə, embrionun/dölün inkişafına, doğuşa və doğuşdan sonrakı inkişafına meldoniumun 
təsirini qiymətləndirmək üçün heyvanlar üzərində tədqiqatlar kifayət deyil. İnsan üçün potensial 
risk məlum deyil, bu səbəbə görə hamiləlik dövründə preparatı istifadə etmək olmaz.
Laktasiya
Heyvanlar üzərində aparılan tədqiqatlardan əldə olunmuş məlumatlar, meldoniumun ana südü ilə 
xaric olunmasını göstərir. Preparatın insanın ana südü ilə xaric olunması məlum deyil. 
Yenidoğulmuş/körpə üçün risk istisna olunmur, bu səbəbə görə laktasiya dövründə bu preparatı 
istifadə etmək olmaz.

 

Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri 

Nəqliyyat vasitəsini və hərəkət edən mexanizmləri idaetmə qabiliyyətinə mənfi təsiri barədə 
məlumat yoxdur.

 

İstifadə qaydası və dozası

Daxilə qəbul edilir. Mümkün tonuslandırıcı effektilə əlaqədar günün birinci yarısında istifadə etmək 
məsləhət görülür.
Ürək və qan-damar xəstəlikləri, beyin qan dövranının pozulması
Böyüklərə gündə 500-1000 mq (250 mq-lıq 2-4 kapsul və ya 500 mq-lıq 1-2 kapsul ) təyin edilir, 
bütün doza ya bir dəfəyə, ya da 2 qəbula bölünməklə istifadə edilir. Maksimal sutkalıq doza 1000 
mq təşkil edir.
İş qabiliyyətinin zəifləməsi, yüklənmə və sağalma dövrü
Doza gündə 500 mq (250 mq-lıq 2 kapsul və ya 500 mq-lıq 1 kapsul) təşkil edir. Sutkalıq dozanı 
birdəfəyə və ya 2 bərabər dozaya bölməklə qəbul etmək olar. Maksimal sutkalıq doza 500 mq təşkil 
edir.
Müalicə kursunun müddəti 4-6 həftə təşkil edir. Müalicə kursunu ildə 2-3 dəfə təkrar etmək 
mümkündür.
Qaraciyərin və/ya böyrəklərin fəaliyyətinin çatışmazlığı olan pasiyentlərdə meldoniumun dozasını 
azaltmaq vacibdir.

 

Buraxılış forması

Mildronat 250 mq
10 kapsul blisterdə. 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Mildronat 500 mq
10 kapsul blisterdə. 2, 6 və ya 9 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25ºC-dən yüksək olmayan temperaturda, rütubətdən qorumaq üçün orijinal qablaşdırmasında və 
uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti 

4 il. 
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

“Grindeks” SC.
Krustpils k., 53, Riqa ş., LV-1057, Latviya.
Telefon: +371 67083205.
Faks: +371 67083505.
Elektron poçt:: grindeks@grindeks.lv