Grindex

MILDRONAT 500MG N60 CAP

MİLDRONAT

Beynəlxalq patentləşdirilməmiş adı: Meldonium

 

MİLDRONAT Tərkibi

Təsiredici maddə: 1 kapsulda 250 mq və ya 500 mq meldonium dihidrat vardır.
Köməkçi maddələr:qurudulmuş kartof nişastası, hidratlaşdırılmış silisium dioksid (Siloid 244 FP),
 kalsium stearat.
Kapsul (qapaq və gövdə):titan dioksid (E 171), jelatin.
 

İstifadəsinə gostərişlər

Aşağıdaki hallarda kompleks müalicənin tərkibində:
− ürək və qan-damar sisteminin xəstəlikləri: stabil gərginlik stenokardiyası, xroniki ürək
çatışmazlığı (NYHA-nın I-III funksional sinfi), kardiomiopatiya, ürəyin və qan-damar
sisteminin fəaliyyətinin funksional pozuntusu;
− beyin qan dövranının kəskin və xronik işemik pozuntuları;
− iş qabiliyyətinin azalması, fiziki və psixoemosional gərginlik;
− beyin qan dövranının pozulmasından, beyin travmasından və ensefalitdən sonrakı bərpa dövrü.

 

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşıyüksək həssaslıq;
- ağır böyrək və/və ya qaraciyər çatışmazlığı (istifadənin təhlükəsizliyi barədə kifayət qədər
məlumat yoxdur).
- hamiləlik və laktasiya dövrü.
- 18 yaşa qədər uşaqlar (istifadəsinin təhlükəsizliyi tədqiq edilməmişdir).
Pasiyentdə yuxarıda sadalanan xəstəliklər və ya hallar qeyd edildikdə, bu barədə həkimə məlumat
vermək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik:
Hamiləliyə, embrionun/dölün inkişafına, doğuşa və doğuşdan sonrakı inkişafına meldoniumun
təsirini qiymətləndirmək üçün heyvanlar üzərində tədqiqatlar kifayət deyil. İnsan üçün potensial
risk məlum deyil, bu səbəbə görə hamiləlik dövründə preparatı istifadə etmək olmaz.
Laktasiya:
Heyvanlar üzərində aparılan tədqiqatlardan əldə olunmuş məlumatlar, meldoniumun ana südü ilə
xaric olunmasını göstərir. Preparatın insanın ana südü ilə xaric olunması məlum deyil.
Yenidoğulmuş/körpə üçün risk istisna olunmur, bu səbəbə görə laktasiya dövründə bu preparatı
istifadə etmək olmaz.

 

Nəqliyyat vasitələrini və digər potensal təhlükəli mexanizimləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsini və hərəkət edən mexanizmləri idaetmə qabiliyyətinə mənfi təsiri barədə
məlumat yoxdur.

 

MİLDRONAT İstifadə qaydası və dozası

Daxilə qəbul edilir. Mümkün tonuslandırıcı effektilə əlaqədar günün birinci yarısında istifadə etmək
məsləhət görülür.
Ürək və qan-damar xəstəlikləri, beyin qan dövranının pozulması:
Böyüklərə gündə 500-1000 mq (250 mq-lıq 2-4 kapsul və ya 500 mq-lıq 1-2 kapsul ) təyin edilir,
bütün doza ya bir dəfəyə, ya da 2 qəbula bölünməklə istifadə edilir. Maksimal sutkalıq doza 1000
mq təşkil edir.
İş qabiliyyətinin zəifləməsi, yüklənmə və sağalma dövrü:
Doza gündə 500 mq (250 mq-lıq 2 kapsul və ya 500 mq-lıq 1 kapsul) təşkil edir. Sutkalıq dozanı
birdəfəyə və ya 2 bərabər dozaya bölməklə qəbul etmək olar. Maksimal sutkalıq doza 500 mq təşkil
edir.
Müalicə kursunun müddəti 4-6 həftə təşkil edir. Müalicə kursunu ildə 2-3 dəfə təkrar etmək
mümkündür.
Qaraciyərin və/ya böyrəklərin fəaliyyətinin çatışmazlığı olan pasiyentlərdə meldoniumun dozasını
azaltmaq vacibdir.
Qaraciyərin və/ya böyrəklərin fəaliyyətinin çatışmazlığı olan yaşlı pasiyentlərdə meldoniumun
dozasını azaltmaq vacibdir.
18 yaşa qədər uşaqlarda meldoniumun istifadəsinin təhlükəsizliyi və effektivliyi barədə məlumat
olmadığı üçün istifadə etmək olmaz.
Preparatın qəbulu unudulduqda, dərhal ötürülmüş dozanı qəbul etmək lazımdır. Ötürülən dozanı
əvəz etmək üçün ikiqat doza qəbul etmək olmaz. Qəbulu həkim məsləhəti üzrə davam etmək
lazımdır.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.