Pharmed

MIKRAZIM 25000 IU N20 CAP

MİKRAZİM 

Beynəlxalq patentləşdirilməmiş adı: Pancreatin

 

MİKRAZİM Tərkibi

Təsiredici maddələr:
Pankreatin 10000 TV 25000 TV
Bağırsaqda həll olan
pelletlərin 168 mq* 420 mq*
tərkibinə daxil olan pankreatin tozu 125 mq 312 mq
aşağıda göstərilən maddələrin aktivliyinə
müvafiqdir:
proteaza 520 TV 1300 TV
amilaza 7500 TV 19000 TV
lipaza 10000 TV 25000 TV

*- nominal aktivlik hesabı ilə
Bağırsaqda həll olan pellet örtüyünə daxil olan köməkçi maddələr: metakril turşusu və etil
 Akrilat sopolimeri [1:1] (tərkibində əlavə olaraq polisorbat -
 80 və natrium lauril sulfat olan 30%-li dispersiya),
 trietilsitrat, talk, 30%-li simetikon emulsiyası, quru kütlə
 (32.6%)- eləcə də: dimetikon, kolloidal silisium,
 metilsellüloza, sorbin turşusu, su.
Kapsul örtüyünün tərkibi: gövdə: jelatin, su; qapaq: jelatin, su, ponso 4R, xinolin sarısı,
 patentləşdirilmiş blue, titan dioksid.


Farmakoterapevtik qrupu

Həzm ferment dərman vasitəsi.

ATC kodu: A09AA02.

 

Farmakoloji xüsusiyyətləri

Mikrazim - kapsul tərkibindəki pankreatin pelletlərindən ibarətdir. Pankreatinin tərkibinə daxil
olan təbii fermentlər - proteaza, lipaza və amilaza zülalların, yağların və karbohidratların həzm
edilməsini təmin edirlər.
Qəbuldan sonra kapsul mədədə asanlıqla həll olur və bağırsaqda həll olan örtüklə örtülmüş
pankreatin pelletlərini azad edir. Kiçik ölçüləri sayəsində pelletlər tez və bərabər qaydada qida
ilə qarışır və eyni vaxtda onikibarmaq bağırsağa, daha sonra isə nazik bağırsağa daxil olurlar.
Burada pankreatin fermentləri azad olur və aktiv şəkildə fəaliyyət göstərməyə başlayırlar. Onlar
qida tərkibindəki zülalların, yağların və karbohidratların sürətlə və tam şəkildə həzm edilməsini
təmin edirlər.
Pankreatin pelletlərinin mədə möhtəviyyatı ilə tez qarışması, onların orada bərabar qaydada
paylanması, ximusla eyni vaxtda keçidləri, eləcə də bağırsaqda həll olan örtük sayəsində
fermentlərin onların bağırsaqdakı fəaliyyətlərinə qədər qorunması daha yüksək həzm aktivliyini
təmin edərək preparatın təsirini təbii həzm prosesinə maksimal şəkildə yaxınlaşdırır.
Preparatın fermentativ aktivliyi daxilə qəbuldan 30 dəqiqə sonra müşahidə olunur ki, bu da
effektin hiss edilməsinin sürətli şəkildə baş verməsini təmin edir.
Fermentlər bağırsağın aşağı hissələrində aktivliklərini itirirlər və nəcislə xaric olurlar.
Preparat Mikrazim mədə-bağırsaq traktı tərəfindən udulmur və yalnız bağırsaq daxilində
fəaliyyət göstərir.

 

İstifadəsinə göstərişlər

Mədəaltı vəzin xarici sekretor funksiyasının çatışmazlığı zamanı əvəzedici müalicə: xroniki
pankreatit, pankreatektomiya, şüalanmadan sonrakı vəziyyət, dispepsiya, mukovissidoz,
meteorizm, qeyri-infeksion mənşəli diareya.
Sağlam şəxslərdə qidalanma prosesinin pozulmaları zamanı (yağlı qida, artıq qida, qeyrimüntəzəm qidalanma) həzmi yaxşılaşdırmaq üçün; çeynəmə funksiyasının pozğunluqlarında,
azhərəkətli həyat tərzində və uzunmüddətli immobilizasiyada; qida mənimsənilməsinin
pozğunluqları ( mədə və nazik bağırsaqların rezeksiyasından sonrakı vəziyyət). Qarın boşluğu
orqanlarının rentgen və ultrasəs muayinəsinə hazırlıq zamanı.

 

Əks göstərişlər

- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- kəskin pankreatit;
- xroniki pankreatitin kəskinləşməsi.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Pankreatin dəmir preparatları ilə eyni zamanda qəbul etdikdə sonuncunun sorulması ləngiyə
bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı pankreatinin istifadəsinin təhlükəsizliyi tam tədqiq olunmayıb. Əgər,
preparatın ana üçün faydası döl üçün potensial riskdən üstündürsə, o zaman preparat istifadə
edilə bilər.

 

MİKRAZİM İstifadə qaydası və dozası

Preparat Mikrazimin dozası xəstəliyin ağırlıq dərəcəsindən və pəhrizin tərkibindən asılı olaraq
fərdi seçilir. Əgər preparatın birdəfəlik dozası 1 kapsuldan çoxdursa, kapsulların ümumi
miqdarının yarısını
bilavasitə yeməkdən qabaq, digər yarısını yemək zamanı, qeyriqələvi maye (su, meyvə şirəsi) ilə
qəbul etmək lazımdır. Birdəfəlik doza 1 kapsul olduqda onu yemək zamanı qəbul etmək
lazımdır. Udulma çətin olduqda və uşaqlar üçün kapsulu açmaq və pelletləri çeynənməsi tələb
olunmayan qidalara (məs.: alma püresi, yoqurt) əlavə etmək olar. Pelletlərin xırdalanması və ya
çeynənilməsi, həmçinin pH 5,5-dən yuxarı olan qidalara əlavə edilməsi, onların mədə şirəsinin
təsirindən qoruyan qişasının dağılmasına səbəb olur. Hazırlanmış qarışıq dərhal istifadə
edilməlidir. Ferment müalicəsi müddətində maye çatışmazlığı qəbizlik törətdiyindən kifayət
qədər maye qəbul etmək lazımdır.
Mukovissidoz
Həyatın birinci ilində olan və 4 yaşdan kiçik uşaqlarda başlanğıc doza hər qida qəbulu zamanı
bədən çəkisinin hər kiloqramına 1000 TV lipaza, 4 yaşdan yuxarı uşaqlara hər kiloqram çəkiyə
500 TV lipaza təşkil edir. Doza xəstəliyin ağırlıq dərəcəsindən, steatoreyanın və nutritiv statusun
nəzərəçarpma dərəcəsindən asılı olaraq fərdi seçilir. Əksər xəstələr üçün saxlayıcı doza sutkada
bədən çəkisinin hər kiloqramına 10 000 TV lipazanı aşmamalıdır.
Mədəaltı vəzin ekzokrin çatışmazlığının digər formaları
Xroniki pankreatitli xəstələrdə əvəzedici müalicə zamanı fermentlərin dozası xarici sekretor
çatışmazlığın dərəcəsindən və xəstənin fərdi qida vərdişlərindən asılıdır.
Steatoreya zamanı (sutkalıq nəcisdə yağ 15 q-dan çox olduqda), həmçinin pəhrizin əsaslı effekt
vermədiyi halda, ishal və bədən çəkisinin azalması mövcud olduqda – hər qida qəbulunda 25000
təsir vahidi lipaza təyin olunur. Lazım gəldikdə və yaxşı keçirildikdə doza bir qəbulda 30000–
35000 TV lipazaya qədər artırılır. Dozanın sonrakı artımı əksər hallarda müalicənin nəticələrini
yaxşılaşdırmır və diaqnoza, rasionda yağların azaldılmasına və/və ya əlavə preparatların – proton
nasosu inhibitorlarının təyininə təkrar baxışı tələb edir. İshal və bədən çəkisinin azalması ilə
müşayiət olunmayan yungül steatoreya zamanı 10000 – 25000 TV bir qəbulda təyin olunur.
Uşaqlar üçün yolveriləbilən sutkalıq doza: 1.5 yaşa qədər –50000TV; 1.5 yaşdan yuxarı
uşaqlarda – 100000TV.
Pankreatinin qəbulu bir neçə gün (həzmin pozulması zamanı), və ya bir neçə ay və ya il
(uzunmüddətli əvəzedici müalicə zamanı) davam etdirilə bilər.
Əlavə təsirləri
Allergik reaksiyalar. Nadir hallarda – diareya, qəbizlik, mədə nahiyəsində diskomfort,
ürəkbulanma (bu reaksiyaların əmələ gəlməsinin pankreatinin təsiri ilə əlaqəsi müəyyən
olunmayıb, çünki göstərilən əlamətlər mədəaltı vəzin xarici sekretor çatışmazlığının
simptomlarına aiddir). Yüksək dozaların uzunmüddətli istifadəsi zamanı hiperurikozuriya,
hiperurikemiya əmələ gələ bilər.
Mukovissidoz zamanı pankretinin lazımı dozalarının artırılması hallarında çənbərbağırsağın
ileosekal hissəsində strikturlar (fibroz kolonopatiya) əmələ gələ bilər.

 

Doza həddinin aşılması

Simptomlar: sidikdə sidik turşusunun miqdarının artması (hiperurikozuriya) və qanda
(hiperurikemiya). Uşaqlarda – qəbizlik.
Müalicə: preparatın istifadəsi dayandırılır, simptomatik müalicə təyin olunur.

 

Buraxılış forması

10000 TV və 25000 TV kapsullar.
10 kapsul, polivinil xlorid və ya polivinil xlorid/poliviniliden xlorid örtükdən və möhürlü
laklanmış alüminium zərvərəqdən təşkil olunmuş konturlu-yuvalı qablaşdırmada. 2 və ya 5
konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.


Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.