Pharmed
METROGIL PLUS 30GR VAG GEL
METROGİL PLYUS, vaginal gel
METROGİL PLYUS tərkibi
Təsiredici maddələr: 1 q gelin tərkibində 10 mq metronidazol, 20 mq klotrimazol vardır.
İstifadəsinə göstərişlər
Klinik və mikrobioloji məlumatlarla təsdiqlənmiş bakterial vaginozlar; kandidoz vulvitlər və vulvovaginitər, urogenital trixomoniaz.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq. Leykopeniya (o cümlədən anamnezdə), mərkəzi sinir sisteminin üzvi zədələnmələri (o cümlədən epilepsiya), qaraciyər çatışmazlığı, menstruasiya dövrü. Hamiləliyin I trimestri, laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləliyin II və III trimestrlərində preparatın istifadəsi ancaq həyati göstərişlərə əsasən mümkündür, əgər ana üçün potensial fayda dölə olan riskdən üstün olarsa. Əgər preparat laktasiya dövründə istifadə olunarsa ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır, belə ki, əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparat avtonəqliyyat vasitələrini idarə etmək qabiliyyətinə və diqqətin yüksək konsentrasiyasını və psixomotor reaksiyaların tezliyini tələb edən digər potensial təhlükəli fəaliyyət növlərinə təsir göstərmir.
METROGİL PLYUS istifadə qaydası və dozası
İntravaginal. Məsləhər görülən doza gündə 2 dəfə (səhər və axşam) olmaqla 5 q-dır (bir dolu applikator). Müalicə kursu 5 gündür. Əgər ehtiyac olarsa, müalicə kursunu 2 həftədən sonra təkrarlamaq olar.