Pharmed

METILURASIL 500MG N10 SAM (RUS)

METİLURASİL 

Beynəlxalq patentləşdirilməmiş adı: yoxdur.

 

METİLURASİL Tərkibi

Təsiredici maddə:1 suppozitoriyanın tərkibində 0,5 q dioksometiltetrahidropirimidin
 (metilurasil) vardır.
Köməkçi maddə: bərk yağ (Kernosol 35).


Farmakoterapevtik qrupu

Toxuma reparasiyasının stimulyatoru.

ATC kodu: L03AX.

 

Farmakoloji xüsusiyyətləri

Anabolik və antikatabolik aktivliyə malikdir. Hemopoetik, leykopoetik, immunostimuləedici,
iltihabəleyhinə təsir göstərir. Nuklein mübadiləsini normallaşdırmaqla, toxumaların böyüməsini,
qranulasion yetişməsini və epitelizasiyasını sürətləndirərək, yaralarda hüceyrə regenerasiyası
prosesini sürətləndidir (o cümlədən, mədə-bağırsaq sisteminin selikli qişasının sürətli
proliferasiyaedən hüceyrələrində).

 

İstifadəsinə göstərişlər

Proktitlər, siqmoiditlər, xoralı kolitlər.

 

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq. Leykozun kəskin və xroniki leykemik forması (xüsusilə,
mieloid), limfoqranulomatoz, sümük iliyinin bədxassəli xəstəlikləri. 8 yaşa qədər uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Məlumat yoxdur.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Məlumat yoxdur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial
riskdən üstün olduqda mümkündür.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
mənfi təsir etmir.

 

METİLURASİL İstifadə qaydası və dozası

Rektal istifadə edilir. Böyüklərə sutkada 3-4 dəfə 1-2 suppozitotrya, 8-18 yaşlı uşaqlara sutkada
1 suppozitoriya təyin edilir. Müalicə kursu xəstəliyin xarakterindən asılı olaraq 7 gündən 4 aya
qədər davam edə bilər.

 

Əlavə təsirləri

Allergik reaksiyalar, başağrısı, başgicəllənmə, düz bağırsaq nahiyəsində qısamüddətli yanğı
hissi.

 

Doza həddinin aşılması

Məlumat yoxdur.

 

Buraxılış forması

500 mq rektal suppozitoriyalar.
5 suppozitoriya, konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.


Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.