Pharmed

METEOSPAZMIL 60/300MG N30 CAP

METEOSPAZMİL yumşaq kapsullar
METEOSPASMYL

 


Beynəlxalq patentləşdirilməmiş adı: Alverine citrate + Simeticone

 

Tərkibi

Təsiredici maddə: 1 kapsulda 60 mq alverin sitrat, 300 mq simetikon vardır.
Köməkçi maddələr: jelatin, qliserin, titan dioksid.

 

Farmakoterapevtik qrupu

Muskulotrop antispazmolitik.

 

İstifadəsinə göstərişlər

Pəhrizin dəyişilməsi və ya digər dərman vasitələrinin istifadəsi nəticəsində yaranan köpmə ilə həzm 
sistemində baş verən ağrıların müalicəsi.

 

Əks göstərişlər

Aşağıdakı hallarda preparatı qəbul etmək olmaz:
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- preparatın qəbulundan sonra xoşagəlməz reaksiya yarandıqda;
- uşaqlar.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik
Hamiləlik dövründə preparatdan istifadə etmək məsləhət görülmür.
Müalicə dövründə hamiləliyin baş verməsi aşkar edildikdə, bu barədə həkimə məlumat vermək 
lazımdır, belə ki, həkim müalicənin davam etdirilməsi barədə qərar verməlidir.
Hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Laktasiya dövrü
Laktasiya dövründə preparatdan istifadə etmək məsləhət görülmür.
Hər hansı dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Meteospazmil preparatının nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə 
qabiliyyətinə təsir etməsi ehtimal edilmir. Lakin, preparat başgicəllənməyə səbəb ola bilər və bu, 
nəqliyyat idarə etməyə və digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmağa təsir edə bilər.

 

İstifadə qaydası və dozası

Yalnız böyüklərdə istifadə edilir.
Gündə 2-3 dəfə 1 kapsul təyin edilir.
İstifadə qaydası
Yeməkdən əvvəl və ya ağrı zamanı istifadə edilir.
Preparatın qəbulu unudulduqda
Ötürülən dozanı kompensasiya etmək məqsədilə ikiqat doza qəbul etmək olmaz.
Preparatın qəbulu dayandırıldıqda
Məlumat yoxdur.
Dərman vasitəsinin qəbulu ilə əlaqədar hər hansı sual yarandıqda, həkimə və ya əczaçıya müraciət 
etmək lazımdır.

 

 

Buraxılış forması

10 kapsul, PVX/alüminium PVX/PEİPVDC-alüminium blisterdə. 2, 3 və ya 4 blister içlik vərəqə ilə 
birlikdə karton qutuya qablaşdırılır. Bazardaqablaşdırmanın bütün ölçüləri olmaya bilər.

 

Saxlanma şəraiti

25ºС-dən aşağı temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərman vasitələrini məişət tullatılarının və ya çirkab sularının içərisinə atmaq olmaz. İstifadə 
olunmayan preparatın qalıqlarından azad olmaq istədikdə əczaçı ilə məsləhətləşmək lazımdır. Bu 
tədbirlər ətraf mühitin çirklənməsinin qarşısını ala bilər. 

 

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Yararlılıq müddətinin bitmə tarixi qeyd edilən ayın son gününə şamil edilir.

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı
 

Laboratoires GALENIQUES VERNIN.
20, rue Louis-Charles Vernin 77190 DAMMARIE LES LYS - France.
CAPSUGEL Ploërmel.
ZI de Camagnon, 56800 Ploërmel – France.
LABORATOIRES MAYOLY SPINDLER.
6, avenue de l’Europe BP 5- 78400 Chatou Cedex France.

 

Qeydiyyat vəsiqəsinin sahibi

LABORATOIRES MAYOLY SPINDLER.
6, AVENUE DE L'EUROPE BP 51.
78401 CHATOU CEDEX.