Pharmed

Metaspan 4 mq 1 ml N3 ampul

METASPAN 4 mq/1 ml inyeksiya üçün məhlul
METASPAN

 


Beynəlxalq patentləşdirilməmiş adı: Betamethasone

 

Tərkibi

Təsiredici maddə: 1 ampulda 5,263 mq betametazon natrium fosfat (4 mq betametazona
 ekvivalent) vardır.
Köməkçi maddələr:fenol, natrium sitrat dihidrat, susuz limon turşusu, inyeksiya üçün su.

 

Farmakoterapevtik qrupu

Qlükokortikoidlər.

 

İstifadəsinə göstərişlər

İstifadə olunduğu təhlükəli hallar: şok (cərrahi və travmatik, yanıq nəticəsində); kəskin anafilaktik 
və allergik reaksiyalar (boğazın ödemi, dərmanlara qarşı və qan köçürülməsindən sonrakı allergiya); 
astma halları; böyrəküstü vəzinin kəskin çatışmazlığı, Addison xəstəliyi, Simmonds xəstəliyi, 
böyrəküstü vəzinin götürülməsi və ya kortikosteroidlərin uzunmüddətli qəbuluna görə böyrəküstü 
vəzilərin supressiyası; “tennis dirsəyi” kimi tanınan yumşaq toxumaların zədələnmələri və ÇİYİN oynağının periartriti zamanı (yerli inyeksiya formasında). Betametazon şok və astmanın 
müalicəsində istifadə olunan digər preparatları əvəz etmir, amma onların effektivliyini artırır.
Daxilə qəbulun əvəz edilməsi: kortikosteroid preparatları daxilə qəbul etmək mümkün olmadığı 
hallarda (qusma, davamlı ishal hallarında, üz-çənə cərrahi əməliyyatlardan sonra).

 

Əks göstərişlər

Preparatın tərkibində olan maddələrə qarşı yüksək həssaslıq reaksiyaları. Spesifik infeksiyaəleyhinə
müalicə aparılmadığı hallarda sistem infeksiyalar. Yüksək dozalarda kortikoidlər qəbul edən 
xəstələrdə nevroloji əlavə təsirlərin və qeyri-kafi anticisim reaksiyalarının yaranma ehtimalı olduğu 
üçün zəifləmiş viruslarla immunizasiya və digər immunizasiya tədbirləri aparılmamalıdır. 
Betametazon birbaşa vətərlərə yeridilməməlidir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlara yalnız ciddi zərurət olduqda, həkim nəzarəti altında istifadə olunur.
Hamiləlik dövründə istifadə zamanı hormonların səviyyəsinin azalması aşkar olunub. Amma bu 
dəyişikliklərin əhəmiyyəti öyrənilməyib. Tədqiqatlar, vaxtından əvvəl doğuş riski olan qadınlarda,
betametazonun qısamüddətli antenatal istifadəsi nəticəsində neonatal hipoqlikemiya riskinin yüksək 
olmasını göstəriblər. Hamiləlik dövrünün sonunda betametazon qəbul edən qadınların 
yenidoğulmuş körpələrində qanda şəkərin səviyyəsi aşağı ola bilər.
Ana südü ilə xaric olduğu üçün kortikoidlərin laktasiya dövründə yüksək dozalarda istifadəsinə 
yalnız ciddi zərurət olduqda yol verilə bilər.

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar 
tələb edən digər potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır. 
Preparat nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə 
təsir etmir.

 

İstifadə qaydası və dozası

İnyeksiya üçün kortikosteroidlərlə müalicə zamanı dozalanma xəstəliyin gedişatı və pasiyentin 
müalicəyə fərdi reaksiyasından asılıdır. Adətən birdəfəlik doza 4 mq təşkil edir və arzuolunan 
terapevtik nəticə əldə olunana qədər təkrarlanır. Bəzi hallarda birdəfəlik inyeksiya üçün doza 10-15 mq və ya artıq ola bilər; bu doza gün ərzində hər 3-4 saatdan bir təyin oluna bilər. Lazım olduqda preparat standart infuziya üçün məhlullara əlavə oluna bilər.
Metaspan ampullarda təcili və güclü təsir tələb edən hallarda əzələdaxili və venadaxili istifadə üçün.lazım olan miqdarda natrium vardır.Metaspan ampulları, xüsusi terapevtik tələblərə görə də xərçəng ocağı daxilinə, oynaqdaxili, endoplevral, göz damcısı və aerozol şəklində istifadə oluna bilər. Belə hallarda Metaspan AMPULLARI yüksək təsirli, orqanizm tərəfindən yaxşı mənimsənilən kortizonun steril məhlulunun bütün müsbət keyfiyyətlərini özündə əks etdirir.

 

Buraxılış forması

1 ml məhlul ampulda. 3 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

25°C temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq 
lazımdır.

 

Yararlılıq müddəti

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı

LABORATORİO FARMACOLOGİCO MİLANESE S.R.L.
via Monterosso 273 – 21042 Caronno Pertusella (Va) – Italy.

 

Qeydiyyat vəsiqəsinin sahibi

Laboratorio Farmacologico Milanese s.r.l.,
Via Monterosso 273, 21042 Caronno Pertusella (Varese) Italy.