Pharmed
MESALAZOL 500MG N14 SAM
MESALAZOL, rektal şamlar
MESALAZOL tərkibi
Təsiredici maddə: 1 şamın tərkibində 250 mq mesalazin vardır.
İstifadəsinə göstərişlər
Yüngül və orta dərəcəli xoralı kolitin kəskin şiddətlənməsinin müalicəsində və x oralı kolitin remissiyasının qorunması üçün təyin edilir.
Əks göstərişlər
Salisilatlara və sulfasalazinə qarşı hiperhəssaslıq, ağır böyrək və ya qaraciyər çatışmazlığı, mədə və 12-barmaq bağırsağın xorası, qan xəstəlikləri, hemorragik diatez, iki yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilə qadınlarda mesalazin istifadəsi ilə bağlı yetərli sayda məlumat yoxdur. Hamiləlik və laktasiya dövründə dərman maddəsininin istifadəsi yalnız ciddi göstərişlər əsasında mümkündür. Yeni doğulmuşlarda laktasiya müddətində ishal kimi yüksək həssaslıq reaksiyaları istisna edilə bilməz. Əgər körpələrdə ishal yaranarsa, ana südü ilə qidalanma dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Dərman maddəsinin istifadəsi nəqliyyat vasitələrini və potensial təhlükəli cihazları idarəetmə qabliyyətinə təsir etmir və ya cüzi təsir edir.
MESALAZOL istifadə qaydası və dozası
Rektal istifadə edilir. Böyüklər 250 mq-lıq şamlar: Gündə 3-6 şam bölünmüş dozalarda, son doza isə yatmazdan əvvəl. 500 mq-lıq şamlar: Gündə ən çox 3 şam bölünmüş dozalarda, son doza isə yatmazdan əvvəl, sutkalıq doza 1,5 q. Yaşlılar: Böyrək funksiyası normal olan pasiyentlərdə normal yetkin dozadan istifadə edilə bilər Ağır hallarda sutkalıq doza 3q- a qədər artırıla bilər (8 -12 həftədən artıq olmayan müddətə) – sutkada 3 dəfə iki 500 mq-lıq mesalazol şamı.
Uşaqlar Doza tənzimlənməsi haqqında məlumatlar yoxdur. Müalicə kursunun müddəti fərdi qaydada müəyyən edilir.