PharmEd

Gedeon Richter

Mertenil

     

MERTENİL örtüklü tabletlər

MERTENIL®

 

Beynəlxalq patentləşdirilməmiş adı: Rosuvastatin

 

Tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5,2 mq, 10,4 mq və ya 20,8 mq (5 mq, 10 mq və ya 20

 mq rozuvastatinə ekvivalent) rozuvastatin kalsium vardır.

Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza 12, maqnezium hidroksid,  krospovidon A tipi, maqnezium stearat.

Örtük: ağ opadri II 85F18422 (polivinil spirti, titan dioksid E171, makroqol 3350, talk).

 

Təsviri

Mertenil 5 mq

Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi, hər iki tərəfi qabarıq, diametri 5,5 mm olan örtüklü tabletlərdir. Tabletin bir tərəfində «С33» yazısı vardır.

Mertenil 10 mq

Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi, hər iki tərəfi qabarıq, diametri 9,0 mm olan örtüklü tabletlərdir. Tabletin bir tərəfində «С34» yazısı vardır.

Mertenil 20 mq

Ağ və ya demək olar ki, ağ rəngli, dairəvi, hər iki tərəfi qabarıq, diametri 5,5 mm olan örtüklü tabletlərdir. Tabletin bir tərəfində «С35» yazısı vardır.

 

Farmakoterapevtik qrupu

HMQ-KoA-reduktazanın inhibitorları.

ATC kodu: C10AA07.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Təsir mexanizmi

Rozuvastatin – 3-hidroksi-3-metilqlütarilkoenzim A-nın xolesterinin sələfi olan mevalonata çevrilməsində iştirak edən HMQ-KoA-reduktaza fermentinin selektiv və rəqabətli inhibitorudur. Rozuvastatinin təsirinin əsas hədəfi qaraciyərdir ki, burada xolesterinin (XS) sintezi və aşağı sıxlıqlı lipoproteinlərin (ASLP) katabolizmi həyata keçirilir.

Rozuvastatin hüceyrələrin səthi üzərində ASLP-in tutulmasını və katabolizmini yüksəldərək, ASLP-in “qaraciyər” reseptorlarının miqdarını artırır.

Bundan əlavə, rozuvastatin həmçinin, qaraciyər hüceyrələrində çox aşağı sıxlıqlı lipoproteinlər (ÇASLP) xolesterininin sintezini tormozlayır və bununla, ASLP-in və ÇASLP-in ümumi miqdarının aşağı düşməsinə səbəb olur.

Farmakodinamik effektləri

Rozuvastatin ASLP xolesterininin (ASLP-XS), ümumi xolesterinin və triqliseridlərin (TQ) yüksək miqdarını aşağı salır, yüksək sıxlıqlı lipoproteinlər xolesterininin (YSLP-XS) miqdarını artırır və eləcədə, apolipoprotein B-nin (ApoB), qeyri-YSLP-XS-in (YSLP-lər xolesterininin miqdarı çıxılmaqla ümumi xolesterinin miqdarı), ÇASLP-XS-in, ÇASLP-TQ-nin miqdarını aşağı salır və apolipoprotein A-I-in (APOA-I) miqdarını artırır (Сədvəl 1-ə bax). Rozuvastatin ASLP-XS/YSLP-XS, ümumi XS/YSLP-XS, qeyri-YSLP-XS/YSLP-XS və ApoB/ApoA-I nisbət göstəricilərinin aşağı düşməsinə səbəb olur.

Cədvəl 1. Birincili hiperxolesterinemiya (IIa və IIb) qeyd olunan pasiyentlərdə dozadan asılı effekt (ilkin göstərici ilə müqayisədə, orta korreksiya olunmuş faiz dəyişikliyi).

 

Doza

Pasiyentlərin sayı

ASLP-XS

Ümumi-XS

YSLP-XS

TQ

Qeyri-YSLP-XS

ApoB

ApoA-I

Plasebo

13

‒ 7

‒ 5

3

‒ 3

‒ 7

‒ 3

0

5 mq

17

‒ 45

‒ 33

13

‒ 35

‒ 44

‒ 38

4

10 mq

17

‒ 52

‒ 36

14

‒ 10

‒ 48

‒ 42

4

20 mq

17

‒ 55

‒ 40

8

‒ 23

‒ 51

‒ 46

5

40 mq

18

‒ 63

‒ 46

10

‒ 28

‒ 60

‒ 54

0

 

Preparatın istifadəsi ilə müalicəyə başladıqdan sonra, terapevtik effekt 1 həftə müddətində əldə oluna bilər, 2 həftədən sonra maksimal mümkün effektin 90%-i əldə olunur. Maksimal mümkün terapevtik effekt adətən, 4 həftədən sonra əldə olunur və preparatın davamlı istifadəsi müddətində saxlanılır.

Klinik effektivliyi və təhlükəsizliyi

Rozuvastatin hiperqliseridemiyanın mövcud olub-olmamasından, irqi mənsubiyyətdən, pasiyentin cinsindən və ya yaşından asılı olmayaraq, hiperxolesterinemiya qeyd olunan yetkin yaşlı pasiyentlərin müalicəsi zamanı və eləcədə, xüsusi pasiyent qruplarının, məsələn, diabetdən əziyyət çəkən pasiyentlərin və ya hiperxolesterinemiyanın ailəvi forması qeyd olunan pasiyentlərin müalicəsi zamanı effektivdir.

III mərhələnin tədqiqatlarının ümumi məlumatlarının analizində göstərilmişdir ki, rozuvastatin IIa və IIb tipli hiperxolesterinemiyalı pasiyentlərin (ASLP-XS-in orta ilkin göstəriciləri təxminən 4,8 mmol/l) əksəriyyətinin müalicəsi zamanı göstəricilərin, aterosklerozun öyrənilməsi üzrə Avropa Cəmiyyətinin hədəf göstəricilərinə (EAS; 1998) müvafiq aşağı salınması məqsədi ilə effektivdir; rozuvastatinin 10 mq dozada istifadəsi ilə müalicə qəbul edən pasiyentlərin təxminən 80%-də ASLP-XS-in, EAS tərəfindən tövsiyə olunan hədəf göstəriciləri (<3 mmol/l) əldə olunmuşdur.

Heteroziqot ailəvi hiperxolesterinemiya qeyd olunan 435 pasiyentin iştirakı ilə aparılan irimiqyaslı tədqiqatda pasiyentlər rozuvastatini gücləndirilmiş titrlənmə rejimində 20 mq-dan 80 mq-a qədər dozalarda qəbul etmişdirlər. Bütün dozalar lipid konsentrasiyalarının və terapevtik məqsədlərin əldə edilməsinə müsbət təsir göstərmişdir. Preparat sutkalıq 40 mq dozaya qədər (12 həftəlik müalicə müddətində) titrləndikdən sonra, ASLP-XS-in konsentrasiyaları 53% aşağı düşmüşdür. Pasiyentlərin 33%-də ASLP-XS-in, EAS tərəfindən tövsiyə olunan hədəf göstəriciləri (<3 mmol/l) əldə olunmuşdur.

Gücləndirilmiş titrlənmənin istifadəsi ilə aparılan açıq tədqiqatda ailəvi hiperxolesterinemiyanın homoziqot forması qeyd olunan 42 pasiyentdə rozuvastatinin 20-40 mq dozada istifadəsi zamanı əldə olunan cavab qiymətləndirilmişdir. Həmin populyasiyada ASLP-XS-in konsentrasiyasının ümumi orta enməsi 22% təşkil etmişdir.

Məhdud sayda pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlarda göstərilmişdir ki, fenofibratla kombinasiyada istifadə edildikdə, rozuvastatin triqliseridlərin konsentrasiyasının azalmasına əlavə təsir göstərir və niasinlə kombinasiyada istifadə edildiyi halda, YSLP-XS-in konsentrasiyalarının yüksəlməsinə səbəb olur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Çoxmərkəzli ikiqat kor plasebo-nəzarətli klinik tədqiqatda (METEOR) ürəyin işemik xəstəliyinin aşağı riski qeyd olunan (10 ildən artıq müddət ərzində Freminhem risk şkalasına (FRŞ) əsasən <10%) və ASLP-XS-in orta göstəricisi 4,0 mmol/l (154,5 mq/dl) olan və eyni zamanda, aterosklerozun subklinik formasına (intima-media kompleksinin (İMK) qalınlığına əsasən müəyyən edilir) malik olan 45 yaşdan 70 yaşa qədər 984 pasiyent, rozuvastatinin sutkada 40 mq dozada və ya plasebonun 2 il müddətində istifadəsi üçün randomizə olunmuşdur. Plasebo ilə müqayisədə, rozuvastatin yuxu arteriyasının 12 sahəsində İMK-nın – 0,0145 mm/ildə [95% etibarlılıq intervalı – 0,0196, − 0,0093; p < 0,0001] qalınlaşma sürətinin əhəmiyyətli dərəcədə ləngiməsinə səbəb olmuşdur. Dəyişiklik, ilkin göstərici ilə müqayisədə, rozuvastatin qrupunda – 0,0014 mm/ildə (– 0,12%/ildə [dəqiq deyildir]) və proqressivləşmə ilə müqayisədə, plasebo qrupunda + 0,0131 mm/ildə (1,12%/ildə [p < 0,0001]) təşkil etmişdir. İMK-nın qalınlığının azalması və ürək-damar ağırlaşmalarının inkişaf etmə riskinin aşağı düşməsi arasında birbaşa korrelyasiya indiyə qədər müəyyən edilməmişdir. METEOR tədqiqatında tədqiq olunan pasiyentlər populyasiyasında ürəyin işemik xəstəliyinin riski aşağı olmuşdur və həmin populyasiya, 40 mq dozada rozuvastatinin istifadəsi ilə müalicə üçün hədəf populyasiyaya müvafiq deyildir. Preparatın daha yüksək (məsələn, 30-40 mq) dozası yalnız, hiperxolesterinemiyanın ağır formaları və ürək-damar ağırlaşmalarının yüksək riski qeyd olunan pasiyentlərə təyin edilə bilər (“İstifadə qaydası və dozası” bölməsinə bax).

Birincili profilaktika məqsədi ilə statinlərin istifadəsinin əsaslandırılması tədqiqatında – rozuvastatinin müdaxilə tədqiqatı (JUPITER) – rozuvastatinin ciddi ürək-damar ağırlaşmalarının tezliyinə təsirinin qiymətləndirilməsi, 17802 kişi (≥50 yaşlı) və qadın (≥60 yaşlı) pasiyentlərin iştirakı ilə aparılmışdır.

İştirakçılar plasebonun (n = 8901) və ya sutkada 1 dəfə 20 mq dozada rozuvastatinin (n = 8901) istifadəsi məqsədi ilə randomizə olunmuşdur; iştirakçıların müşahidəsi 2 il müddətində davam etdirilmişdir.
Plasebo qrupu ilə müqayisədə, rozuvastatindən istifadə edən qrupda ASLP-XS-in konsentrasiyaları 45% aşağı düşmüşdür (p < 0,001).

Yüksək risk qeyd olunan və FRŞ əsasında ilkin göstərici >20% olan pasiyentlərin yarımqrupundan (1558 pasiyent) əldə olunan məlumatların retrospektiv analizində plasebo qrupu ilə müqayisədə, rozuvastatindən istifadə edən qrupda ürək-damar xəstəlikləri, insult və miokard infarktı səbəbli ölümün kombinəolunmuş son nöqtəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi göstərilmişdir (p = 0,028). Hər 1000 pasiyent-il müddətində ağırlaşmalar tezliyi əsasında riskin mütləq enməsi 8,8 təşkil etmişdir. Həmin yüksək risk qrupunda ümumi ölüm göstəricisi dəyişilməz olaraq qalmışdır (p = 0,193). Yüksək risk qeyd olunan pasiyent yarımqrupundan (ümumilikdə 9302 pasiyent) və risk göstəricisinin başlanğıc qiyməti ≥ 5% olan pasiyentlərdən (65 yaşdan yuxarı pasiyentlərin daxil edilməsi məqsədi ilə ekstrapolyasiya olunmuşdur) əldə olunan məlumatların retrospektiv analizində plasebo qrupu ilə müqayisədə, rozuvastatindən istifadə edən qrupda ürək-damar xəstəlikləri, insult və miokard infarktı səbəbli ölümün kombinəolunmuş son nöqtəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi aşkar olunmuşdur (p = 0,0003). Hər 1000 pasiyent-il müddətində ağırlaşmalar tezliyi əsasında riskin mütləq enməsi 5,1 təşkil etmişdir. Göstərilən yüksək risk qrupunda ümumi ölüm göstəricisi dəyişilməz olaraq qalmışdır (p = 0,076).

JUPITER tədqiqatında rozuvastatindən istifadə edən qrupda pasiyentlərin 6,6%-i və plasebo qrupunda pasiyentlərin 6,2%-i arzuolunmayan halların inkişaf etməsi nəticəsində müalicəni dayandırmışdırlar. Müalicənin dayandırılmasına gətirib çıxaran ən tez-tez müşahidə edilən arzuolunmayan hallara aşağıda göstərilənlər aiddir: mialgiya (rozuvastatin qrupunda 0,3%, plasebo qrupunda 0,2%), qarın nahiyəsində ağrı (rozuvastatin qrupunda 0,03%, plasebo qrupunda 0,02%) və səpgilər (rozuvastatin qrupunda 0,02%, plasebo qrupunda 0,03%). Plasebo qrupunda qeyd olunanlardan daha tez-tez və ya eyni tezliklə müşahidə olunan ən tez-tez meydana çıxan arzuolunmayan hallar aşağıda göstərilənlər olmuşdur: sidik-ifrazat yollarının infeksiyaları (rozuvastatin qrupunda 8,7%, plasebo qrupunda 8,6%), nazofaringit (rozuvastatin qrupunda 7,6%, plasebo qrupunda 7,2%), bel nahiyəsində ağrı (rozuvastatin qrupunda 7,6%, plasebo qrupunda 6,9%) və mialgiya (rozuvastatin qrupunda 7,6%, plasebo qrupunda 6,6%).
Uşaqlarda istifadəsi

12 həftə müddətində davam edən ikiqat kor randomizə olunmuş çoxmərkəzli plasebo-nəzarətli tədqiqatın (n = 176, 97 oğlan və 79 qız) ardınca 40 həftə müddətində aparılan rozuvastatinin dozasının titrlənməsi zamanı (n = 173, 96 oğlan və 77 qız), heteroziqot ailəvi hiperxolesterinemiya qeyd olunan 10-17 yaşlı pasiyentlər (Tanner şkalası əsasında II-V mərhələ, qızlarda menstruasiyalar başladıqdan minimum 1 il sonra) 12 həftə müddətində hər gün 5 mq, 10 mq və ya 20 mq dozada rozuvastatindən və ya plasebodan istifadə etmişdirlər və bundan sonra, bütün pasiyentlər 40 həftə müddətində hər gün rozuvastatin qəbul etmişdirlər. Tədqiqata daxil edildikdə, pasiyentlərin təxminən 30%-i 10-13 yaşlı olmuşdur və təxminən 17, 18, 40 və 25%-i Tanner şkalasına əsasən, müvafiq olaraq, II, III, IV və V mərhələlərə uyğun olmuşdur.
Plasebo qrupunda 0,7 % ilə müqayisədə, 5 mq, 10 mq və ya 20 mq dozada rozuvastatinlə müalicə müddətində ASLP-XS-in konsentrasiyaları müvafiq olaraq, 38,3%, 44,6% və 50,0% aşağı düşmüşdür.

Sutkada 1 dəfə maksimum 20 mq təşkil edən hədəf dozaya qədər 40 həftə müddətində davam edən açıq titrlənmə dövrü sona çatdıqda, 173 pasiyentdən 70-də (40,5%-i) ASLP-XS-in konsentrasiyalarının hədəf göstəriciləri 2,8 mmol/l-dən aşağı olmuşdur. 52 həftədən sonra, tədqiq olunan müalicənin pasiyentin boy artımına, bədən kütləsinə, bədən kütləsi indeksinə və ya cinsi yetişkənliyinə təsiri aşkar edilməmişdir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Göstərilən tədqiqat (n = 176), nadir hallarda meydana çıxan arzuolunmayan halların müqayisəsi üçün nəzərdə tutulmamışdır.

Bundan əlavə, rozuvastatinin istifadəsi həmçinin, heteroziqot ailəvi hiperxolesterinemiyalı 6 yaşdan 17 yaşa qədər 198 uşağın (88 oğlan və 110 qız, Tannerə əsasən,

Rozuvastatinin istifadəsi ilə 24 ay müddətində aparılan müalicədən sonra, ASLP-XS-in orta faiz göstəricisinin ilkin göstərici ilə müqayisədə enməsi – 43% təşkil etmişdir (ilkin göstərici: 236 mq/dl, 24 ay: 133 mq/dl). Hər bir yaş qrupunda ASLP-XS-in ilkin göstəricilərlə müqayisədə, orta faiz enməsi 6-dan < 10-a qədər, 10-dan < 14-ə qədər və 14-dən < 18-ə qədər yaş qruplarında, müvafiq olaraq, – 43% (ilkin göstərici: 234 mq/dl, 24 ay: 124 mq/dl), – 45% (ilkin göstərici: 234 mq/dl, 124 mq/dl) və – 35% (ilkin göstərici: 241 mq/dl, 24 ay: 153 mq/dl) təşkil etmişdir. Rozuvastatini 5 mq, 10 mq və 20 mq dozalanmada qəbul edən pasiyentlərdə həmçinin, aşağıda göstərilən ikincili lipid və lipoprotein dəyişənlərində ilkin göstəricilərlə müqayisədə, statistik əhəmiyyətli orta dəyişikliklər əldə edilmişdir: YSLP-XS, ümumi xolesterin, qeyri-YSLP-XS, ASLP-XS/YSLP-XS, ümumi xolesterin/YSLP-XS, ümumi xolesterin/YSLP-XS, qeyri-YSLP-XS/YSLP-XS, ApoB (apolipoprotein B), ApoB/ApoA-1. Göstərilən dəyişikliklər, lipidlərin aparılan müalicəyə qarşı cavabının yaxşılaşmasına səbəb olmuşdur və 2 il müddətində saxlanılmışdır.
24 ay müddətində aparılan müalicədən sonra, preparatın pasiyentin boy artımına, bədən kütləsinə, bədən kütləsi indeksinə (BKİ) və ya cinsi yetişkənliyinə heç bir təsiri aşkar edilməmişdir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Homoziqot ailəvi hiperxolesterinemiyalı 14 uşağın və yeniyetmənin (6 yaşdan 17 yaşa qədər) iştirakı ilə aparılan randomizə olunmuş ikiqat kor plasebo-nəzarətli çoxmərkəzli çarpaz tədqiqatda, rozuvastatinin plasebo ilə müqayisədə təsiri, sutkada 1 dəfə 20 mq dozanın istifadəsi ilə öyrənilmişdir. Tədqiqat pasiyentin 10 mq dozada rozuvastatinin istifadəsi ilə pəhrizin 4-həftəlik aktiv giriş mərhələsini, preparatın istifadəsindən əvvəl və ya sonra 6 həftə müddətində plasebo ilə aparılan müalicə dövrü ilə rozuvastatinin 20 mq dozalanmasının istifadəsi ilə 6-həftəlik müalicə dövründən ibarət olan çarpaz müalicə mərhələsini və bütün pasiyentlər 20 mq dozada rozuvastatindən istifadə edən 12-həftəlik dəstəkləyici mərhələni əhatə etmişdir. Tədqiqatda iştirak edən ezetimib və ya aferez qəbul edən pasiyentlər, bütün tədqiqat boyu göstərilən müalicəni davam etdirmişdirlər.

Rozuvastatinin 20 mq dozada istifadəsi ilə 6 həftə müddətində aparılan müalicədən sonra, plasebo ilə müqayisədə, ASLP-XS-in statistik əhəmiyyət kəsb edən (p = 0,005) enməsi (22,3%, 85,4 mq/dl və ya 2,2 mmol/l) müşahidə olunmuşdur. Ümumi xolesterinin (20,1%, p = 0,003), qeyri-YSLP-XS-in (22,9%, p = 0,003) və ApoB-nin (17,1%, p = 0,024) səviyyələrinin statistik əhəmiyyətli enməsi müşahidə olunmuşdur. Bundan əlavə, rozuvastatinin 20 mq dozada istifadəsi ilə 6 həftə müddətində aparılan müalicədən sonra, plasebo ilə müqayisədə, ümumi xolesterinin, ASLP-XS/YSLP-XS, ümumi xolesterin/YSLP-XS, qeyri-YSLP-XS/YSLP-XS və ApoB/ApoA-1-in konsentrasiyalarının enməsi həmçinin qeyd olunmuşdur. Homoziqot ailəvi hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə plasebo ilə 6 həftə müddətində aparılan müalicədən sonra, 20 mq dozalanmada rozuvastatinin istifadəsi ilə 6 həftə müddətində müalicədə aparıldıqda, ASLP-XS-in səviyyəsinin enməsi, fasiləsiz aparılan müalicənin 12 həftəsi müddətində saxlanılmışdır. Preparatın 40 mq dozasının istifadəsi ilə 6 həftə müddətində aparılan müalicədən sonra doza artırıldıqda, bir pasiyentdə ASLP-XS-in (8,0%), ümumi xolesterinin (6,7%) və qeyri-YSLP-XS-in (7,4%) davamlı enməsi müşahidə olunmuşdur. Genişləndirilmiş açıq müalicə müddətində rozuvastatinin 20 mq dozasını 90 həftəyə qədər müddət ərzində istifadə edən həmin pasiyentlərdən 9-da ASLP-XS-in səviyyəsinin enməsi – 12,1%-dən, – 21,3%-ə qədər intervalda saxlanılmışdır.

Gücləndirilmiş titrlənmənin (yuxarıda göstərilənlərə bax) istifadəsi ilə aparılan açıq tədqiqatda iştirak edən qiymətləndirilə bilən homoziqot ailəvi hiperxolesterinemiyalı uşaqların və yeniyetmələrin (8 yaşdan 17 yaşa qədər) 7-də ilkin səviyyə ilə müqayisədə, 20 mq dozada rozuvastatinlə aparılan müalicədən 6 həftə sonra, ASLP-XS-in (21,0%), ümumi xolesterinin (19,2%) və qeyri-YSLP-XS-in (21,0%) səviyyələrinin enməsinin faiz göstəricisi, yuxarıda göstərilən tədqiqatda iştirak edən homoziqot ailəvi hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə müşahidə olunan göstəriciyə müvafiqdir.

Avropa Dərman Preparatları Agentliyi homoziqot ailəvi hiperxolesterinemiyanın, birincili kombinəolunmuş (qarışıq) dislipidemiyanın müalicəsi və ürək-damar xəstəliklərinin profilaktikası zamanı uşaq populyasiyasının bütün yarımqruplarında rozuvastatin tərkibli referent dərman preparatı ilə aparılan tədqiqatların nəticələrinin təqdim edilməsi öhdəliklərindən azad etmək qərarı vermişdir (preparatın pediatriyada istifadəsi barədə məlumat “İstifadə qaydası və dozası” bölməsində göstərilmişdir).

 

Farmakokinetikası

Sorulması
Müvafiq dozanın daxilə istifadəsindən 5 saat sonra, qan plazmasında rozuvastatinin maksimal konsentrasiyası əldə olunur. Preparatın mütləq biomənimsənilməsi təxminən 20% təşkil edir.

Paylanması
Rozuvastatin əsasən, xolesterinin və ASLP-XS-in əsas sintez nahiyəsi olan, qaraciyər tərəfindən tutulur. Rozuvastatinin paylanma həcmi təxminən 134 l təşkil edir. Rozuvastatinin 90%-i qan plazmasının zülalları, əsasən, albumin ilə birləşir.

Metabolizmi
Preparat məhdud (təxminən 10%) metabolizmə məruz qalır. Rozuvastatin sitoxrom P450 sisteminin fermentlərinin metabolizmi üçün kifayət qədər qeyri-profil substratdır. CYP2C9 izofermenti preparatın metabolizmində iştirak edən əsas izoferment olduğu təqdirdə, CYP2C19, CYP3A4 və CYP2D6 izofermentləri metabolizm prosesində daha az iştirak edir. Preparatın əsas metabolitləri – N-desmetil və lakton metabolitləridir. Rozuvastatinlə müqayisədə, N-desmetil metabolitin aktivliyi təxminən 50% aşağıdır. Lakton metabolitləri farmakoloji baxımdan qeyri-aktiv metabolitlərdir. Dövr edən HMQ-KoA-reduktaza fermentinin inhibə olunması üzrə farmakoloji aktivliyin 90%-dən çoxu rozuvastatin tərəfindən, qalan hissəsi isə metabolitlər vasitəsi ilə təmin edilir.

Xaric olması

Rozuvastatinin istifadə edilən dozasının təxminən 90%-i orqanizmdən dəyişilməmiş halda bağırsaq vasitəsi ilə xaric olunur (adsorbsiya olunmuş və adsorbsiya olunmamış rozuvastatin də daxil olmaqla), qalan hissəsi isə böyrəklər vasitəsi ilə xaric olunur. Preparatın təxminən 5%-i dəyişilməmiş halda böyrəklər vasitəsi ilə xaric olunur. Qan plazmasından yarımxaricolma dövrü təxminən 19 saat təşkil edir və preparatın dozası artırıldığı halda, bu göstərici dəyişmir. Orta həndəsi plazma klirensi təxminən 50 l/saatda (dəyişkənlik əmsalı 21,7%) təşkil edir. HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının istifadəsi zamanı olduğu kimi, rozuvastatinin “qaraciyər” tərəfindən tutulması prosesində OATP-C membran daşıyıcısı iştirak edir. Göstərilən daşıyıcı rozuvastatinin qaraciyər tərəfindən xaricolmasında mühüm rol oynayır.

Xəttiliyi
Rozuvastatinin sistem ekspozisiyası, preparatın dozasına proporsional olaraq artır. Preparatı sutkada bir neçə dəfə istifadə etdikdə, farmakokinetik parametrlərdə dəyişikliklər qeyd olunmur.
Müxtəlif pasiyent qruplarında farmakokinetikası

Pasiyentin yaşı və cinsi

Yaşlı pasiyentlərdə yaşın və ya cinsin rozuvastatinin farmakokinetikasına klinik əhəmiyyətli təsiri aşkar edilməmişdir. Heteroziqot ailəvi hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə preparatın ekspozisiyası, ehtimal ki, dislipidemiyalı yetkin yaşlı pasiyentlərdə olduğu ilə analojidir və ya daha da aşağıdır (“Uşaqlar və yeniyetmələr” hissəsinə bax).

Pasiyentin irqi mənsubiyyəti

Farmakokinetikanın öyrənilməsi istiqamətində aparılan tədqiqatda avropeoid irqindən olan pasiyentlərlə müqayisədə, monqoloid irqindən olan pasiyentlərdə (yaponlarda, çinlilərdə, filippinlilərdə, vyetnamlılarda və koreyalılarda) AUC və Cmax median göstəricilərinin təxminən 2 dəfə yüksəlməsi göstərilmişdir; hindularda AUC və Cmax median göstəricilərinin təxminən 1,3 dəfə yüksəlməsi müşahidə olunmuşdur. Populyasion farmakokinetik analiz zamanı avropeoid və neqroid irqindən olan pasiyentlər arasında farmakokinetik parametrlərdə klinik əhəmiyyət kəsb edən fərqlər aşkar edilməmişdir.

Böyrək çatışmazlığı

Yüngül və mülayim dərəcəli böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə rozuvastatinin və ya N-desmetil metabolitin plazma konsentrasiyaları əhəmiyyətli dərəcədə dəyişmir. Sağlam könüllülərlə müqayisədə, ağır böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə (kreatinin klirensi (KK) 30 ml/dəqiqədən aşağı) qan plazmasında rozuvastatinin konsentrasiyası 3 dəfə, N-desmetil metabolitin konsentrasiyası isə 9 dəfə yüksəkdir. Sağlam könüllülərlə müqayisədə, hemodializ proseduraları qəbul edən pasiyentlərdə qan plazmasında rozuvastatinin konsentrasiyası təxminən 50% yüksək olmuşdur.

Qaraciyər çatışmazlığı

Çayld-Pyu şkalasına əsasən 7 bal və daha aşağı qiymətləndirilmiş müxtəlif dərəcəli qaraciyər çatışmazlığı qeyd olunan pasiyentlərdə rozuvastatinin ekspozisiyasının artması aşkar edilməmişdir. Bununla belə, Çayld-Pyu şkalasına əsasən 8 və 9 bal ilə qiymətləndirilmiş 2 pasiyentdə sistem ekspozisiyanın artması qeyd olunmuşdur ki, bu da Çayld-Pyu şkalasına əsasən daha aşağı göstəricilərə malik olan pasiyentlərdə qeyd olunan analoji göstərici ilə müqayisədə, təxminən 2 dəfə çoxdur. Çayld-Pyu şkalasına əsasən 9 baldan yuxarı qiymətləndirilmiş pasiyentlərdə rozuvastatinin istifadə təcrübəsi barədə heç bir məlumat yoxdur.

Genetik polimorfizm

HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının, o cümlədən, rozuvastatinin də farmakokinetikasında OATP1B1 və BCRP daşıyıcı zülallar da iştirak edir. SLCO1B1 (OATP1B1) və/və ya ABCG2 (BCRP) genlərin polimorfizmi qeyd olunan pasiyentlərdə rozuvastatinin ekspozisiyasının artması riski mövcuddur. SLCO1B1 c.521TT və ya ABCG2 c.421CC genotiplərlə müqayisədə, SLCO1B1 c.521CC və ABCG2 c.421AA genotiplərin fərdi polimorfizmi rozuvastatinin ekspozisiyasının (AUC göstəricisinin) müvafiq artması ilə əlaqəlidir. Klinik təcrübədə göstərilən genotiplənmə növü müəyyən edilməmişdir, bununla belə, oxşar polimorfizm növlərinin mövcudluğu qeyd olunan pasiyentlərdə rozuvastatinin daha aşağı sutkalıq dozasının istifadəsi tövsiyə olunur.

Uşaqlar və yeniyetmələr

Heteroziqot ailəvi hiperxolesterinemiya qeyd olunan 10 yaşdan 17 yaşa qədər və ya 6 yaşdan 17 yaşa qədər uşaq populyasiyasında (ümumilikdə 214 pasiyent) rozuvastatinin (tablet şəklində istifadə edilən) öyrənilməsi istiqamətində aparılan 2 farmakokinetik tədqiqatda göstərilmişdir ki, yetkin yaşlı pasiyentlərlə müqayisədə, uşaq populyasiyasında ekspozisiya analojidir və ya bir qədər aşağıdır. Dozanın və zamanın nəzərə alınması ilə rozuvastatinin ekspozisiyası 2 il müddətində proqnozlaşdırıla bilər.

Təhlükəsizlik üzrə preklinik tədqiqatlardan əldə olunan məlumatlar

Təhlükəsizliyin, genotoksikliyin və kanserogen potensialın farmakologiyasının öyrənilməsi istiqamətində aparılan ənənəvi preklinik tədqiqatlardan əldə olunan məlumatlara əsasən, insan üçün preparatın xüsusi riskləri aşkar edilməmişdir. Preparatın hERG genə (ürəyin spesifik kalium kanallarının geni) təsirinin qiymətləndirilməsi məqsədi ilə spesifik testlər aparılmamışdır. Klinik tədqiqatlarda müşahidə olunmayan, lakin heyvanlar üzərində aparılan tədqiqatlarda klinik tədqiqatlarda qeyd olunan ekspozisiyalara analoji ekspozisiyalarda qeydə alınan arzuolunmayan reaksiyalara aşağıda göstərilənlər aiddir. Təkrar dozaların toksikliyinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlarda qaraciyərdə, ehtimal ki, rozuvastatinin farmakoloji təsiri nəticəsində meydana çıxan histopatoloji dəyişikliklər qeydə alınmışdır; həmin effektlər siçanlar, siçovullar və nisbətən az dərəcədə itlər üzərində aparılan tədqiqatlarda heyvanların öd kisəsində müşahidə olunduğu halda, meymunlarda qeydə alınmamışdır. Bundan əlavə, daha yüksək dozalarının istifadəsi ilə meymunlar və itlər üzərində aparılan tədqiqatlarda, preparatın yumurtalıqlara toksik təsiri aşkar edilmişdir. Siçovullar üzərində aparılan tədqiqatlarda reproduktiv toksikliyi əsaslı təsdiq edən dəlillər əldə olunmuşdur ki, bunlar da balalamanın azalması, bala heyvanların kütləsinin aşağı düşməsi və ana üçün toksik dozaların istifadəsi zamanı sağqalmanın aşağı düşməsi ilə özünü biruzə verir və bu zaman, sistem ekspozisiya terapevtik dozaların istifadəsi zamanı ekspozisiyadan bir neçə dəfə yüksək olmuşdur.

 

İstifadəsinə göstərişlər

Hiperxolesterinemiyanın müalicəsi

- böyüklərdə, yeniyetmələrdə və 6 yaşdan yuxarı uşaqlarda birincili hiperxolesterinemiya (heteroziqot ailəvi hiperxolesterinemiya da daxil olmaqla, IIa tipi) və ya qarışıq dislipedimiya (IIb tipi) – pəhriz və digər qeyri-medikamentoz müalicə metodları (məsələn, fiziki hərəkətlər, bədən kütləsinin aşağı düşməsi) yetərli olmadığı hallarda, pəhriz müalicəsinə əlavə vasitə şəklində təyin edilir;

- böyüklərdə, yeniyetmələrdə və 6 yaşdan yuxarı uşaqlarda homoziqot ailəvi hiperxolesterinemiya – pəhriz müalicəsinə və lipidlərin aşağı salınması istiqamətində aparılan digər müalicə metodlarına (məsələn, ASLP-aferezi) və ya göstərilən müalicə kifayət qədər effektiv olmadığı hallarda, əlavə vasitə şəklində təyin edilir.

Ürək-damar ağırlaşmalarının profilaktikası

Birincili ürək-damar ağırlaşmalarının yüksək riski qeyd olunan pasiyentlərdə ağır ürək-damar ağırlaşmalarının profilaktikası (“Farmakodinamikası” bölməsinə bax), digər risk faktorlarının əlavə korreksiyası məqsədi ilə təyin edilir.

 

Əks göstərişlər

- Rozuvastatinə və ya preparatın tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq;

- qaraciyər xəstəliklərinin aktiv mərhələsi, o cümlədən, “qaraciyər” transaminazalarının aktivliyinin davamlı yüksəlməsi və eləcədə, qan zərdabında transaminazaların aktivliyinin, normanın yuxarı həddi ilə müqayisədə, 3 dəfədən artıq istənilən yüksəlməsi;

- böyrək funksiyalarının ağır pozğunluqları (KK 30 ml/dəqiqədən aşağı);

- miopatiya;

- eyni zamanda siklosporinin istifadəsi;

- hamiləlik və laktasiya dövrü;

- etibarlı kontrasepsiya vasitələrindən istifadə etməyən reproduktiv yaş dövründə olan qadınlar;

- laktozaya/qalaktozaya qarşı dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası.
Miopatiyanın/rabdomiolizin inkişaf etməsinə meyllilik faktorları qeyd olunan pasiyentlərdə rozuvastatinin 30 mq və 40 mq dozalarda istifadəsi əks göstərişdir. Həmin faktorlara aşağıda göstərilənlər aiddir:

- böyrək funksiyalarının mülayim pozğunluqları (kreatinin klirensi 60 ml/dəqiqədən aşağı);

- hipotireoz;

- pasiyentin fərdi və ya ailə anamnezində irsi əzələ xəstəliklərinin mövcudluğu;

- anamnezdə HMQ-KoA-reduktaza (3-hidroksi-3-metilqlutarilkoenzim A-reduktaza) fermentinin digər inhibitorlarının və ya fibratların istifadəsi fonunda miotoksikliyin qeyd olunması;

- alkoqoldan sui-istifadə;

- qan plazmasında rozuvastatinin konsentrasiyasının yüksəlməsinə gətirib çıxara bilən vəziyyətlər;
- pasiyentin monqoloid irqinə mənsubiyyəti;

- eyni zamanda fibratların istifadəsi.

(“Farmakokinetikası”, “Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək effektləri

Mertenil® preparatının yüksək, xüsusilə, 40 mq dozalarının istifadəsi zamanı, pasiyentlərdə əsasən, borucuq mənşəli proteinuriya qeyd olunmuşdur, lakin, əksər hallarda proteinuriya dövri və ya qısamüddətli xarakter daşımışdır. Göstərilmişdir ki, həmin proteinuriya kəskin və ya proqressivləşən böyrək xəstəliyinin meydana çıxmasını nümayiş etdirmir (“Əlavə təsirləri” bölməsinə bax). Rozuvastatini 40 mq dozada istifadə etdikdə, böyrək funksiyalarının ciddi pozğunluqlarının tezliyi yüksəlir. Preparatı 30-40 mq dozalarda qəbul edən pasiyentlərdə standart müayinə zamanı böyrək funksiyalarının göstəricilərinə nəzarət etmək tövsiyə olunur.

Skelet əzələlərinə təsiri

Mertenil® preparatını bütün dozalanmalarda istifadə etdikdə, xüsusilə, 20 mq-dan artıq dozalarda qəbul etdikdə, mialgiya, miopatiya və nadir hallarda, rabdomioliz aşkar olunmuşdur. Ezetimibi və HMQ-KoA-reduktaza fermentinin inhibitorlarını eyni zamanda istifadə etdikdə, çox nadir hallarda rabdomioliz meydana çıxmışdır. Həmin vəziyyətlərdə preparatların farmakodinamik qarşılıqlı təsirləri istisna edilməməlidir və bu səbəbdən, Mertenil® preparatını və ezetimibi eyni zamanda ehtiyatla istifadə etmək lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

Rozuvastatini 40 mq dozada istifadə etdikdə, rabdomioliz hallarının baş vermə tezliyi yüksəlir.

Kreatinfosfokinaza (KFK) fermentinin müəyyən edilməsi

KFK fermentinin aktivliyinin müəyyən edilməsi intensiv fiziki yüklənmələrdən sonra və ya KFK fermentinin artmasına gətirib çıxaran digər alternativ səbəb olduğu halda həyata keçirilməlidir, çünki bu, nəticələrin şərhini çətinləşdirə bilər. Müalicəyə başlamazdan əvvəl KFK fermentinin aktivliyinin normanın yuxarı həddi ilə müqayisədə, 5 dəfədən artıq yüksəlməsi qeyd olunduqda, 5-7 gündən sonra təkrar müayinə aparılmalıdır. Təkrar müayinə zamanı KFK fermentinin ilkin göstəricisi (normanın yuxarı həddi ilə müqayisədə, 5 dəfədən artıq yüksəlməsi) təsdiq edildiyi halda, Mertenil® preparatının istifadəsi ilə müalicənin başlanması tövsiyə olunmur.

Müalicəyə başlamazdan əvvəl

Miopatiyanın/rabdomiolizin inkişaf etməsi üçün artıq mövcud risk faktorları qeyd olunan pasiyentlərə HMQ-KoA-reduktaza fermentinin digər inhibitorları kimi, Mertenil® preparatı da ehtiyatla təyin olunmalıdır. Həmin faktorlara aşağıda göstərilənlər aiddir:

- böyrək çatışmazlığı;

- hipotireoz;

- fərdi və ya ailə anamnezlərində əzələ xəstəliklərinin qeyd olunması;

- anamnezdə HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının və ya fibratların istifadəsi fonunda miotoksikliyin qeyd olunması;

- alkoqoldan sui-istifadə;

- 70 yaşdan yuxarı pasiyentlər;

- qan plazmasında preparatın konsentrasiyasının yüksəlməsi ilə müşayiət olunan vəziyyətlər (“Farmakokinetikası”, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “İstifadə qaydası və dozası” bölmələrinə bax);

- eyni zamanda fibratların istifadəsi.

Həmin pasiyentlərdə risk və müalicənin ehtimal edilən faydası nisbətinin qiymətləndirilməsi və müalicə kursu sona çatana qədər klinik müşahidənin aparılması həyata keçirilməlidir. KFK fermentinin ilkin göstəricisi əhəmiyyətli dərəcədə yüksəldiyi (normanın yuxarı həddi ilə müqayisədə, 5 dəfədən artıq yüksəlməsi) halda, müalicənin başlanması tövsiyə olunmur.
Müalicə müddətində

Pasiyentlərə əzələ ağrıları, əzələ zəifliyi və ya spazmları, xüsusilə də halsızlıq və ya qızdırma ilə müşayiət olunan həmin vəziyyətlərin qəflətən meydana çıxması halları barədə dərhal həkimə məlumat verməyin zəruriliyi barədə bildirmələri tövsiyə olunur!

Göstərilən pasiyentlərdə KFK fermentinin aktivliyinin nəzarətinin aparılması mütləqdir. KFK fermentinin aktivliyi normanın yuxarı həddindən 5 dəfədən artıq yüksəldikdə və ya şiddətli əzələ simptomları qeyd olunduqda və həmin simptomlar bütün gün ərzində gündəlik narahatlığa səbəb olduğu halda (hətta, KFK fermentinin aktivliyi normanın yuxarı həddindən 5 dəfədən aşağı olduğu halda belə), müalicə dayandırılmalıdır. Simptomlar aradan qalxdıqda və KFK fermentinin aktivliyi normaya qayıtdığı halda, Mertenil® preparatının təkrar təyin edilməsi və ya pasiyentin hərtərəfli müşahidəsini təmin etməklə, HMQ-KoA-reduktaza fermentinin alternativ inhibitorunun daha aşağı dozalarının təyin edilməsi barədə qərar qəbul edilməlidir. Rabdomioliz simptomları qeyd olunmadıqda, pasiyentlərdə KFK fermentinin müntəzəm nəzarətinin aparılması məqsədəuyğun deyildir.

Rozuvastatin də daxil olmaqla, statinlərin istifadəsi ilə aparılan müalicə müddətində və ya müalicə dayandırıldıqdan sonra, klinik olaraq davamlı proksimal əzələ zəifliyi və qan zərdabında kreatinkinaza fermentinin aktivliyinin yüksəlməsi ilə meydana çıxan immun səbəbli nekrozlaşan miopatiyanın çox nadir halları qeyd olunmuşdur. HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarını hemfibrozil də daxil olmaqla, fibroy turşusunun törəmələri, siklosporin, lipidlərin miqdarını aşağı salan dozalarda nikotin turşusu, azol qrupundan olan göbələkəleyhinə preparatlar, proteaza inhibitorları və makrolid antibiotiklər ilə eyni zamanda istifadə edən pasiyentlərdə miozit və miopatiya hallarının sayının artması aşkar edilmişdir. HMQ-KoA-reduktaza fermentinin bəzi inhibitorları ilə eyni zamanda təyin edildikdə, hemfibrozil miopatiyanın meydana çıxma riskinin yüksəlməsinə səbəb olmuşdur. Bu səbəbdən, rozuvastatinin və hemfibrozilin eyni zamanda istifadəsi tövsiyə olunmur. Rozuvastatinin və fibratların və ya nikotin turşusunun eyni zamanda istifadəsi müddətində lipidlərin konsentrasiyasının davamlı dəyişməsinin riski və ehtimal edilən faydası nisbəti hərtərəfli qiymətləndirilməlidir. Rozuvastatinin 30 mq və 40 mq dozalarda və fibratların eyni zamanda istifadəsi əks göstərişdir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Əlavə təsirləri” bölmələrinə bax).

Mertenil® preparatını və sistem istifadə üçün nəzərdə tutulmuş fuzidi turşusu preparatlarını eyni zamanda və ya fuzidi turşusunun istifadəsi dayandırıldıqdan sonra 7 gün müddətində istifadə etmək olmaz. Fuzidi turşusu ilə sistem müalicənin aparılması əvəzolunmaz hesab edildiyi pasiyentlərdə, fuzidi turşusunun istifadəsi tamamilə sona çatana qədər statinlərlə aparılan müalicə dayandırılmalıdır. Fuzidi turşusunun və statinlərin kombinasiyası ilə müalicə qəbul edən pasiyentlərdə rabdomioliz halları (ölümlə nəticələnən bir neçə hadisə də daxil olmaqla) barədə məlumatlar daxil olmuşdur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).
Pasiyentlərə əzələ zəifliyi, ağrı və ya ağrı ilə müşayiət olunan həssaslığın istənilən simptomlarının meydana çıxması halları barədə dərhal həkimə müraciət etmələri tövsiyə edilməlidir.

Fuzidi turşusunun sonuncu dozasının istifadəsindən 7 gün sonra, statinlərin istifadəsi ilə müalicəni təkrar başlamaq olar.

Müstəsna hallarda, fuzidi turşusunun uzunmüddətli sistem istifadəsi tələb olunduqda, məsələn, ağır infeksiyaların müalicəsi aparıldıqda, Mertenil® preparatının və fuzidi turşusunun eyni zamanda istifadəsinin zəruriliyini ciddi tibbi müşahidə altında və hər bir konkret halda nəzərdən keçirmək lazımdır. Miopatiyanın mövcudluğunu ehtimal etmək imkanı verən kəskin, ağır xəstəlikləri olan və ya rabdomioliz fonunda ikincili böyrək çatışmazlığının inkişaf etmə ehtimalı (məsələn, sepsis, arterial hipotenziya, cərrahi müdaxilə, travma, ağır metabolik sindrom, nəzarət olunmayan qıcolmalar, endokrin pozğunluqlar, elektrolit pozğunluqlar) qeyd olunan pasiyentlərə Mertenil® preparatını təyin etmək olmaz.

Qaraciyərə təsiri

HMQ-KoA-reduktaza fermentinin digər inhibitorları kimi, Mertenil® preparatını da alkoqoldan sui-istifadə edən və ya anamnezlərində qaraciyər xəstəlikləri qeyd olunan pasiyentlərə xüsusi ehtiyatla təyin etmək lazımdır.

Müalicəyə başlamazdan əvvəl və müalicədən 3 ay sonra, qaraciyər funksiyalarının göstəricilərinin müəyyən edilməsi tövsiyə olunur. Qan zərdabında “qaraciyər” transaminazalarının aktivliyi normanın yuxarı həddindən 3 dəfədən yüksək olduğu halda, Mertenil® preparatının istifadəsini dayandırmaq və ya istifadə edilən dozanı aşağı salmaq lazımdır (“İstifadə qaydası və dozası” bölməsinə bax). Preparatı 40 mq dozada istifadə etdikdə, qaraciyər funksiyalarının ciddi (əsasən, “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi ilə əlaqəli) pozğunluqlarının tezliyi yüksəlir.

Hipotireoz və ya nefrotik sindrom nəticəsində ikincili hiperxolesterinemiya qeyd olunan pasiyentlərdə Mertenil® preparatının istifadəsinə başlamazdan əvvəl, əsas xəstəliyin müalicəsi aparılmalıdır.
Pasiyentin irqi mənsubiyyəti

Farmakokinetik tədqiqatların gedişində, avropeoid irqinin nümayəndələrindən olan pasiyentlərdən əldə olunan məlumatlarla müqayisədə, monqoloid irqindən olan pasiyentlər arasında rozuvastatinin sistem konsentrasiyasının yüksəlməsi aşkar edilmişdir (“Farmakokinetikası”, “Əks göstərişlər” və “İstifadə qaydası və dozası” bölmələrinə bax).

İİV-proteazası inhibitorları

Rozuvastatinin və İİV-proteazasının müxtəlif inhibitorlarının ritonavirlə kombinasiyalarının birlikdə istifadəsi müddətində rozuvastatinin sistem ekspozisiyasının artması müşahidə olunur. Rozuvastatinin istifadəsi fonunda qanda lipidlərin konsentrasiyasının aşağı düşməsinin faydası hərtərəfli qiymətləndirilməli və eləcədə, İİV-proteazası inhibitorlarından istifadə edən İİV infeksiyası qeyd olunan pasiyentlərdə müalicənin əvvəlində və preparatın dozası artırılan müddət ərzində qan plazmasında rozuvastatinin konsentrasiyasının yüksəlməsi ehtimalı nəzərə alınmalıdır. Rozuvastatinin dozasının korreksiyası aparılmadan İİV-proteazasının inhibitorlarının eyni zamanda istifadəsi tövsiyə olunmur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “İstifadə qaydası və dozası” bölmələrinə bax).

Laktoza
Preparatın tərkibində laktoza vardır və bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, tam laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası sindromu kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparatı istifadə etmək olmaz.

Ağciyərlərin interstisial xəstəliyi

Bəzi statinlərdən, xüsusilə, uzun müddət ərzində istifadə etdikdə, ağciyərlərin interstisial xəstəliklərinin tək-tək halları barədə məlumatlar daxil olmuşdur (“Əlavə təsirləri” bölməsinə bax). Xəstəliyin təzahürlərinə təngnəfəslik, qeyri-məhsuldar öskürək və ümumi əhvalın pisləşməsi (zəiflik, bədən kütləsinin aşağı düşməsi və qızdırma) aid ola bilər. Ağciyərlərin interstisial xəstəliyi ehtimal edildiyi halda, statinlərin istifadəsi ilə müalicə dayandırılmalıdır.

2-ci tip şəkərli diabet

Statinlərin bir sinif olaraq, qanda qlükoza konsentrasiyasının yüksəlməsinə səbəb olduğu və gələcəkdə, şəkərli diabetin inkişaf etmə riski yüksək olan bəzi pasiyentlərdə şəkərli diabetin standart müalicəsinin aparılması göstəriş olan hiperqlikemiya səviyyəsinin meydana çıxmasını təhrik edə biləcəyi barədə təsdiq edilmiş məlumatlar mövcuddur. Bununla belə, həmin risk statinlər tərəfindən təmin edilən damar ağırlaşmalarının riskindən üstündür və bu səbəbdən, statinlərin istifadəsi ilə müalicənin dayandırılması tələb olunmur. Risk qrupuna daxil olan pasiyentlərdə klinik və biokimyəvi göstəricilərin (acqarına qlükozanın konsentrasiyası 5,6 mmol/l-dən 6,9 mmol/l-ə qədər, BKİ >30 kq/m2, triqliseridlərin konsentrasiyalarının yüksəlməsi, arterial hipertenziya) monitorinqi, milli tövsiyələrə müvafiq aparılmalıdır.

JUPITER tədqiqatında şəkərli diabet hallarının ümumi tezliyi, rozuvastatin qrupunda 2,8% və plasebo qrupunda 2,3% təşkil etmişdir; bu göstəricilər əsasən, acqarına qlükoza konsentrasiyası 5,6 mmol/l-dən 6,9 mmol/l-ə qədər olan pasiyentlərdə qeydə alınmışdır.

6 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr

Rozuvastatindən istifadə edən 6 yaşdan 17 yaşa qədər pediatrik pasiyentlərdə boy artımının, bədən kütləsinin, BKİ-nin və ikincili cinsi əlamətlərin Tanner şkalası əsasında qiymətləndirilməsi 2 il müddəti ilə məhdudlaşdırılmışdır. 2 ildən sonra, tədqiq olunan müalicənin pasiyentin boy artımına, bədən kütləsinə, BKİ-ə və ya cinsi yetişkənliyinə təsiri aşkar edilməmişdir (“Farmakodinamikası” bölməsinə bax).

52 həftə müddətində rozuvastatindən istifadə edən uşaqların və yeniyetmələrin iştirakı ilə aparılan klinik tədqiqatda KFK fermentinin normal göstəricilər diapazonunun yuxarı həddi ilə müqayisədə 10 dəfə yüksəlməsi və fiziki hərəkətlərdən və ya ağır fiziki yüklənmələrdən sonra əzələ simptomları, yetkin yaşlı pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlarla müqayisədə, daha tez-tez müşahidə olunmuşdur (“Əlavə təsirləri” bölməsinə bax).

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatların istifadəsinin rozuvastatinə təsiri

Nəqledici zülalların inhibitorları

Rozuvastatin, qaraciyər tutulmasının nəqledicisi olan OATP1B1 və efflyuks nəqledici BCRP də daxil olmaqla, bəzi nəqledici zülalların substratıdır. Rozuvastatinin və göstərilən nəqledici zülalların inhibitorları olan preparatların eyni zamanda istifadəsi, qan plazmasında rozuvastatinin konsentrasiyasının yüksəlməsi və miopatiyanın inkişaf etmə riskinin yüksəlməsi ilə müşayiət oluna bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində Cədvəl 2-yə və “İstifadə qaydası və dozası” bölməsinə bax).

Siklosporin

Rozuvastatinin və siklosporinin eyni zamanda istifadəsi müddətində rozuvastatinin AUC göstəricisinin, sağlam könüllülərdə əldə olunan göstəricilərlə müqayisədə, 7 dəfə yüksəlməsi qeyd olunmuşdur (Cədvəl 2-yə bax). Siklosporindən istifadə edən pasiyentlərdə rozuvastatinin istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax). Preparatların eyni zamanda istifadəsi, qan plazmasında siklosporinin konsentrasiyalarına heç bir təsir göstərmir.

Proteaza inhibitorları

Qarşılıqlı təsirlərin dəqiq mexanizminin məlum olmamasına baxmayaraq, rozuvastatinin proteaza inhibitorları ilə eyni zamanda istifadəsi, rozuvastatinin ekspozisiyasının əhəmiyyətli artmasına gətirib çıxara bilər (Cədvəl 2-yə bax). Farmakokinetik tədqiqatda sağlam könüllülər tərəfindən 10 mq dozada rozuvastatinin və tərkibində 2 proteaza inhibitoru olan kombinəolunmuş preparatın (300 mq atazanavir/100 mq ritonavir) eyni zamanda istifadəsi müddətində, rozuvastatinin AUC göstəricisinin 3 dəfə və Cmax göstəricisinin 7 dəfə yüksəlməsi aşkar edilmişdir. Rozuvastatinin və proteaza inhibitorlarının bəzi kombinasiyalarının eyni zamanda istifadəsi, rozuvastatinin ekspozisiyasının gözlənilən artması əsasında rozuvastatinin dozasının dəqiq seçilməsindən sonra mümkündür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsində Cədvəl 2-yə və “İstifadə qaydası və dozası” bölməsinə bax).

Hemfibrozil və lipid səviyyələrinin aşağı düşməsinə səbəb olan digər preparatlar

Rozuvastatinin və hemfibrozilin eyni zamanda istifadəsi, rozuvastatinin Cmax və AUC göstəricilərinin 2 dəfə yüksəlməsinə gətirib çıxarır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Spesifik qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan əldə olunan məlumatlara əsasən, fenofibratla müvafiq farmakokinetik qarşılıqlı təsir gözlənilmir; bununla belə, farmakodinamik qarşılıqlı təsirlərin mövcudluğu ehtimal edilir. Hemfibrozil, fenofibrat, digər fibratlar və lipidlərin miqdarını aşağı salan dozalarda (sutkada 1 q və ya daha yüksək dozalarda) nikotin turşusu HMQ-KoA-reduktaza fermentinin inhibitorları ilə eyni zamanda istifadə edildikdə, miopatiyanın meydana çıxma riskinin yüksəlməsinə səbəb olmuşdur və bu, ehtimal ki, onların miopatiyaya səbəb ola biləcəyi ilə və monoterapiya şəklində istifadəsi ilə əlaqəli olmuşdur. Rozuvastatinin 30 mq və ya 40 mq dozada və fibratların eyni zamanda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Göstərilən pasiyent qrupunda Mertenil® preparatının başlanğıc dozası 5 mq-dan artıq olmamalıdır.

Ezetimib
Rozuvastatinin 10 mq dozada və ezetimibin 10 mq dozada eyni zamanda istifadəsi, hiperxolesterinemiyalı pasiyentlərdə rozuvastatinin AUC göstəricisinin 1,2 dəfə yüksəlməsi ilə müşayiət olunmuşdur (Cədvəl 2-yə bax). Rozuvastatin və ezetimib arasında farmakodinamik qarşılıqlı təsirlərlə əlaqəli əlavə effektlərin inkişaf etmə riskinin yüksəlməsi istisna edilməməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Antasidlər
Rozuvastatinin və suspenziya şəklində alüminium və ya maqnezium hidroksid tərkibli antasidlərin eyni zamanda istifadəsi, qan plazmasında rozuvastatinin konsentrasiyasının təxminən 50% aşağı düşməsinə gətirib çıxara bilər. Antasidlər rozuvastatinin istifadəsindən 2 saat sonra qəbul edildiyi halda, bu təsir daha zəif ifadə olunur. Göstərilən qarşılıqlı təsirin klinik əhəmiyyəti öyrənilməmişdir.

Eritromisin
Rozuvastatinin və eritromisinin eyni zamanda istifadəsi, rozuvastatinin AUC(0-t) göstəricisinin 20% və rozuvastatinin Cmax göstəricisinin 30% aşağı düşməsinə gətirib çıxara bilər. Göstərilən qarşılıqlı əlaqə, eritromisinin istifadəsi nəticəsində bağırsaq motorikasının güclənməsi ilə əlaqəli ola bilər.

P450 sitoxrom sisteminin izofermentləri

İn vitroin vivo şəraitdə aparılan tədqiqatların nəticələrində göstərilmişdir ki, rozuvastatin P450 sitoxrom sisteminin izofermentlərinin nə inhibitoru, nə də induktoru deyildir. Bundan əlavə, rozuvastatin göstərilən fermentlərin kifayət qədər zəif substratıdır. Bu səbəbdən, sitoxrom P450 sisteminin metabolizmi ilə əlaqəli dərman preparatları arasında istənilən qarşılıqlı təsirlər ehtimal edilmir. Rozuvastatin və flukonazol (CYP2C9 və CYP3A4 izofermentlərinin inhibitoru) və ya ketokonazol (CYP2A6 və CYP3A4 izofermentlərinin inhibitoru) arasında klinik əhəmiyyətli qarşılıqlı təsirlər aşkar edilməmişdir.

Rozuvastatinin dozasının korreksiyasının aparılması tələb olunan dərman preparatları ilə qarşılıqlı təsirləri (Cədvəl 2-yə bax)

Rozuvastatinin ekspozisiyasını artıran dərman preparatları ilə eyni zamanda istifadəsi üçün zərurət yarandığı halda, Mertenil® preparatının dozası korreksiya olunmalıdır. Preparatların Mertenil® preparatı ilə birlikdə istifadəsinin mümkünlüyünü nəzərdən keçirərkən, müvafiq dərman preparatları barədə məlumatların öyrənilməsi tövsiyə olunur. Preparatın ekspozisiyasının (AUC göstəricisinin) 2 dəfə və ya daha çox artması gözlənildiyi halda, Mertenil® preparatının başlanğıc dozası sutkada 1 dəfə 5 mq-dan artıq olmamalıdır. Bundan əlavə, Mertenil® preparatının maksimal sutkalıq dozasını elə korreksiya etmək lazımdır ki, rozuvastatinin gözlənilən ekspozisiyası, rozuvastatinlə qarşılıqlı təsir göstərən dərman preparatlarının eyni zamanda istifadəsi olmadan, qəbul edilən 40 mq dozanın istifadəsi zamanı qeyd olunan ekspozisiyadan artıq olmasın. Məsələn, Mertenil® preparatının maksimal sutkalıq dozası hemfibrozillə eyni zamanda istifadə edildikdə – 20 mq (ekspozisiyanın 1,9 dəfə artması), atazanavirlə/ritonavirlə eyni zamanda istifadə edildikdə – 10 mq (ekspozisiyanın 3,1 dəfə artması) təşkil edir.

Cədvəl 2. Eyni zamanda təyin edilən müalicənin rozuvastatinin ekspozisiyasına təsiri (AUC, məlumatlar azalma istiqamətində göstərilmişdir) – dərc edilmiş klinik tədqiqatların nəticələri.

 

Eyni zamanda aparılan müalicə rejimi

Rozuvastatinin istifadəsi rejimi

Rozuvastatinin AUC göstəricisinin dəyişməsi*

Siklosporin – sutkada 2 dəfə 75‒200 mq, 6 ay

Sutkada 1 dəfə 10 mq, 10 gün

7,1 dəfə yüksəlir

Reqorafenib – sutkada 1 dəfə 160 mq, 14 gün

Birdəfəlik 5 mq

3,8 dəfə yüksəlir

Atazanavir 300 mq/ritonavir 100 mq – sutkada 1 dəfə, 8 gün

Birdəfəlik 10 mq

 

 

3,1 dəfə yüksəlir

 

 

Velpatasvir – sutkada 1 dəfə 100 mq

Birdəfəlik 10 mq

 

2,7 dəfə yüksəlir

Ombitasvir 25 mq/paritaprevir 150 mq/ritonavir 100 mq sutkada 1 dəfə/dasabuvir 400 mq sutkada 2 dəfə, 14 gün

Birdəfəlik 5 mq

 

2,6 dəfə yüksəlir

Qrazoprevir 200 mq/elbasvir 50 mq – sutkada 1 dəfə, 11 gün

Birdəfəlik 10 mq

 

2,3 dəfə yüksəlir

Qlekaprevir 400 mq/pibrentasvir 120 mq – sutkada 1 dəfə, 7 gün

Sutkada 1 dəfə 5 mq, 7 gün

2,2 dəfə yüksəlir

Lopinavir 400 mq/ritonavir 100 mq – sutkada 2 dəfə, 17 gün

Sutkada 1 dəfə 20 mq, 7 gün

2,1 dəfə yüksəlir

Klopidoqrel, 300 mq yükləyici doza, 24 saatdan sonra 75 mq

Birdəfəlik 20 mq

 

2 dəfə yüksəlir

Hemfibrozil – sutkada 2 dəfə 600 mq, 7 gün

Birdəfəlik 80 mq

 

1,9 dəfə yüksəlir

Eltrombopaq – sutkada 1 dəfə 75 mq, 5 gün

Birdəfəlik 10 mq

 

1,6 dəfə yüksəlir

Darunavir 600 mq/ritonavir 100 mq – sutkada 2 dəfə, 7 gün

Sutkada 1 dəfə 10 mq, 7 gün

1,5 dəfə yüksəlir

Tipranavir 500 mq/ritonavir 200 mq – sutkada 2 dəfə, 11 gün

Birdəfəlik 10 mq

 

1,4 dəfə yüksəlir

Dronedaron – sutkada 2 dəfə 400 mq

Məlumat yoxdur

1,4 dəfə yüksəlir

İtrakonazol – sutkada 1 dəfə 200 mq, 5 gün

Birdəfəlik 10 mq

 

1,4 dəfə yüksəlir**

Ezetimib – sutkada 1 dəfə 10 mq, 14 gün

Sutkada 1 dəfə 10 mq, 14 gün

1,2 dəfə yüksəlir**

Fosamprenavir 700 mq/ritonavir 100 mq – sutkada 2 dəfə, 8 gün

Birdəfəlik 10 mq

 

Dəyişmir

Aleqlitazar – 0,3 mq, 7 gün

40 mq, 7 gün

Dəyişmir

Silimarin – sutkada 3 dəfə 140 mq, 5 gün

Birdəfəlik 10 mq

 

Dəyişmir

Fenofibrat – sutkada 3 dəfə 67 mq, 7 gün

10 mq, 7 gün

Dəyişmir

Rifampin – sutkada 1 dəfə 450 mq, 7 gün

Birdəfəlik 20 mq

 

Dəyişmir

Ketokonazol – sutkada 2 dəfə 200 mq, 7 gün

Birdəfəlik 80 mq

 

Dəyişmir

Flukonazol – sutkada 1 dəfə 200 mq, 11 gün

Birdəfəlik 80 mq

 

Dəyişmir

Eritromisin – sutkada 4 dəfə 500 mq, 7 gün

Birdəfəlik 80 mq

 

20% azalır

Baykalin – sutkada 3 dəfə 50 mq, 14 gün

Birdəfəlik 20 mq

 

47% azalır

 

* Bölünən dəyişiklik kimi təqdim edilən məlumatlar, AUC göstəricisinin preparatların birlikdə istifadəsi və rozuvastatinlə monoterapiya zamanı nisbətini göstərir. % dəyişikliyi şəklində təqdim edilən məlumatlar, rozuvastatinlə monoterapiya zamanı fərqi (%) əks etdirir.

** Dərman preparatlarının qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində aparılan bir neçə tədqiqat, rozuvastatinin müxtəlif dozalarının istifadəsi ilə həyata keçirilmişdir; cədvəldə ən əhəmiyyətli dəyişikliklər göstərilmişdir.

Rozuvastatinin istifadəsinin digər preparatlara təsiri

K vitamininin antaqonistləri. HMQ-KoA-reduktaza fermentinin digər inhibitorlarının istifadəsi zamanı olduğu kimi, eyni zamanda K vitamininin antaqonistlərindən (məsələn, varfarindən və ya digər kumarin antikoaqulyantlarından) istifadə edən pasiyentlərdə rozuvastatinlə müalicənin başlanması və ya dozanın artırılması, beynəlxalq normalaşdırılmış nisbət (BNN) göstəricisinin yüksəlməsinə gətirib çıxara bilər. Rozuvastatinin istifadəsinin dayandırılması və ya dozasının aşağı salınması BNN göstəricisinin azalmasına səbəb ola bilər. Belə vəziyyətlərdə BNN göstəricisinin monitorinqi aparılmalıdır.

Peroral kontraseptivlər/əvəzedici hormonal müalicə

Rozuvastatinin və peroral kontraseptivlərin eyni zamanda istifadəsi etinilestradiolun və norgestrelin AUC göstəricilərinin müvafiq olaraq, 26% və 34% yüksəlməsinə gətirib çıxara bilər. Peroral kontraseptivlərin dozalarının seçilməsi zamanı plazma konsentrasiyalarının qeyd olunan artması nəzərə alınmalıdır. Rozuvastatinin və əvəzedici hormonal müalicə üçün nəzərdə tutulmuş preparatların eyni zamanda istifadəsi barədə heç bir farmakokinetik məlumat yoxdur və bu səbəbdən, göstərilən kombinasiyanın istifadəsi zamanı analoji təsirin mövcudluğu istisna edilməməlidir. Bununla belə, klinik tədqiqatların gedişində preparatların göstərilən kombinasiyası qadınlar tərəfindən geniş istifadə edilmişdir və yaxşı keçirilmişdir.

Digər dərman preparatları

Diqoksin
Spesifik qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan əldə olunan məlumatlara əsasən, rozuvastatinin və diqoksinin eyni zamanda istifadəsi zamanı klinik əhəmiyyətli qarşılıqlı təsirlər gözlənilmir.

Fuzidi turşusu

Rozuvastatinin və fuzidi turşusunun qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılmamışdır. Statinlərin və fuzidi turşusunun eyni zamanda sistem istifadəsi zamanı rabdomioliz də daxil olmaqla, miopatiya riski yüksələ bilər. Göstərilən qarşılıqlı təsirin mexanizmi (farmakodinamik və ya farmakokinetik qarşılıqlı təsirlərin ayrı-ayrılıqda və ya hər iki növün eyni zamanda mövcudluğu) məlum deyildir. Qeyd olunan preparatların kombinasiyasından istifadə edən pasiyentlərdə rabdomioliz halları (ölümlə nəticələnən bir neçə hadisə də daxil olmaqla) barədə məlumatlar daxil olmuşdur. Fuzidi turşusunun sistem istifadəsi ilə müalicənin aparılması tələb olunduğu halda, rozuvastatinlə aparılan müalicə dayandırılmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Uşaqlar
Qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində tədqiqatlar yalnız böyüklərin iştirakı ilə aparılmışdır. Uşaqlarda qarşılıqlı təsirlərin intensivliyi barədə heç bir məlumat yoxdur.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Mertenil® hamiləlik və laktasiya dövründə əks göstərişdir.

Uşaq doğmaq qabiliyyətinə malik qadınlar etibarlı və adekvat kontraseptiv vasitələrdən istifadə etməlidirlər.

Hamiləlik

Xolesterin və xolesterinin biosintez məhsulları dölün inkişafına vacib olduğu üçün HMQ-KoA-reduktazanın inhibə edilməsinin potensial riski onun hamiləlik dövründə istifadəsindən olan faydanı aşır.

Hamiləlik aşkar edildiyi halda preparatın qəbulu dərhal dayandırılmalıdır.

Laktasiya

Rozuvastatinin ana südü ilə xaric olması barədə məlumat yoxdur (“Əks göstərişləri” bölməsinə bax). Laktasiya dövründə preparatın təyin edilməsinə ehtiyac olduqda ana südü ilə qidalandırmanı dayandırmaq vacibdir.

Fertillik

Reproduktiv toksiklik barədə məhdud məlumat vardır (heyvanlar üzərində aparılan tədqiqatların nəticəsi) (“Əks göstərişləri” bölməsinə bax).

 

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Mertenil® preparatının nəqliyyat vasitələrini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Lakin farmakodinamik xüsusiyyətlərin əsasında ehtimal etmək olar ki, Mertenil® qeyd edilən qabiliyyət növlərinə mənfi təsir etməməlidir. Bununla yanaşı müalicə dövründə nəqliyyat vasitələrini və digər mexanizmləri idarə edərkən başgicəllənmənin yaranmasını nəzərə almaq lazımdır.

 

İstifadə qaydası və dozası

Müalicəyə başlamazdan əvvəl pasiyent aşağı xolesterin tərkibli məhsulların istifadəsi ilə standart pəhriz saxlamalıdır və həmin pəhriz, bütün müalicə dövrü müddətində də davam etdirilməlidir.

Dozaları
Preparatın dozası, lipidlərin hədəf səviyyələrinə dair ümumi qəbul edilmiş müasir tövsiyələrin nəzərə alınması ilə aparılan müalicənin məqsədinə və pasiyentin aparılan müalicəyə terapevtik cavabına müvafiq, seçiləlidir.

İstifadə qaydası

Preparat daxilə, sutkanın istənilən vaxtında, qida qəbulundan asılı olmayaraq, ceynənilmədən və xırdalanmadan, bütöv, su ilə birlikdə qəbul edilməlidir.

Hiperxolesterinemiyanın müalicəsi

Həm əvvəllər statinlərdən istifadə etməyən pasiyentlər, həm də HMQ-KoA-reduktaza fermentinin digər inhibitorları ilə müalicədən sonra, göstərilən preparatın istifadəsinə keçirilən pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 1 dəfə 5 mq və ya 10 mq təşkil edir.

Preparatın başlanğıc dozası seçildikdə, hər bir pasiyentdə xolesterinin səviyyəsini və eləcədə, ürək-damar ağırlaşmalarının inkişafı üçün ehtimal riskləri və əlavə effektlərin meydana çıxması üçün potensial riskləri nəzərə almaq lazımdır. Zərurət yarandığı halda, 4 həftədən sonra dozanı artırmaq olar (“Farmakodinamikası” bölməsinə bax).

Preparatın aşağı dozalarının istifadəsi ilə müqayisədə, 40 mq dozaların istifadəsi zamanı əlavə reaksiyaların daha tez-tez meydana çıxmasını nəzərə alaraq (“Əlavə təsirləri” bölməsinə bax), yalnız 20 mq dozanın istifadəsi zamanı arzuolunan nəticənin əldə edilməsi mümkün olmayan və mütəxəssis nəzarəti altında saxlanılan ağır hiperxolesterinemiyalı və ürək-damar sistemi ilə əlaqəli yüksək risk qeyd olunan pasiyentlərdə (xüsusilə, ailəvi hiperxolesterinemiya qeyd olunan pasiyentlərdə) dozanın 30 mq-a qədər və ya maksimal 40 mq-a qədər titrlənməsi mümkündür (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). 30 mq və ya 40 mq dozanın istifadəsinə başladıqda, mütəxəssisin müşahidəsi tövsiyə olunur.

Ürək-damar ağırlaşmalarının profilaktikası

Ürək-damar hadisələrinin riskinin aşağı salınmasının tədqiqatında rozuvastatin sutkada 20 mq dozada istifadə edilmişdir (“Farmakodinamikası” bölməsinə bax).

Uşaqlar və yeniyetmələr

Uşaqlara rozuvastatin yalnız mütəxəssis tərəfindən təyin edilməlidir.

6 yaşdan 17 yaşa qədər uşaqlar və yeniyetmələr (< II-V Tanner mərhələsi)

Ailəvi heteroziqot hiperxolesterinemiya

Ailəvi heteroziqot hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə preparatın adətən istifadə edilən başlanğıc dozası sutkada 5 mq təşkil edir.

6 yaşdan 9 yaşa qədər ailəvi heteroziqot hiperxolesterinemiyalı uşaqlarda preparatın tövsiyə olunan dozası sutkada 1 dəfə 5-10 mq təşkil edir. Göstərilən pasiyent qrupunda preparatın 10 mq-dan yüksək dozalarının istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.

10 yaşdan 17 yaşa qədər ailəvi heteroziqot hiperxolesterinemiyalı uşaqlarda preparatın tövsiyə olunan dozası sutkada 1 dəfə 5-20 mq təşkil edir. Göstərilən pasiyent qrupunda preparatın 20 mq-dan yüksək dozalarının istifadəsinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.

Dozanın titrlənməsi, uşaqlarda və yeniyetmələrdə müalicənin tövsiyələrinə müvafiq, pasiyentin aparılan müalicəyə terapevtik cavabına əsasən və tolerantlığın nəzərə alınması ilə fərdi qaydada seçilməlidir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Müalicəyə başlamazdan əvvəl pasiyent, aşağı xolesterin tərkibli məhsulların istifadəsi ilə standart pəhriz saxlamalıdır və həmin pəhriz, bütün müalicə dövrü müddətində də davam etdirilməlidir.

Ailəvi homoziqot hiperxolesterinemiya

6 yaşdan 17 yaşa qədər ailəvi homoziqot hiperxolesterinemiyalı uşaqlarda preparatın maksimal tövsiyə olunan dozası sutkada 1 dəfə 20 mq təşkil edir.

Preparatın tövsiyə olunan başlanğıc dozası, pasiyentin yaşından, bədən kütləsindən və əvvəllər statinlərin istifadəsindən asılı olaraq, sutkada 1 dəfə 5-10 mq təşkil edir. Dozanın maksimal sutkada 1 dəfə 20 mq-a qədər titrlənməsi, uşaqlarda preparatın istifadəsi tövsiyələrinə müvafiq, pasiyentin aparılan müalicəyə fərdi cavabına və tolerantlığa əsasən aparılmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Rozuvastatinin istifadəsi ilə müalicəyə başlamazdan əvvəl uşaqlar və yeniyetmələr, aşağı xolesterin tərkibli məhsulların istifadəsi ilə standart pəhriz saxlamalıdır və həmin pəhriz, bütün müalicə dövrü müddətində də davam etdirilməlidir.
Göstərilən pasiyent qrupunda 20 mq-dan fərqli dozaların istifadə təcrübəsi məhduddur.
Tərkibində 30 mq və 40 mq rozuvastatin olan örtüklü tabletlər uşaqlarda istifadə üçün nəzərdə tutulmamışdır.

6 yaşa qədər uşaqlar

6 yaşdan kiçik uşaqlarda rozuvastatinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Bu səbəbdən, 6 yaşa qədər uşaqlarda Mertenil® preparatının istifadəsi tövsiyə olunmur.

Yaşlı pasiyentlər

70 yaşdan yuxarı pasiyentlərdə preparatın tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Yaşdan asılı olaraq, dozanın digər korreksiyası tələb olunmur.

Böyrək funksiyalarının pozğunluqlarından əziyyət çəkən pasiyentlər

Böyrək funksiyalarının yüngül və ya orta dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur. Böyrək funksiyalarının orta dərəcəli pozğunluqlarından (KK 60 ml/dəqiqədən aşağı) əziyyət çəkən pasiyentlərdə preparatın tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir. Böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları qeyd olunan pasiyentlərdə Mertenil® preparatının istənilən dozalarda təyin edilməsi əks göstərişdir (“Farmakokinetikası” və “Əks göstərişlər” bölmələrinə bax). Böyrək funksiyalarının orta dərəcəli pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə preparatın 30 mq və 40 mq dozalarda istifadəsi əks göstərişdir.

Qaraciyər funksiyalarının pozğunluqlarından əziyyət çəkən pasiyentlər

Çayld-Pyu şkalasına əsasən 7 və daha aşağı bal ilə qiymətləndirilmiş pasiyentlərdə rozuvastatinin sistem konsentrasiyasının yüksəlməsi aşkar edilməmişdir. Bununla belə, Çayld-Pyu şkalasına əsasən 8 və 9 bal ilə qiymətləndirilmiş pasiyentlərdə preparatın sistem konsentrasiyasının yüksəlməsi müşahidə olunmuşdur (“Farmakokinetikası” bölməsinə bax).

əmin pasiyentlərdə aparılan müalicə fonunda qaraciyər funksiyalarına nəzarət etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Çayld-Pyu şkalasına əsasən 9 baldan yuxarı qiymətləndirilmiş pasiyentlərdə preparatın istifadəsi barədə heç bir məlumat yoxdur. Qaraciyər xəstəliklərinin aktiv mərhələsi qeyd olunan pasiyentlərdə Mertenil® preparatının istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax).

Pasiyentin irqi mənsubiyyəti

Monqoloid irqindən olan pasiyentlərdə rozuvastatinin sistem konsentrasiyasının yüksəlməsi ehtimal edilir (“Farmakokinetikası”, “Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə bax). Preparatı 10 mq və 20 mq dozalarda təyin etdikdə, monqoloid irqindən olan pasiyentlərdə rozuvastatinin tövsiyə olunan başlanğıc dozası 5 mq təşkil edir. Həmin pasiyentlərdə preparatın 30 mq və 40 mq dozalarda istifadəsi əks göstərişdir.

Genetik polimorfizm

Məlumdur ki, genetik polimorfizmin müəyyən növləri rozuvastatinin ekspozisiyasının artmasına gətirib çıxara bilər (“Farmakokinetikası” bölməsinə bax). Oxşar polimorfizm növlərinin mövcudluğu qeyd olunan pasiyentlərdə rozuvastatinin daha aşağı sutkalıq dozasının istifadəsi tövsiyə olunur.

Miopatiyanın inkişaf etməsi üçün meyllilik faktorlarının mövcudluğu zamanı preparatın dozaları

Miopatiyanın inkişaf etməsi üçün meyllilik qeyd olunan pasiyentlərdə preparatın başlanğıc dozası 5 mq təşkil edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Həmin qrupa daxil olan bəzi pasiyentlərdə preparatın 30 mq və 40 mq dozalarda istifadəsi əks göstərişdir (“Əks göstərişlər” bölməsinə bax).

Eyni zamanda aparılan müalicə

Rozuvastatin müxtəlif nəqledici zülalların (məsələn, OATP1B1 və BCRP) substratıdır.

Mertenil® preparatını, nəqledici zülallarla qarşılıqlı təsir nəticəsində qan plazmasında rozuvastatinin konsentrasiyasını yüksəldən dərman preparatları (məsələn, siklosporin, ritonavirin atazanavirlə, lopinavirlə və/və ya tipranavirlə kombinasiyaları da daxil olmaqla, İİV proteazasının bəzi inhibitorları) ilə eyni zamanda istifadə etdikdə, miopatiyanın (rabdomioliz də daxil olmaqla) inkişaf etmə riski yüksələ bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Dərman preparatlarının Mertenil® preparatı ilə eyni zamanda istifadəsinin mümkünlüyü nəzərdən keçirildikdə, müvafiq dərman preparatları barədə məlumatların öyrənilməsi tövsiyə olunur. Həmin vəziyyətlərdə alternativ müalicənin təyin olunması və ya Mertenil® preparatının istifadəsinin müvəqqəti dayandırılması mümkünlüyünü qiymətləndirmək lazımdır. Yuxarıda göstərilən preparatların və rozuvastatinin eyni zamanda istifadəsi üçün zərurət yarandığı halda, yanaşı müalicənin fayda və risk nisbəti qiymətləndirilməli və Mertenil® preparatının dozasının aşağı salınmasının mümkünlüyü nəzərdən keçirilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax).

 

Əlavə təsirləri

Mertenil® preparatının istifadəsi ilə əlaqəli arzuolunmayan dərman reaksiyaları (ADR), adətən, yüngül və qısamüddətli xarakter daşıyır. Nəzarət olunan klinik tədqiqatların gedişində rozuvastatindən istifadə edən pasiyentlərin 4%-dən azı müalicəni, ADR-in inkişaf etməsi ilə əlaqəli dayandırmışdırlar.

Klinik tədqiqatlardan və preparatın postmarketinq dövründə istifadəsinin geniş təcrübəsindən əldə olunan məlumatlar əsasında rozuvastatinə qarşı ADR-in profili aşağıda qeyd olunan Cədvəl 3-də göstərilmişdir.

ADR baş vermə tezliyinə və sistem orqanlar sinfinə əsasən təsnif olunmuşdur.

ADR-in baş vermə tezliyi aşağıda göstərildiyi qaydada təqdim edilmişdir: tez-tez (≥ 1/100-dən, < 1/10-ə qədər), bəzən (≥ 1/1000-dən, < 1/100-ə qədər), nadir hallarda (≥ 1/10000-dən, < 1/1000-ə qədər), çox nadir hallarda (< 1/10000), məlum deyil (əldə olunan məlumatlar əsasında qiymətləndirilməsi mümkün deyil).

Cədvəl 3. Arzuolunmayan dərman reaksiyaları

 

Sistem orqanlar sinfi

Tez-tez

Bəzən

Nadir hallarda

Çox nadir hallarda

Məlum deyil

Qan və limfa sistemində baş verən pozğunluqlar

 

 

Trombositopeniya

 

 

İmmun sistemdə baş verən pozğunluqlar

 

 

Angionevrotik ödem də daxil olmaqla, hiperhəssaslıq reaksiyaları

 

 

Endokrin sistemdə baş verən pozğunluqlar

2-ci tip şəkərli diabet1

 

 

 

 

Psixikada baş verən pozğunluqlar

 

 

 

 

Depressiya

Sinir sistemində baş verən pozğunluqlar

Baş ağrısı, başgicəllənmə

 

 

Polineyropatiya, yaddaşın itirilməsi

Periferik neyropatiya, yuxu pozğunluqları (yuxusuzluq və gecələr “dəhşətli” yuxugörmələr də daxil olmaqla)

Tənəffüs sistemində, döş qəfəsi və divararası orqanlarda baş verən pozğunluqlar

 

 

 

 

Öskürək, təngnəfəslik

Mədə-bağırsaq traktında baş verən pozğunluqlar

Qəbizlik, ürəkbulanma, qarın nahiyəsində ağrı

 

Pankreatit

 

Diareya

Qaraciyərdə və ödçıxarıcı yollarda baş verən pozğunluqlar

 

 

“Qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi

Sarılıq, hepatit

 

Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar

 

Dəri qaşınması, səpgilər, övrə

 

 

Stivens-Conson sindromu

 

Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar

Mialgiya

 

 

Miopatiya

(miozit də daxil olmaqla), rabdomioliz, əzələlərin üzülməsi, qurdeşənəyinə bənzər sindrom

Artralgiya

 

Bir sıra hallarda üzülmə ilə ağırlaşmış vətər xəstəlikləri, immun səbəbli nekrozlaşan miopatiya

Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar

 

 

 

Hematuriya

 

Cinsiyyət orqanlarında və süd vəzilərində baş verən pozğunluqlar

 

 

 

Ginekomastiya

 

Ümumi pozğunluqlar və yeridilmə nahiyəsində baş verən dəyişikliklər

Astenik sindrom

 

 

 

Periferik ödemlər

1 Tezlik risk faktorlarının mövcud olub-olmamasından asılı olacaqdır (acqarına qlükozanın konsentrasiyası ≥ 5,6 mmol/l, BKİ > 30 kq/m2, triqliseridlərin konsentrasiyalarının yüksəlməsi, anamnezdə arterial hipertenziyanın qeyd olunması).

 

Digər HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının istifadəsi zamanı olduğu kimi, ADR-in meydana çıxma tezliyi dozadanasılı xarakter daşıyır.

Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: rozuvastatinin istifadəsi zamanı, əsasən borucuq mənşəli proteinuriya müşahidə olunmuşdur. Rozuvastatini 10 mq və 20 mq dozalarda istifadə edən pasiyentlərin 1%-dən azında və 40 mq dozada istifadə edən pasiyentlərin təxminən 3%-də sidikdə zülal miqdarının dəyişməsi (yoxluğundan və ya iz miqdarlarının mövcudluğundan “++” və daha yüksək səviyyələrə qədər) aşkar olunmuşdur.

Preparatı 20 mq dozada istifadə etdikdə, sidikdə zülal miqdarının “sıfır” səviyyəsindən və ya iz miqdarlarının mövcudluğundan “+” səviyyəyə qədər minimal dəyişməsi müşahidə olunmuşdur. Əksər hallarda, müalicə prosesində proteinuriya azalmışdır və ya sərbəst aradan qalxmışdır. Klinik tədqiqatlardan və preparatın postmarketinq dövründə istifadəsi təcrübəsindən əldə olunan məlumatların analizində proteinuriya və böyrəklərin kəskin və ya proqressivləşən xəstəlikləri arasında səbəb əlaqəsi aşkar edilməmişdir.

Rozuvastatinin istifadəsi ilə müalicə kursu qəbul edən bir sıra pasiyentlərdə hematuriya müşahidə olunmuşdur; bununla belə, klinik tədqiqatlardan əldə olunan məlumatlarda, qeyd olunan halların meydana çıxma tezliyinin aşağı olması göstərilmişdir.

Skelet-əzələ sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: rozuvastatinin istənilən dozasından, xüsusilə, 20 mq-dan yüksək dozasından istifadə edən pasiyentlərdə mialgiyanın, miopatiyanın (miozit də daxil olmaqla) və nadir hallarda – rabdomiolizin meydana çıxmasına səbəb olan skelet əzələlərinə təsiri müşahidə olunmuşdur. Rozuvastatindən istifadə edən pasiyentlərdə qəbul edilən dozadan asılı olaraq, kreatinfosfokinaza (KFK) fermentinin miqdarının yüksəlməsi aşkar edilmişdir; lakin, bir çox hallarda həmin təzahürlər əhəmiyyətsiz, simptomsuz və müvəqqəti xarakter daşımışdır. KFK fermentinin miqdarı normanın yuxarı həddindən 5 dəfə yüksək olduğu halda, müalicəni dayandırmaq lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Qaraciyərdə baş verən pozğunluqlar: digər HMQ-KoA-reduktaza fermentinin inhibitorlarının istifadəsi zamanı olduğu kimi, rozuvastatindən istifadə edən az sayda pasiyentlərdə preparatın qəbul edilən dozasından asılı olaraq, “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi aşkar edilmişdir. Bir çox hallarda göstərilən aktivliyin yüksəlməsi əhəmiyyətsiz, simptomsuz və müvəqqəti xarakter daşımışdır.

Bəzi statinlərin istifadəsi zamanı aşağıda göstərilən ADR barədə məlumatlar daxil olmuşdur:

- cinsi disfunksiya;

- çox nadir hallarda – xüsusilə, uzunmüddətli müalicə zamanı ağciyərlərin interstisial xəstəliyi (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).

Preparatı 40 mq dozada istifadə etdikdə, rabdomioliz, böyrəklərdə və qaraciyərdə ciddi pozğunluqlar (əsasən, “qaraciyər” transaminazalarının aktivliyinin yüksəlməsi) hallarının baş vermə tezliyi daha yüksək olmuşdur.

Uşaqlar və yeniyetmələr

52 həftə müddətində aparılan klinik tədqiqatda KFK fermentinin normal göstəricilər diapazonunun yuxarı həddi ilə müqayisədə 10 dəfə yüksəlməsi və fiziki hərəkətlərdən və ya əhəmiyyətli fiziki yüklənmələrdən sonra əzələ simptomları, yetkin yaşlı pasiyentlərlə müqayisədə, uşaqlarda və yeniyetmələrdə daha tez-tez müşahidə olunmuşdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Digər xüsusiyyətlərinə görə uşaqlarda, yeniyetmələrdə və yetkin yaşlı pasiyentlərdə rozuvastatinin təhlükəsizlik profili analoji olmuşdur.
Arzuolunmayan reaksiyalar barədə məlumatlar

Dərman preparatının “fayda-risk” nisbətinin fasiləsiz monitorinqinin aparılmasını təmin etmək məqsədi ilə ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumatların mühüm əhəmiyyəti vardır. Tibb işçilərinə dərman preparatının istifadəsi nəticəsində meydana çıxan ehtimal edilən istənilən arzuolunmayan reaksiyalar barədə Milli hesabat sistemi vasitəsi ilə məlumat vermək tövsiyə olunur.

 

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı spesifik müalicə yoxdur.

Doza həddinin aşılması zamanı simptomatik müalicənin və dəstəkləyici tədbirlərin aparılması məsləhət görülür. Qaraciyərin funksiyasına və KFK-nın aktivlik dərəcəsinə nəzarət etmək lazımdır. Bu halda hemodializin az effektiv olması ehtimal edilir.

 

Buraxılış forması

10 tablet PA/AL/PVX örtüklü və alüminium folqalı blisterdə 3 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

30 ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaq üçün orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

«Gedeon Richter» ASC

1103 Budapeşt, Demrei küç., 19-21, Macarıstan.

 

Qaynar xətt (zəng ödənişsizdir): 7-800-555-00777.

Elektron ünvan: drugsafety@g-richter.ru