Pharmed
MEDOTILIN 1000MG 4ML N3 AMP
MEDOTİLİN, inyeksiya üçün məhlul
MEDOTİLİN tərkibi
Təsiredici maddə: 1 ampulda 1000 mq alfosserat (xolin alfosserat hidrat şəklində) vardır.
İstifadəsinə göstərişlər
Degenerativ-involyusion beyin psixoüzvi sindromları - yaşlı pasiyentlərdə ilkin və ya ikincili koqnitiv pozğunluqlar kimi, yaddaşın pozğunluğu, şüurun dumanlanması və dezorientasiya, motivasiyanın və inisiativliyin azalması, həmçinin, diqqəti toplama qabiliyyətinin azalması ilə xarakterizə olunan ikincili serebrovaskulyar çatışmazlığın nəticələri. Yaşlı pasiyentlərdə emosional və davranış sferasında dəyişiklik: emosional qeyri-stabillik, qıcıqlanma, ətraf mühitə qarşı marağın azalması. Yaşlı psevdomelanxoliya.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq; hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Lakin aparılan xüsusi tədqiqatlar teratogen və embriotoksik effektlərin olmadığını göstərmişdir. Kifayət qədər məlumatın olmadığı üçün preparatı laktasiya dövründə istifadə etmək məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Medotilin avtomobil idarə etmək və potensial təhlükəli fəaliyyət növü ilə məşğul olmaq qabiliyyətinə təsir etmir.
MEDOTİLİN istifadə qaydası və dozası
Preparat əzələdaxili və venadaxili yeridilmə üçün nəzərdə tutulmuşdur. Sutkada 1 ampul əzələdaxili və ya venadaxili təyin edilir. Venadaxili yeridilməni asta-asta yeritmək məsləhət görülür. Müalicənin müddəti həkim tərəfindən təyin edilir.
Uşaqlar 18 yaşa qədər uşaqlarda xolin alfosseratın istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir.