Pharmed
MAGNEXELAT 500/5MG N60 TB
MAQNEXELAT, tabletlər
MAQNEXELAT tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq maqnezium hidroasparaginat, 5 mq piridoksin hidroxlorid (B6 vitamini) vardır.
İstifadəsinə göstərişlər
MAQNEXELAT preparatından əsasən maqnezium v ə B6 vitamininin çatışmazlığının profilaktikası və müalicəsi üçün istifadə edilir.
Əks göstərişlər
MAQNEXELAT preparatından hipermaqniemiya, B 6 hipervitaminozu, k əskin böyr ək çatışmazlığı, güclü arterial hipotenziya, atrioventrikulyar blokada, miastenia qravis və preparatın inqrediyentlərinə (xüsusilə də piridoksinə və/və ya B6 vitamininə) qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Yalnız həkim göstərişi ilə qəbul etmək lazımdır. Nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizmləri idar əetmə qabiliyyətinə təsiri MAQNEXELAT tövsiyə edilən dozalarda psixomotor aktivliy ə təsir göst ərmir v ə nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətini məhdudlaşdırmır.
MAQNEXELAT istifadə qaydası və dozası
Preparatı daxilə, qida qəbulundan sonra, az miqdarda su ilə qəbul etmək lazımdır. Maqnezium və B6 vitamininin çatışmazlığı zamanı: böyüklərə gündə 3 dəfə hər dəfə 1-2 tablet təyin edilir. Profilaktik məqsədlə: böyüklərə və 15 yaşdan böyük uşaqlara ad ətən gündə bir dəfə 1-2 tablet təyin edilir.