PharmEd

Pharmed

MAGNE B6 10ML N10 AMP

MAQNE В6  

Beynəlxalq patentləşdirilməmiş adı: magnesium lactate + magnesium pidolate/pyridoxine
 hydrochloride

 

MAQNE В6 Tərkibi

Təsiredici maddə: 1 ampulda (10 ml) 186 mq maqnezium laktat dihidrat, 936 mq maqnezium
 pidolat (maqneziumun (Mg2+) ümumi miqdarı 100 мг (4,11 mmol) təşkil
 edir), 10 mq piridoksin hidroxlorid vardır.
Köməkçi maddələr: natrium disulfit (E223), natrium saxarinat (E954), albalı-karamel
 aromatizatoru, təmizlənmiş su.
Albalı-karamelli aromatizatorun tərkibi: moruq, portağal, kakao, qara qarağat alkoqolyatları və
 spitli tinkturaları, qəhvə, Tonk paxlası, hemantus və çəmənotu ekstraktları,
 vanilin, etilvanilin, maltol (E 636), piperonal, oksifenilon,
 asetilmetilkarbinol, diasetil, izoamil asetat, qamma-nonalakton, iononlar,
 metilizoyevgenol, benzoy aldehidi, karamel (E150), propilenqlikol (E1520).
 

Farmakoterapetik qrupu

Mineral əlavələr. Maqnezium əsasında vasitələr.

ATC kodu: А12CC.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Fizioloji xüsusiyyətləri:
Maqnezium daha çox hüceyrədaxili kationdur. Neyronların qıcıqlanmasını və qıcıqlanmanın
neyro-əzələ ötürülməsini zəiflədir, bir çox fermentativ proseslərdə iştirak edir. Maqnezium orqan
və toxumaların əhəmiyyətli elementidir: sümük toxumasında maqneziumun miqdarı insan
orqanizmində olan maqneziumun ümumi miqdarının 50%-ni təşkil edir.
Klinik əhəmiyyəti:
Maqneziumun qan zərdabında səviyyəsi:
12-17 mq/l (1 – 1,4 mEkv/l və ya 0,5 – 0,7 mmol/l): orta dərəcəli maqnezium çatışmazlığını əks
etdirir
12 mq/l-dən aşağı (1 mEkv/l və ya 0,5 mmol/l): ağır dərəcəli maqnezium çatışmazlığını göstərir.
Maqnezium çatışmazlığının növləri:
- birincili – maqnezium metabolizminin anadangəlmə anomaliyası nəticəsində yaranır,
- ikincili – aşağıda göstərilən səbəblər nəticəsində yaranır:
• maqneziumun orqanizmə qeyri-kafi dərəcədə daxil olması (qidalanmanın ağır dərəcədə
pozulması, alkoqolizm, tam parenteral qidalanma,
• mədə-bağırsaqda absorbsiyanın pozulmaları (xroniki ishal, mədə-bağırsaq fistulu,
hipoparatiroidizm),
• böyrəklər səviyyəsində həddən artıq itkilər (kanalcıqların xəstəliyi, yüksək dərəcəli
poliuriya, diuretiklərin sui-istifadəsi, xroniki pielonefrit, birincili hiperaldosteronizm, sisplatin ilə
müalicə).
Piridoksin (B6 vitamini) orqanizmin müxtəlif metabolik proseslərində, sinir sisteminin
metabolizminin tənzimlənməsində iştirak edir.
Piridoksinin bioloji xüsusiyyətlərini, orqanizmdə piridoksalkinaza fermentinin iştirakı ilə əmələ
gələn piridoksal-5-fosfat təmin edir.
B6 vitamini maqneziumun mədə-bağırsaq traktından sorulmasını və onun hüceyrələrə keçməsini
yaxşılaşdırır ki, bu da qeyd olunan iki maddənin kombinasiyasının effektivliyinə səbəb olur.
Farmakokinetikası:
Maqnezium duzlarının madə-bağırsaqda absorbsiyası qismən passiv mexanizm vasitəsi ilə
həyata keçrilir. Həmin mexanizmdə duzun həll olma dərəcəsi əsas rol oynayır. Absorbsiyanın
dərəcəsi 50%-ə qədərdi. Xaric olma ilk növbədə sidik ilə həyata keçirilir.

 

İstifadəsinə göstərişlər

Mmüəyyən edilmiş maqnezium çatışmazlığı. Bir aylıq müalicədən sonra yaxşılaşma qeyd
olunmadığı halda müalicənin davam etdirilməsi məqsədəuyğun deyil.

 

Əks göstərişlər

Preparatın istifadəsi aşağıdakı hallarda əks göstərilmişdir:
- tərkib hissələrinin birinə qarşı yüksək həssaslıq
- ağır dərəcəli böyrək çatışmazlığı (kreatininin klirensi 30 ml/dəq-dən aşağı)
- levodopa ilə yanaşı qəbulu.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Ehtiyat tədbirləri:
Yanaşı kalsium çatışmazlığı qeyd olunduğu halda maqnezium çatışmazlığı ilk növbədə, yəni
kalsium preparatların qəbulundan əvvəl, aradan qaldırılmalıdır.
Ağır dərəcəli maqnezium çatışmazlığı və sorulmanın pozulmaları zamanı müalicə maqnezium
preparatlarının venadaxili yeridilməsi ilə aparılmalıdır.
Qeyd olunan dərman preparatı daxilə qəbul üçün nəzərdə tutlmuşdur! O, İNYEKSİYA
ŞƏKİLİNDƏ YERİDİLƏ BİLMƏZ!
Orta dərəcəli böyrək çatışmazlığı zamanı hipermaqniyemiya ilə bağlı riskin qarşısını almaq
məqsədi ilə ehtiyat tədbirlərinə riayət etmək lazımdır.
Tərkibində saxaroza olduğu üçün preparat fruktozaya qarşı dözümsüzlük, qlükozanın və ya
qalaktozanın absorbsiyasının pozulması sindromu və ya saxaraza-izomaltaza çatışmazlığı zamanı
əks göstərilmişdir.
Mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, ürəyin işemik xəstəliyi zamanı preparat ehtiyat
ilə istifadə edilir.
Ağır qaraciyər zədələnmələr zamanı piridoksin yüksək dozalarda onun funksiyalarının
pisləşməsinə səbəb ola bilər.
Piridoksinin uzun müddət (bir neçə ay və ya bəzi hallarda bir neçə ilə müddətində) yüksək
dozalarda (˃ 200 mq/gün) istifadəsi zamanı keyimə və vestibulyar pozulmalar, ətrafların distal
hissələrinin tremoru və tədricən inkişaf edən sensor ataksiya (hərəkət koordinasiyasının
pozulmaları) kimi simptomlar ilə müşayiət olunan sensor neyropatiya inkişaf edə bilər. Qeyd
olunan pozulmalar, adətən, dönən olur və B6 vitamininin yüksək dozalarının qəbulunun
dayandırılmasından sonra keçir.
Ampulların tərkibində sulfit vardır hansı ki, risk qrupunda olan xəstələrdə allergik tipli
reaksiyaların inkişafına və ya onların pisləşməsinə səbəb ola bilər.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Siz, müntəzəm olaraq qəbul etdiyiniz bütün dərman vasitələri haqqında həkiminizə mütləq
məlumat verməlisiniz.
Maqnezium, tövsiyə edilməyən kombinasiyalar
Fosfor və ya kalsium duzları:
Bu preparatlar maqneziumun bağırsaqdan sorulmasını ləngidir.
Nəzərə alınmalı kombinasiyalar:
Peroral tetrasiklinlər, bisfosfonatlar, üskükotu qlikozidləri və natrium flüorid
Bu preparatlarla maqneziumun daxilə qəbulları arasında ən azı 3 saat fasilə vermək lazımdır,
çünki onların mədə-bağırsaq traktında sorulması zəifləyir.
Peroral trombolitik vasitələr:
Maqnezium onların təsirini zəiflədir.
Maqnezium dəmirin mənimsənilmə dərəcəsini azaldır.
B6 vitamini, tövsiyə edilməyən kombinasiyalar
Levodopa:
Levodopa ilə yanaşı istifadəsi zamanı levodopanın effektləri azalır və ya tam itir, bu səbəbə görə
kombinasiya əks göstərişdir.
B6 vitamini, nəzərə alınmalı kombinasiyalar
Hormonal kontraseptivlər:
Hormonal kontraseptivlər ilə yanaşı istifadəsi zamanı piridoksinin qan plazmasında
konsentrasiyasının yüksəlməsi mümkündür.
Diuretiklər:
Yanaşı istifadəsi zamanı diuretiklərin təsirini gücləndirir.
İzonikotinhidrazid, penisillamin, sikloserin
İzonikotinhidrazid, penisillamin, sikloserin ilə yanaşı istifadəsi zamanı piridoksinin
effektivliyinin azalması mümkündür.
Fenitoin, fenobarbital:
Fenitoin, fenobarbital ilə yanaşı istifadəsi zamanı fenitoinin və fenobarbitalın qan plazmasında
konsentrasiyasının azalması mümkündür.

 

Hamiləlik zamanı və laktasiya dövründə istifadəsi

Bu dərman vasitəsi, ehtiyac olduğu halda, hamiləliyin istənilən müddətində istifadə edilə bilər.
Preparat ilə müalicə müddətində Siz hamilə olduğunuzu aşkarladığınız halda həkimə müraciət
edin. Həkim, müalicənin davam etdirilməsi Sizin üçün məqsədəuyğun olduğunu müəyyən
edəcək.
Laktasiya dövrü:
Preparatın tərkibində olan maqnezium və B6 vitamininin istifadəsi laktasiya dövrü ilə uyğun
hesab edilir. Bu məsələyə dair məlumatlar B6 vitamininin maksimal gündəlik dozası ilə
məhdudlaşdırılmışdır.
Laktasiya dövründə B6 vitamininin tövsiyə edilən dozası gündə 20 mq-a qədər təşkil edir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Xüsusi tövsiyələr yoxdur.

 

MAQNE В6 İstifadə qaydası və dozaları

Bu dərman preparatı yalnız daxilə qəbul üçün nəzərdə tutulmuşdur. Bu preparat İNYEKSİYA
YOLU İLƏ YERİDİLƏ BİLMƏZ!
Ampulların tərkibindəkini yarım stəkan suda həll etmək lazımdır.
Böyüklər: gündə 3-4 ampul, 2-3 qəbula bölünür, qida qəbulu zamanı.
Çəkisi 10 kq-dan yuxarı olan uşaqlar (1 yaş və daha böyük uşaqlar): 10-30 mq/kq/gün
(0,4 – 1,2 mmol/kq/gün), yəni gündə 1-4 ampul, 2-3 qəbula bölünür, qida qəbulu zamanı.
Maqne B6 preparatının qəbulunu yaddan çıxartdığınız halda ötürülən dozanı bərpa etmək
məqsədi ilə preparatın ikiqat dozasını qəbul etməyin! Maqneziumun qanda səviyyəsinin
tənzimlənməsindən sonra müalicə dayandırılmalıdır.
DİQQƏT
AMPULLAR ÖZLƏRİ SINANDIR, KƏSİLMƏNİ TƏLƏB ETMİR! Ampulu açmaq üçün onun
ucundan tutub (əvvəlcədən bir tikə parça ilə örtmək olar) dərhal sındırın. Şəkildə göstərilən
təlimata riayət edin.
1. Ampulu şəkildə göstərildiyi kimi tutun və onun bir tərəfini (ampulun hər iki tərəfi
eynidir) sındırın
2. Sonra ampulu 180 çevirin və onun ikinci tərəfini sındırıb ampulun tərkibində olan mayeni
su ilə dolu stəkana boşaldın.

 

Əlavə təsirləri

Bütün dərman vasitələri olduğu kimi, bu preparat bir sıra şəxslərdə müxtəlif dərəcəli xoşagəlməz
halların inkişafına səbəb ola bilər.
– ishal
– abdominal ağrılar
– dəri reaksiyaları (övrə, qaşınma, ekzema, eritema)
– allergik reaksiyalar, angioödem.
Preparatın bu buraxılış formasının (daxilə qəbul etmək üçün məhlul) tərkibində disulfit (E223)
olduğu üçün allergik reaksiyaların (anafilaktik reaksiyalara qədər) və bronxospazmın inkişafı
riski mövcuddur.
Arzuolunmaz reaksiyalar haqqında məlumatın verilməsi
Sizdə hər hansı bir arzuolunmaz reaksiya, hətta içlik vərəqədə qeyd olunmayan arzuolunmaz
reaksiya, inkişaf etdiyi halda həkiminizə müraciət edin.
Siz arzuolunmaz reaksiyalara dair məlumatı, dərman vasitələrinin qeyri-effektivliyinə dair
məlumatlar daxil olmaqla, həmçinin, dərman vasitələrinə qarşı arzuolunmaz reaksiyalar (təsirlər)
üzrə məlumat bazasına da bildirə bilərsiz. Arzuolunmaz reaksiyalar haqqında məlumat verdikdə
Siz, preparatın təhlükəsizliyinə dair daha çox məlumatın əldə edilməsinə kömək edirsir.

 

Doza həddinin aşılması

Maqneziumun peroral dozasının həddinin aşılması, böyrəklər normal fəaliyyət göstərdiyi halda,
adətən, toksiki reaksiyaların inkişafına səbəb olmur. Lakin, maqnezium ilə zəhərlənmə böyrək
çatışmazlığı zamanı inkişaf edə bilər.
Toksiki effektlər maqneziumun qanda səviyyəsindən asılıdır, simptomları isə aşağıdakılardır:
– arterial təzyiqin enməsi,
– ürəkbulanma, qusma
– MSS-in tormozlanması, reflekslərin pozulması,
– EKQ dəyişiklikləri,
– tənəffüs pozulması, koma, ürək fəaliyyətinin dayanması və tənəffüs iflici,
– anurik sindrom.
Yüksək dozanın qəbulu zamanı – anurik sindromunun inkişafı riski.
Müalicə: rehidratasiya, sürətləndirilmiş diurez. Böyrək çatışmazlığı zamanı hemodializ və ya
peritoneal dializ aparılmalıdır.

 

Buraxılış forması

10 ml məhlul, hər iki tərəfində iki və ya bir bölmə xətti olan, III tip sarı şüşə ampulda. 10 ampul,
içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 


Aptekdən buraxılma şərtləri

Reseptsiz buraxılır.