Pharmed
Lumont 4 mq N28 tablet
LUMONT, 10 mq örtüklü tabletlər
LUMONT tərkibi
Təsiredici maddə: Lumont 4 mq çeynəmə tabletin tərkibində 4 mq montelukast natrium vardır. Lumont 5 mq çeynəmə tabletin tərkibində 5 mq montelukast natrium vardır. Lumont 10 mq örtüklü tabletin tərkibində 10 mq montelukast natrium vardır.
İstifadəsinə göstərişlər
− Xroniki astmanın profilaktika və müalicəsi; − Astmanın gündüz və gecə simptomlarının profilaktikası; − Aspirinə qarşı həssas astma xəstələrinin müalicəsi; − Fiziki gərginlik zamanı əmələ gələn bronxostenozun profilaktikası; − Mövsümi və ilboyu baş verən allergik rinitlərin gündüz və gecə simptomları.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Montelukastla müalicənin hamilə qadınlara təsiri tədqiq edilmədiyindən hamiləlik zamanı Lumont tabletləri yalnız ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olduğu halda qəbul edilməlidir. Montelukastın ana südünə keçməsi məlum deyil. Bununla belə, əksər preparatlar ana südünə nüfuz etdiyindən laktasiya zamanı Lumont tabletləri çox ciddi göstərişlə ehtiyatla istifadə edilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Montelukastın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirini əks etdirən məlumatlar qeyd olunmamışdır.
LUMONT istifadə qaydası və dozası
2-5 yaşlı uşaqlar: Lumont 4mq-lıq çeynəmə tabletlər. 6-14 yaş arası uşaqlar: Lumont 5 mq-lıq çeynəmə tabletlər. 15 yaşdan yuxarı uşaqlar və böyüklər: Lumont 10 mq-lıq örtüklü tabletlər. Gündə 1 dəfə 1 tablet qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.
Lumont 4 mq və 5mq-lıq tabletlər çeynənərək qəbul edilməlidir. Bronxial astma zamanı Lumont gecə yatmazdan öncə istifadə olunur. Bronxial astma və allergik rinit zamanı Lumont gecə yatmazdan öncə istifadə olunur. Allergik rinit zamanı Lumont fərdi olaraq simptomların əsas kəskinləşdiyi vaxt istifadə olunur.