Herba Flora
LOROSEPT MƏHLUL
LOROSEPT MƏHLUL
Antiseptik
LOROSEPT , Tərkibi:
Propolisin, evkalipt yarpağının, küknar yarpağının, exinaseya otunun, mixək tumurcuğunun, itburnu meyvəsinin, palıd qabığının, biyan kökünün, adaçayı yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, nar qabığının və darçının spirtli çıxarışı, təbii limon aromatı, distillə suyu.
İstifadəsinə göstərişlər:
Angina, tonzillit
Faringit, laringit
Müxtəlif etiologiyalı quru öskürəklərdə
Gingivit
Parodontoz
Halitoz
Diş ekstraksiyasından sonra
Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində
Əks göstərişlər:
Məhlulun tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.
İstifadə qaydası:
Ağız boşluğu və udlaq 15 ml (1 xörək qaşığı) məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir. 5 yaşdan yuxarı uşaqlara 10 ml (1 desert qaşığı) məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara edilir.
İstifadədən sonra 30 dəqiqə ərzində qida və su qəbulu tövsiyə olunmur.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.