Herba Flora
Lorosept
Lorosept - tərkibi propolis, evkalipt yarpağı, adaçayı yarpağı, gülümbahar çiçəyi,
bibəriyyə otu, küknar yarpağı, exinaseya otu, darçın, palıd qabığı, nar qabığı, biyan
kökü, itburnu meyvəsi, mixək tumurcuğunun spirtli çıxarışından ibarət qarqara
üçün antiseptik məhluldur.
Ağız boşluğu və udlağa güclü antibakterial, antifunqal, virus əleyhinə təsir edir.
Güclü antiseptik və iltihab əleyhinə effekt verdiyi üçün boğazda əmələ gələn
qızartı və şişkinliyi aradan qaldırır. Nar qabığı, palıd qabığı ağız boşluğu və udlağın
selikli qişasına güclü büzücü təsir edir. Virus və bakteriyaların selikli qişaya daxil
olub xəstəlik törətməsinin qarşısını alır. Propolis, itburnu, mixək ağız boşluğunun
selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırır. Açıq sinir uclarına yerli
anestetik və ağrıkəsici effekt göstərir. Exinaseya və şirin biyan kökü ağız boşluğu
və udlaqda interferon sintezini artıraraq yerli immuniteti gücləndirir, selikli
qişaların baryer funksiyasını yüksəldir.
Angina, tonzillit, faringit, laringit, gingivit, paradontoz, halitoz kimi xəstəliklərin
müalicəsində istifadə olunur.
Lorosept antiseptik məhlulunun istifadə qaydası və dozası:
Ağız boşluğu və udlaq 15 ml məhlulla gündə 4-5 dəfə yaxalanır və ya qarqara
edilir. 5 yaşdan yuxarı uşaqlara 10 ml məhlulla gündə 4-5 dəfə yaxalanır və ya
qarqara edilir.
İstifadədən sonra 30 dəqiqə ərzində qida və su qəbulu tövsiyə olunmur.