Pharmed
LORATADIN 10MG N10 TABLET
LORATADİN, 10 mq tabletlər
LORATADİN tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq loratadin vardır.
İstifadəsinə göstərişlər
Loratadin tabletləri allergik rinitlə əlaqəli yaranan asqırma, selikli və ya qaşınan burun, qaşınan və ya yanan gözlər kimi simpomların yüngülləşdirilməsi üçün istifadə olunur. Preparat həmçinin xroniki idiopatik övrənin aradan qaldırılması üçün də istifadə edilə bilər.
Əks göstərişlər
Aşağıdakı hallarda Loratadin istifadə etməyin; • Loratadinə və ya preparatın hər hansı digər inqrediyentinə qarşı yüksək həssaslıq. • Hamiləlik və laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
İstifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Məsləhət görülən dozada LORATADIN tabletləri yuxululuq yaratmır. Lakin nadir hallarda bəzi şəxslərdə nəqliyyat vasitələrini və ya cihazları idarəetmə qabiliyyətinə təsir edən yuxululuq müşahidə edilir.
LORATADİN istifadə qaydası və dozası
Dəqiq dozanın verilməsinə əmin olmaq üçün uşağınızın bədən çəkisini bilməyiniz vacibdir. Əmin olmadığınız halda uşağın bədən çəkisini müəyyənləşdirin və aşağıdakı cədvəldə qeyd edilmiş göstərişə riayət edin. Tabletləri 6 yaşdan kiçik və ya bədən kütləsi 30 kq-dan az olan uşaqlara verməyin. Yaş Sayı Gün ərzində qəbulu Böyüklər və 12 yaşdan böyük uşaqlar 1 x tablet Gündə bir dəfə Bədən kütləsi 30 kq-dan çox olan 6-12 yaşlı uşaqlar 1 x tablet Gündə bir dəfə Kəskin qaraciyər problemləri olduğu halda böyüklər və bədən çəkisi 30 kq-dan artıq olan uşaqlar 10 mq dozanı günaşırı qəbul edə bilərlər.
Loratadıni qəbul etməyi unutduğunuz halda Loratadin tabletini qəbul etməyi unutduğunuz halda, xatırladığınız qədər onu tez qəbul edin və tabletlərin qəbulunu adi dozalanma cədvəlinə uyğun olaraq davam etdirin. Unudulmuş dozanın bərpası üçün ikiqat doza qəbul etməyin. Loratadini qəbul etməyi dayandirdiğiniz halda Preparatın istifadəsinə dair hər hansı suallarınız olarsa, həkimə və ya əczaçıya müraciət edin. Loratadinin qida və içkilərlə birgə qəbulu Loratadin tabletləri yemək zamanı və ya hər hansı vaxt qəbul edilə bilər.
Prepartın spirtli içkilərlə birgə qəbulu məsləhət görülmür.