Pharmed

LIOTON 1000 50GR GEL

LİOTON 1000®GEL

xaricə istifadə üçün gel LIOTON 1000® GEL

 

Beynəlxalq patentləşdirilməmiş adı: Heparin sodium

 

LIOTON Tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 1000 BV (beynəlxalq vahid) heparinin natrium duzu vardır.
Köməkçi maddələr: etanol, karbomer, trolamin, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, portağal çiçəklərinin yağı (neroli yağı), lavand yağı, təmizlənmiş su.

 

Təsviri
Qatı konsistensiyalı, rəngsiz və ya bir qədər sarımtıl rəngli, ətirli, demək olar ki, şəffaf geldir.

 

Farmakoterapevtik qrupu
Heparin preparatları.
ATC kodu: C05BA03.

 

Farmakoloji xüsusiyyətləri
Lioton dəri üzərinə çəkmək üçün nəzərdə tutulan geldir. Zədələnmiş nahiyələrə çəkildikdə, heparin səthi venalarda trombların əmələ gəlməsinin qarşısını alır, yerli mikrosirkulyasiyanı (xırda damarlarda qanın sirkulyasiyası) yaxşılaşdırır və ödemi azaldır.

 

İstifadəsinə göstərişlər
Lioton 1000 gel preparatı istifadə olunur:
-    səthi venaların xəstəliklərinin (məsələn, venaların varikoz genişlənməsi xarakterik olan xəstəliklər və onların ağırlaşmaları, zədələnmiş venalarda iltihabla müşayiət olunan və ya
iltihabsız trombların əmələ gəlməsi, venaları əhatə edən toxumaların iltihabı, həmçinin, varikoz genişlənmiş vena nahiyəsində dəri üzərində meydana çıxan xoralar) simptomatik müalicəsi;
-    operativ müdaxilə nəticəsində zədələnmiş damar divarının iltihabının müalicəsi;
-    venalar üzərində aparılan cərrahi əməliyyatlardan sonra meydana çıxan vəziyyətlərin (məsələn, qançırlar və ödemlər) şiddətini azaltmaq üçün;
-    oynaq və əzələ nahiyəsində travmalardan və zədələnmələrdən sonra ödemlərin və qançırların aradan qaldırılması üçün.
Yerli müalicə üçün göstərişlər olduqda, Lioton 1000 gel preparatını sərbəst vasitə kimi və ya sistem müalicə ilə kombinasiyada istifadə etmək olar.

 

LIOTON Əks göstərişlər

Heparinin natrium duzuna və ya preparatın tərkibində olan hər hansı komponentə (“Tərkibi” bölməsində göstərilmişdir) qarşı allergiya olduqda preparatı istifadə etmək olmaz.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Aşağıdakı hallarda Lioton 1000 gel preparatının istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır:
-    pasiyentdə qanaxmalara meyillilik olduqda. Bu halda, həkim Lioton 1000 gel preparatının istifadə imkanını diqqətlə qiymətləndirməlidir;
-    Lioton 1000 gel preparatından istifadə etdikdən sonra pasiyentdə allergiya (yüksək həssaslıq) əlamətləri meydana çıxdıqda. Bu halda, Lioton 1000 gel preparatının istifadəsini dərhal
dayandırmaq lazımdır;
-    pasiyentdə preparat çəkiləcək nahiyədə açıq yaralar olduqda, dəri üzərində qanaxmalar və ya dəri infeksiyaları olduğu hallarda: bu cür nahiyələrə Lioton 1000 gel preparatını istifadə etmək olmaz. Həmçinin, Lioton 1000 gel preparatını dəri ilə örtülməmiş nahiyələrdə (məsələn,
cinsiyyət orqanları, ağız) istifadə etmək olmaz.
Lioton 1000 gel preparatının tərkibində metilparahidroksibenzoat (E 218) və propilparahidroksibenzoat (E 216) var ki, bunlar da allergik reaksiyaların (ola bilər ki, ləng reaksiyaların) meydana çıxmasına səbəb ola bilərlər.
Uşaqlar və yeniyetmələr
Bu yaş qrupunda preparatın təhlükəsizliyi və effektivliyi müəyən edilmədiyi üçün, Lioton 1000 gel preparatını uşaqlarda və yeniyetmələrdə istifadə etmək olmaz.

 

Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Hal-hazırda qəbul edilən/istifadə edilən dərman vasitələri barədə, bir müddət əvvəl qəbul edilmiş/istifadə edilmiş preparatlar barədə və ya qəbulu/istifadəsi ehtimal edilən dərman preparatları barədə həkimi və ya əczaçını məlumatlandırmaq lazımdır.
Peroral antikoaqulyantlar (yəni, trombların əmələ gəlməsinin profilaktikası üçün istifadə olunan dərman preparatları) qəbul edən pasiyentlər xüsusilə ehtiyatlı olmalıdırlar. Belə pasiyentlərdə heparinin dəri üzərinə çəkilməsi, qanın laxtalanma müddətinin uzanmasına səbəb ola bilər.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi
Lioton 1000 gel preparatının hamiləlik və laktasiya dövründə istifadəsi barədə heç bir məlumat yoxdur.
Hamiləlik və laktasiya dövründə, həmçinin ehtimal edilən və ya planlaşdırılan hamiləlik halları olduqda, preparatın istifadəsinə başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşmək
lazımdır.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Lioton 1000 gel preparatı nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
 

LIOTON İstifadə qaydası və dozası

Göstərilən dərman preparatını həkimin və ya əczaçının göstərişlərinə müvafiq dəqiq qəbul etmək lazımdır. Hər hansı şübhə olduqda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Preparatın dozalanması və istifadə qaydası
Geli zədələnmiş nahiyənin üzərinə sutkada bir dəfədən üç dəfəyə qədər çəkmək və masaj
hərəkətləri ilə sürtmək lazımdır. Tubikdən 3-10 santimetr gel zolağı sıxmaq tövsiyə olunur.
Pasiyendə müşahidə olunan simptomlar dərinləşdikdə və ya 7 gündən sonra pasiyentin vəziyyəti yaxşılaşmadıqda, həkimə müraciət etmək lazımdır.
Lioton 1000 gel preparatının istifadəsi ötürüldükdə
Lioton preparatının istifadəsi ötürüldükdə, yada düşən kimi onu istifadə etmək lazımdır. Ötürülən dozanı kompensasiya etmək üçün ikiqat dozadan istifadə etmək olmaz.
Preparatın istifadəsi barədə əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

 

Əlavə təsirləri
Bütün dərman vasitələri kimi bu preparat da əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu təsirlər hər pasiyentdə müşahidə olunmur.
Dəri üzərinə cəkdikdən sonra heparinə qarşı allergik reaksiyalar çox nadir hallarda (10000 pasiyentdən 1-dən azında rast gəlinir) müşahidə olunur.
Tək-tək hallarda (məlum deyil: əldə olunan məlumatlara görə tezliyi qiymətləndirmək mümkün deyil) dərinin qızarması və qaşınma kimi, yüksək həssaslıq reaksiyaları inkişaf edə bilər. Bu
reaksiyalar, adətən, preparatın istifadəsi dayandırıldıqdan sonra, tezliklə aradan qalxır.

Əlavə təsirlər barədə məlumatın verilməsi
Hər hansı əlavə təsir meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, o cümlədən bu içlik vərəqədə təsvir olunmayan əlavə təsirlərə aiddir.
Əlavə təsirlər barədə məlumatın verilməsi, göstərilən dərman preparatının təhlükəsizliyi barədə daha çox məlumatın əldə edilməsinə imkan verir.

 

Doza həddinin aşılması
Lioton 1000 gel preparatının istifadəsi zamanı doza həddinin aşılması halları barədə heç bir məlumat daxil olmayıb.
Belə hallar baş verdikdə, heparinin təsirini protamin sulfat vasitəsi ilə neytrallaşdırmaq mümkündür

 

Buraxılış forması
30 q, 50 q və 100 q gel alüminium tublarda. Bir tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Satışda bütün ölçülərdə tublar olmaya bilər.

 

Saxlanma şəraiti
25° С -dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Heç bir dərman preparatını çirkab sularına və ya məişət tullantılarının içərisinə atmaq olmaz.
Lazım olmayan dərman preparatının utilizasiyası barədə məlumatı əczaçıdan almaq lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına kömək edir.

 

Yararlılıq müddəti
5 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.Qablaşdırmanın ilk açılışından 6 ay sonra dərman preparatını istifadə etmək olmaz.
 

Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.

 

İstehsalçı
A. Menarini Menyufekçerinq Locistiks end Servizis s.r.l., Via Sette Santi 3, 50131 Florensiya, İtaliya.

 

Səlahiyyətli nümayəndə
Berlin-Hemi AQ (Menarini Qrup). Qliniker Veq 125.
12489 Berlin, Almaniya.

 

Qeydiyyat vəsiqəsinin sahibi
A. Menarini İndustrie Farmaçeutike Ruinite s.r.l., Via Sette Santi 3, Florensiya, İtaliya.