Pharmed
LINKAS 25GR BALZAM
LİNKAS BALZAM
LİNKAS BALZAM Tərkibi
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 200 mq mentol, 60 mq evkalipt yağı, 70 mq kamfora, 20 mq terpentin (skipidar) yağı, 40 mq mixək yağı vardır. Köməkçi maddələr:bərk parafin, ağ yumşaq parafin.
Farmakoloji xüsusiyyətləri
Linkas balzamı soyuqdəymə ilə əlaqədar olan burunaxma, öskürək və əzələ ağrısında pasiyentin vəziyyətinin tez yaxşılaşması üçün istifadə edilir. Preparatı dəriyə sürtən zaman soyuqluq hissi baş verir ki, bunun ardınca, keyləşmə və qismən anesteziya yaranır. Əvvəlcə soyuqluq hissini ötürərək, sinirləri stimulə edir, sonra dəridən sorulur və hissi sinir uclarını iflic edir. Linkas balzamı burun tutulmasını və döş qəfəsi durğunluğunu ani aradan qaldırmaq məqsədilə tez-tez qaynar su buxarı ilə inhalyasiya üsulu ilə istifadə edilir. Mentol Mentol ənənəvi olaraq uzun illər ərzində soyuqdəymə və qrip zamanı istifadə edilir. Preparatın tərkibində o, ödeməleyhinə, öskürəkəleyhinə və bəlğəmgətirici təsir göstərir.
Evkalipt yağı :Evkalipt yağı qədim dövrlərdən malyariyanın, qarın yatalagının, difteriyanın və qripin müalicəsində effektiv şəkildə istifadə edilmişdir. Antibakterial, bəlğəmgətirici, antiseptik və iltihabəleyhinə təsirə malikdir. Kamfora Preparatın tərkibindəki kamfora yüngül bəlğəmgətirici təsirə malikdir. Dəriyə sürtülən zaman dərini qızardır və damarların yerli genişlənməsinə (akson-refleks vasitəsilə) səbəb olur ki, bu da, komfort və istilik hissi yaradır.
Terpentin (skipidar) yağı :Terpentin yağı qədim vasitə kimi burun və boğaz xəstəliklərində sinəni yumşaltmaq məqsədilə istifadə edilir. Antiseptik və mukolitik xüsusiyyətlərə malikdir.
Mixək yağı: Mixək yağının tərkibində evgenol vardır ki, bu da, antiseptik və spazmolitik təsirə malikdir.
İstifadəsinə göstərişlər
- Soyuqdəymə;
- qrip;
- başağrısı;
- döş qəfəsində çətin xaric olan bəlğəmin toplanması.
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Gözlərə, selikli qişalara, dərinin zədələnmiş nahiyəsinə düşməsindən çəkinmək lazımdır. 2 yaşdan aşağı uşaqlarda istifadə zamanı həkimlə məsləhətləşmək lazımdır.
LİNKAS BALZAM İstifadə qaydası və dozası
Yalnız xaricə istifadə üçün nəzərdə tutulub. Bilavasitə döş qəfəsinə, boğaza, buruna və ya ağrı nahiyəsinə absorbsiyanı gücləndirmək üçün sürtülür. Daha yaxşı nəticə almaq üçün məlhəm çəkildikdən sonra dəri səthini tənzif və ya parça ilə örtmək lazımdır. Sürətli dərin təsir əldə etmək üçün 1 çay qaşığı Linnas balzamını qaynar suda həll edib buxarı ilə dərindən nəfəs almaq lazımdır. Qarışığı təkrar qızdırmaq olmaz. Gündə 3-4 dəfə istifadə edilir.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür.
Buraxılış forması
25 q məlhəm, plastik flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.