Pharmed
LİMFOMİOZOT N
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Farmakoloji və Farmakopeya
Ekspert Şurasının sədri
_____________ E.M.Ağayev
“______ ”______________ 2020-ci il
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
LİMFOMİOZOT N oral damcı
LYMPHOMYOSOT® N
Tərkibi
Təsiredici maddələr: 10 q tərkibində: Araneus diadematus D6 0,5 q; Calcium phosphoricum D12
0,5 q; Equisetum hiemale D4 0,5 q; Ferrum iodatum D12 1 q; Fumaria
officinalis D4 0,5 q; Gentiana lutea D5 0,5 g; Geranium robertianum D4 1
q; Levothyroxinum D12 0,5 q; Myosotis arvensis D3 0,5 q; Nasturtium
officinale D4 1 q; Natrium sulfuricum D4 0,5 q; Pinus sylvestris D4 0,5 q;
Scrophularia nodosa D3 0,5 q; Smilax D6 0,5 q; Teucrium scorodonia D3
0,5 q; Veronica officinalis D3 0,5 q.
Köməkçi maddələr: təmizlənmiş su, spirt 35 həcm %-i.
Təsviri
Şəffaf, sarımtıl rəngli məhluldur.
Farmakoterapevtik qrupu
Homeopatik dərman vasitəsi. Digər terapevtik məhsullar.
ATC kodu: V03AX.
İstifadəsinə göstərişlər
Limfatizm (limfatik orqanların hipertrofiyasına, ödemlərin formalaşmasına və infeksiya
yoluxmalarına meyllilik); vəzlərin şişməsi; tonzilyar hipertrofiya və xroniki tonzillit.
Əks göstərişlər
Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı allergiya (yüksək həssaslıq). 2
yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Bu preparatın tərkibində 35 həcm %-i etil spirti vardır. Əgər simptomlar davam edərsə və ya
pisləşərsə həkimlə və ya tibb mütəxəssisi ilə məsləhətləşin.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Bu preparatda təqdim olunan homeopatik durulaşmış maddələrin hamiləlik və laktasiya
dövründə toksiki təsiri haqda məlumat yoxdur. Bütün dərman vasitələri kimi, hamiləlik və
laktasiya dövründə bu preparatı istifadə etməzdən öncə öz həkiminizlə və ya müalicə edən
mütəxəssislə məsləhətləşin.
İstifadə qaydası və dozası
Adi hallarda 15-20 damcı gündə 3 dəfə.
Əlavə təsirləri
Çox nadir hallarda (yəni 10000 xəstədən 1-dən az) allergik (hiperhəssaslıq) dəri reaksiyaları baş
verə bilər.
Buraxılış forması
30 ml məhlul, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Biologische Heilmittel Heel GmbH
Dr.-Reckeweg-Str. 2-4
76532 Baden-Baden.
Rəsmi distribyutor
Planeta PCC
Djavadkhan Street, 24.
AZ 1111, Baku City, Azerbaijan.