Pharmed
LESPEFRIL 7080MG 100ML MEHLUL
LESPEFRİL
Beynəlxalq patentləşdirilməmiş adı: Lespedezae bicolor cormus
LESPEFRİL Tərkibi
Təsiredici maddələr: 1000 ml məhlulun tərkibində 708 q ikirəngli lespedezanın zoğu vardır,
Köməkçi nmaddələr: etil spirti (etanol) 95%, cirə yağı, təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Bitki mənşəli hipoazotemik maddə.
АТC kodu: G04BX.
Farmakoloji xüsusiyyətləri
Böyrək filtrasiyasının artmasına səbəb olur, azotemiyanı azaldır, sidikdən azotlu şlakların xaric
olmasını artırır, diurezi və natrium ionlarının və az miqdarda kalium ionlarının xaric olmasını
yüksəldir.
İstifadəsinə göstərişlər
Xroniki böyrək çatışmazlığı (simptomatik terapiya).
Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı fərdi həssaslıq, hamiləlik, laktasiya dövrü, qaraciyər
xəstəlikləri, alkoqolizm, epilepsiya, kəllə-beyin travması, baş beynin xəstəlikləri, 18 yaşa qədər
uşaqlar.
Yuxarıda qeyd edilən hallardan biri olduqda, preparatın istifadəsindən əvvəl mütləq həkimlə
məsləhətləşmək lazımdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hiponatriemiyanın inkişafı zamanı tərkibində natrium ionları olan preparatların yeridilməsilə
kompensasiya etmək lazımdır.
Preparatın tərkibində 40%-dən az olmamaqla etanol vardır. Preparatın maksimal bir dəfəlik
dozasında etanolun miqdarı 4,7 q, maksimal sutkalıq dozasında isə 18,8 q-dan az olmamaqla təşkil
edir.
Digər dərman maddələri ilə qarşılıqlı təsiri
Preparatın tərkibində etanol olduğu üçün onun disulfiram, sedativ dərman vaitələri,
monoaminooksidazanın qeyri-selektiv inhibitorları, insulin, metformin və sulfonamidlərlə eyni
vaxtda istifadə etmək olmaz.
Bir neçə dərman maddəsinin eyni vaxtda təyini zamanı preparatın tərkibində etanolun olmasını
nəzərə almaq lazımdır, belə ki, o, digər preparatların təsirini dəyişə və ya gücləndirə bilər.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar
tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
LESPEFRİL İstifadə qaydası və dozası
Sutkada 3-4 dəfə 5-15 ml (1 çay qaşığı-1 xörək qaşığı) daxilə qəbul edilir. İstifadədən əvvəl
preparat su ilə həll edilə bilər. Müalicə kursu 3-4 həftə təşkil edir. Təkrar kursun aparılması həkim
məsləhətiylə 2-3 həftədən sonra mümkündür.
Əlavə təsirləri
Allergik reaksiyalar mümkündür. Nadir hallarda hiponatriemiya.
Qeyd edilən istənilən əlavə təsirlər dərinləşdikdə və ya pasiyent içlik vərəqədə qeyd edilməyən
digər istənilən əlavə təsir aşkar etdikdə, bu barədə həkimə məlumat verməlidir.
Doza həddinin aşılması
Doza həddinin aşılması zamanı əlavə təsirlərin güclənməsi mümkündür.
Müalicə:simptomatik.
Buraxılş forması
Daxilə qəbul üçün məhlul.
100 ml məhlul, narıncı rəngli şüşə və ya polietilentereftalat flakonda. 1 flakon, içlik vərəqə ilə
birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.