Pharmed
LAZOLVAN 30MG 100ML SRP (ITALIYA)
LAZOLVAN 15 mq/5 ml şərbət
LASOLVAN
Beynəlxalq patentləşdirilməmiş adı: Ambroksol
Tərkibi
Təsiredici maddə: 5 ml məhlulun tərkibində 15 mq ambroksol hidroxlorid vardır.
Köməkçi maddələr: benzoy turşusu, hidroksietilsellüloza, sukraloza, PHL-1321195 “Meşə
giləmeyvələri” aromatizatoru, PHL-114481 “Vanil” aromatizatoru, təmizlənmiş su.
Təsviri
Şəffaf və ya demək olar ki şəffaf, rəngsiz və ya demək olar ki rəngsiz, bir qədər qatı şərbətdir.
Farmakoterapevtik qrup
Öskürək və soyuqdəymə zamanı istifadə olunan vasitələr. Bəlğəmgətirici vasitələr, öskürəkəleyhinə kombinasiyalar istisna olmaqla. Mukolitik vasitələr.
ATK kod: R05CB06.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Preklinik tədqiqatlarda göstərilmişdir ki, Lazolvan preparatının aktiv maddəsi olan ambroksol hidroxlorid tənəffüs yollarında sekresiyanı yüksəldir, ağciyər surfaktantının sintezini və siliar aktivliyi gücləndirir. Ambroksol hidroxlorid, həmçinin, alveollarda və bronxiolların Klara hüceyrələrində yerləşən II tip pnevmositlərə birbaşa təsir göstərərək səthi-aktiv maddələrin sekresiyasını gücləndirir və, həmçinin, səyrici epitelinin aktivliyini gücləndirir. Qeyd olunan effektlər bəlğəmin qatılılığını azaldır və bəlğəmin nəqlini (mukosiliar klirensi) yaxşılaşdırır. Mukosiliar klirensin yaxşılaşması kliniki farmakoloji tədqiqatlarda nümayiş etdirilmişdir. Bəlğəmin seroz komponentinin sekresiyasının yüksəlməsi və mukosiliar klirensin güclənməsi bəlğəmin ixracına və öskürəyin zəifləməsinə səbəb olur. Bundan başqa, xroniki bronxit və/və ya ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) ilə pasiyentlərdə xəstəliyin kəskinləşməsi halları azalır. 6 ay müddətində LAZOLVAN 75 mq uzunmüddətli təsirli kapsullarını qəbul edən AXOX ilə pasiyentlərdə müalicənin 2-ci ayının sonunda plasebo ilə müqayisədə kəskinləşmələ hallarının əhəmiyyətli dərəcədə azalması qeydə alınmışdır. LAZOLVAN qrupunda plasebo qrupu ilə müqayisədə xəstəliyin müddətinin qısalması və antibakterial preparatların qəbulu günlərinin azalması qeyd olunurdu. Həmçinin, LAZOLVAN qrupunda plasebo qrupu ilə müqayisədə bəlğəmin ixrac olunmasının çətinləşməsi, öskürək, təngnəfəslik və auskultativ simptomlar kimi qiymətləndirilən simptomların əhəmiyyətli dərəcədə zəifləməsi qeyd olunurdu.
Ambroksol hidroxloridin yerli ağrıkəsici effekti dovşan gözü modeli üzərində aparılan tədqiqatlarda müşahidə olunur və natrium kanalların preparat tərəfindən bloklanması ilə əlaqəli olduğu ehtimal edilir. In vitro aparılan tədqiqatlar göstərmişdir ki, neyron natrium kanallarınının preparatın təsiri altında blokadası geri dönən və dozadan asılıdır.
In vitro müəyyən olunmuşdur ki, ambroksol hidroxlorid iltihabəleyhinə təsirə malikdir. In vitro sınaqlarda ambroksol hidroxlorid sitokinlərin dövr edən və toxuma mononuklear və polimorfnüvəli hüceyrələrdən xaric edilməsini əhəmiyyətli dərəcədə azaldırdı.
Boğazda ağrı olan pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatlarda göstərilmişdir ki, 20 mq sorulma üçün tabletlər formasında olan ambroksol hidroxlorid boğazda ağrını və hiperemiyanı əhəmiyyətli dərəcədə azaldır. Qeyd olunan farmokoloji xüsusiyətlər effektivliyin qiymətləndirilməsinə dair aparılan klinik tədqiqatlarda ambroksol inhalyasiyalasının yuxarı tənəffüs yolları tərəfindən pozulmaların müalicəsi zamanı ağrının tez bir zamanda aradan qaldırılmasını təmin etməsinə dair əldə edilən əlavə müşahidəni təsdiqləyir.
Ambroksol hidroxloridin antibiotiklər (amoksisillin, sefuroksim, eritromisin və doksisiklin) ilə yanaşı istifadəsi antibiotiklərin ağciyər toxumasında konsentrasiyasının yüksəlməsinə səbəb olur. Qeyd olunan effektin klinik əhəmiyyətinə dair məlumat mövcud deyil.
Farmakokinetikası
Sorulması
Dərhal azad olunan peroral formalar sürətlə və tam absorbsiya olunur, peroral qəbuldan sonra qan plazmasında maksimal konsentrasiyanın əldə edilməsi vaxtı – 1-2,5 saat, ləng azad olunan formaları üçün isə 6,5 saat təşkil edir.
30 mq tabletlərin maksimal biomənimsənilməsi təxminən 79% təşkil edir.
Paylanması
Ambroksol hidroxloridin qandan toxumalara paylanması sürətlə və əhəmiyyətli dərəcədə həyata keçirilir, aktiv maddənin ən yüksək konsentrasiyası ağciyər toxumasında qeyd olunur. Peroral qəbuldan sonra paylanma həcmi 552 l təşkil edir. Qan plazması zülalları ilə birləşmə dərəcəsi 90% təşkil edir, hematoensefalik, plasentar baryerlərdən keçir, ana südünə nüfuz edir.
Metabolizmi və xaric olması
Peroral dozanın təxminən 30%-i presistem metabolizm yolu ilə eliminasiya edilir. Ambroksol qaraciyərdə konyuqasiya yolu ilə metabolizə olunur və nəticədə dibromantranil turşusu (dozanın təxminən 10%-i), qlükuron konyuqatlar və bir neçə ikinci dərəcəli metabolitlər əmələ gəlir. Insanın qaraciyər mikrosomlarına dair aparılan tədqiqatlar göstərmişdir ki, CYP3A4 predominant izoforma olub ambroksolun metabolizminə cavabdehdir.
Ambroksolun 3 gün müddətində peroral qəbulundan sonra dozanın təxminən 6%-i sərbəst formada mövcuddur, 26%-i isə konyuqasiya olunmuş formaya keçərək sidik ilə xaric edilir. Yarımxaricolma dövrü 10 saat təşkil edir. Ümumi klirens 660 ml/dəq təşkil edir, böyrək klirensi isə ümumi klirensin təxminən 8%- ni təmin edir. Göstərilmişdir ki, 5 gündən sonra sidik ilə ambroksol hidroxloridin (radioaktiv nişanlı) ümumi dozasının təxminən 83%-i xaric edilir.
İstifadəsinə göstərişlər
Qatı, çətin ixrac edilən bəlğəmin əmələ gəlməsi ilə müşayiət olunan tənəffüs yollarının kəskin və xroniki xəstəliklərinin müalicəsi zamanı mukolitik terapiya.
Əks göstərişlər
Ambroksola və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq (“Tərkib” bölməsinə bax). 2 yaşa qədər uşaqlarda istifadə olunmamalıdır.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dərman vasitəsi qaraciyərdə metabolizə və böyrəklər vasitəsi ilə xaric olunduğu üçün böyrək funksiyasının ağır dərəcəli pozulması zamanı qaraciyərdə əmələ gələn ambroksol metabolitlərin toplanması mümkündür. Qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə ambroksol hidroxloridin xaric edilməsi zəifləyir ki, bu da onun qan plazmasında səviyyəsinin 1,3-2 dəfə artması ilə nəticələnir. Ambroksolun geniş terapevtik təsiri ilə əlaqədar dozanın tənzimlənməsi tələb olunmur.
Aparılan tədqiqatlar göstərmişdir ki, ambroksolun farmakokinetikası yaşdan və cinsiyyətdən asılı deyil və dozanın təzimlənməsi tələb olunmur.
Qida qəbulu ambroksol hidroxloridin biomənimsənilməsinə təsir göstərmir.
Təhlükəsizliyə dair preklinik məlumatlar
Ambroksol hidroxloridin kəskin toksiklik göstəricisi çox aşağıdır.
Təkrar 150 mq/kq/gün (siçanlar - 4 həftə), 50 mq/kq/gün (siçovullar 52 və 78 həftə), 40 mq/kq/gün (dovşanlar - 26 həftə) və 10 mq/kq/gün (itlər - 52 həftə) dozaların yeridilməsi ilə aparılan tədqiqatlarda arzuolunmaz reaksiyaların inkişafı müşahidə edilmirdi (NOAELs). Aparılan toksikoloji müayinələr nəticəsində hədəf orqanlarının zədələnməsi qeydə alınmamışdır.
Siçovullara 4, 16 və 64 mq/kq/gün dozada və itlərə 45, 90 və 120 mq/kq/gün dozada (infuziyalar 3 saat/gün) 3 gün müddətində ambroksol hidroxloridin venadaxili yeridilməsi ilə toksikliyin qiymətləndirilməsinə dair aparılan tədqiqatda yerli və sistemli toksiklik (histopatoloqiya daxil olmaqla) qeydə alınmamışdır. Bütün arzuolunmaz reaksiyalar geri dönən olmuşdur.
Ambroksol hidroxlorid siçovullarda 3000 mq/kq/gün və dovşanlarda 200 mq/kq/gün peroral dozalarda sınaqdan keçirildikdə o, embriotoksik, teratogen xüsusiyyətləri nümayiş etdirməmişdir. Preparatın 1500 mq/kq/gün dozada yeridilməsi zamanı erkək və dişi siçovulların fertilliyi dəyişilməz qalmışdır. Perinatal və postnatal inkişaf müddətində NOAEL göstəricisi 50 mq/kq/gün təşkil etmişdir. 500 mq/mq/gün dozada ambroksol hidroxlorid dişi və yenidoğulmuş siçovullarda cüzi dərəcəli toksikliyi nümayiş etdirmişdir ki, bu da bədən çəkisinin artmasının ləngiməsi və peyin həcminin azalması ilə təzahür edirdi. In vitro (Eyms sınağı və xromosom aberrasiyaların təhlili) və in vivo (siçanlar üzrəində aparılan mikronuklear sınaq) sınaqlarda aparılan genotoksik tədqiqatlar ambroksol hidroxloridin mutagen potensialını göstərməmişdir. Siçanlar (50, 200 və 800 mq/kq/gün) və siçovullar (65, 250 və 1000 mq/kq/gün) üzərində kanserogenliyə dair aparılan tədqiqatlarda ambroksol hidroxlorid 105 və 116 həftə müddətində yem ilə yanaşı yeridildikdə onkogen potensialı nümayiş etdirməmişdir.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Öskürəkəleyhinə preparatlar ilə yanaşı istifadəsi öskürəyin zəifləməsi fonunda bəlğəm ixracının ləngiməsi ilə nəticələnə bilər, bu səbəbdən preparat yalnız fayda/risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra təyin oluna bilər. Amoksisillin, sefuroksim və eritromisinin bronxial möhtəviyyata nüfuz etməsini artırır.
Hamiləlik, laktasiya dövrü və fertillik
Hamiləlik
Ambroksol hidroxlorid plasentar baryerdən keçir. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın hamiləliyin gedişinə, embrional/fetal inkişafa, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı neqativ təsiri aşkarlanmamışdır. Preparatın hamiləliyin 28-ci həftəsindən sonra istifadəsinin geniş təcrübəsi dölə olan neqativ təsirin heç bir sübutunu aşkarlamamışdır. Buna baxmayaraq, istənilən dərman vasitəsinin hamiləlik zamanı istifadəsinə aid ehtiyat tədbirlərinə riayət edilməlidir. LAZOLVAN preparatının istifadəsi xüsusilə hamiləliyin birinci trimestrində tövsiyə olunmur.
Laktasiya dövrü
Heyvanlar üzərində aparılan tədqiqatlarda göstərildiyi kimi ambroksol ana südünə nüfuz edir. Laktasiya dövründə istifadəsi əks-göstərişdir.
Fertillik
Heyvanlar üzərində aparılan tədqiqatlarda fertilliyə olan birbaşa və ya dolayı təsir aşkarlanmamışdır.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsiri hallarına dair məlumat mövcud deyil. Müvafiq tədqiqatlar aparılmamışdır.
İstifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: ilk 2-3 gün müddətində doza 5 ml şərbət gündə 3 dəfə (90 mq ambroksol hidroxloridə bərabərdir), sonra isə 5 ml şərbət gündə 2 dəfə (60 mq ambroksol hidroxloridə bərabərdir) təşkil edir.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlarda terapevtik effekt dozanın 10 ml şərbət gündə 2 dəfəyə (120 mq ambroksol hidroxloridə bərabərdir) qədər artırılaraq gücləndirilə bilər.
6-12 yaşlı uşaqlar: 2,5 ml şərbət gündə 2-3 dəfə (30-45 mq ambroksol hidroxloridə bərabərdir). 2-5 yaşlı uşaqlar: 1,25 ml şərbət gündə 3 dəfə (22,5 mq ambroksol hidroxloridə bərabərdir).
2 yaşa qədər uşaqıar: bu dərman preparatının 2 yaşa qədər uşaqlarda istifadəsi əks göstərilmişdir. LAZOLVAN preparatının həkim nəzarəti altında istifadəsinin müddətində məhdudiyyət yoxdur. Həkimin məsləhəti olmadan preparatın 4-5 gündən artıq istifadəsi tövsiyə olunmur.
LAZOLVAN şərbət qida qəbulundan asılı olmayaraq istifadə edilir və qablaşdırmada olan ölçü stəkan ilə dozalanır.
LAZOLVAN şərbət şəkərli diabet ilə pasiyentlərdə istifadə oluna bilər, 5 ml şərbət 0 ÇV bərabərdir. LAZOLVAN şərbətin tərkibində spirt yoxdur.
Əlavə təsirləri
Dərman vasitəsinin arzuolunmaz reaksiyalarının inkişafı tezliyinin qiymətləndirilməsi meyarları sistem- orqan sinifləri (MeDRA system) üzrə təsnif edilmişdir: çox tez-tez rast gəlinən (≥1/10); tez-tez rast gəlinən (≥1/100, <1/10); tez-tez rast gəlinməyən (≥1/1000, <1/100); nadir hallarda rast gəlinən (≥1/10000,
<1/1000); çox nadir hallarda rast gəlinən (<1/10000); tezliyi məlum olmayan (əldə olan məlumatlara əsasən tezliyi müəyyən etmək qeyri-mümkündür).
İmmun sisteminə
Nadir hallarda rast gəlinən: hiperhəssaslıq reaksiyaları
Tezliyi məlum olmayan: anafilaktik reaksiyalar, həmçinin anafilaktik şok, angionevrotik ödem, qaşınma.
Sinir sisteminə
Tez-tez rast gəlinən: dishevziya (dadbilmə hissinin pozulması)
Tənəffüs sisteminə, döş qəfəsi və aralıq orqanlarına
Tez-tez rast gəlinən: ağız boşluğunda və boğazda hipesteziya
Tezliyi məlum olmayan: təngnəfəslik (allergik reaksiyanın simptomu olaraq).
Mədə-bağırsaq pozulmaları
Tez-tez rast gəlinən: ürəkbulanma, ağız boşluğu selikli qişanın həssaslığının azalması Tez-tez rast gəlinməyən: qusma, ishal, dispepsiya, qarında ağrı, ağızda quruluq
Nadir hallarda rast gəlinən: boğazda quruluq Çox nadir hallarda rast gəlinən: hipersalivasiya. Dəriyə və dərialtı toxumalara
Nadir hallarda rast gəlinən: ağır dərəcəli dəri reaksiyaları (multiform eritema, Stivens-Conson sindromu, toksiki epidermal nekroliz, kəskin generalizə olunmuş ekzentematoz pustulyoz).
Ümumi pozulmalar və yeridilmə yerində reaksiyalar
Tez-tez rast gəlinməyən: yüksək hərarət, selikli qişalar tərəfindən pozulmalar. Arzuolunmaz reaksiyalar haqqında məlumatın verilməsi
Preparatın fayda/risk nisbətinin fasiləsiz monitorinqinin aparılması məqsədi ilə dərman vasitəsinin preparatının qeydiyyatından sonra arzuolunmaz reaksiyalar haqqında məlumatın verilməsi vacibdir. Tibb işçiləri dərman preparatının istənilən şübhəli arzuolunmaz reaksiyalar haqqında məlumatı milli dərman preparatlarının arzuolunmaz reaksiyaları və qeyri-effektivliyi haqqında məlumatın verilməsi sistemi vasitəsi ilə verməlidir. Pasiyentdə hər hansı bir arzuolunmaz reaksiya inkişaf etdiyi halda həkim ilə məsləhətləşməyi tövsiyə edilir. Bu tövsiyə istənilən, həmçinin preparatın istifadəsinə dair təlimatda qeyd olunmayan, arzuolunmaz reaksiyalara aiddir. Siz, həmçinin, arzuolunmaz reaksiyalar haqqında dərman preparatlarına olan arzuolunmaz reaksiyalar üzrə məlumat sisteminə xəbərdarlıq edə bilərsiniz (dərman preparatların qeyri-effektivliyinə dair məlumat daxil olmaqla). Arzuolunmaz reaksiyalar haqqında məlumat verərək Siz, preparatın təhlükəsizliyinə dair daha çox məlumatın əldə edilməsinə kömək edirsiniz.
Doza həddinin aşılması
İnsanda doza həddinin aşılması simptomları qeydə alınmamışdır. Doza həddi təsadüfən və/və ya tibbi səhv nəticəsində aşıldığı halda simptomlar LAZOLVAN preparatının tövsiyə edilən dozada istifadəsi zamanı qeyd olunduğu arzuolunmaz reaksiyalara (ürəkbulanma, qusma, dispeptik əlamətlər, ishal, qarında ağrı) bənzərdir və onların aradan qaldırılması üçün mədənin yuyulması və simptomatik müalicənin aparılması tələb oluna bilər.
Buraxılış forması
100 ml məhlul, içəridən polietilen qabıq və ilk açılış nəzarəti ilə plastik qapaq ilə bağlı tünd şüşə flakonda. 1 flakon ölçü stəkanı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
30C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Dondurmaq olmaz.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
Sanofi S.p.A., Italy.
Viale Europa, 11 – 21040 Origgio (Va), Italy.
Qeydiyyat vəsiqəsinin sahibi
Sanofi-Aventis Deutschland GmbH, Germany. Brunlngstrasse 50 D-65926 Frankfrut am Main, Germany.