Pharmed
Lassen 50 Mg 5 Ml N5 ampula
LASSEN, inyeksiya üçün məhlul
LASSEN tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində soyadan alınmış 50 mq fosfatidilxolin vardır.
İstifadəsinə göstərişlər
Qeyri-alkoqol mənşəli steatohepatit, alkoq ol mənşəli steatohepatit, müxtəlif mənşəli kəskin və xroniki hepatitlər, qaraciyərin sirrozu, qaraciyər və öd yolları üzərində cərrahi müdaxilə zamanı əməliyyatönü və əməliyyatdan sonrakı müalicə, hamiləlik toksikozu, psoriaz, şüalanma sindromu.
Əks göstərişlər
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Lasseni yenidoğulmuşlara və vaxtından əvvəl doğulmuşlara təyin etmək məsləhət görülmür, belə ki, preparatın tərkibində benzil spirti vardır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamilələrdə istifadəsinə dair kifayət qədər klinik məlumatlar olmadığından və tərkibində plasentar baryeri keçə bilən benzil spirti olması səbəbindən Lassen preparatından hamiləlik və laktasiya dövründə istifadə məsləhət görülmür.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Aşkar edilməmişdir.
LASSEN istifadə qaydası və dozası
Böyüklərə və 12 yaşdan yuxarı olanlara gündə 5 -10 ml vena daxilinə yavaş-yavaş, ağır hallarda isə - gündə 10 -20 ml. Bir dəfəyə preparatın 10 ml -ə qədərinin yeridilməsinə icazə verilir. Preparatı durulaşdırmaq üçün xəstənin öz qanından götürərək 1:1 nisbətində qarı şdırmaq məsləhət görülür. Müalicə kursu 10 gün təşkil edir.
Bundan sonra parenteral terapiyanı fosfatidilxolin tərkibli preparatın peroral qəbulu ilə mümkün qədər tez dəstəkləmək məsləhət görülür. Ümumi müalicə kursu 3-6 aydır. Psoriazın müalicəsinə 2 həftə davam etdirilən fosfatidilxolinin peroral formasının qəbulu ilə başlanılır. Bundan sonra PUVA -terapiya ilə eyni vaxtda 5 ml -dən olmaqla 10 venadaxili inyeksiya tövsiyə olunur.
İnyeksiya kursu başa çatdıqdan sonra fosfatidilxolinin peroral formasının qəbulu bərpa olunur. Uşaqlarda Venadaxili inyeksiya üçün nəzərdə tutulan Lassen məhlulunu yenidoğulmuşlara və vaxtından əvvəl doğulmuşlara təyin etmək məsləhət görülmür, belə ki, preparatın tərkibində benzil spirti vardır. Tərkibində benzil spirti olan preparatların vaxtından əvvəl doğulmuşlara və yenidoğulmuşlara yeridilməsi letal nəticə verən təngnəfəslik sindromu (haspinq sindrom – simptomları təngnəfəslik, arterial hipotenziya, bradikardiya və ürək -damar kollapsı) ilə müşayiət olunur. Preparat 12 yaşdan yuxarı və təxmini bədən kütləsi 43 kq-dan yuxarı olanlara təyin edilir.