Pharmed

LANSOBILAN 30MG N28 CAP

LANSOBİLAN

Beynəlxalq patentləşdirilməmiş adı: Lansoprazole

 

LANSOBİLAN Tərkibi

LANSOBİLAN 15 mq
Təsiredici maddə: 1 kapsulda 15 mq lansoprazol vardır.
Köməkçi maddələr: şəkər kürəcikləri (saxaroza, qarğıdalı nişastası, )natrium laurilsulfat,
 meqlümin, mannitol, hipromelloza, makroqol 6000, talk, polisorbat 80,
 titan dioksid, metakril turşusu etil akrilat sopolimeri.
Kapsul örtüyü: xinolin sarısı, titan dioksid, jelatin.
LANSOBİLAN 30 mq
Təsiredici maddə: 1 kapsulda 30 mq lansoprazol vardır.
Köməkçi maddələr: şəkər kürəcikləri (saxaroza, qarğıdalı nişastası, )natrium laurilsulfat,
 meqlümin, mannitol, hipromelloza, makroqol 6000, talk, polisorbat 80,
 titan dioksid, metakril turşusu etil akrilat sopolimeri.
Kapsul örtüyü: titan dioksid, jelatin.
 

Farmakoterapevtik qrupu

Proton nasosunun inhibitoru.

ATC kodu: A02BC03.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası:
Lansoprazol – mədə proton nasosunun inhibitorudur. Mədənin selikli qişasının parietal
hüceyrələrinin sekretor membranının H+K+-ATF-azasını (proton nasosunu) inhibə etməklə
mədədə turşuyaranma prosesinin son mərhələsində xlorid turşusunun ifrazını azaldır.
Lansoprazol xlorid turşusunun ifrazını stimuləedici amilin təbiətindən (istər bazal istərsə də digər
sekresiya amilləri ilə stimulə olunmuş) asılı olmayaraq dozaya uyğun inhibə edir və bu proses
geri dönən xarakterlidir. Lansoprazol parietal hüceyrələrdə toplanaraq turş mühitdə aktivlşir,
H+K+-ATF-azasının sulfhidril qrupu ilə reaksiyaya girərək fermentin təsirini inhibə edir.
Farmakokinetikası:
Sorulması:
LANSOBİLAN kapsulun içində bağırsaqda həll olan örtüklü qranullar olduğu üçün
lansoprazolun absorbsiyası yalnız qranullar mədəni tərk etdikdən sonra başlayır. Lansoprazol
daxilə qəbul olunarkən yaxşı sorulur və maksimal konsentrasiyasına 1,5-2 saat ərzində çatır.
Biomənimsənilməsi 80-90% təşkil edir. Qida qəbulundan sonra qəbul edərkən maksimal
konsentrasiyası (Cmax) və «konsentrasiya – zaman» əyrisi altındakı ümumi sahə (AUC) 50%-ə
qədər azalır. Qida qəbulundan əvvəl qəbul olunarsa, absorbsiya dəyişilmir.
Zülallarla birləşmə faizi plazmada 97% təşkil edir. Sağlam könüllülərdə yarımxaricolma dövrü
1-2 saatdır.
Metabolizmi:
Lansoprazol qaraciyərdə əhəmiyyətli dərəcədə metabolizmə uğrayır, əsasən CYP2C19 ferment
vasitəsi ilə parçalanır. Plazmada 3 metaboliti aşkar olunur. Bunlar lansoprazolun hidroksilləşmiş
sulfon, sulfid və 5-hidroksil törəmələridir. Metabolitlər antisekretor aktivliyə malik deyillər.
Xaric olması:
Peroral qəbul olunmuş lansoprazol orqanizmdən qeyri- aktiv metabolitlər şəklində - 1/3 hissəsi
sidiklə, 2/3 hissəsi nəcislə xaric olur.
Yaşlılarda farmakokinetik xüsusiyyətləri:
Yaşlı xəstələrdə Lansoprazolun eliminasiya dövrünün təqribən 50-100% artması ilə əlaqədar
klirensi azalmışdır. Yaşlı xəstələrdə maksimal plazma konsentrasiyası artmır.
Uşaqlarda farmakokinetik xüsusiyyətləri:
1-17 yaşlı xəstələrdə Lansoprazolun farmakokinetikası sağlam, yetkin şəxslərdə aparılan
tədqiqatların nəticələri ilə oxşar olmuşdur.

 

İstifadəsinə göstərişlər

- Mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin müalicəsi;
- Reflüks – ezofaqitin müalicəsi və profilaktikası;
- Zollinger – Ellison sindromu kimi patoloji hipersekresiyanın uzunmüddətli müalicəsi;
- 12-barmaq bağırsağın Helicobacter pylori ilə assosiasiya olunmuş xora xəstəliyinin müalicəsi;
- QSİƏP istifadəsi ilə assosiasiya olunmuş xora xəstəliyinin müalicəsi və profilaktikası.

 

Əks göstərişlər

Lansoprazola və ya LANSOBİLAN-ın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı
birinə qarşı yüksək həssaslıq. Atazanavir ilə birgə istifadə olunmamalıdır.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

LANSOBİLAN-la müalicəyə başlamazdan əvvəl mədə xərçəngini istisna etmək lazımdır, çünki
lansoprazol xəstəliyin əlamətlərini maskalaya və düzgün diaqnostikanı ləngidə bilər.
Lansoprazol orta və ağır dərəcəli qaraciyər disfunkisiyası fonunda ehtiyatla istifadə edilməlidir.
Lansoprazol ilə müalicə zamanı Salmonella və Campylobacter mənşəli mədə-bağırsaq
infeksiyaların yaranma riski yüksələ bilər.
Mədə-bağırsaq xorası xəstəliyində əziyyət çəkən xəstələrdə H. pylori infeksiyası etioloji faktor
kimi nəzərə alınmalıdır. Əgər lansoprazol antibiotiklərlə birgə eradikasiya müalicəsində istifadə
edilərsə, bu antibiotiklərin istifadəsi üzrə təlimatına riayət edilməlidir.
Çox nadir hallarda xəstələrdə kolit halları qeydə alınmışdır. Bu səbəbdən, ağır dərəcəli və/və
yaxud fasiləsiz ishal halları olduqda müalicənin dayandırılması ehtimalı nəzərə alınmalıdır.
Proton nasosunun inhibitorlarının uzun müddətli istifadəsi (1 ildən artıq), xüsusilə, əgər yüksək
dozada istifadə edilirsə, əsasən yaşlılarda və yaxud digər risk fartorları olduqda, sümüklərdə
(çanaq, bilək və onurğa) sınıq riski arta bilər. Müşahidələr göstərmişdi ki, proton nasosunun
inhibitorları sümüklərdə sınıq riskini 10-40% artıra bilər. Osteoporoz riskli xəstələr kliniki
tövsiyələrə uyğun yardım almalı və adekvat (kifayət) miqdarda D Vitamini və kalsium qəbul
etməlidirlər.
Hipomaqneziemiya:
Proton nasosunun inhibitorlarının, o cümlədən, lansoprazol ilə üç ay və əksər hallarda bir il
ərzində istifadəsi fonunda ağır dərəcəli hipomaqniemiyanın inkişaf etməsi haqqında məlumat
verilmişdir. Hipomaqneziemiyanın əlamətləri yorğunluq, qıcolmalar, başqicəllənməsi və
mədəcik aritmiyaları kimi müşahidə oluna bilər və ilkin olaraq qizli başlayaraq və əhəmiyyətsiz
qəbul oluna bilər. Uzun müddətli proton nasosunun inhibitorlarının istifadəsi nəzərdə tutulan və
yaxud diqoksin və digər dərman vasitələri ilə (məs., diuretiklər) birgə qəbul edən xəstələrdə
maqneziumin miqdarı müalicədən əvvəl və müalicə zamanı vaxtaşırı təyin edilməlidir.
LANSOBİLAN-nın tərkibində saxaroza olduğundan, fruktozanın nadir irsi dözülməzliyi,
glükoqalaktozanın malabsorbsiyası və yaxud saxaroza-izomaltaza çatışmazlığı zamanı bu
dərman vasitəsi təyin edilməməlidir.
Qırmızı qurd eşənəyi:
Proton nasosunun inhibitorlarının istifadəsi çox nadir hallarda qırmızı qurdeşənəyinin yaranması
halları ilə əlaqəli olmuşdur.
Laborator göstəricilərə təsiri:
Xromoqranin A-nın (CgA) səviyyəsinin yüksəlməsi neyroendokrin şişlərin müayinəsinə əngəl
yarada bilər. Bunun qarşısını almaq üçün CgA-nın səviyyəsinin müəyyən olunmasından 5 gün
öncə LANSOBİLAN-ın istifadəsi dayandırılmalıdır. Əgər CgA və qastrin səviyyəsinin kontrol
səviyyəsinə çatması əldə olunmamışsa, müayinə müalicənin dayandırılmasından 14 gün sonra
təkrar olunmalıdır.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

LANSOBİLAN-ın qəbulu aşağıda qeyd olunmuş preparatların sorulmasına təsir göstərə bilər.
Atazanavir:
Lansoprazol atazanavirlə birgə istifadə edilməməlidir.
Ketokonazol və itrakonazol:
Ketokonazol və itrakonazolun sorulması mədə turşusu təsirindən yüksəlir. Lansoprazolun
istifadəsiluğunun artması ilə ketokonazol və itrakonazolun subterapevtik müalicə
konsentrasiyanın əldə edilməsi ilə nəticələnə bilər, bu səbəbdən bunların eyni zamada istifadəsi
tövsiyə olunmur.
Diqoksin:
Lansoprazolun diqoksinlə birgə istifadəsi, sonuncunun plazma səviyyəsinin artması ilə müşayiət
oluna bilər. Bu səbəbdən, lansoprazol ilə müalicəyə başlamazdan və müalicədən sonra
diqoqsinin səviyyəsinin nəzarət edilməsi, tələb olunduqda isə doza korreksiyasının edilməsi
tövsiyə olunur.
P450 sistemi ilə metabolizmə uğrayan dərman vasitələri
Lansoprazol CYP3A sistemi ilə metabolizmə uğrayan dərman vasitələrinin plazma
konsentrasiyasını yüksəldə bilər. Lansoprazolun bu ferment vasitəsi ilə metabolizmə uğrayan və
kiçik terapevtik pəncərəyə malik dərman vasitələri ilə birgə istifadəsi ehtiyatla edilməlidir.
Teofillin:
Lansoprazol teofillinin plazma konsentrasiyasını və gözlənilən kliniki təsirini azalda bilər. Bu
vasitələrin birgə təyini ehtiyatla edilməlidir.
Takrolimus:
Lansoprazolun takrolimusla birgə istifadəsi sonuncunun plazma konsentrasiyasının yüksəməsi
ilə nəticələnir. Lansoprazol ilə müalicə başladıqda və yaxud bitdikdə plazmada takrolimusun
konsentrasiyasına nəzarət edilməsi tövsiyə olunur.
Fluvoksamin:
CYP2C19 inhibitoru fluvoksaminlə birgə istifadəsi fonunda lansoprazolun plazma
konsentrasiyası 4 dəfə yüksəlmişdir.
CYP3A və CYP2C19 induktorları
Rifampisin və Dazıotu (Hypericum perforatum) kimi CYP3A və CYP2C19 induktorları
əhəmiyyətli dərəcədə lansoprazolun plazma konsentrasiyasını azalda bilər.
Digərləri:
Sukralfat/ Antasidlər:
Sukralfat/ Antasidlər lansoprazolun biomənimsənilməsini azalda bilər. Bu səbəbdən lansoprazol
bu dərman vasitələrinin qəbulundan 1 saat sonra qəbul edilməlidir.
Lansoprazolun QSİƏP-lə kliniki əhəmiyyətli qarşılıqlı təsiri aşkar edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik:
Hamilə qadınlar üzərində yaxşı idarə olunan, müvafiq tədqiqatlar aparılmamışdır. Heyvan
reproduksiyasının tədqiqatları insanlar üçün hər zaman uyğun olmadığından, hamilələrdə
lansoprazolun istifadəsi tövsiyə olunmur.
Laktasiya:
Lansoprazolun və ya metabolitlərinin ana südünə keçməsi haqda məlumat yoxdur.
Eksperimental tədqiqatlarda lansoprazolun ana südünə keçməsi aşkar edilmişdir. Laktasiya
dövründə müalicənin anaya verə biləcəyi faydanı nəzərə alaraq, əmizdirmənin dayandırılmasına
və ya müalicənin dayandırılmasına/qərar verilməlidir.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə, yorğunluq və ürəkbulanma kimi hallarla üzləşə bilərsiniz, bu zaman nəqliyyat
vasitəsindən və digər diqqət tələb edən mexanizmlərdən istifadə etməyin.

 

LANSOBİLAN İstifadə qaydası və dozası

LANSOBİLAN-ın optimal effektinin əldə olunması üçün preparat gündə bir dəfə səhər qəbul
edilməlidir, H. pylori eradikasiyası müalicə istisna olmaqla,- bu zaman gündə iki dəfə qəbul
edilir- səhər və axşam. LANSOBİLAN yeməkdən 30 dəq. əvvəl bütöv şəkildə maye ilə qəbul
edilməlidir.
Ayrıla bilən blisterlər aşağıda göstərilmiş şəkildə aşıla bilər:
- Perforasiya xətti ilə kəsərək blisterdən bir qabarcıq ayrılmalıdır
- Folqanın arxa ucunu əyərək, kapsulu azad edin.
Kapsul alüminium folqadan sıxılaraq çıxarılmamalıdır.
Onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsi
Tövsiyə olunan doza - 2 həftə müddətində gündə 1 dəfə 30 mq. Əgər bu müddət ərzində
xəstələrdə tam sağalma müşahidə olunmasa müalicə daha 2 həftə uzadıla bilər.
Mədənin xora xəstəliyinin müalicəsi:
Tövsiyə olunan doza – 4 həftə müddətində gündə 1 dəfə 30 mq. Adətən xora bu müddət ərzində
sağalır, lakin bu müddət ərzində xəstələrdə tam sağalma müşahidə olunmasa müalicə daha 4
həftə uzadıla bilər.
Qastroezofaqeal reflüks xəstəliyi (QERX):
Tövsiyə olunan doza – 4 həftə müddətində gündə 1 dəfə 30 mq. Adətən xora bu müddət ərzində
sağalır, lakin bu müddət ərzində xəstələrdə tam sağalma müşahidə olunmasa müalicə daha 4
həftə uzadıla bilər.
Qastroezofaqeal reflüks xəstəliyi (QERX) profilaktikası:
gündə 1 dəfə 15 mq. Tələb olunduqda doza 30 mq-dək artırıla bilər.
H. pylori eradikasiyası müalicəsi:
Uyğun kombinəolunmuş müalicənin yerli rəsmi protokollarda göstərilmiş bakterial rezistentliyi
nəzərə alınmaqla müalicə müddəti (çox zaman 7 gün, bəzən 14 günədək davam edə bilər) və
lazımi antibakterial vasitərin istifadəsinə uyğun olaraq seçilməlidir.
Tövsiyə olunan doza – 7 gün ərzində gündə 2 dəfə 30 mq aşağıda göstərilmiş vasitələrlə
kombinasiyada:
Klaritromisin 250-500 mq gündə 2 dəfə+ amoksisillin 1q. gündə 2 dəfə.
Klaritromisin 250 gündə 2 dəfə+ metranidazol 400-500 mq gündə 2 dəfə.
Zollinger – Ellison sindromu:
Doza fərdi olaraq seçilir. Başlanğıc doza gündə 1 dəfə 60 mq-dır. Dozanın korreksiyası xəstənin
ehtiyacından və klinik vəziyyətdən asılıdır. Ehtiyac olarsa, lansoprazol 1200 mq dozada gündə 2
dəfə təyin oluna bilər.
Qaraciyər və böyrək funksiyası pozğunluqları zamanı preparatın dozasının korreksiyasına
ehtiyac olmur.
Yaşlılar:
Yaşlılarda lansoprazolun klirensinin azala bilməsi səbəbindən doza individal tələblərə uyğun
olaraq seçilməlidir.
Uşaqlar:
Kliniki müşahidələrin olmaması səbəbindən uşaqlarda Lansobilanın istifadəsi tövsiyə olunmur.

 

Əlavə təsirləri

Əlavə təsirlərin tezliyi aşağıdakı kimi təsnif edilir:
Çox tez-tez (>1/100, <1/10); tez-tez (>1/1000, <1/100); bəzən (>1/10000, <1/1000); nadir
hallarda (<1/10000); məlum deyil (mövcud məlumatlar əsasında dəyərləndirilməsi mümkün
deyil).
Çox tez-tez Tez-tez Bəzən Nadir hallardaMəlum deyil

Qan və limfasisteminin pozğunluqları: Trombositopeniya, Eozinofiliya, Leykopeniya Anemiya Aqranulositoz, Pansitopeniya

Metabolizm və qidalanma pozğunluqları: Hipomaqnezemiya

Psixiatrik pozğunluqlar: Depressiya Yuxusuzluq,Hallüsinasiya, Konfuziya halı

Sinir sisteminin pozğunluqları: Başağrısı, Başgicəllənmə Narahatlıq, Vertiqo (başgicəllənmə), Paresteziya, Yuxululuq, Tremor

Göz xəstəlikləri :Görmə pozğunluqları

Mədə-bağırsaq pozğunluqları: Diareya, Ürəkbulanma,Qarında ağrı, Qəbizlik, Qusma, Köp, Ağızda və ya boğazda quruluq Qlossit,
Qida borusunun kandidozu, Pankreatit, Dadbilmənin pozulması, Kolit, Stomatit

Qaraciyər-öd xəstəlikləri: Qaraciyər fermentlərinin səviyyələrində artma,Hepatit, Sarılıq

Dəri və dərialtı toxuma xəstəlikləri: Urtikariya (övrə), qaşınma, səpgi ,Petexiya,Purpura, Saç tökülməsi,
Multiform eritema, Fotohəssaslıq Stivens-Conson sindromu, Toksik epidermal nekroliz

Sümük-əzələ, oynaq toxuması xəstəlikləri: Artralgiya, Mialgiya, Bud sümüyünün, biləklərin, onurğanın sınıqları

Böyrək və sidik yolları xəstəlikləri: İnterstisial nefrit

Reproduktiv sistem və süd vəzisi xəstəlikləri: Ginekomastiya

 

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı simptomatik və dəstəkləyici müalicə aparılır. Spesifik
antidotu yoxdur. Hemodializ zamanı lansoprazol ümumi qan dövranından xaric olmur.

 

Buraxılış forması

7 kapsul, blisterdə. 2 və a 4 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
 

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.