Pharmed
Lanomisin 500 Mg 2 Ml N1 ampula
LANOMİSİN, inyeksiya və infuziya üçün məhlul
LANOMİSİN tərkibi
Təsiredici maddə: 125 mq/2ml: 1 ml məhlulun tərkibində 62,5 mq amikasinə ekvivalent 83,45 mq amikasin sulfat var. 250 mq/2ml: 1 ml məhlulun tərkibində 125 mq amikasinə ekvivalent 166,9 mq amikasin sulfat var. 500 mq/2ml: 1 ml məhlulun tərkibində 250 mq amikasinə ekvivalent 333,8 mq amikasin sulfat var.
İstifadəsinə göstərişlər
Amikasin qram-mənfi mikroorqanizmlər tərəfindən törədilmiş infeksion-iltihabi xəstəliklər zamanı təyin olunur (kanamisin, gentamisin və s. aminoqlikozid qrupu antibiotiklərə qarşı davamlı proseslərdə): - Tənəffüs yollarının infeksion xəstəlikləri: bronxit, pnevmoniya, plevrit, ağciyərlərin absesi, plevranın empieması - Multirezistent formalı vərəmin kompleks müalicəsi - Bağırsaq infeksiyaları (dizenteriya, salmonellyoz və s.) - Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri (peritonit, öd yolları infeksiyaları və s.) - Sepsis, bakterial endokardit - Mərkəzi sinir sisteminin infeksion iltihabi xəstəlikləri (meningit daxil olmaqla) - Sidikçıxarıcı yolların infeksiyaları (pielonefrit, sistit, uretrit, prostatit, qonoreya və s.) - Dəri və yumşaq toxumaların infeksiyaları, irinli yaralar və yanıq infeksiyaları - Sümük və oynaq infeksiyaları (osteomielit daxil olmaqla) - Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri (salpinqooforit, endometrit, iltihabi kistalar və s.) - Cərrahi əməliyyatlardan qabaq və sonra bakterial ağırlaşmaların müalicə - profilaktikası məqsədi ilə. Əks-göstərişlər - Preparata qarşı yüksək həssaslıq - Digər aminoqlikozid qrupu antibiotiklərinə qarşı yüksək həssaslığın olması - Eşitmə sinirinin nevriti - Xroniki böyrək çatışmazlığı (azotemiya, uremiya) - Hamiləlik.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya zamanı təyini yalnız həyati göstəricilərə görə mümkündür. FDA kateqoriyası –“D”.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Əgər preparatın qəbulu zamanı başgicəllənmə kimi yan təsir meydana çıxarsa o zaman nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmədən imtina edilməlidir.
LANOMİSİN istifadə qaydası və dozası
Preparatın dozalanması fərdi olaraq xəstənin bədən kütləsi, xəstəliyin ağırlıq dərəcəsi, infeksiyanın növü və lokalizasiyasından asılı olaraq təyin olunur. Lanomsiin əzələ daxilinə və ya vena daxilinə təyin olunur. Böyüklər və 12 yaşdan böyük uşaqlar: 8-12 saatdan bir 15-20 mq/kq. 12 yaşa qədər uşaqlar: 8-12 saatdan bir 15-30mq/kq (sutkada 1 q-a qədər).