Pharmed
LAMOTRIN ASINO 50MG N30 TB
LAMOTRİN ASİNO
Beynəlxalq patentləşdirilməmiş adı: Lamotrigine
LAMOTRİN ASİNO Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkbində 25 mq, 50 mq və ya 100 mq lamotricin vardır. Köməkçi maddələr:mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, povidon, natrium nişasta qlikolyatı (A tipi), laktoza, maqnezium stearat.
Farmakoterapevtik qrupu
Epilepsiyaəleyhinə vasitələr. Lamotricin.
ATC kodu: N03AX09.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası: Feniltriazin törəməsi olan lamotricin, təsir mexanizmi presinaptik neyron membranlarının potensialasılı natrium kanallarının ləng inaktivasiya mərhələsində blokadaya alınması və stimullaşdırıcı neyrotransmitterlərin , ilk növbədə qlutamatın (epileptik tutmaların inkişafında əhəmiyyətli rol oynayan amin turşusunun) həddindən artıq azadolmasının tormozlanması ilə əlaqəli olan epilepsiyaəleyhinə preparatdır (EƏP). Farmakokinetikası: Daxilə qəbul edildikdən sonra, preparat həzm traktında sürətlə və tamamilə absorbsiya olunur. Qan plazmasında maksimal konsentrasiyası 2,5 saatdan sonra əldə olunur. Lamotricin intensiv metabolizmə məruz qalır və onun əsas metaboliti N-qlükuroniddir. Böyüklərdə preparatın yarımxaricolma dövrü 29 saat təşkil edir. Lamotricin xətti farmakoloji profilə malikdir. Böyüklərlə müqayisədə, uşaqlarda preparatın yarımxaricolma dövrü daha qısadır. Preparat əsasən, metabolit şəklində və qismən dəyişilməmiş halda, əsasən sidiklə xaric olunur.
Xüsusi pasiyent qrupları
Uşaqlar: Böyüklərlə müqayisədə, uşaqlarda preparatın klirensi, bədən kütləsindən asılı olaraq, daha yüksəkdir və ən yüksək göstəricilər 5 yaşa qədər uşaqlarda qeyd olunur. Böyüklərlə müqayisədə, uşaqlarda lamotricinin yarımxaricolma dövrü adətən daha qısadır və karbamazepin və fenitoin kimi ferment induktorları ilə eyni zamanda istifadə edildikdə, orta göstəricisi təxminən 7 saat təşkil edir və yalnız valproatla eyni zamanda istifadə edildiyi halda, orta göstərici 45-50 saata qədər uzanır.
Yaşlı pasiyentlər: Bir tədqiqatda iştirak edən epilepsiyadan əziyyət çəkən həm yaşlı, həm də gənc pasiyentlər daxil olan qruplarda aparılan farmakokinetik analizin nəticələrində lamotricinin klirensinin klinik əhəmiyyət kəsb edən dərəcədə dəyişməməsinin aşkar edilməsi barədə məlumatlar daxil olmuşdur. Birdəfəlik dozaların istifadəsindən sonra, preparatın zahiri klirensinin 20 yaşlı pasiyentlərdə 35 ml/dəqiqə/kq-dan 70 yaşlı pasiyentlərdə 31 ml/dəqiqə/kq-a qədər – 12 % aşağı düşməsi barədə məlumatlar mövcuddur. 48 həftə müddətində aparılan müalicədən sonra, həmin azalma 10 % təşkil etmişdir – gənc pasiyentlərdə 41 ml/dəqiqədən, yaşlı pasiyentlərdə 37 ml/dəqiqəyə qədər. Preparatın birdəfəlik 150 mq dozası təyin edilən yaşlı pasiyentlərdə lamotricinin farmakokinetikasının öyrənilməsi barədə məlumatlar daxil olmuşdur. Bundan əlavə, bildirilmişdir ki, yaşlı pasiyentlərdə orta klirens göstəricisi (0,39 ml/dəqiqə/kq), yaşlı olmayan yetkin pasiyentlərin iştirakı ilə aparılan tədqiqatlarda 30 mq-dan 450 mq-a qədər birdəfəlik dozanın istifadəsindən sonra, əldə olunan orta klirens göstəricisi arasında (0,31 ml/dəqiqə/kqdan 0,65 ml/dəqiqə/kq-a qədər) olmuşdur.
Böyrək funksiyalarının pozğunluqlarından əziyyət çəkən pasiyentlər: Böyrək funksiyalarının xroniki pozğunluqlarından əziyyət çəkən pasiyentlərin və hemodializ proseduraları qəbul edən pasiyentlərin iştirakı ilə aparılan tədqiqatların gedişində lamotricinin birdəfəlik 100 mq dozası istifadə edilmişdir. CL/F-in orta göstəriciləri sağlam insanlarda 0,58 ml/dəqiqə/kq göstərici ilə müqayisədə, 0,42 ml/dəqiqə/kq (böyrək funksiyalarının xroniki pozğunluqları), 0,33 ml/dəqiqə/kq (hemodializ proseduraları arasındakı dövr) və 1,57 ml/dəqiqə/kq (hemodializ müddətində) təşkil etmişdir. Qan plazmasından yarımxaricolma dövrü sağlam insanlarda 26,2 saatla müqayisədə, 42,9 saat (böyrək funksiyalarının xroniki pozğunluqları), 57,4 saat (hemodializ proseduraları arasındakı dövr) və 13,0 saat (hemodializ müddətində) təşkil etmişdir. 4 saat müddətində aparılan hemodializ seansının gedişində lamotricinin miqdarı təxminən 20 % aşağı düşmüşdür (5,6-dan 35,1-ə qədər). Göstərilən pasiyent qrupu üçün lamotricinin başlanğıc dozasının müəyyən edilməsi, pasiyent tərəfindən epilepsiyaəleyhinə preparatların istifadəsi rejiminə əsaslanmalıdır; ağır funksional böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə dəstəkləyici dozanın aşağı salınması effektiv ola bilər.
Qaraciyər funksiyalarının pozğunluqlarından əziyyət çəkən pasiyentlər: Preparatın birdəfəlik dozasının istifadəsinin farmakokinetik tədqiqatları, qaraciyər funksiyalarının müxtəlif dərəcəli pozğunluqlarından əziyyət çəkən pasiyentlərin və sağlam könüllülərin iştirakı ilə aparılmışdır. Lamotricinin zahiri klirensinin orta göstəricisi sağlam könüllülərdə 0,34 ml/dəqiqə/kq ilə müqayisədə, qaraciyər funksiyalarının A, B və C dərəcəli (Çayld-Pyu təsnifatına əsasən) pozğunluqlarından əziyyət çəkən pasiyentlərdə, müvafiq olaraq, 0,31 ml/dəqiqə/kq, 0,24 ml/dəqiqə/kq və 0,10 ml/dəqiqə/kq təşkil etmişdir. Adətən, preparatın başlanğıc, yüksək və dəstəkləyici dozalarını mülayim dərəcəli (Çayld-Pyu təsnifatına əsasən B dərəcəli) qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün təxminən 50 % və ağır dərəcəli (Çayld-Pyu təsnifatına əsasən C dərəcəli) qaraciyər çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün təxminən 75 % aşağı salmaq lazımdır. Pasiyentin müalicəyə reaksiyasından asılı olaraq, preparatın yüksək və dəstəkləyici dozalarını korreksiya etmək tələb olunur.
İstifadəsinə göstərişlər
Epilepsiya: Böyüklər və 13 yaşdan yuxarı uşaqlar: toniki-kloniki qıcolma tutmaları da daxil olmaqla, parsial və generalizəolunmuş epilepsiya tutmalarının monoterapiyası və əlavə müalicəsi və eləcədə, Lennoks-Qasto sindromu ilə əlaqəli tutmalar. Lamotrin Asino dərman preparatı əlavə müalicə vasitəsi şəklində təyin olunur, lakin, Lennoks-Qasto sindromu zamanı preparat epilepsiyaəleyhinə başlanğıc preparat kimi də təyin edilə bilər. 2 yaşdan 12 yaşa qədər uşaqlar: epilepsiyanın, xüsusilə, toniki-kloniki qıcolma tutmaları da daxil olmaqla, parsial və generalizəolunmuş epilepsiya tutmalarının əlavə müalicəsi və eləcədə, Lennoks-Qasto sindromu ilə əlaqəli tutmalar. Tipik absansların monoterapiyası Böyüklərdə bipolyar pozğunluq. Böyüklər (18 yaşdan yuxarı). Əsasən depressiv epizodlar keçirən I tip bipolyar pozğunluqlar qeyd olunan pasiyentlərdə depressiv vəziyyətlərin aradan qaldırılması üçün istifadə olunur. Lamotricinin istifadəsi, maniakal və ya depressiv epizodların təxirəsalınmaz müalicəsi üçün göstəriş deyildir.
Əks göstərişlər
Lamotricinə və ya dərman preparatının tərkibinə daxil olan komponentlərdən hər hansı birinə qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Dəri üzərində səpgilər Lamotricinlə müalicəyə başladıqdan sonra ilk 8 həftə müddətində dəri üzərində səpgi şəklində meydana çıxan əlavə reaksiyalar qeyd oluna bilər. Əksər hallarda mülayim səpgilər müşahidə olunur və həmin səpgilər müalicə aparılmadan aradan qalxır, bununla belə, pasiyentin xəstəxanaya yerləşdirilməsini və preparatın istifadəsinin dayandırlmasını tələb edən, ağır dəri reaksiyalarının meydana çıxması barədə məlumatlar daxil olmuşdur. Belə hallara həyat üçün potensial təhlükəli olan səpgilərin meydana çıxması, xüsusilə, Stivens-Conson sindromu və toksik epidermal nekroliz və eləcədə, eozinofiliya ilə və sistem simptomlarla müşayiət olunan hiperhəssaslıq sindromu (HSS) kimi də məlum olan dərman reaksiyası (DRESS) aiddir (“Əlavə təsirləri” bölməsinə bax). Məlumdur ki, lamotricinin dozalanmasına dair müasir tövsiyələrin istifadəsi ilə aparılan tədqiqatlarda iştirak edən epilepsiyadan əziyyət çəkən yetkin yaşlı pasiyentlərdə ağır dəri səpgilərinin baş vermə tezliyi, təxminən 500:1-ə nisbətini təşkil etmişdir. Göstərilən halların təxminən yarısında Stivens-Conson sindromu diaqnozu təsdiq olunmuşdur (1000:1). Böyüklərlə müqayisədə, uşaqlarda dəri üzərində ciddi səpgilərin meydana çıxma riski daha yüksəkdir. Lamotricinin istifadəsi ilə aparılan tədqiqatlardan əldə olunan məlumatlara əsasən, uşaqların xəstəxanaya yerləşdirilməsinə gətirib çıxaran səpgi hallarının tezliyinin 300:1-ə nisbətindən 100:1-ə nisbətinə qədər dəyişməsi məlumdur. Uşaqlarda dəri səpgilərinin ilk əlamətləri yanlış olaraq, infeksiya əlamətləri kimi qəbul edilə bilər və bu səbəbdən, preparatdan istifadə edən uşaqlarda müalicənin ilk 8 həftəsi müddətində səpgilər və qızdırma müşahidə olunduqda, əlavə reaksiyanın inkişaf etmə ehtimalı həkim tərəfindən hər zaman nəzərə alınmalıdır. Dəri üzərində səpgilərin meydana çıxmasının ümumi riski, ehtimal ki, lamotricinin yüksək başlanğıc dozaları və lamotricinlə aparılan müalicə zamanı tövsiyə olunan dozalanma sxeminin aşması ilə (“İstifadə qaydası və dozası” bölməsinə bax) və eləcədə, eyni zamanda valproatın istifadəsi ilə sıx əlaqəlidir (“İstifadə qaydası və dozası” bölməsinə bax). Anamnezlərində digər epilepsiyaəleyhinə preparatların istifadəsi zamanı allergiya və ya səpgilər qeyd olunan pasiyentlərə lamotricin ehtiyatla təyin edilməlidir; nəzərə almaq lazımdır ki, həmin pasiyent qrupunda anamnezlərində allergiya və ya səpgilər qeyd olunmayan pasiyentlərlə müqayisədə, lamotricinlə müalicədən sonra mülayim səpgilərin meydana çıxma riski 3 dəfə yüksək olmuşdur. Dəri üzərində səpgilər müşahidə olunan bütün pasiyentlər (böyüklər və uşaqlar) həkim tərəfindən dərhal müayinə edilməlidirlər və dəri səpgilərinin inkişafının lamotricinin istifadəsi ilə əlaqəli olmadığı hallar istisna olmaqla, lamotricinin istifadəsi ilə müalicəni dərhal dayandırmalıdırlar. Yalnız preparatın gözlənilən terapevtik effekti əlavə reaksiyaların meydana çıxma riskindən üstün olmadığı təqdirdə, preparatın əvvəlki istifadəsinin dayandırılması dəri reaksiyalarının inkişafı ilə əlaqəli olduğu hallarda, lamotricinin istifadəsinin təkrar başlanması tövsiyə olunmur. Lamotricinin istifadəsi: Stivens-Conson sindromunun, toksik epidermal nekrolizin və ya eozinofiliya ilə və sistem simptomlarla müşayiət olunan dərman reaksiyasının inkişaf etməsinə gətirib çıxardığı hallarda, lamotricinin istifadəsini təkrar başlamaq olmaz. Bildirilmişdir ki, dəri üzərində səpgilər hiperhəssaslıq sindromu kimi məlum olan DRESSsindromun bir hissəsidir. Bu vəziyyət qızdırma, limfadenopatiya, üz nahiyəsinin ödemi, qan dəyişiklikləri, qaraciyər və böyrək funksiyalarının pozğunluqları və aseptik meningit də daxil olmaqla, müxtəlif sistem simptomlarla müşayiət olunur (“Əlavə təsirləri” bölməsinə bax). Sindromun ağırlıq dərəcəsi müxtəlif ola bilər və bu sindrom, nadir hallarda qanın disseminasiyaolunmuş damardaxili laxtalanmasına və poliorqan çatışmazlığına gətirib çıxara bilər. Hiperhəssaslığın erkən əlamətləri (məsələn, qızdırma, limfadenopatiya) hətta dəri üzərində səpgilər olmadığı halda belə, meydana çıxa bilər. Göstərilən simptomlar müşahidə olunduqda, pasiyenti dərhal müayinə etmək və digər səbəblər aşkar olunmadığı hallarda, lamotricinin istifadəsini dayandırmaq lazımdır. Bir çox hallarda, preparatın istifadəsi dayandırıldıqdan sonra, aseptik meningit geri inkişaf edir; lakin, bəzi hallarda lamotricini təkrar təyin etdikdə, yenidən meydana çıxa bilər. Lamotricinin təkrar təyin olunması, daha ağır xarakter daşıyan simptomların tezliklə qayıtmasına səbəb olur. Aseptik meningitin inkişaf etməsi ilə əlaqəli pasiyentin lamotricinlə müalicəsi dayandırıldıqdan sonra, onu təkrar başlamaq olmaz. Lamotricinin istifadəsi ilə əlaqəli fotohəssaslıq reaksiyaları barədə məlumatlar daxil olmuşdur (“Əlavə təsirləri” bölməsinə bax). Bəzi hallarda həmin reaksiya lamotricinin yüksək (400 mq və ya daha yüksək) dozalarının istifadəsi zamanı, doza artırıldıqda və ya dozanın artırılmasının tövsiyə olunan templəri artırıldığı hallarda meydana çıxmışdır. Lamotricinin istifadəsi ilə əlaqəli fotohəssaslıq reaksiyasının inkişaf etməsi ehtimal edildiyi halda (məsələn, güclü günəş yanığı), preparatın istifadəsi ilə müalicə dayandırılmalıdır. Lamotricinlə müalicənin davam etdirilməsi klinik cəhətdən əsaslandırıldığı halda, pasiyentə günəş şüalarının və süni ultrabənövşəyi işığın təsirindən qaçınmaq və qoruyucu vasitələrdən (məsələn, qoruyucu geyimdən və günəşin təsirindən qoruyucu vasitələrdən) istifadə etmək tövsiyə olunmalıdır. Hematofaqositar limfohistiositoz (HLH) Lamotricindən istifadə edən pasiyentlərdə HLH barədə məlumatlar daxil olmuşdur (“Əlavə təsirləri” bölməsinə bax). HLH aşağıda göstərilən əlamətlərlə və simptomlarla xarakterizə olunur, məsələn, qızdırma, səpgilər, nevroloji simptomlar, hepatosplenomeqaliya, limfadenopatiya, sitopeniya, qan zərdabında ferritinin konsentrasiyasının yüksəlməsi, hipertriqliseridemiya və qaraciyər funksiyalarının və qanın laxtalanma qabiliyyətinin pozulması. Simptomlar, bir qayda olaraq, müalicə başladıqdan sonra 4 həftə müddətində meydana çıxır. Pasiyentlər HLH ilə əlaqəli simptomlar barədə məlumatlandırılmalı və eləcədə, lamotricinlə müalicə müddətində həmin simptomlar meydana çıxdığı hallarda, onlara dərhal həkimə müraciət etmələri tövsiyə olunmalıdır. Göstərilən əlamətlər və simptomlar inkişaf edən pasiyentlərin müayinəsi dərhal aparılmalı və HLH diaqnozu nəzərdən keçirilməlidir. Həmin simptomların inkişaf etməsinin digər səbəbi müəyyən edilmədiyi halda, lamotricinlə müalicə dərhal dayandırılmalıdır. Klinik pisləşmə və suisidal risk: Epilepsiyadan əziyyət çəkən pasiyentlərdə depressiya və/və ya bipolyar pozğunluq simptomlarının meydana çıxma ehtimalını nəzərə alaraq, həmin pasiyentlərdə həmçinin, yüksək suisidallıq (suisidə meyllilik) riskinin mövcudluğu barədə məlumatlar mövcuddur. Lamotricin də daxil olmaqla, epilepsiyaəleyhinə preparatların istifadəsi ilə aparılan meta-analizin məlumatlarına əsasən, suisidal niyyətlər və davranış riskinin əhəmiyyət kəsb etməyən yüksəlməsi nümayiş etdirilmişdir. Bu riskin mexanizmi məlum deyil, lakin, mövcud məlumatlar həmin riskin yüksəlməsini lamotricinin istifadəsi ilə əlaqəsi ehtimalını istisna etmir. Bu səbəbdən, suisidal niyyətlər və davranış əlamətlərini vaxtında aşkar etmək məqsədi ilə pasiyentləri diqqətlə müşahidə etmək lazımdır. Qeyd olunan əlamətlər meydana çıxdığı halda, pasiyentlər və onlara qulluq edən şəxslər tibbi yardıma müraciət etməlidirlər. Klinik pisləşməni (yeni simptomların meydana çıxması da daxil olmaqla) və ya suisidallığı, xüsusilə müalicə kursunun əvvəlində və ya doza dəyişdirildiyi halda, nəzərdən qaçırmamaq məqsədi ilə, bipolyar pozğunluqla əlaqəli lamotricindən istifadə edən pasiyentlərin vəziyyətləri diqqətlə müşahidə edilməlidir. Anamnezlərində suisidal davranış və ya düşüncələr qeyd olunan pasiyentlərdə və eləcədə, müalicəyə başlamazdan əvvəl suisidal niyyətlərin mövcudluğunu əhəmiyyətli dərəcədə nümayiş etdirən pasiyentlərdə suisidal düşüncələr və ya suisidal cəhdlər riskinin yüksəlməsi meydana çıxa bilər və bu zaman, müalicə müddətində pasiyentin vəziyyətinə diqqətlə nəzarət etmək tələb olunur. Pasiyentlərin vəziyyətlərinin hər hansı pisləşməsini (yeni simptomların meydana çıxması da daxil olmaqla) və/və ya suisidal niyyətlərin/cəhdlərin və ya özünə zərər yetirməyə meylliliyin meydana çıxmasını aşkar etmək və həmin simptomlar meydana çıxdığı təqdirdə vaxtında tibbi yardıma müraciət etmək məqsədi ilə, pasiyentlər və onlara qulluq edən şəxslər nəzarətin zəruriliyi barədə məlumatlandırılmalıdırlar. Eyni zamanda, vəziyyəti qiymətləndirmək və klinik pisləşmə təzahürləri (yeni simptomların meydana çıxması da daxil olmaqla) və/və ya suisidal niyyətlərin/davranışın meydana çıxması qeyd olunan pasiyentlərdə, xüsusilə, bu simptomlar ağır dərəcəli olduqda, qəflətən meydana çıxdıqda və ya artıq mövcud simptomların bir hissəsi olmadığı hallarda, müalicənin dayandırılması ehtimalı ilə terapevtik rejimdə müvafiq dəyişikliklər edilməlidir. Hormonal kontraseptivlə: Hormonal kontraseptivlərin lamotricinin effektivliyinə təsiri “Etinilestradiol 30 mkq/levonorgestrel 150 mkq” kombinasiyasının istifadəsi nəticəsində lamotricinin xaricolmasının təxminən 2 dəfə artması barədə məlumatlar daxil olmuşdur ki, bu da öz növbəsində, lamotricinin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Maksimal terapevtik effektin əldə olunması üçün, bir çox hallarda, lamotricinin dəstəkləyici dozasının artırılması (2 dəfə) (titrləmə yolu ilə) tələb oluna bilər. Hazırda lamotricinin qlükuronlaşmasının induktorları olan preparatlardan istifadə etməyən, lakin, kurslar arasında həftəlik fasilələrlə (kontraseptivsiz həftə adlandırılan) hormonal kontraseptivlərdən artıq istifadə edən qadınlarda, həftəlik fasilə müddətində lamotricinin səviyyəsinin tədricən müvəqqəti yüksəlməsi müşahidə oluna bilər. Həftəlik fasilədən bir neçə gün əvvəl və ya fasilə müddətində lamotricinin dozası artırıldığı halda, onun yüksəlmə səviyyəsi çox olacaqdır (preparatın dozalanması barədə ətraflı məlumat “İstifadə qaydası və dozası” bölməsinin “Xüsusi pasiyent qruplarında preparatın dozalanmasına dair ümumi tövsiyələr” hissəsində göstərilmişdir). Bu səbəbdən, peroral kontraseptivlərin istifadəsinə başlayan və ya peroral kontraseptivlərin istifadəsi kursunu tamamlayan qadınlar, daim həkim nəzarəti altında olmalıdırlar və bir çox hallarda, onlarda lamotricinin dozasının korreksiyası tələb oluna bilər. Digər peroral kontraseptivlərin və hormonəvəzedici preparatların təsirləri öyrənilməmişdir; bununla belə, onlar lamotricinin farmakokinetik xüsusiyyətlərinə analoji təsir göstərə bilər. Lamotricinin hormonal kontraseptivlərin effektivliyinə təsiri: Qarşılıqlı təsirlərin öyrənilməsi istiqamətində aparılan klinik tədqiqatın nəticələrinə əsasən, lamotricini hormonal kontraseptivlərlə birlikdə istifadə etdikdə (“etinilestradiol 30 mkq/levonorgestrel 150 mkq” kombinasiyası), levonorgestrelin xaricolmasının əhəmiyyətsiz dərəcədə artması və qan zərdabında follikulstimuləedici və lüteinizəedici hormonların səviyyələrinin dəyişməsi barədə məlumatlar daxil olmuşdur (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Göstərilən dəyişikliklərin yumurtalıqlarda baş verən ovulyasiyaya təsiri məlum deyil. Bununla belə, lamotricini və hormonal kontraseptivləri eyni zamanda istifadə edən bəzi pasiyentlərdə göstərilən dəyişikliklərin sonuncuların effektivliyinin aşağı düşməsinə səbəb olması ehtimalını istisna etmək olmaz. Bu səbəbdən, pasiyentlər menstrual sikldə baş verən dəyişikliklər, məsələn, qanaxmanın qəflətən baş verməsi barədə vaxtında məlumat verməlidirlər. Dihidrofolatreduktaza fermenti Lamotricin dihidrofolatreduktaza fermentinin zəif inhibitorudur və bu səbəbdən, lamotricindən uzun müddət ərzində istifadə etdikdə, onun folatların metabolizminə təsiri ehtimal edilir. Bununla belə, lamotricindən uzun müddət ərzində istifadə etdikdə, 1 il müddətində hemoqlobin miqdarının, eritrositlərin orta həcminin, qan zərdabında və eritrositlərin tərkibində folatların konsentrasiyalarının və eləcədə, 5 il müddətində eritrositlərin tərkibində folatların konsentrasiyasının əhəmiyyət kəsb edən heç bir dəyisiklikləri qeyd olunmur. Böyrək çatışmazlığı Böyrək çatışmazlığının terminal mərhələsi qeyd olunan pasiyentlərdə qan plazmasında lamotricinin konsentrasiyası əhəmiyyətli dərəcədə dəyişmir. Lakin, qlükuronid metabolitin kumulyasiyası müşahidə oluna bilər. Böyrək zədələnməsi qeyd olunan pasiyentlərin müalicəsi üçün preparat ehtiyatla istifadə edilməlidir. Lamotricin tərkibli digər preparatlardan istifadə edən pasiyentlər Lamotrin Asino preparatı həkim məsləhəti olmadan lamotricin tərkibli digər preparatların istifadəsi ilə artıq müalicə qəbul edən pasiyentlərdə istifadə edilməməlidir. EKQ-də bruqadayabənzər dəyişikliklər Lamotricindən istifadə edən pasiyentlərdə EKQ-də ST-T aritmogen pozğunluğun və eləcədə, tipik bruqadayabənzər dəyişikliklərin inkişaf etməsi barədə məlumatlar daxil olmuşdur. Bu səbəbdən, Bruqada sindromu qeyd olunan pasiyentlərdə lamotricinin istifadəsinə başlamazdan əvvəl göstərilən müalicənin mümkünlüyünü hərtərəfli nəzərdən keçirmək lazımdır. Uşaqlarda istifadəsi Lamotricinin uşaqların boy artımına, cinsi inkişafına və eləcədə, uşaqların koqnitiv, emosional və davranış inkişafına təsiri barədə heç bir məlumat yoxdur. Epilepsiya Digər epilepsiyaəleyhinə preparatlarda olduğu kimi, lamotricinin istifadəsinin qəflətən dayandırılması, tutmaların baş vermə tezliyinin yüksəlməsinə səbəb ola bilər. Pasiyentin vəziyyəti preparatın istifadəsinin qəflətən dayandırılmasını tələb etdiyi hallar (məsələn, səpgilərin meydana çıxması) istisna olmaqla, lamotricinin dozasını tədricən, 2 həftədən az olmayan müddət ərzində aşağı salmaq lazımdır. Dərc olunmuş məlumatlara əsasən, ağır epilepsiya tutmaları rabdomiolizin, poliorqan çatışmazlığın və bəzi hallarda, ölümlə nəticələnən qanın disseminasiyaolunmuş damardaxili laxtalanma sindromunun meydana çıxmasına səbəb ola bilər. Lamotricinlə müalicə fonunda analoji halların inkişaf etməsi mümkündür. Vəziyyətin yaxşılaşması əvəzinə, tutmaların meydana çıxma tezliyində əhəmiyyətli klinik pisləşmə müşahidə oluna bilər. 1-dən çox tutma növü qeyd olunan pasiyentlərdə, tutmaların bir növünə nəzarətin yaxşılaşması, tutmaların digər növünə nəzarətin pisləşməsi ilə müqayisədə hərtərəfli qiymətləndirilməlidir. Lamotricinlə müalicə mioklonik tutmaların kəskinləşməsinə səbəb ola bilər. Fermentlərin induksiyasında iştirak etməyən epilepsiyaəleyhinə preparatların kombinasiyası ilə aparılan müalicəyə cavabla müqayisədə, ferment induktorlarının kombinasiyası ilə aparılan müalicəyə cavabın daha zəif olması barədə məlumatlar mövcuddur. Bunun səbəbi məlum deyildir. Tipik kiçik epilepsiya tutmaları qeyd olunan uşaqların müalicəsi aparıldıqda, effekt bütün pasiyentlərdə əldə edilmir. Bipolyar pozğunluqlarla əlaqəli ehtiyat tədbirləri Uşaqlar (18 yaşa qədər) Antidepressantlarla müalicə, böyük depressiv pozğunluqlar və digər psixi pozğunluqlar qeyd olunan uşaqlarda (18 yaşa qədər) suisidal niyyətlər və davranış riskinin yüksəlməsi ilə əlaqəlidir. Dərman preparatının tərkibinə laktoza daxildir və bu səbəbdən, qalaktozaya qarşı dözümsüzlük, Lapp laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası pozğunluğu kimi nadir irsi xəstəlikləri olan pasiyentlərdə preparat istifadə edilməməlidir. Dərman preparatının 1 tabletinin tərkibində 1 mmol (23 mq) natrium vardır, yəni, preparatın tərkibində demək olar ki, natrium yoxdur. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Müəyyən edilmişdir ki, lamotricinin metabolizminə görə məsuliyyət daşıyan ferment uridin-5’- difosfoqlükuroniltransferaza (UDF-QT) fermentidir. Beləliklə, qlükuronlaşmanı induksiya və ya inhibə edən preparatlar, lamotricinin klirensinə təsir göstərə bilər. Məlum olduğu kimi, sitoxrom P450 sisteminin 3A4 (CYP3A4) izofermentinin güclü və ya mülayim təsirə malik induktorları UQT fermentini induksiya edir və bununla əlaqəli, lamotricinin metabolizminin güclənməsinə səbəb ola bilər. Lamotricinin metabolizminə klinik əhəmiyyətə malik olması təsdiq edilən preparatlar, Cədvəl 1- də göstərilmişdir. Həmin dərman preparatlarının dozalanmasına dair xüsusi tövsiyələr “İstifadə qaydası və dozası” bölməsində təsvir olunmuşdur. Lamotricinin sitoxrom P450 sisteminin oksidləşdirici fermentlərinin klinik əhəmiyyətli stimullaşdırılmasına və ya tormozlanmasına səbəb ola biləcəyi barədə heç bir təsdiq edilmiş məlumat yoxdur. Lamotricin öz metabolizmini induksiya edə bilər, lakin, preparatın bu effekti mülayimdir və bunun əhəmiyyət kəsb edən klinik nəticələri yoxdur. Cədvəl 1. Digər dərman preparatlarının lamotricinin qlükuronlaşmasına təsiri Lamotricinin qlükuronlaşmasını əhəmiyyətli dərəcədə Lamotricinin qlükuronlaşmasını əhəmiyyətli dərəcədə induksiya edən dərman preparatları Lamotricinin qlükuronlaşmasına tormozlayıcı və ya tormozlayan dərman preparatları induksiyaedici təsir göstərməyən dərman preparatları Valproat Karbamazepin, fenitoin, primidon, fenobarbital, rifampisin, lopinavir/ritonavir, atazanovir/ritonavir*, “etinilestradiol/levonorgestrel” kombinasiyası** Litium, bupropion, olanzapin, okskarbazepin, felbamat, qabapentin, levetiseram, preqabalin, topiramat, zonizamid, aripiprazol, lakozamid, perampanel * Preparatın dozalanması barədə məlumat “İstifadə qaydası və dozası” bölməsinin “Xüsusi pasiyent qruplarında preparatın dozalanmasına dair ümumi tövsiyələr” hissəsində göstərilmişdir. ** Digər peroral kontraseptivlərin və hormonəvəzedici preparatların təsirləri öyrənilməmişdir; bununla belə, onlar lamotricinin farmakokinetik xüsusiyyətlərinə analoji təsir göstərə bilər (“İstifadə qaydası və dozası” bölməsinin “Xüsusi pasiyent qruplarında preparatın dozalanmasına dair ümumi tövsiyələr” hissəsində hormonal kontraseptivlərdən istifadə edən qadınlarda dozalanması və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinin “Hormonal kontraseptivlər” hissəsinə bax). Epilepsiyaəleyhinə preparatlarla qarşılıqlı təsiri (həmçinin, “İstifadə qaydası və dozası” bölməsinə bax). Lamotricinin qlükuronlaşmasına tormozlayıcı təsir göstərən valproat, lamotricinin metabolizmini ləngidir və onun yarımxaricolma dövrünün təxminən 2 dəfə uzanmasına səbəb olur. Sitoxrom P450 sisteminin mikrosomal fermentlərini induksiya edən bəzi epilepsiyaəleyhinə preparatlar (məsələn, fenitoin, karbamazepin, fenobarbital və primidon), lamotricinin qlükuronlaşması metabolizmini induksiya edir və lamotricinin metabolizminin sürətlənməsinə səbəb olur. Lamotricinlə eyni zamanda karbamazepindən istifadə edən pasiyentlərdə başgicəllənmə, ataksiya, diplopiya, görmə qabiliyyətinin tutqunlaşması və ürəkbulanma daxil olmaqla, mərkəzi sinir sistemində qeyd olunan əlavə təsirlər barədə məlumatlar mövcuddur. Karbamazepinin dozası aşağı salındıqda, həmin hallar adətən, aradan qalxır. Yetkin yaşlı könüllülərin iştirakı ilə lamotricinin və okskarbazepinin istifadəsinin öyrənilməsi istiqamətində aparılan tədqiqatda oxşar effektlər meydana çıxmışdır; lakin, dozanın aşağı salınması öyrənilməmişdir. Məlumdur ki, lamotricini 200 mq dozada və okskarbazepini 1200 mq dozada istifadə edən sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatda aşkar edilmişdir ki, okskarbazepin lamotricinin metabolizmini dəyişmir və eləcədə, lamotricin də öz növbəsində, okskarbazepinin metabolizminin dəyişməsinə səbəb olmur. Sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatda aşkar edilmişdir ki, 10 gün müddətində sutkada 2 dəfə 1200 mq dozada felbamatın və sutkada 2 dəfə 100 mq dozada lamotricinin eyni zamanda istifadəsi, sonuncunun farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərməmişdir. Lamotricini qabapentinlə birlikdə və ya sərbəst şəkildə istifadə edən pasiyentlərdə plazma səviyyələrinin retrospektiv analizi nəticəsində əldə olunan məlumatlar əsasında aşkar edilmişdir ki, qabapentin lamotricinin klirensinin mövcud səviyyəsini dəyişmir. Məlumdur ki, plasebo nəzarətli klinik tədqiqatlar müddətində levetirasitam və lamotricin arasında potensial medikamentoz qarşılıqlı təsir, qan zərdabında hər iki preparatın konsentrasiyalarının səviyyəsinin qiymətləndirilməsi yolu ilə öyrənilmişdir. Əldə edilən məlumatlara əsasən, göstərilən maddələr bir birinin farmakokinetikasını dəyişmir. Preqabalinlə (sutkada 3 dəfə 200 mq dozada) birlikdə istifadə edildikdə, qan plazmasında lamotricinin stabil konsentrasiyası dəyişmir. Lamotricin və preqabalin arasında farmakokinetik qarşılıqlı təsir yoxdur. Topiramat lamotricinin plazma konsentrasiyasına təsir göstərmir. Lamotricinin istifadəsi, topiramatın konsentrasiyasının 15 % yüksəlməsinə səbəb olur. Tədqiqatlara əsasən məlumdur ki, epilepsiyanın müalicəsi məqsədi ilə 35 gün müddətində zonisamidin (200-400 mq/sutkada) lamotricinlə (150-500 mq/sutkada) birlikdə istifadəsi, lamotricinin farmakokinetikasına əhəmiyyətli təsir göstərməmişdir. Parsial qıcolma tutmaları qeyd olunan pasiyentlərin iştirakı ilə aparılan plasebo-nəzarətli klinik tədqiqatlarda eyni zamanda istifadə edildikdə, lakozamid (200, 400 və ya 600 mq/sutkada) qan plazmasında lamotricinin konsentrasiyasına heç bir təsir göstərməmişdir. Parsial və birincili generalizəolunmuş toniki-kloniki qıcolmalar qeyd olunan pasiyentlərdə perampanelin əlavə olaraq, eyni zamanda istifadəsinin 3 plasebo-nəzarətli klinik tədqiqatından əldə olunan məlumatlarına əsasən, perampanelin tədqiq olunan ən yüksək dozası (12 mq/sutkada) lamotricinin klirensinin 10 %-dən az yüksəlməsinə səbəb olmuşdur. Həmin effekt klinik əhəmiyyətli hesab edilmir. Digər epilepsiyaəleyhinə preparatların qan plazmasında konsentrasiyalarının dəyişməsi hallarının təsvir olunmasına baxmayaraq, tədqiqatlar nəticəsində əldə olunan məlumatlar onu göstərir ki, lamotricin, eyni zamanda istifadə olunan digər epilepsiyaəleyhinə preparatların qan plazmasınada konsentrasiyalarına heç bir təsir göstərmir. İn vitro şəraitdə aparılan tədqiqatların nəticələrində göstərilmişdir ki, lamotricin digər epilepsiyaəleyhinə preparatların qan zərdabının zülalları ilə birləşməsinə təsir göstərmir. Digər psixotrop preparatlarla qarşılıqlı təsirləri (həmçinin, “İstifadə qaydası və dozası” bölməsinə bax) Məlumdur ki, 20 pasiyent tərəfindən lamotricin 100 mq/sutkada və litium qlükonat 2 q dozada 6 gün müddətində eyni zamanda istifadə edildikdə, litiumun farmakokinetikası dəyişməmişdir. Bupropionun dəfələrlə təkrarlanan peroral dozalarının 12 pasiyentin iştirakı ilə aparılan tədqiqatda istifadəsi, lamotricinin farmakokinetikasına statistik əhəmiyyətli təsir göstərməmişdir, bununla belə, lamotricin qlükuronidin səviyyəsinin yalnız bir qədər yüksəlməsi müşahidə olunmuşdur. Sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatlardan məlumdur ki, olanzapinin 15 mq dozası, lamotricinin AUC əyrisi altındakı sahə göstəricisini və maksimal konsentrasiyasını (Cmax) orta hesabla, müvafiq olaraq, 24 % və 20 % aşağı salır. Göstərilən şiddətli effekt klinik təcrübədə nadir hallarda müşahidə olunur. Lamotricin 200 mq dozada, olanzapinin farmakokinetikasına təsir göstərmir. Lamotricinin sutkada 400 mq dəfələrlə təkrarlanan peroral dozaları, sutkada 2 dəfə istifadə edilən risperidonun farmakokinetikasına klinik əhəmiyyətli təsir göstərmir. Lamotricinlə birlikdə 2 mq risperidonun istifadəsi nəticəsində, yuxuya meylliliyin meydana çıxması barədə məlumatlar daxil olmuşdur. Mövcud məlumatlar göstərir ki, lamotricinin sərbəst istifadəsi zamanı yuxuya meyllilik vəziyyəti bir dəfə də aşkar edilməmişdir. Bipolyar pozğunluqlardan əziyyət çəkən 18 yetkin yaşlı pasiyentin iştirakı ilə aparılan klinik tədqiqatdan məlumdur ki, lamotricini (≥ 100 mq/sutkada) və dozanın 10 mq/kq-dan 30 mq/kq-a qədər tədricən artırılması ilə aripiprazolu 7 gün müddətində və sonra daha 7 gün müddətində istifadə etdikdə, lamotricinin Cmax və AUC göstəricilərinin təxminən 10 % aşağı düşməsi müşahidə olunmuşdur. Qeyd olunan dəyişikliklərin effektinin klinik əhəmiyyətə malik olması gözlənilmir. İn vitro şəraitdə aparılan eksperimentlərin nəticələrində göstərilmişdir ki, amitriptilin, bupropion, klonazepam, fluoksetin, haloperidol və ya lorazepam lamotricinin birincili metaboliti olan – 2-Nqlükuronidin formalaşmasına yalnız minimal dərəcədə təsir göstərir. İnsanın qaraciyər mikrosomlarında bufuralolun metabolizminin öyrənilməsi nəticəsində əldə olunan məlumatlara əsasən müəyyən etmək olar ki, lamotricin, əsasən CYP 2D6 izofermentinin vasitəsi ilə metabolizmə məruz qalan preparatların klirensini aşağı salmır. İn vitro şəraitdə aparılan eksperimentlərin nəticələri ehtimal etmək imkanı verir ki, klozapin, fenelzin, risperidon, sertralin və ya trazodon lamotricinin klirensinə təsir göstərə bilməz. Hormonal kontraseptivlərlə qarşılıqlı təsirləri Hormonal kontraseptivlərin lamotricinin farmakokinetikasına təsiri “Etinilestradiol 30 mkq/levonorgestrel 150 mkq” kombinasiyasının istifadəsi nəticəsində lamotricinin xaricolmasının təxminən 2 dəfə artması barədə məlumatlar mövcuddur ki, bu da öz növbəsində, lamotricinin AUC əyrisi altındakı sahə və Cmax göstəricilərinin orta hesabla, müvafiq olaraq, 52 % və 39 % aşağı düşməsinə gətirib çıxarır. Kontraseptivlərin istifadəsi zamanı həftəlik fasilə (kontraseptivsiz həftə adlandırılan) müddətində, qan zərdabında lamotricinin konsentrasiyası tədricən yüksəlmişdir və preparatların birlikdə istifadəsi ilə müqayisədə, təxminən 2 dəfə yüksək olan konsentrasiyaya çatmışdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “İstifadə qaydası və dozası” bölmələrinə bax). Lamotricinin hormonal kontraseptivlərin farmakokinetikasına təsiri Tədqiqatlara əsasən məlumdur ki, qadınlarda lamotricinin 300 mq sabit dozasının istifadəsi, peroral kontraseptiv preparatın kombinəedilmiş tabletinin tərkib hissəsi olan etinilestradiolun farmakokinetikasına təsir göstərməmişdir. Daimi olaraq, levonorgestrelin xaricolmasının bir qədər artması müşahidə olunmuşdur ki, bu da öz növbəsində, levonorgestrelin AUC əyrisi altındakı sahə və Cmax göstəricilərinin orta hesabla, müvafiq olaraq, 19 % və 12 % aşağı düşməsinə səbəb olmuşdur. Qan zərdabında progesteronun səviyyəsinin ölçülməsi nəticəsində heç bir qadında hormonal ovulyasiya simptomlarının olmamasının aşkar edilməsinə baxmayaraq, tədqiqat müddətində follikulstimuləedici hormonun və lüteinizəedici hormonun və estradiolun zərdab səviyyələrində qeyd olunan dəyişikliklər, bəzi qadınlarda yumurtalıqların hormonal aktivliyinin tormozlanmasını göstərmişdir. Follikulstimuləedici və lüteinizəedici hormonların zərdab səviyyələrində qeyd olunan dəyişikliklərin və levonorgestrelin xaricolmasının əhəmiyyətsiz artmasının yumurtalıqların ovulyator aktivliyinə təsiri məlum deyil (“İstifadə qaydası və dozası” bölməsinin “Xüsusi pasiyent qruplarında preparatın dozalanmasına dair ümumi tövsiyələr” hissəsində hormonal kontraseptivlərdən istifadə edən qadınlarda dozalanması və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinin “Hormonal kontraseptivlər” hissəsinə bax). Məlumdur ki, lamotricinin 300 mq sutkalıq dozasının təsiri tədqiq edilməmişdir. Həmçinin, digər hormonal kontraseptivlərin tədqiqatlarının aparılmaması barədə məlumatlar daxil olmuşdur.
Digər dərman preparatları ilə qarşılıqlı təsirləri
Rifampisin, qlükuronlaşmaya görə məsuliyyət daşıyan qaraciyər fermentlərinin induksiyası nəticəsində lamotricinin xaricolma sürətinə (yüksəldir) və yarımparçalanma dövrünə (qısaldır) təsir göstərir. Rifampisinlə müalicə qəbul edən pasiyentlərdə, lamotricinin və müvafiq qlükuronlaşma induktorlarının birlikdə istifadəsi üçün tövsiyə olunan müalicə rejimindən istifadə edilməlidir (“İstifadə qaydası və dozası” bölməsinə bax). Sağlam könüllülərin iştirakı ilə aparılan tədqiqatlardan əldə olunan məlumatlara əsasən, lopinavir/ritonavir qlükuronlaşmanın induksiyası yolu ilə lamotricinin plazma konsentrasiyasının təxminən 2 dəfə aşağı düşməsinə səbəb olur. Rifampisinlə, lopinavir/ritonavirlə eyni zamanda müalicə qəbul edən pasiyentlərdə, lamotricinin müvafiq qlükuronlaşma induktorları ilə birlikdə istifadəsi üçün tövsiyə olunan müalicə rejimindən istifadə etmək lazımdır. Atazanavirin/ritonavirin (300 mq/100 mq dozada) istifadəsi, qan plazmasında lamotricinin (100 mq dozada) AUC və Cmax göstəricilərinin orta hesabla, müvafiq olaraq, 32 % və 6 % aşağı düşməsinə səbəb olur. Lamotricinin üzvi kationların nəqledicilərinə 2 (ÜKN 2) təsirinin in vitro şəraitində aparılan tədqiqatlarında nümayiş etdirilmişdir ki, potensial klinik əhəmiyyətli konsentrasiyalarda ÜKN-2 inhibitoru N(2)-qlükuronid metaboliti deyil, lamotricin özüdür. Həmin məlumatlar onu göstərir ki, lamotricin, IC50 göstəriciləri, müvafiq olaraq, 53,8 μM və 186 μM olmaqla, ÜKN-2-nin daha güclü inhibitorudur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Laboratoriya testləri ilə qarşlıqlı təsirləri Lamotricinin, sidikdə bəzi dərman preparatlarının, xüsusilə, fensiklidinin tezliklə təyin edilməsi üçün istifadə olunan testlərlə qarşılıqlı təsirləri barədə məlumatlar daxil olmuşdur ki, bununla əlaqəli, həmin testlərin yanlış-müsbət nəticələri qeyd oluna bilər. Müsbət nəticələri təsdiq etmək məqsədi ilə, alternativ, daha spesifik kimyəvi üsuldan istifadə etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Epilepsiyaəleyhinə preparatların istifadəsi ilə əlaqəli ümumi risk Reproduktiv yaş dövründə olan qadınlar mütəxəssislə məsləhətləşməlidirlər. Qadın hamiləliyini planlaşdırdığı halda, epilepsiyaəleyhinə preparatların (EƏP-in) istifadəsinin mümkünlüyü nəzərdən keçirilməlidir. Epilepsiya əleyhinə müalicə qəbul edən qadınlar EƏP-in istifadəsinin qəflətən dayandırılmasından çəkinməlidirlər, çünki bu, epileptik tutmaların residivləşməsinə və həm qadın, həm də döl üçün ciddi nəticələrin meydana çıxmasına səbəb ola bilər. İstənilən halda, monoterapiyaya üstünlük verilməlidir – nəzərə almaq lazımdır ki, istifadə edilən EƏP-dən asılı olaraq, monoterapiya ilə müqayisədə, EƏP-in istifadəsi ilə kombinəolunmuş müalicə anadangəlmə qüsurların inkişaf etmə riskinin yüksəlməsi ilə əlaqəli ola bilər. Lamotricinin istifadəsi ilə əlaqəli risk Hamiləlik dövrü Hamiləlik dövrünün birinci trimestri müddətində lamotricini monoterapiya şəklində qəbul edən qadınlardan əldə olunan çoxsaylı (8700-dən artıq) məlumatlarda ciddi anadangəlmə inkişaf qüsurlarının, o cümlədən, oral yarıqların meydana çıxma riskinin əhəmiyyətli yüksəlməsi nümayiş etdirilməmişdir. Heyvanlar üzərində aparılan tədqiqatlarda preparatın embriofetal toksikliyi göstərilmişdir. Hamiləlik dövründə lamotricinlə müalicənin aparılmasına zərurət yarandığı hallarda, preparatı mümkün qədər minimal terapevtik dozada istifadə etmək tövsiyə olunur. Lamotricin dihidrofolatreduktaza fermentinə zəif inhibəedici təsir göstərir və bununla əlaqəli preparat fol turşusunun səviyyəsini aşağı salmaq yolu ilə nəzəri olaraq, embrional inkişafın pozulması riskinin yüksəlməsinə səbəb ola bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Bu səbəbdən, hamiləlik planlaşdırıldıqda və hamiləlik dövrünün erkən mərhələlərində fol turşusunun istifadəsinin zəruriliyinə diqqət yetirmək lazımdır. Hamiləlik dövründə orqanizmdə baş verən fizioloji dəyişikliklər lamotricinin səviyyəsinə və/və ya onun terapevtik effektinə təsir göstərə bilər. Hamiləlik dövründə lamotricinin səviyyəsinin aşağı düşməsi halları qeyd olunmuşdur ki, bu da tutmalar üzərində nəzarətin itirilməsi riskinin potensial yüksəlməsinə səbəb olmuşdur. Uşaq doğulduqdan sonra lamotricinin səviyyəsi, dozadan asılı əlavə reaksiyaların meydana çıxmasının potensial riski ilə sürətlə yüksələ bilər. Bu səbəbdən, hamiləlik baş verməzdən əvvəl, hamiləlik dövründə və doğuşdan sonra qan zərdabında lamotricinin səviyyəsi yoxlanılmalıdır. Zərurət yarandığı halda, lamotricinin qan zərdabında konsentrasiyasını hamiləlikdən əvvəlki səviyyədə saxlamaq məqsədi ilə lamotricinin dozasını dəyişdirmək və ya klinik vəziyyətə əsasən uyğunlaşdırmaq lazımdır. Uşaq doğulduqdan sonra əlavə olaraq, dozadan asılı əlavə reaksiyalar müşahidə edilməlidir. Laktasiya dövrü Lamotricinin ana südü ilə dəyişkən konsentrasiyalarda xaric olması barədə məlumatlar mövcuddur. Bu zaman yenidoğulmuş uşaqda lamotricinin səviyyəsi, anada qeyd olunan səviyyənin 50 %-nə çata bilər. Bu səbəbdən, ana südü ilə qidalanan bəzi uşaqlarda qan zərdabında lamotricinin səviyyəsi, farmakoloji effektin meydana çıxması ehtimal edilən səviyyələrə çata bilər. Bununla əlaqəli, uşaq üçün ana südü ilə qidalanmanın faydası və uşaqda əlavə reaksiyaların meydana çıxmasınının mümkün riski müqayisə edilməlidir. Lamotricinlə müalicə qəbul edən qadın körpəsini ana südü ilə qidalandırmağa qərar verdiyi halda, uşağı ciddi müşahidə altında saxlamaq və arzuolunmayan halların, məsələn, sedativ effektin, səpgilərin meydana çıxmasına və bədən kütləsinin kifayət qədər artmamasına nəzarət etmək lazımdır. Fertilliyi Məlumdur ki, heyvanlar üzərində aparılan reproduktiv tədqiqatların gedişində lamotricinin istifadəsi fertilliyin pozulmasına səbəb olmamışdır. Lamotricinin insan fertilliyinə təsiri barədə heç bir məlumat yoxdur.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Əldə olan məlumatlara əsasən lamotricinin görmə koordinasiyası, gözlərin hərəkəti, bədəni idarə etmək və subyektiv sedativ təsirilə əlaqədar olan effekti plasebodan fərqlənmir. Lamotricinlə müalicə dövründə başgicəllənmə və diplopiya mümkündür. Pasiyentlər lamotricinlə müalicəyə şəxsi reaksiyasını qiymətləndirilməli və lamotricinin qəbulu fonunda nəqliyyat idarə etmək və hərəkətli mexanizmlərlə işləməyin mümkün olmasını həkimlə məsləhətləşməlidirlər, belə ki, qıcolmaəlyhinə preparatlarla müalicəyə reaksiya fərdi fərqliliklə xarakterizə olunur.
LAMOTRİN ASİNO İstifadə qaydası və dozası
Lamotrin Asino preparatı tabletlərini çeynəmədən və bölmədən qəbul etmək lazımdır. Lamotricinin hesablanmış dozası (məsələn, epilepsiyadan əziyyət çəkən uşaqların və ya qaraciyər funksiyalarının pozulması qeyd olunan pasiyentlərin müalicəsi üçün) bütöv tabletlərə tam bölünmədiyi halda, istifadə edilən doza, bütöv tabletlərin ən yaxın kiçik miqdarına müvafiq olmalıdır. Lamotrin Asino preparatının uşaqlarda dozalanması mümkün olmadığı hallarda, lamotricinin digər dərman formasından və müvafiq dozalanmasından istifadə etmək lazımdır. Müalicənin yenidən başlanması Yüksək başlanğıc dozanın istifadəsi ilə əlaqəli səpgilərin meydana çıxma riskinin və lamotricinin dozasının artırılmasının tövsiyə olunan sxeminin aşılması riskinin mövcudluğunu nəzərə alaraq, müalicəni dayandıran pasiyentlərdə müalicəni yenidən başladıqda, dəstəkləyici dozanın artırılmasının zəruriliyi dəqiq müəyyən edilməlidir. Əvvəlki dozanın istifadəsindən sonra interval nə qədər uzun olarsa, dozanın dəstəkləyici doza səviyyəsinə qədər artırılması rejiminə xüsusi diqqət yetirmək lazımdır. Lamotricinin istifadəsi dayandırıldıqdan sonrakı interval, yarımxaricolma dövründən 5 dəfə artıq olduğu halda, lamotricinin dozasını, mövcud sxemə müvafiq, dəstəkləyici dozaya qədər artırmaq lazımdır. Lamotricinlə aparılan əvvəlki müalicə səpgilərin meydana çıxması ilə əlaqəli dayandırıldığı halda, lamotricinin istifadəsi ilə müalicəni təkrar başlamaq tövsiyə olunmur. Göstərilən vəziyyətdə preparatın təkrar təyin olunması barədə qərar qəbul etməzdən əvvəl, müalicənin gözlənilən faydasını və ehtimal edilən riski qiymətləndirmək lazımdır. Epilepsiya Aşağıda böyüklərdə və yaşı 13 və daha yuxarı olan uşaqlarda və eləcədə, 2 yaşdan 12 yaşa qədər uşaqlarda və yeniyetmələrdə dozanın tövsiyə olunan titrlənmə rejimləri və dəstəkləyici dozaların səviyyələri göstərilmişdir. Dəri üzərində səpgilərin meydana çıxma riskini nəzərə alaraq, preparatın başlanğıc dozasını və dozanın artırılma rejimini aşmaq olmaz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Eyni zamanda istifadə edilən antikonvulsantların (qıcolmaəleyhinə preparatların) və digər dərman preparatlarının istifadəsinin dayandırılmasının və ya əlavə olaraq, təyin edilməsinin lamotricinin farmakokinetikasına təsirini nəzərə almaq lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Böyüklərdə və yaşı 13 və daha yuxarı olan uşaqlarda epilepsiya zamanı preparatın dozalanma rejimi Müalicə sxemi І-ІІ həftə ІІІ-ІV həftə Adi dəstəkləyici doza Monoterapiya 25 mq/sutkada (gündə 1 dəfə) 50 mq/sutkada (gündə 1 dəfə) 100-200 mq/sutkada (1 və ya 2 dəfəyə qəbul edilir). Dəstəkləyici dozanın istifadəsi ilə terapevtik effekt əldə edilənə qədər dozanı, hər 1-2 həftədən bir 50-100 mq artırmaq olar. Bəzi pasiyentlərdə tələb olunan terapevtik effektin əldə edilməsi üçün 500 mq/sutkada dozanın istifadəsi tələb oluna bilər. Valproatların (lamotricinin qlükuronlaşmasının inhibitorları – “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) istifadəsi ilə birlikdə əlavə müalicənin aparılması Göstərilən dozalanma rejimi digər dərman preparatları ilə eyni zamanda aparılan müalicədən asılı olmayaraq, istifadə edilməlidir 12,5 mq/sutkada (günaşırı 25 mq) 25 mq/sutkada (gündə 1 dəfə) 100-200 mq/sutkada (1 və ya 2 dəfəyə qəbul edilir). Dəstəkləyici dozanın istifadəsi ilə terapevtik effekt əldə edilənə qədər dozanı, hər 1-2 həftədən bir 25-50 mq artırmaq olar. Valproatların istifadəsi olmadan, lakin, lamotricinin qlükuronlaşmasının induktorlarının istifadəsi ilə birlikdə əlavə müalicə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) Göstərilən dozalanma rejimi valproatlar istifadə edilmədiyi, lakin, aşağıda göstərilən dərman preparatları təyin olunduğu hallarda istifadə edilməlidir: fenitoin, karbamazepin, fenobarbital, primidon, rifampisin, lopinavir/ritonavir 50 mq/sutkada (gündə 1 dəfə) 100 mq/sutkada (2 dəfəyə bölünərək qəbul edilir) 200-400 mq/sutkada (2 dəfəyə bölünərək qəbul edilir). Dəstəkləyici dozanın istifadəsi ilə terapevtik effekt əldə edilənə qədər dozanı, hər 1-2 həftədən bir 100 mq artırmaq olar. Bəzi pasiyentlərdə tələb olunan terapevtik effektin əldə edilməsi üçün 700 mq/sutkada dozanın istifadəsi tələb oluna bilər Valproatların və lamotricinin qlükuronlaşmasının induktorlarının istifadəsi olmadan əlavə müalicə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) Göstərilən dozalanma rejimi lamotricinin qlükuronlaşması prosesinə əhəmiyyətli təsir göstərməyən digər dərman preparatlarının istifadəsi ilə eyni zamanda təyin olunmalıdır 25 mq/sutkada (gündə 1 dəfə) 50 mq/sutkada (gündə 1 dəfə) 100-200 mq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir). Dəstəkləyici dozanın istifadəsi ilə terapevtik effekt əldə edilənə qədər dozanı, hər 1-2 həftədən bir 50-100 mq artırmaq olar. Qeyd: lamotricinlə farmakokinetik qarşılıqlı təsirin xüsusiyyətləri məlum olmayan dərman preparatlarından istifadə edən pasiyentlərdə, valproatların istifadəsi zamanı tövsiyə olunan dozalanma rejimi istifadə edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) Cədvəl 3. 2 yaşdan 12 yaşa qədər uşaqlarda və yeniyetmələrdə epilepsiya zamanı preparatın dozalanma rejimi (ümumi sutkalıq doza, mq/kq bədən kütləsi) Müalicə sxemi І-ІІ həftə ІІІ-ІV həftə Adi dəstəkləyici doza Monoterapiya – tipik kiçik epileptik tutmaların müalicəsi 0,3 mq/kq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir) 0,6 mq/kq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir) 1-15 mq/kq/sutkada (1 və ya 2 dəfəyə qəbul edilir). Dəstəkləyici rejimin əldə edilməsi üçün doza terapevtik effekt əldə olunana qədər hər 1-2 həftədən bir 0,6 mq/kq/sutkada dozadan çox olmamaqla artırıla bilər. Maksimal dəstəkləyici doza 200 mq/sutkada təşkil edir. Valproatların (lamotricinin qlükuronlaşmasının inhibitorları – “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) istifadəsi ilə birlikdə əlavə müalicənin aparılması Göstərilən dozalanma rejimi digər dərman preparatları ilə eyni zamanda aparılan müalicədən asılı olmayaraq, istifadə edilməlidir 0,15 mq/kq/sutkada*( gündə 1 dəfə) 0,3 mq/kq/sutkada (gündə 1 dəfə) 1-5 mq/kq/sutkada (1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir). Dəstəkləyici rejimin əldə edilməsi üçün doza optimal effekt əldə olunana qədər hər 1-2 həftədən bir 0,3 mq/kq/sutkada dozadan çox olmamaqla artırıla bilər. Maksimal dəstəkləyici doza 200 mq/sutkada təşkil edir. Valproatların istifadəsi olmadan, lakin, lamotricinin qlükuronlaşmasının induktorlarının istifadəsi ilə birlikdə əlavə müalicə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) Göstərilən dozalanma rejimi valproatlar istifadə edilmədiyi, lakin, aşağıda göstərilən dərman preparatları təyin olunduğu hallarda istifadə edilməlidir: fenitoin, karbamazepin, fenobarbital, primidon, rifampisin, lopinavir/ritonavir 0,6 mq/kq/sutkada (2 dəfəyə bölünərək qəbul edilir) 1,2 mq/kq/sutkada (2 dəfəyə bölünərək qəbul edilir) 5-15 mq/kq/sutkada (1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir). Doza, dəstəkləyici doza əldə olunana qədər hər 1-2 həftədən bir 1,2 mq/kq-dan çox olmamaqla artırıla bilər. Maksimal dəstəkləyici doza 400 mq/sutkada təşkil edir. Valproatların və lamotricinin qlükuronlaşmasının induktorlarının istifadəsi olmadan əlavə müalicə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) Göstərilən dozalanma rejimi lamotricinin qlükuronlaşması prosesinə əhəmiyyətli təsir göstərməyən digər dərman preparatlarının istifadəsi ilə eyni zamanda təyin olunmalıdır 0,3 mq/kq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir) 0,6 mq/kq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir) 1-10 mq/kq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir). Doza, dəstəkləyici doza əldə edilənə qədər hər 1-2 həftədən bir 0,6 mq/kq-dan çox olmamaqla artırıla bilər. Maksimal dəstəkləyici doza 200 mq/sutkada təşkil edir. Qeyd: lamotricinlə farmakokinetik qarşılıqlı təsirin xüsusiyyətləri məlum olmayan dərman preparatlarından istifadə edən pasiyentlərdə, valproatların istifadəsi zamanı tövsiyə olunan dozalanma rejimi istifadə edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) * Valproatdan istifadə edən pasiyentlərdə preparatın hesablanmış sutkalıq dozası 1 mq və ya daha çox, lakin, 2 mq-dan az olduğu halda, lamotricinin dispersləşən tabletlərinin ilk 2 həftə müddətində günaşırı 2 mq dozada istifadəsinə icazə verilir. Valproatdan istifadə edən pasiyentlərdə preparatın hesablanmış dozası 1 mq-dan aşağı olduqda, lamotricindən istifadə etmək tövsiyə olunmur. Dəstəkləyici terapevtik dozanın təmin edilməsi üçün uşağın bədən kütləsinə nəzarət etmək və bədən kütləsi dəyişdiyi halda, preparatın dozasını korreksiya etmək lazımdır. 2 yaşdan 6 yaşa qədər uşaqlarda dəstəkləyici dozanın tövsiyə olunan diapazonun yuxarı həddində olacağı ehtimal edilir. Epilepsiya tutmalarına nəzarət köməkçi müalicə vasitəsi ilə əldə edildiyi halda, eyni zamanda təyin edilən EƏP-in istifadəsi dayandırıla bilər və pasiyent lamotricinlə monoterapiyanı davam etdirə bilər. 2 yaşa qədər uşaqlar 1 aydan 2 yaşa qədər uşaqlarda parsial tutmaların əlavə müalicə vasitəsi şəklində lamotricinin istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə kifayət qədər məlumatın olmamasını nəzərə alaraq, həmin yaş kateqoriyasından olan pasiyentlərdə preparatın istifadəsi tövsiyə olunmur. Klinik zərurət əsasında lamotricinlə müalicə barədə qərar qəbul edildiyi halda, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində qeyd olunan göstərişlərlə tanış olmaq lazımdır. Bipolyar pozğunluq Yaşı 18 və daha yuxarı olan böyüklərdə preparatın tövsiyə olunan dəstəkləyici dozaları və titrlənmə rejimi aşağıdakı cədvəldə göstərilmişdir. Dozanın dəstəkləyici dozaya qədər titrlənməsi baş verən keçid rejimi 6 həftə müddətində davam edir . Bundan sonra, klinik göstərişlər mövcud olduğu halda, digər psixotrop preparatların və/və ya EƏP-in istifadəsi dayandırıla bilər ). Digər psixotrop preparatların və/və ya antikonvulsantların əlavə edilməsi zamanı preparatın dozasının korreksiyası həmçinin, aşağıdakı cədvəldə göstərilmişdir . Dəri üzərində səpgilərin meydana çıxma riskindən qaçınmaq məqsədi ilə preparatın başlanğıc dozasını və dozanın titrlənmə templərini aşmaq olmaz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Cədvəl 4. Yaşı 18 və daha yuxarı olan pasiyentlərdə bipolyar pozğunluğun müalicəsi zamanı preparatın tövsiyə olunan dəstəkləyici sutkalıq dozaları və dozaların titrlənmə rejimləri Müalicə sxemi I-II həftə III-IV həftə V həftə Məqsədli dəstəkləyici doza (VI həftə)* Lamotricinlə monoterapiya və ya valproatların və lamotricinin qlükuronlaşmasının induktorlarının istifadəsi olmadan əlavə müalicə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Göstərilən dozalanma rejimi lamotricinin qlükuronlaşması prosesinə əhəmiyyətli təsir göstərməyən digər dərman preparatlarının istifadəsi ilə eyni zamanda təyin olunmalıdır 25 mq/sutkada (gündə 1 dəfə) 50 mq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir) 100 mq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir) 200 mq/sutkada – adi dəstəkləyici doza (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir). Məlumdur ki, klinik tədqiqatlarda 100-400 mq/sutkada diapazonda dozalardan istifadə edilmişdir Valproatların (lamotricinin qlükuronlaşmasının inhibitorları – “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) istifadəsi ilə əlavə müalicənin aparılması Göstərilən dozalanma rejimi digər dərman preparatları ilə eyni zamanda aparılan müalicədən asılı olmayaraq, valproatlarla birlikdə istifadə edilməlidir 12,5 mq/sutkada (günaşırı 25 mq qəbul edilir) 25 mq/sutkada (gündə 1 dəfə) 50 mq/sutkada (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir) 100 mq/sutkada – adi dəstəkləyici doza (gündə 1 dəfə və ya 2 dəfəyə bölünərək qəbul edilir). 200 mq/sutkada – maksimal doza – klinik cavabdan asılı olaraq, təyin edilə bilər Valproatların istifadəsi olmadan, lakin, lamotricinin qlükuronlaşmasının induktorlarının istifadəsi ilə birlikdə əlavə müalicə (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Göstərilən dozalanma rejimi valproatlar istifadə edilmədiyi, lakin, aşağıda göstərilən dərman preparatları təyin olunduğu hallarda istifadə edilməlidir: fenitoin, karbamazepin, fenobarbital, primidon, rifampisin, lopinavir/ritonavir 50 mq/sutkada (gündə 1 dəfə) 100 mq/sutkada (2 dəfəyə bölünərək qəbul edilir) 200 mq/sutkada (2 dəfəyə bölünərək qəbul edilir) Preparatın istifadəsinin 6-cı həftəsində 300 mq/sutkada. Zərurət yarandığı halda, optimal effektin əldə olunması üçün preparatın istifadəsinin 7-ci həftəsində doza 400 mq/sutkada dozaya qədər artırıla bilər (2 dəfəyə bölünərək qəbul edilir). Qeyd: lamotricinlə farmakokinetik qarşılıqlı təsirin xüsusiyyətləri məlum olmayan dərman preparatlarından istifadə edən pasiyentlərdə, valproatların istifadəsi zamanı tövsiyə olunan dozalanma rejimi istifadə edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) * Klinik cavabdan asılı olaraq, dəstəkləyici doza dəyişə bilər. Yaşı 18 və daha yuxarı olan pasiyentlərdə bipolyar pozğunluğun müalicəsi üçün eyni zamanda istifadə edilən dərman preparatlarının istifadəsi dayandırıldıqdan sonra, preparatın dəstəkləyici stabilləşdirici sutkalıq dozaları. Stabilləşdirici sutkalıq doza əldə edildiyi halda, digər dərman preparatlarının istifadəsi aşağıda göstərilən sxem üzrə dayandırıla bilər. Müalicə sxemi Lamotricinin cari stabilləşdirici dozası (istifadəsi dayandırılmazdan əvvəl) I həftə (preparatın istifadəsinin dayandırılmasının başlanması) II həftə III həftə və növbəti həftələr* Lamotricinin başlanğıc dozasından asılı olaraq, valproatın (lamotricinin qlükuronlaşmasının inhibitoru – “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) istifadəsinin dayandırılması Valproatların istifadəsi dayandırıldıqda, stabilləşdirici dozanı 100 mq/həftədə dozadan çox olmamaqla, 2 qat artırmaq lazımdır 100 mq/sutkada 200 mq/sutkada 200 mq/sutkada (2 dəfəyə bölünərək qəbul edilir) 200 mq/sutkada 300 mq/sutkada 400 mq/sutkada 400 mq/sutkada Lamotricinin başlanğıc dozasından asılı olaraq, lamotricinin qlükuronlaşmasının induktorlarının istifadəsinin dayandırılması (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) Göstərilən dozalanma rejimi aşağıda göstərilən dərman preparatlarının istifadəsi dayandırıldığı hallarda istifadə edilməlidir: fenitoin, karbamazepin, fenobarbital, primidon, rifampisin, lopinavir/ritonavir 400 mq/sutkada 400 mq/sutkada 300 mq/sutkada 200 mq/sutkada 300 mq/sutkada 300 mq/sutkada 225 mq/sutkada 150 mq/sutkada 200 mq/sutkada 200 mq/sutkada 150 mq/sutkada 100 mq/sutkada Lamotricinin qlükuronlaşmasına əhəmiyyətli təsir göstərməyən dərman preparatlarının istifadəsinin dayandırılması (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Göstərilən dozalanma rejimi lamotricinin qlükuronlaşması prosesinə əhəmiyyətli təsir göstərməyən digər dərman preparatlarının istifadəsi dayandırıldığı hallarda təyin olunmalıdır Titrlənmə prosesində əldə olunan məqsədli dozanın (200 mq/sutkada, 2 dəfəyə bölünərək qəbul edilir) dəstəklənməsi tələb olunur. Dozalar diapazonu 100-400 mq/sutkada. Qeyd: lamotricinlə farmakokinetik qarşılıqlı təsirin xüsusiyyətləri məlum olmayan dərman preparatlarından istifadə edən pasiyentlərdə, valproatların istifadəsi zamanı tövsiyə olunan dozalanma rejimi istifadə edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) * Zərurət yarandığı halda, preparatın dozası 400 mq/sutkada göstəriciyə qədər artırıla bilər. Yaşı 18 və daha yuxarı olan pasiyentlərdə bipolyar pozğunluğun müalicəsi üçün digər dərman preparatlarının əlavə edilməsi ilə lamotricinin dəstəkləyici stabilləşdirici sutkalıq dozaları. Digər dərman preparatları ilə təyin edildikdə, lamotricinin sutkalıq dozasının korreksiyasına dair klinik təcrübə yoxdur. Lakin, dərman preparatlarının qarşılıqlı təsirlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar əsasında aşağıda göstərilənlər tövsiyə edilə bilər. Müalicə sxemi Lamotricinin cari stabilləşdirici dozası (yeni dərman preparatı əlavə edilməzdən əvvəl) I həftə (yeni dərman preparatının əlavə edilməsinin başlanması) II həftə III həftə və növbəti həftələr Lamotricinin başlanğıc dozasından asılı olaraq, valproatın (lamotricinin qlükuronlaşmasının inhibitoru – “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) əlavə edilməsi Göstərilən dozalanma rejimi, digər dərman preparatlarının istifadəsindən asılı olmayaraq, valproat əlavə edildiyi halda istifadə olunmalıdır 200 mq/sutkada 100 mq/sutkada Göstərilən dozanın dəstəklənməsi tələb olunur (100 mq/sutkada) 300 mq/sutkada 150 mq/sutkada Göstərilən dozanın dəstəklənməsi tələb olunur (150 mq/sutkada) 400 mq/sutkada 200 mq/sutkada Göstərilən dozanın dəstəklənməsi tələb olunur (200 mq/sutkada) Valproatdan istifadə etməyən pasiyentlərdə lamotricinin başlanğıc dozasından asılı olaraq, lamotricinin qlükuronlaşmasının induktorlarının əlavə edilməsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Göstərilən dozalanma rejimi valproatlar istifadə edilmədiyi, lakin, aşağıda göstərilən dərman preparatları təyin olunduğu hallarda istifadə edilməlidir: fenitoin, karbamazepin, fenobarbital, primidon, rifampisin, lopinavir/ritonavir 200 mq/sutkada 200 mq/sutkada 300 mq/sutkada 400 mq/sutkada 150 mq/sutkada 150 mq/sutkada 225 mq/sutkada 300 mq/sutkada 100 mq/sutkada 100 mq/sutkada 150 mq/sutkada 200 mq/sutkada Lamotricinin qlükuronlaşmasına əhəmiyyətli təsir göstərməyən dərman preparatlarının əlavə edilməsi (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Göstərilən dozalanma rejimi lamotricinin qlükuronlaşması prosesinə əhəmiyyətli təsir göstərməyən digər dərman preparatları əlavə edildiyi hallarda istifadə olunmalıdır Titrlənmə prosesində əldə olunan məqsədli dozanın (200 mq/sutkada) dəstəklənməsi tələb olunur. Dozalar diapazonu 100-400 mq/sutkada. Qeyd: lamotricinlə farmakokinetik qarşılıqlı təsirin xüsusiyyətləri məlum olmayan dərman preparatlarından istifadə edən pasiyentlərdə, valproatların istifadəsi zamanı tövsiyə olunan dozalanma rejimi istifadə edilməlidir (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax) Bipolyar pozğunluqlardan əziyyət çəkən pasiyentlərdə lamotricinin istifadəsinin dayandırılması Preparatın istifadəsi qəflətən dayandırıldıqdan sonra, plasebo ilə müqayisədə, əlavə reaksiyaların baş vermə tezliyinin, ağırlıq dərəcəsinin artması və ya növünün dəyişməsi qeyd olunmamışdır. Bu səbəbdən, dozanı tədricən aşağı salmadan, preparatın istifadəsini dərhal dayandırmaq mümkündür. Uşaqlar (18 yaşa qədər) Bipolyar pozğunluqlardan əziyyət çəkən uşaqlarda (18 yaşa qədər) lamotricinin istifadəsi tövsiyə olunmur; çünki, preparatın istifadəsinin dayandırılmasının öyrənilməsi istiqamətində aparılan randomizəolunmuş tədqiqatlarda preparatın əhəmiyyətli effektivliyi nümayiş etdirilməmişdir və suisidallıq səviyyəsinin yüksəlməsi qeyd olunmuşdur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Xüsusi pasiyent qruplarında preparatın dozalanmasına dair ümumi tövsiyələr Hormonal kontraseptivlərdən istifadə edən qadınlar Məlumdur ki, etinilestradiol/levonorgestrel (30 mkq/150 mkq) kombinasiyasının istifadəsi lamotricinin klirensinin təxminən 2 dəfə yüksəlməsinə səbəb olur ki, bu da lamotricinin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Titrlənmədən sonra, maksimal terapevtik effektin əldə edilməsi üçün, lamotricinin daha yüksək (demək olar ki, 2 dəfə yüksək) dəstəkləyici dozalarının istifadəsi tələb oluna bilər. Preparat istifadə edilməyən həftə müddətində, lamotricinin səviyyəsinin 2 dəfə yüksəlməsi müşahidə olunmuşdur. Dozadanasılı əlavə reaksiyalar istisna edilməməlidir. Bu səbəbdən, əsas müalicə xətti kimi, preparatın 1 həftə müddətində qəbulunun dayandırılması nəzərdə tutulmayan kontraseptiv preparatların istifadəsinin mümkünlüyünü nəzərdən keçirmək lazımdır (məsələn, hormanal kontraseptivlərin daimi qəbulu və ya qeyri-hormonal kontrasepsiya üsullarının istifadəsi; “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Lamotricinin dəstəkləyici dozalarından artıq istifadə edən və lamotricinin qlükuronlaşmasının induktorlarından istifadə etməyən pasiyentlərdə hormonal kontraseptivlərlə müalicə kursunun başlanması Bir çox hallarda, lamotricinin dəstəkləyici dozasının 2 dəfə artırılması tələb oluna bilər. Hormonal kontraseptivlərin istifadəsinə başladıqdan sonra, müalicəyə qarşı fərdi klinik cavaba müvafiq olaraq, lamotricinin dozasının həftədə 50 mq/sutkadan 100 mq/sutkaya qədər artırılması tövsiyə olunur. Yalnız müalicəyə qarşı klinik cavaba müvafiq olaraq, dozanın qeyd olunduğu kimi artırılması üçün zərurət yarandığı hallar istisna olmaqla, dozanın artırılması göstərilən səviyyəni aşmamalıdır. Hormonal kontraseptivlərin istifadəsindən əvvəl və sonra qan zərdabında lamotricinin konsentrasiyasını müəyyən etməklə, lamotricinin əsas konsentrasiyasının dəstəklənməsini təsdiq etmək mümkündür. Zərurət yarandığı halda, doza uyğunlaşdırılmalıdır. Bir həftəlik qeyri-aktiv müalicənin (tabletlərin istifadəsi dayandırılan həftə) aparılması nəzərdə tutulan hormonal preparatlardan istifadə edən qadınlarda, qan zərdabında lamotricinin səviyyəsinin müayinəsini aktiv müalicənin 3-cü həftəsi müddətində, yəni tabletlərin istifadəsi siklinin 15-ci günündən 21- ci gününə qədər aparmaq lazımdır. Əsas müalicə xətti kimi, tabletlərin 1 həftə müddətində qəbulunun dayandırılması nəzərdə tutulmayan kontraseptiv preparatların istifadəsinin mümkünlüyü nəzərdən keçirilməlidir (məsələn, hormonal kontraseptivlərin daimi qəbulu və ya qeyri-hormonal kontrasepsiya üsullarının istifadəsi; “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Lamotricinin dəstəkləyici dozalarından artıq istifadə edən və lamotricinin qlükuronlaşmasının induktorlarından istifadə etməyən pasiyentlərdə hormonal kontraseptivlərlə müalicə kursunun dayandırılması Bir çox hallarda, lamotricinin dəstəkləyici dozasının 50 %-ə qədər aşağı salınması tələb oluna bilər (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə bax). Müalicəyə qarşı fərdi klinik cavaba müvafiq digər göstəriş olmadığı halda, lamotricinin sutkalıq dozasının 3 həftə müddətində, hər həftə 50 mq-dan 100 mq-a qədər (həftə ərzində ümumi dozanın 25 %-dən çox olmamaqla) tədricən aşağı salınması tövsiyə olunur. Hormonal kontraseptivlərin istifadəsindən əvvəl və sonra qan zərdabında lamotricinin konsentrasiyasını müəyyən etməklə, lamotricinin əsas konsentrasiyasının dəstəklənməsini təsdiq etmək mümkündür. Zərurət yarandığı halda, doza uyğunlaşdırılmalıdır. Bir həftəlik qeyri-aktiv müalicənin (tabletlərin istifadəsi dayandırılan həftə) aparılması nəzərdə tutulan hormonal preparatlardan istifadə edən qadınlarda, qan zərdabında lamotricinin səviyyəsinin müayinəsini aktiv müalicənin 3-cü həftəsi müddətində, yəni tabletlərin istifadəsi siklinin 15-ci günündən 21- ci gününə qədər aparmaq lazımdır. Lamotricinin səviyyəsini qiymətləndirmək məqsədi ilə kontraseptivlərin istifadəsi dayandırıldıqdan sonra 1-ci həftə müddətində sınaqlar götürülməməlidir. Hormonal kontraseptivlərdən artıq istifadə edən qadınlarda lamotricinlə müalicənin başlanması Dozanın artırılması cədvəllərdə göstərilən standart dozalara dair tövsiyələrə müvafiq olmalıdır. Lamotricinin dəstəkləyici dozalarından artıq istifadə edən və eləcədə, lamotricinin qlükuronlaşmasının induktorlarından istifadə edən pasiyentlərdə hormonal kontraseptivlərin istifadəsinin başlanması və dayandırılması Lamotricinin tövsiyə olunan dəstəkləyici dozasının korreksiyası mütləq deyildir. Preparatın atazanavirlə/ritonavirlə birlikdə istifadəsi Atazanavirlə/ritonavirlə aparılan müalicəyə əlavə edildiyi halda, lamotricinin tövsiyə olunan dozasının korreksiyası mütləq deyildir. Lamotrin Asino dərman preparatının dəstəkləyici dozalarından artıq istifadə edən və qlükuronlaşma induktorlarından istifadə etməyən pasiyentlərdə, müalicəyə atazanavir/ritonavir əlavə edildiyi halda, Lamotrin Asino preparatının dozasını artırmaq və ya atazanavirlə/ritonavirlə müalicə dayandırıldığı təqdirdə, preparatın dozasını aşağı salmaq olar. Lamotricinin dozasının korreksiyasının zəruriliyini müəyyən etmək məqsədi ilə, atazanavirin/ritonavirin istifadəsinə başlamazdan əvvəl və müalicəyə başladıqdan sonra 2 həftə müddətində və ya istifadəsi dayandırıldıqdan sonra, qan plazmasında lamotricinin səviyyəsinə nəzarət etmək lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Lopinavirlə/ritonavirlə eyni zamanda istifadəsi Lopinavirlə/ritonavirlə aparılan müalicəyə əlavə edildiyi halda, lamotricinin tövsiyə olunan dozasının korreksiyası mütləq deyildir. Lamotricinin dəstəkləyici dozalarından artıq istifadə edən və qlükuronlaşma induktorlarından istifadə etməyən pasiyentlərdə, müalicəyə lopinavir/ritonavir əlavə edildiyi halda, lamotricinin dozasının artırılması, lopinavirin/ritonavirin istifadəsi dayandırıldığı təqdirdə isə – dozanın aşağı salınması tələb oluna bilər. Lamotricinin dozasının korreksiyasının zəruriliyini müəyyən etmək məqsədi ilə, lopinavirin/ritonavirin istifadəsinə başlamazdan əvvəl və müalicəyə başladıqdan sonra 2 həftə müddətində və ya istifadəsi dayandırıldıqdan sonra, qan plazmasında lamotricinin səviyyəsinin monitorinqini aparmaq lazımdır (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə bax). Yaşlı pasiyentlər (65 yaşdan yuxarı) Preparatın dozasının korreksiyası tələb olunmur. Göstərilən yaş qrupunda lamotricinin farmakokinetikası, 65 yaşa qədər olan pasiyentlərin farmakokinetikasından fərqlənmir. Qaraciyər çatışmazlığı Preparatın başlanığıc dozasını, dozasının artırılmasını və dəstəkləyici dozasını ümumilikdə, mülayim qaraciyər çatışmazlığı (Çayld-Pyu şkalasına əsasən B dərəcəli) qeyd olunan pasiyentlərdə 50 % və ağır qaraciyər çatışmazlığı (Çayld-Pyu şkalasına əsasən C dərəcəli) qeyd olunan pasiyentlərdə 75 % aşağı salmaq lazımdır. Dozanın artırılması və dəstəkləyici doza klinik effektə müvafiq korreksiya edilməlidir. Böyrək çatışmazlığı Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərə preparatı təyin etdikdə, ehtiyat tədbirlərinə riayət etmək lazımdır. Böyrək çatışmazlığının terminal mərhələsi qeyd olunan pasiyentlərin müalicəsi aparıldıqda, lamotricinin başlanğıc dozası epilepsiyaəleyhinə müalicənin fərdi sxeminə əsaslanır, ağır böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərin müalicəsi üçün, lamotricinin dəstəkləyici dozası aşağı salınmalıdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Uşaqlar Lamotricinin 2 yaşa qədər uşaqların müalicəsi üçün monoterapiya vasitəsi şəklində və ya 1 aya qədər uşaqların müalicəsi üçün əlavə müalicə şəklində təsiri öyrənilməmişdir. Lamotricinin 1 aydan 2 yaşa qədər uşaqlarda parsial tutmaların əlavə müalicə vasitəsi şəklində istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir. Bu səbəbdən, həmin yaş kateqoriyasından olan uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur. Bipolyar pozğunluqlardan əziyyət çəkən uşaqlarda (18 yaşa qədər) preparatın effektivliyinin müəyyən edilməməsini və suisidal niyyətlərin meydana çıxma riskinin yüksəlməsini nəzərə alaraq, həmin pasiyentlərdə lamotricinin istifadəsi göstəriş deyildir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax).
Əlavə təsirləri
Epilepsiya və bipolyar pozğunluqlar zamanı dərman preparatının istifadəsi ilə əlaqəli arzuolunmayan reaksiyaların siyahısı, nəzarət olunan klinik tədqiqatların gedişində və dərman preparatının klinik istifadəsi təcrübəsində əldə olunan məlumatlar əsasında tərtib edilmişdir. Arzuolunmayan reaksiyalar aşağıda göstərilən cədvəldə sadalanmışdır. Arzuolunmayan reaksiyaların başvermə tezliyi epilepsiyanın (“*” nişanı ilə qeyd olunmuşdur) və bipolyar pozğunluğun (“§” nişanı ilə qeyd olunmuşdur) monoterapiyasının öyrənilməsi istiqamətində aparılan nəzarət olunan klinik tədqiqatların gedişində müəyyən edilmişdir. Epilepsiya və bipolyar pozğunluq qeyd olunan pasiyentlərin iştirakı ilə aparılan klinik tədqiqatların gedişində müşahidə olunan arzuolunmayan reaksiyaların tezliyi fərqli olduğu halda, ən yüksək tezlik kateqoriyası göstərilmişdir. Nəzarət olunan klinik tədqiqatların məlumatları olmadığı halda, arzuolunmayan reaksiyaların inkişaf etmə tezliyi barədə nəticə dərman preparatının klinik istifadə təcrübəsi əsasında çıxarılmışdır. Əlavə effektlərin meydana çıxma tezliyinin qiymətləndirilməsi üçün aşağıda göstərilən təsnifat istifadə edilmişdir: çox tez-tez (≥ 1/10), teztez (≥ 1/100-dən, < 1/10-ə qədər), bəzən (≥ 1/1000-dən, < 1/100-ə qədər), nadir hallarda (≥ 1/10000-dən, < 1/1000-ə qədər), çox nadir hallarda (< 1/10000). Dəridə və dərialtı toxumalarda baş verən pozğunluqlar: çox tez-tez – dəri üzərində səpgilər5*§; bəzən – alopesiya, fotohəssaslıq reaksiyaları; nadir hallarda – Stivens-Conson sindromu§ ; çox nadir hallarda – toksik epidermal nekroliz, eozinofiliya və sistem simptomlarla müşayiət olunan dərman reaksiyası. Qan və limfa sistemində baş verən pozğunluqlar: çox nadir hallarda – hematoloji dəyişikliklər1 (neytropeniya, leykopeniya, anemiya, trombositopeniya, pansitopeniya, aplastik anemiya, aqranulositoz daxil olmaqla), hemofaqositar limfohistiositoz (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); məlum deyil – limfadenopatiya1 . İmmun sistemdə baş verən pozğunluqlar: çox nadir hallarda – hiperhəssaslıq sindromu2 ; məlum deyil – hipoqammaqlobulinemiya. Psixikada baş verən pozğunluqlar: tez-tez – qıcıqlanma, aqressivlik; çox nadir hallarda – tiklər, hallyusinasiyalar və şüurun dumanlanması; məlum deyil – dəhşətli yuxugörmələr. Sinir sistemində baş verən pozğunluqlar: çox tez-tez – baş ağrısı§ ; tez-tez – yuxuya meyllilik*§ , yuxusuzluq* , başgicəllənmə*§, tremor* , həyəcanlılıq vəziyyəti§ ; bəzən – ataksiya* ; nadir hallarda – nistaqm* , aseptik meningit (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax); çox nadir hallarda – qərarsızlıq, hərəki pozğunluqlar, Parkinson xəstəliyinin kəskinləşməsi3 , ekstrapiramid effektlər, xoreoatetoz* , tutmaların başvermə tezliyinin yüksəlməsi. Görmə orqanlarında baş verən pozğunluqlar: bəzən – diplopiya* , gözlərin önündə örtük* ; nadir hallarda – konyuktivit. Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: tez-tez – ürəkbulanma*, qusma*, diareya*, ağızda quruluq§ . Hepatobiliar sistemdə baş verən pozğunluqlar: çox nadir hallarda – funksional qaraciyər sınaqlarının göstəricilərinin yüksəlməsi, qaraciyər funksiyalarının pozğunluqları4 , qaraciyər çatışmazlığı. Dayaq-hərəkət sistemində və birləşdirici toxumada baş verən pozğunluqlar: tez-tez – artralgiya§ ; çox nadir hallarda – sistem qırmızı qurdeşənəyi simptomları. Böyrəklərdə və sidik-ifrazat yollarında baş verən pozğunluqlar: məlum deyil – tubulointestinal nefrit, uveitlə müşayiət olunan tubulointestinal nefrit. Ümumi pozğunluqlar: tez-tez – yorğunluq*, ağrı§ , bel nahiyəsində ağrı§ . Bəzi arzuolunmayan reaksiyaların təsviri 1 Hematoloji pozğunluqlar və limfadenopatiya eozinofiliya və sistem simptomlarla müşayiət olunan dərman reaksiyası (DRESS)/hiperhəssaslıq sindromu ilə əlaqəli ola bilər və ya bunlar arasında heç bir əlaqə müşahidə olunmaya bilər (“İmmun sistemdə baş verən pozğunluqlar” hissəsinə bax). 2 Bundan əlavə, dəri üzərində səpgilər – qızdırma, limfadenopatiya, üz nahiyəsinin ödemi, qan dəyişiklikləri, qaraciyər və böyrək funksiyalarının pozğunluqları da daxil olmaqla, müxtəlif sistem təzahürlərlə əlaqəli hiperhəssaslıq sindromunun (DRESS) bir hissəsidir. Sindrom ağırlıq dərəcəsinə görə fərqli gedişlidir və nadir hallarda DDLS sindromun (disseminasiyaolunmuş damardaxili laxtalanma sindromunun) və poliorqan çatışmazlığının inkişaf etməsinə gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, hətta aşkar səpgi əlamətləri mövcud olmadığı hallarda belə, hiperhəssaslığın erkən təzahürləri (o cümlədən, qızdırma, limfadenopatiya) müşahidə edilə bilər. Oxşar simptomlar inkişaf etdikdə, pasiyent dərhal həkim tərəfindən müayinə olunmalıdır və simptomların inkişaf etməsinin digər səbəbi təsdiq edilmədiyi halda, lamotricinin istifadəsi dayandırılmalıdır. 3 Klinik təcrübədə göstərilən reaksiyalar digər klinik vəziyyətlərdə də müşahidə olunmuşdur. Qeyd olunmuşdur ki, Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərdə lamotricin parkinsonizm simptomlarının pisləşməsinə səbəb ola bilər və bu vəziyyət qeyd olunmayan pasiyentlərdə ekstrapiramid effektlər və xoreoatetoz barədə bəzi məlumatlar mövcuddur. 4 Qaraciyər funksiyalarının pozğunluqları adətən, hiperhəssaslıq simptomları ilə birlikdə inkişaf edir, bununla belə, tək-tək hallarda, aşkar hiperhəssaslıq əlamətləri olmadıqda belə qeyd olunmuşdur. 5 Böyüklərin iştirakı ilə aparılan klinik tədqiqatlarda dəri səpgilərinin inkişaf etmə tezliyi lamotricindən istifadə edən pasiyentlərdə 8-12 %, plasebo qəbul edən pasiyentlərdə isə 5-6 % təşkil etmişdir. Halların 2 %-də dəri üzərində səpgilərin meydana çıxması lamotricinin istifadəsinin dayandırılmasına səbəb olmuşdur. Səpgilər əsasən makulo-papulyoz xarakter daşıyır və adətən, müalicə başladıqdan sonra ilk 8 həftə müddətində meydana çıxır və lamotricinin istifadəsi dayandırıldıqdan sonra aradan qalxır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Stivens-Conson sindromu, toksik epidermal nekroliz (Layell sindromu) və eozinofiliya və sistem təzahürlərlə müşayiət olunan dərman preparatına qarşı reaksiya (DRESS-sindrom) da daxil olmaqla, ağır, həyat üçün potensial olaraq təhlükəli dəri zədələnmələrinin inkişaf etməsi halları barədə məlumatlar mövcuddur. Bir çox hallarda, lamotricinin istifadəsi dayandırıldıqdan sonra simptomların geri inkişaf etməsinə baxmayaraq, bəzi pasiyentlərdə geri dönməyən çapıqlar, nadir hallarda isə ölüm nəticələri də qeydə alınmışdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax). Dəri üzərində səpgilərin inkişaf etməsinin ümumi riski aşağıda göstərilənlərlə əhəmiyyətli dərəcədə əlaqəlidir: - lamotricinin yüksək başlanğıc dozası və lamotricinin dozalarının tövsiyə olunan artırılma templərinin aşılması (“İstifadə qaydası və dozası” bölməsinə bax); - eyni zamanda valproatın təyin edilməsi (“İstifadə qaydası və dozası” bölməsinə bax). Səpgilərin inkişaf etməsi həmçinin, müxtəlif sistem təzahürlərlə əlaqəli olan hiperhəssaslıq sindromunun əlaməti kimi nəzərə alınmışdır (“İmmun sistemdə baş verən pozğunluqlar” hissəsinə bax). Lamotricinlə uzunmüddətli müalicə qəbul edən pasiyentlərdə sümüklərin mineral sıxlığının aşağı düşməsi, osteopeniya, osteoporoz və sınıqlar barədə məlumatlar mövcuddur. Lamotricinin sümük toxumasında maddələr mübadiləsinə təsirinin mexanizmi müəyyən edilməmişdir.
Doza həddinin aşılması
Simptomları Preparatı maksimal terapevtik dozalardan 10-20 dəfə yüksək dozalarda istifadə etdikdə, ölümlə nəticələnən hallar da daxil olmaqla, doza həddinin kəskin aşılması halları barədə məlumatlar mövcuddur. Doza həddinin aşılmasının simptomları: ataksiya, nistaqm, şüur pozğunluqları, böyük epileptik tutmalar, koma, elektrokardioqrammada QRS intervalının genişlənməsi (mədəcikdaxili keçiriciliyin lənginməsi). QRS kompleksin 100 msan-dan artıq genişlənməsi dərman preparatının daha güclü toksik təsiri ilə əlaqəli ola bilər. Müalicəsi Müvafiq simptomatik və dəstəkləyici müalicənin aparılması üçün pasiyent intensiv terapiya şöbəsinə hospitalizasiya olunmalıdır. Lamotricinin sorulmasını azaltmaq məqsədi ilə aktivləşdirilmiş kömürün istifadəsi tövsiyə olunur. Gələcək müalicə klinik vəziyyətdən asılı olaraq aparılır.Doza həddinin aşılmasının müalicə vasitəsi şəklində hemodializin istifadə təcrübəsi yoxdur. Böyrək çatışmazlığından əziyyət çəkən 6 pasiyentin iştirakı ilə aparılan tədqiqatda lamotricinin 20 %-i orqanizmdən dörd saat müddətində aparılan hemodializ seansı müddətində xaric olunmuşdur (“Farmakokinetikası” bölməsinə bax).
Buraxılış forması
10 tablet, blisterdə. 3 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.