Pharmed

KSEROFORM 3GR TOZ

TƏSDİQ EDİLMİŞDİR

 Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

 Farmakoloji və Farmakopeya

 Ekspert Şurasının sədri

 _____________ E.M.Ağayev

“_____”____________ 2021-ci il

 

 

Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)

KSEROFORM yerli istifadə üçün toz

XEROFORM

 

Beynəlxalq patentləşdirilməmiş adı: Bismuth Tribromophenate

 

Tərkibi

Təsiredici maddələr: 1 flakonda 3 q bismut tribromofenol vardır.

 

Təsviri

Narın, sarı rəngli, zəif spesifik iyə malik tozdur.

 

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün antiseptik maddə.

 

ATC kodu: C05AX02.

 

Farmakoloji xüsusiyyətləri

Büzüşdürücü, quruducu, dezinfeksiyaedici dərman preparatı.

 

İstifadəsinə göstərişlər

Dərinin iltihabi xəstəlikləri zamanı, yanıqlar, ekzema, dermatitlər və s. dəri xəstəliklərində istifadə

olunur.

 

Əks göstərişlər

Kseroform tozunun komponentlərinə qarşı həssaslıq.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Allergik həssaslığı olan insanların Kseroform tozunu ehtiyatla istifadə etmələri məsləhətdir.

Digər dərman maddələri ilə qarşılıqlı təsiri

Müşahidə olunmayıb.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə Kseroform tozunun iltihablı yaraların müalicəsində istifadəsinin

dölə və yenidoğulmuş körpəyə zərəri yoxdur.

Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Heç bir təsiri yoxdur.

 

İstifadə qaydası dozası

Təmizlənmiş yaranın üzərinə toz halında tətbiq olunur.

 

Əlavə təsirləri

Ayrı-ayrı hallarda fərdi reaksiyalar mümkündür. Qızartı, dəridə quruluq, ağrı müşahidə oluna

bilər.

 

Doza həddinin aşılması

Preparatın doza həddinin aşılması haqqında heç bir məlumat yoxdur.

 

Buraxılış forması

3 q toz, flakonda. 1 flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

20C-dən yüksək olmayan temperaturda, qaranlıq, quru və uşaqların əli çatmayan yerdə saxlamaq

lazımdır.

 

Yararlılıq müddəti

6 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi

“Bakıkimyaəczasənaye” (BKƏS) ASC.

Bakı şəhəri, Nizami rayonu, Böyük Şor 29.