Pharmed
KREATINFOSFAT 1GR N1
KREATİNFOSFAT, 1,0 q infuziya məhlulu hazırlamaq üçün toz
KREATİNFOSFAT tərkibi
Təsiredici maddə: 1 flakonda 1,0 q kreatinfosfat (kreatinfosfat dinatrium hesabı ilə) vardır.
İstifadəsinə göstərişlər
Ürəkdə əməliyyat zamanı, kardioplegik məhlullara əlavə olaraq, kardioprotektor vasitə kimi. İşemik vəziyyətlərdə miokardın metabolizminin zəifləməsi zamanı.
Əks göstərişlər
Preparata qarşı yüksək həssaslıq. Xroniki böyrək çatışmazlığı zamanı preparatın yüksək dozalarının (5-10 q/sutka) istifadəsi əks göstərişdir. Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri Kreatinfosfatın 1,0 q-dan artıq yüksək dozalarının sürətli venadaxili yeridilməsi, arterial təzyiqiin enməsinə səbəb ola bilər. Kreatinfosfatın yüksək dozalarının (5-10 q/sutka) yeridilməsi, kalsiumun metabolizminə və hormonların seresiyasına təsirilə potensialfosfatların miqdarının artmasına səbəb olur, bu da, homeostazı, böyrəklərin funksiyasını, purunlərin metabolizmini tənzimləyir.
Bu cür dozalar, yalnız müəyyən nadir hallarda qısa vaxt ərzində istifadə edilməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə məlumat yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.
KREATİNFOSFAT istifadə qaydası və dozası
Preparat, işemiyanın əlamətləri təzahür edən andan maksimal olaraq qısa müddət ərzində yeridilir ki, bu da, xəstəliyin proqnozunu yaxşılaşdırır. Flakonun mötəviyyatı 10 ml inyeksuya üçün suda, 10 ml infuziya üçün 0,9%-li natrium xlorid məhlulunda və ya 5%-li infuziya üçün qlükoza məhlulunda həll edilir. Preparat, həkim təyinatından asılı olaraq, şırnaq və ya damcı üsulu ilə yeridilir. Preparat venadaxili, 30-45 dəqiqə ərzində gündə 1-2 dəfə 1 q dozada yeridilir.
Kreatinfosfat, ürəkdə əməliyyat zamanı miokardı müdafiə etmək üçün kardioplegik məhlulların tərkibində 10 mmol/l (~2,1 q/l) konsentrasiyada istifadə edilir. Məhlulun tərkibinə bilavasitə yeridilmədən əvvəl əlavə edilir.