Pharmed
KRATAL N20 TB
KRATAL, tabletlər
KRATAL tərkibi
Təsiredici maddə:1 tabletin tərkibində 43 mq quru maddə hesabı ilə yemişan meyvələrinin qatı ekstraktı (Crataegiae fructus extractum spissum) (3,0-3,3:1), (ekstragent: etanol 70 % ob/ob), 87 mq quru maddə hesabı ilə şirquyruğunun qatı ekstraktı (Leonuriae herba extractum spissum) (4,5-5,6:1), (ekstragent: etanol 70 % ob/ob), 100% quru maddə hesabı ilə 867 mq taurin vardır.
İstifadəsinə göstərişlər
- Neyrosirkulyator distoniya; - aşağıdakı hallarda kombinəolunmuş terapiyanın tərkibində; - ürəyin xroniki işemik xəstəliyi zamanı; - postradiasion sindrom zamanı.
Əks göstərişlər
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - Hamiləlik və laktasiya dövrü; - 18 yaşına qədər uşaqlarda istifadəsi; - təzahür edən bradikardiya və arterial hipotenziya.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hazırda preparatın hamiləlik və laktasiya dövründə istifadəsi barədə məlumat yoxdur. Preparatın istifadəsi hamiləlik dövründə əks göstərişdir. Laktasiya dövründə qadınlara preparatın istifadəsinə ehtiyac olduqda, müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Kratal preparatı ilə müalicə dövründə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
KRATAL istifadə qaydası və dozası
Müalicənin müddətini və dozanı həkim müəyyən edir. Preparat sutkada 3 dəfə 1- 2 tablet olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir. Müalicə kursu 3-4 həftə təşkil edir. Uşaqlar Preparatın uşaqlarda istifadəsi barədə məlumat yoxdur.