Pharmed
KORDIAMIN 25% 30ML DAMLA
KORDİAMİN
Beynəlxalq patentləşdirilməmiş adı: Nikethamide
KORDİAMİN Tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq niketamid (dietilamid nikotin turşusu)
vardır.
Köməkçi maddələr:təmizlənmiş su.
Farmakoterapevtik qrupu
Analeptik vasitə.
ATC kodu: R07AB02.
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası:
Analeptik təsirə malikdir. Mərkəzi sinir sistemini stimullaşdırır: uzunsov beynin damar-hərəkət
mərkəzinə oyadıcı təsir göstərir (xüsusilə bu mərkəzin zəifləməsi zamanı) ki, bu da, sistem
arterial təzyiqin yüksəlməsinə səbəb olur. Sinokarotid refleksogen zonanın xemoreseptorlarına
stimullaşdırıcı təsirinin hesabına tənəffüs mərkəzini oyadır ki, bu da, tənəffüs hərəkətlərinin
tezliyinin və dərinliyinin artmasına səbəb olur. Preparat ürəyə birbaşa stimullaşdırıcı təsirə və
birbaşa damardaraldıcı effektə malik deyil.
Farmakokinetikası:
İstənilən yeridilmə üsulunda yaxşı sorulur. Qeyri-aktiv metabolitlərin əmələ gəlməsilə
qaraciyərdə sürətli biotransformasiyaya məruz qalır, əsasən böyrəklər vasitəsilə ekskresiya
olunur.
İstifadəsinə göstərişlər
Kollaps, arterial təzyiqin enməsilə müşayiət olunan hallar, damar tonusunun azalması və
infeksion xəstəliklər zamanı və sağalma dövründə tənəffüsün zəifləməsi.
Əks göstərişlər
Niketamidə qarşı yüksək həssaslıq, epilepsiya, qıcolmaya meyillilik, anamnezdə qıcolma,
uşaqlarda hipertermiya, hamiləlik, laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Uşaqlarda preparatı, yalnız həkim nəzarəti altında istifadə etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Rezerpin kordiaminin qıcolma təsirini gücləndirir; tənəffüs mərkəzinin oyanma effekti ümumi
anesteziya üçün vasitələrlə aradan qaldırılır; aminosalisil turşusu və opiniazid preparatın təsirini
zəiflədir; analeptik effektə və qıcolma təsirinin zəifləməsinə xlorpromazin və fenotiazinin digər
törəmələri səbəb olur. Psixostimulyatorların və antidepressantların effektini gücləndirir. Narkotik
analgetiklərin, yuxugətiricilərin, neyroleptiklərin, trankvilizatorların, qıcolmaəleyhinə vasitələrin
təsirini azaldır.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə
kordiaminin istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə yüksək diqqət və sürətli psixomotor reaksiyalar (nəqliyyat vasitələrini idarə
etmək, hərəkət edən mexanizmlərlə iş, dispetçer, operator işi) tələb edən digər potensial
təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.
KORDİAMİN İstifadə qaydası və dozası
Qida qəbulundan asılı olmayaraq, daxilə qəbul edilir.
Böyüklər:
Gündə 2-3 dəfə 15-40 damcı. Böyüklər üçün yüksək birdəfəlik doza 60 damcı, sutkalıq doza 180
damcıdır.
10 yaşa qədər uşaqlar
Gündə 2-3 dəfə, 1 qəbuldakı damcı sayı yaşın sayına bərabər olmalıdır.
10 yaşdan yuxarı uşaqlar
Gündə 2-3 dəfə 10 damcı.
Preparatın kurs istifadəsinin məqsədəuyğunluğunu müəyyən etmək üçün həkimlə məsləhətləşmək lazımdır.
Əlavə təsirləri
Sinir sistemində baş verən pozğunluqlar: narahatlıq, həyəcan.
Mədə-bağırsaq sistemində baş verən pozğunluqlar: ürəkbulanma, qusma.
Ürək-damar sistemində baş verən pozulmalar: ürək ritminin pozulması.
Dayaq-hərəkət aparatında baş verən pozğunluqlar: əzələ dartılması (ağızın həlqəvi
əzələlərindən başlayan), tonik-klonik qıcolmalar.
Dəri örtüyündə baş verən pozğunluqlar: dəri qaşınması, üzün hiperemiyası.
Doza həddinin aşılması
Simptomları:
Dozadanasılı əlavə təsirlərin güclənməsi, tonik-klonik qıcolmalar.
Müalicəsi simptomatikdir.
Buraxılış forması
Daxilə qəbul üçün 25%-li məhlul.
25 ml, 30 ml məhlul, şüşə flakonda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.