Pharmed
KORDIAMIN 25% 2ML N10 AMP
KORDİAMİN-ZDOROVYE, inyeksiya üçün məhlul
KORDİAMİN-ZDOROVYE tərkibi
Təsiredici maddə: 1 ml məhlulun tərkibində 250 mq niketamid vardır.
İstifadəsinə göstərişlər
- Kollaps və asfiksiya (o cümlədən, yenidoğulmuşlarda); - cərrahi müdaxilələr zamanı və əməliyyatdan sonrakı dövrdə baş verən şok vəziyyətləri; - kəskin və xroniki qan dövranı pozğunluqları; - infeksion xəstəliklər zamanı və sağalma dövründə damar tonusunun aşağı düşməsi və tənəffüsün tormozlanması; - yuxugətirici və analgetik preparatlarla zəhərlənmələr (kompleks müalicənin tərkibində).
Əks göstərişlər
Niketamidə qarşı yüksək həssaslıq, qıcolmalara meyllik, epilepsiya, anamnezdə epileptik tutmaların olması, porfiriya, uşaqlarda hipertermiya.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandıqda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə müddətində nəqliyyat vasitələrini idarə etməkdən və ya yüksək diqqət və sürətli psixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmaqdan çəkinmək lazımdır.
KORDİAMİN-ZDOROVYE istifadə qaydası və dozası
Preparat dəri altına, əzələ daxilinə, vena daxilnə yeritmək üçün nəzərdə tutulmuşdur. Göstərişlərdən və pasiyentin yaşından asılı olaraq, preparatın birdəfəlik və sutkalıq dozaları, istifadəsinin tezliyi həkim tərəfindən fərdi qaydada müəyyən olunur. Vena daxilinə yeritmək üçün preparatın birdəfəlik dozasını 10 ml 0,9 %-li natrium xlorid məhlulunda həll etmək və 1-3 dəqiqə müddətində yeritmək lazımdır. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara preparatı, sutkada 1-3 dəfə 1-2 ml dozada təyin etmək lazımdır.
Böyüklər üçün yüksək dozalar: birdəfəlik – 2 ml, sutkalıq – 6 ml. Zəhərlənmələr zamanı böyüklər üçün dəri altına və vena daxilinə yeritmək üçün birdəfəlik yüksək dozası – 5 ml təşkil edir. Uşaqlara dəri altına, yaşdan asılı olaraq, preparatı aşağıdakı birdəfəlik dozalarda, sutkada 1-3 dəfə təyin etmək lazımdır: 1 yaşa qədər – 0,1 ml; 1-4 yaş – 0,15-0,25 ml; 5-6 yaş – 0,3 ml; 7-9 yaş – 0,5 ml; 10-14 yaş – 0,75 ml. Uşaqlar.
Pediatrik təcrübədə preparatı yaşdan asılı olaraq müəyyən edilmiş dozalarda yeritmək olar. Hipertermiya zamanı preparatın istifadəsi əks göstərişdir.